Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-663/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair (Açar sözlər: Əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)- 904/2022 saylı qətnaməsindən cavabdeh Qəbələ Regional X17nin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin xx.xx.2022-ci il tarixli 033/K saylı əmrinin ləğv edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X8 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17ndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanılan əmək müqaviləsi əsasında, cavabdehin tabeçiliyində olan Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında meşə gözətçisi işləmişdir. 11 mart 2022-ci il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 11 mart 2022-ci il tarixli 033/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Bildirmək istəyir ki, onun işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq onlar ondan xilas olmaq üçün bu yola əlatıblar. Belə ki, meşəbəyliyini elədiyi 08a dolayında dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına bildirmişdir. Lakin hər dəfəsində müxtəlif yollar ilə həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta meşəbəyliyini elədiyi 08a dolayında qanunsuz qırıntı edən şəxslərin cavabdeh ilə əmək müqaviləsi olan şəxslər olduğunu təsbit edib, cavabdehin rəhbərliyinə demişdir. Onlar hal hazırda orada çalışdığı zaman cavabdehin rəhbəri onun əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda deyilir ki, onun meşəbəyi olduğu 8a dolayıda 10 fevral 2022-i il tarixində qəfildən yoxlama aparılıb və məlum olub ki, 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkar edilib. Yenə əmrdə deyilir ki, 24 fevral 2022-ci il tarixində Mahmudov Eldar tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktı aşkarlanıb. Guya bu kəsilən ağaclar barəsində o, cavabdehin rəhbərliyinə heç bir məlumat verməmişdir”. Cavabdehin rəhbərliyi onun həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatı Əmri daxil edərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən edildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən yazılı məlumat verilmişdir. Bu durum onun göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün onun əmək müqaviləsinə qanuna zidd olaraq xitam vermişlər. Hətta əmrdə yazılır ki, “22 fevral 2022-ci il tarixində keçirilən iclasda “qeyri etik davrandığını da” bildirir. O, həmin iclasda bütün bu qanunsuzluqlara hamının cavab verməli olduğunu bildirmişdir. Cavabdehin rəhbəri isə demək ki, bu tələbindən (haqq arama istəyindən) çəkinib ki, onu bu şəkildə də qaralamağa çalışmışdır. Cavabdehin əmrində deyilir ki, “guya o öz vəzifəsini lazımı qaydada icra etməmişdir”. Lakin bu lazımı qaydada icra etmək üçün nə etməli olduğumu demir. Onlar hər halda onların qanunsuz əməllərinə göz yummalı olduğunu deyir, bunun isə mümkün omadığını özləri də bilir. Cavabdehin rəhbərliyi bilir ki, o, öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmiş, uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir, heç kimə qanunsuz meşə qırmağa imkan vermir, meşəni qıran cavabdehin rəhbərliyi olsa belə. Çünki meşələrin ona X23 Əliyevin əmanət etdiyini hesab etmişdir. Özü 44 günlük Vətən Müharibəsində iştirak edib mənfur düşmənlərimiz ermənilər ilə savaşmışdır. İndi də Cənab Prezident, Müzəffər Ali Baş Komandanın əmanət etdiyi meşələri qanunsuz olaraq qıran şəxslərlə (kimliyindən, vəzifəsindən asılı olmayaraq) mübarizəyə ömrümü həsr eləmişdir. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, tamamilə keyfi olaraq, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər. Ona gərə də işə bərpa olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bunun üçün ilk öncə Mediasiya Prosesinə marciət etmişdir. 13 may 2022-ci il tarixində keçirilən mediasiya iclasında bu mübahisə cavabdehin rəhbərliyinin dekonstruktiv yanaşması səbəbi həll olunmamış və bu səbəblə məhkəməyə müraciət etmək zərurəti əmələ gəlmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər.
4. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin vəkili və nümayəndəsi Nümayəndə3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunverciliyinin tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin planproqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022- ci il tarixdən X26 X9 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X13 birinci instansiya məhkəməsinin məhkəmə iclasında müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.
6. Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X3 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X8 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17ndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X26 X9 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X26 X16 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi göstərilmişdir ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi ilk növbədə işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını 2 halla əsaslandırılmışdır. 1-ci olaraq onu göstərmişdir ki, iddiaçının nəzarət etdiyi 08a saylı meşə dolayısında qanunsuz kəsilmiş ağaclar aşkar edilmiş və iddiaçı tərəfindən bu barədə mərkəzə heç bir məlumat verilməmişdir. 2-ci olaraq isə onu göstərmişdir ki, iddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmiş, bununla da iddiaçının mərkəzin normal fəaliyyətini pozmasına istinad etmişdir.
9. Məhkəmə birinci olaraq onu qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17 iddiaçını işdən azad etdiyi xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrdə göstərmişdir ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. Göstərilən halları nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Məhkəmə araşdırması zamanı isə İddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis şöbəsinə məlumat verməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən qəfləti yoxlama aparılması nəzərdə tutulsa da, qəfləti yoxlama həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmışdır. Bundan başqa, məhkəmə o halı da nəzərə alır ki, İddiaçı işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X19 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır.
10. Məhkəmə ikinci olaraq onu qeyd etmişdir ki, İddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq, hədə qorxu gəlib iclas otağını tərk etməsi hərəkəti əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının işdən azad edilə bilməsi üçün olan hallar cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə hesab edir ki, əmrdə göstərilən hallar (meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etməsi) iddiaçının əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz.
11. Məhkəmə üçüncü olaraq onu qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin 11 mart 2022- ci il tarixli, 033/K nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamışdır.
12. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 2018-ci ildən cavabdeh təşkilatda işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir.
13. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir.
14. Bundan başqa, məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17ndən tutularaq İddiaçı ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44, 68, 70, 71, 72, 83, 84, 87, 186 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Qəbələ Regional X17nin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1487/2023 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin kassasiya şikayətinin qismən təmin edillməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1487/2023 saylı qərarında göstərilmişdir ki, işdən görünür ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 11 mart 2022-ci il tarixli, 033 nömrəli əmrində iddiaçının meşəbəyi olduğu 8a dolayında 10 fevral 2022-ci il tarixində qəfildən yoxlama aparılması zamanı 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların, 24 fevral 2022- ci il tarixində Eldar Mahmudov tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktının aşkar edilməsinə, bu faktlar barəsində iddiaçının cavabdehin rəhbərliyinə heç bir məlumat verməməsinə istinad etmişdir.
20. Birinci instansiya məhkəməsi isə meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməməsi barədə həmin faktla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis Şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir.
21. Məhkəmə kollegiyası gəlinən bu nəticə ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən adı çəkilən orqanlara məlumat verilməsini qeyd etsə də, həmin məlumatların nə vaxt verilməsinə aydınlıq gətirməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – aktlar tərtib edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən isə görünür ki, iddiaçı tərəfindən Qəbələ Regional X17nin direktoruna məlumat verilməsi 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərinə təsadüf edir. Başqa sözlə, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir. (i.v.68, 69). Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iddiaçı tərəfindən məlumat verilməsi də həmin orqanın iddiaçıya cavab məktubuna əsasən 26 fevral 2022-ci il tarixdə olmaqla, tərtib edilmiş aktlardan sonrakı dövrə aiddir. (i.v.7)
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş məlumata cavabdan isə görünür ki, iddiaçı xx.xx.2022-ci ildə (10 fevral 2022-ci il tarixli aktdan bir gün əvvəl) həmin idarəyə məlumat versə də, iddiaçının sonradan şikayətçi olmadığı göstərilib.(i.v.6)
24. Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilmir. Oğuz rayon Polis şöbəsinin istinad edilən 18 yanvar 2022-ci il tarixli həmin məktubunda iddiaçıya müraciətinin məhkəməyə aid olması, bu səbəbdən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunub. (i.v.8)
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verməsinin təsdiqi kimi istinad etdiyi sənədlərdən 3-ü onun gözətçi olduğu dolayda aşkar edilmiş qanunsuz ağac kəsilməsi barədə tərtib edilən aktlardan sonrakı tarixə təsadüf edir. Digər iki sənəddə göstərilən məlumatlardan birində iddiaçı şikayətindən imtina etmiş, digərində isə məlumatının nədən ibarət olması, ümumiyyətlə, bəlli deyil. Bu da göstərir ki, birinci instansiya məhkəməsi verilən məlumatların tarixi və məzmununa aydınlıq gətirmədən qeyd edilən nəticəyə gəlmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
26. Buna görə də birinci instansiya məhkəməsinin adı çəkilən sənədlərə istinadən iddiaçının qanunsuz ağac kəsilməsi barədə müvafiq orqanlara məlumat verməsi barədə gəlinən nəticə həmin sənədlərə MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verilmədiyi üçün əsaslı sayıla bilməz. Halbuki iddianın təmin edilmə əsasından biri kimi birinci instansiya məhkəməsi məhz iddiaçının qanunsuz ağac kəsilməsi barədə müvafiq orqanlara məlumat verməsinə istinad etmişdir. Baxmayaraq ki, işəgötürən orqan olan Mərkəz də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının aşkar edilmiş pozuntular barədə məlumat verməməsini göstərmişdir.
27. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrində qəfləti yoxlama aparılmasının nəzərdə tutulmasına baxmayaraq, qəfləti yoxlamanın həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmasını qeyd etsə də, həmin əmrin məzmununda yoxlamanın qəfləti aparılmasına dair, ümumiyyətlə, hər hansı qeydin olmamasına, həmin əmrin icra müddətinin 1 ay müəyyən edilməsinə də diqqət yetirməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən hallarına diqqət yetirməyərək, birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, hətta cavabdehin bu barədə apellyasiya şikayətinin konkret dəlillərinə (cavabdehin məlumatlarının tarixi və məzmunu, 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrin məzmunu ) də əhəmiyyət verməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
29. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
30. Cavabdeh Qəbələ Regional X17 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının Qəbələ Regional X17nin direktoruna, Ekologiya və Təbii Sərvətlə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Oğuz Rayon Polis Şöbəsinə məlumat verməsinin iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirildiyini qeyd etsə də, həmin məktubların tarixi, məzmunu və nəticələri barədə yazmır.
31. Məhkəmə iddiaçının guya meşəni qoruyan yeganə gözətçi olduğu və ona qarşı cavabdeh tərəfindən qərəzli münasibət göstərildiyi barədə iddia ərizəsində yazdıqlarını və məhkəmə iclasında dediklərini sübut kimi qəbul etmişdir. Hətta məhkəmə X14 adından məhkəməyə göndərilmiş teleqrama əsaslanaraq “Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır” kimi səhv nəticəyə gəlmişdir. X14 Qəbələ RMTM-in direktoru Ramin Lətifova yazdığı izahat da məhkəmənin səhv nəticəyə gəldiyinə sübutdur.
32. Məhkəmə meşə qanunvericiliyinə uyğun olmayan ifadələrlə səhv izahlar vermiş və düzgün olmayan əsaslandırmalar etmişdir. Əvvəla məhkəmə qətnamədə cavabdehin nümayəndəsi və vəkilinin izahatını təhrif olunmuş formada qeyd etmiş, qətnamənin məhkəmənin mövqeyi hissəsində də Qəbələ RMTM-in 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrini təhrif etmişdir. Həmin əmrdə bir kəlmə də qəfləti sözü yoxdur və əmrin icra müddəti 01 (bir) aydır. 10 fevral 2022-ci il tarixli 000968 nömrəli akt həmin əmrə əsasən keçirilmiş yoxlamanın nəticəsində tərtib olunmuşdur. Həmin yoxlama qəfləti yoxlama deyil. 24 fevral 2022-ci il tarixli akt isə qəfləti yoxlama nəticəsində tərtib olunmuşdur.
33. X14 adından məhkəməyə göndərilmiş teleqramın həqiqiliyi sübuta yetirilmir. xx.xx.2022-ci il tarixli əmrin qəfləti yoxlama üçün verildiyi sübuta yetirilməmişdir. xx.xx.2022ci il tarixli yoxlamanın guya həmin vaxtda keçirilməli olmadığı da sübuta yetirilməmişdir.
34. İddiaçı özünü meşələrin qırılmasının qarşısını alan şəxs kimi göstərməyə çalışsa da, hal-hazırda onun meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurduğunu təsdiq edən və qüvvədə olan aktlar mövcuddur.
35. Hazırda İddiaçı Qəbələ RMTM-nə 20972,35 manat borcı var. İddiaçı barədə CMnin 259.1-ci maddəsi ilə cinayət işi başlanması barədə məlumat bizə məhkəmədən sonra verilmişdir. Əliyev Tacirin adından teleqram məhkəməyə sonuncu məhkəmə iclası günü göndərilmiş, izahatı isə o, xx.xx.2022-ci il tarixdə yazmışdır.
36. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)- 904/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək ümumilikdə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini göstərmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X20 cavabdeh təşkilatın apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbule dilməsini xahiş etmişdir.
40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi, vəkili, iddiaçının vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 70-ci maddəsinin “Ç”bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “E” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
46. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1487/2023 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin kassasiya şikayətinin qismən təmin edillməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1233/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
49. Ona görə də məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
51. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə-10 fevral və 24 fevral 2022-ci il tarixlərdə-aktlar tərtib edilmişdir. İddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə Qəbələ Regional X17nə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir.
52. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat versə də, iddiaçı sonradan şikayətindən imtina etmiş, Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilməmişdir.
53. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin surətindən görünür ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayın ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki illərdən qalmış debitor borclarla və 2022-ci ilin planproqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022-ci il tarixdən X26 X9 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.
54. Kollegiya qeyd edir ki, göründüyü kimi cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 11 mart 2022-ci il tarixli, 033 nömrəli əmrində iddiaçının meşə gözətçisi olduğu 8a dolayında 10 fevral 2022-ci il tarixində yoxlama aparılması zamanı 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların, 24 fevral 2022- ci il tarixində Eldar Mahmudov tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktının aşkar edilməsinə, bu faktlar barəsində iddiaçının cavabdehin rəhbərliyinə heç bir məlumat verməməsinə istinad etmişdir.
55. Birinci instansiya məhkəməsi isə meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməməsinə dair faktla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis Şöbəsinə məlumat verilməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir.
56. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad eetməklə iddianı təmin etməkdə doğru nəticəyə gəlməmişdir.
57. Belə ki, birinci instansiya məhkəməsi meşə dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi olmuş iddiaçı tərəfindən adı çəkilən orqanlara məlumat verilməsini qeyd etsə də, həmin məlumatların nə vaxt verilməsinə aydınlıq gətirməmişdir.
58. Bu baxımdan apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X17nin direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis Şöbəsinə verdiyi məlumatların tarixləri və məzmunlarına, 21 yanvar 2022ci il tarixli 15/ü nömrəli əmrin məzmununa diqqət yetirilməməsinə dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan (i.v.64-65) xx.xx.2022-ci il tarixli, 000968 nömrəli aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X10, 08a saylı dolayın meşə gözətçisi İddiaçı və 08a saylı dolayın meşə gözətçisi X14 iştirakı ilə akt tərtib edilmiş və yoxlama zamanı dolayın ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Aktın doğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şirinov.A və meşə gözətçisi Əliyev.T öz imzaları ilə təsdiq etmişlər.
59. İş materiallarında olan (i.v.62-63) xx.xx.2022-ci il tarixli, 000797 nömrəli aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X10, qonşu 04 saylı dolayın meşə gözətçisi X21, Daşağıl meşəbəyliyinin yanğın keşikçisi X5 iştirakı ilə akt tərtib edilmiş və yoxlama zamanı 20,63 m3 həcmində 769,93 manat nırx dəyərində 23 ədəd ağac kəsilməsi faktı aşkar edilmişdir. 8a saylı dolayın meşə gözətçisi İddiaçı qəfləti yoxlamada iştirak etməkdən imtina etmişdir. Aktın doğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şəfiyev.V və meşə keşikçisi Salahov.İ öz imzası ilə təsdiq etmişlər.
60. İş materiallarında olan (i.v.68) Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022ci il tarixli məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının Xalxal kəndinə yaxın ərazisində kənd sakini Baxışov Daşqın tərəfindən qanunsuz şəkildə ağaclar və ağacların qol qanadının kəsilməsi tərəfindən aşkar edilmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir.
61. İş materiallarında olan (i.v.69) Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022ci il tarixli məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının ərazisini gəzərkən Oğuz rayonu Xalxal kənd sakini Lətifov Murat tərəfindən qanunsuz şəkildə meşə ərazisində kök üstə yaş ağacları kəsərkən görmüş, etdikləri əməlin qanunsuz olduğunu bildirmiş və meşədən çıxmalarını söyləmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir.
62. Göründüyü kimi iddiaçının gözətçi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktının aşkar olunması barədə 2 dəfə – 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə – aktlar tərtib edilmişdir. Lakin iddiaçı Qəbələ Regional X17nin direktoruna bu barədə məlumatı 16 fevral 2022-ci il, 05 mart 2022-ci il tarixlərdə vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı gözətçisi olduğu meşə dolayında qanunsuz ağac kəsilməsi faktı barədə məlumatı, bu barədə aktların tərtib edilməsindən əvvəl deyil, sonra vermişdir.
63. Bundan başqa iş materiallarında olan (i.v.6) iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş məlumata cavabdan isə görünür ki, iddiaçı xx.xx.2022-ci ildə (10 fevral 2022-ci il tarixli aktdan bir gün əvvəl) həmin idarəyə məlumat versə də, iddiaçının sonradan şikayətçi olmadığı göstərilmişdir.
64. İş materiallarında olan (i.v.8) Oğuz rayon Polis Şöbəsinə iddiaçı tərəfindən verilən məlumatın isə məhz qanunsuz ağac kəsilməsi ilə bağlı olması Şöbənin iddiaçıya cavab məktubu ilə müəyyən edilmir. Oğuz rayon Polis şöbəsinin istinad edilən 18 yanvar 2022-ci il tarixli həmin məktubunda iddiaçıya müraciətinin məhkəməyə aid olması, bu səbəbdən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
65. İş materiallarında olan (i.v.72) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional X17nin direktorunun 21 yanvar 2022-ci il tarixli 15/ü saylı əmrindən görünür ki, həmin əmrlə Qəbələ RMTM-nin xidməti ərazisində əkilmiş bütün meşə əkinlərinin bitiş və meşələrin mühafizə vəziyyətinin araşdırılması məqsədi ilə yoxlama aparılması üçün mərkəzi komissiya və ayrı-ayrı meşəbəyliklərdən ibarət köməkçi komissiyalar yaradılmış, Oğuz meşəbəyliyi üzrə həmin vəzifənin icrası Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən, Daşağıl meşəbəyliyinin meşəbəyisi Elmidar Mahmudova, meşə dolaylarının meşə gözətçilərinə, qonşu meşə dolaylarının meşə gözətçilərinə həvalə edilmiş, mərkəzi və köməkçi komissiyalara 1 ay müddətində meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin yoxlanılmasını başa çatdıraraq tərtib edilmiş aktların rəhbərliyə təqdim edilməsi tapşırılmışdır. Həmin əmrdə qəfləti yoxlamanın aparılması barədə hər hansı bir fikir ifadə edilməmişdir.
66. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat verməsinin təsdiqi kimi istinad etdiyi sənədlərdən 3-ü onun gözətçi olduğu dolayda aşkar edilmiş qanunsuz ağac kəsilməsi barədə tərtib edilən aktlardan sonrakı tarixə təsadüf edir. Digər iki sənəddə göstərilən məlumatlardan birində iddiaçı şikayətindən imtina etmiş, digərində isə məlumatının nədən ibarət olması, ümumiyyətlə, bəlli deyil. Bu da göstərir ki, birinci instansiya məhkəməsi verilən məlumatların tarixi və məzmununa aydınlıq gətirmədən qeyd edilən nəticəyə gəlmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
67. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin adı çəkilən sənədlərə istinadən iddiaçının qanunsuz ağac kəsilməsi barədə müvafiq orqanlara məlumat verməsi barədə gəlinən nəticə həmin sənədlərə MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verilmədiyi üçün əsaslı sayıla bilməz.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin X14 adından məhkəməyə göndərilmiş teleqrama əsaslanmaqda səhvə yol verməsinə dair dəlili ilə də razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə dair 2(025)-904/2022 saylı qətnamə 08 avqust 2022-ci il tarixdə qəbul edildiyi halda, işdə olan (i.v.87) X14 adından göndərilmiş teleqramın məhkəməyə 09 avqust 2022-ci il tarixdə daxil olması müəyyən edilir. Qətnamənin qəbul edilməsindən sonra daxil olmuş teleqrama istinad edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi anlaşılan deyildir. Həmçinin cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi (i.v.130) 31 avqust 2022-ci il tarixli izahatında X19 onun tərəfindən məhkəməyə teleqram ünvanlanmadığını, teleqramın onun tərəfindən imzalanmadığını göstərmişdir.
69. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin qətnamədə cavabdehin nümayəndəsi və vəkilinin izahatının təhrif olunmuş formada qeyd etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokollarından protokollardakı izahatlarla qətnamədəki izahatların eynilik təşkil etməsi, cavabdeh tərəfdən birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına qeydin verilməməsi müəyyən edilmişdir.
70. Məhkəmə kollegiyası apellyatorun iddiaçının hal-hazırda meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurduğunu təsdiq edən və qüvvədə olan aktların mövcud olmasına, iddiaçının cavabdeh təşkilata 20972,35 manat borcunun olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının işdən azad medilməsi barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmr əvvəldən qalan borc və yaxud da əvvəldən vurulmuş ziyan məbləğləri deyil, 10 fevral 2022-ci il və 24 fevral 2022-ci il tarixlərdə aparılmış yoxlamaların nəticələri ilə əsaslandırılmışdır.
71. Məhkəmə kollegiyası apellyatorun iddiaçı barədə CM-nin 259.1-ci maddəsi ilə cinayət işi başlanmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materialından məhz İddiaçı barəsində cinayət işinin başlanılması, İddiaçı CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi halı müəyyən edilmir.
72. İş materiallarında olan (i.v.42-44) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X26 X6 Əsasnamənin 5.11-ci bəndinə əsasən meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçisi tərəfindən həyata keçirilir.
73. İş materiallarında olan (i.v.67) 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X10, 8a saylı dolayın mühafizəsi müvəqqəti həvalə olunmuş 04 saylı dolayın meşə gözətçisi X21, əmək məzuniyyətində olan 8a saylı dolayın meşə gözətçisi İddiaçı iştirakı ilə akt tərtib edilmiş, İddiaçı əmək məzuniyyətindən qayıtdığı üçün 8a saylı dolayın mühafizəsi X11 alınıb İddiaçı təhvil verilmiş, dolayın mühafizə vəziyyəti araşdırılmış, qanun pozuntusuna rast gəlinməmişdir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, X26 X8 Meşəbəyliyinin 8a saylı meşə dolayında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçisi İddiaçı həvalə edildiyindən, 04 fevral 2022-ci il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra həmin meşə dolayı iddiaçıya təhvil verildikdə orada hər hansı bir qanun pozuntusu halının olmaması iddiaçının iştirakı ilə tərtib edilmiş aktla müəyyən edildiyi halda bundan qısa müddət sonra, yəni 10 fevral və 24 fevral 2022-ci il tarixlərdə aparılan yoxlamalar zamanı iddiaçıya təhkim edilmiş 8a saylı meşə dolayında qanunsuz olaraq ağac kəsilməsi, təbiətə ziyan vurulması halları müəyyən edilmiş, həmin hallar isə iddiaçının müraciəti üzrə deyil, aparılan yoxlamalarla aşkarlanmışdır.
75. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-1487/2023 saylı qərarındakı göstərişləri də diqqətə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir.
76. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(025)- 904/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/k nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X8 Meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Qəbələ Regional X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(025)-904/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X1rşı işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/k nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X26 X8 Meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.