Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-667/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tаrixli, 2(033)-101/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə müraciət edərək ünvan 1ində yerləşən ona məxsus 7.40 ha torpaq (AR ƏMDK yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarış) sahəsinə münasibətdə ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməyə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus əmlak-ünvan 3ində yerləşən 7.40 ha torpaq sahəsi ipoteka predmeti olmuşdur. Ona məxsus həmin torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tələbi ilə ona məxsus torpaq sahəsinə dair notariusda İcra qeydi çıxarılmışdır. İpoteka müqaviləsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də iddiası təmin edilməmiş, iş üzrə qarşı tərəfin xeyrinə çıxarılmış məhkəmə qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, ipoteka predmeti olan torpaq sahəsi qətnamələrin icrası məqsədilə hərraca çıxarılmışdır. Lakin dəfələrlə hərracın keçirilməsinə dair hərracı keçirən "X1 mərkəzi" MMC tərəfindən ipoteka saxlayana, yəni Cavabdeh1 rəsmi iştirak təklifi göndərilsə də, nə üçüncü şəxslər, nə də Cavabdeh1 tərəfindən torpaq sahəsi alınmamışdır. Bununla da hərrac baş tutmamış sayılmışdır. Hazırda ona məxsus torpaq sahəsi yüklüdür, hərrac baş tutmamışdır. Hesab edir ki, ipotekaya xitam verilməlidir. Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən İcra sənədi üzrə tələbkar Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus-ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7.4 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. İpoteka predmeti olan əmlakın açıq hərrac vasitəsi ilə satışının həyata keçirilməsi məqsədilə müvafiq sənədlər xx.xx.2021-ci il tarixdə "X1 Mərkəzi” MMC-nə göndərilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar alıcı olmadığından baş tutmamış və müvafiq sənədlər "X1 Mərkəzi" MMC tərəfindən xx.xx.2021ci il tarixdə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tаrixli, 2(033)-101/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 25000 (iyirmi beş min) ABŞ dolları və 85000 (səksən beş min) manatməbləğində pul borc verilmişdir. Müqavilənin icrasının təminatı kimi iddiaçı X3 məxsus olan ünvan 1ində yerləşən xüsusi mülkiyyətində olan 7,40 ha torpaq sahəsinin çıxış etməsi kredit müqaviləsində qeyd edilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi eyni tərəflər arasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçı X2 mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1ində 7,40 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3216 kv.m olan qeyri yaşayış binası (mal damı) Cavabdeh1 xeyrinə yüklü edilməsinə dair Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən təsdiq edilərək reyestrdə 3M-157 nömrə ilə qeyd edilmiş 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı məxsus ünvan 1ində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binasının Cavabdeh1 xeyrinə yüklü edilməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən icra edilmədiyindən Cavabdeh1 tələbi ilə Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon 2 saylı Notariat Kontoruna qarşı aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Cavabdeh1 İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borca hesablanmış pulun və birdəfəlik faiz borcunun alınıb ona verilməsi, borc üzrə tutmanın xüsusi mülkiyyətdə olan ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə (bağa) yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılaraq, əldə ediləcək pul hesabına borcun ödənilməsi və torpaq sahəsinin hərrac yolu ilə satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər və iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(033)- 701/2018 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və həmin torpaq shəsinin üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) bazar qiyməti müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəmiyyətinin 019/20 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 (iki yüz on min) manat xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 (iki yüz on min) manat olması müəyyən edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsi 12 yanvar 2021-ci il tarixli 70180/3 nömrəli məktubla “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Kontorunun 28 mart 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı xüsusi mülkiyyətində olan, 210 000 (iki yüz on min) manat məbləğində qiymətləndirilmiş, ünvan 1ində yerləşən 7.4 ha torpaq sahəsinin (bağ sahəsi) açıq hərrac vasitəsilə satışının təşkil edilməsini Hərrac Mərkəzinə sifariş etmişdir. X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ciil tarixdə saat 11:00-da və xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması məqsədi ilə ilkin satış qiymətləri müəyyən edilməklə hərrac təşkil edilmiş və hərracın keçirilməsinin vaxtı və yerinə dair 15 yanvar 2021-ci tarixli və 19 mart 2021-ci il tarixli bildirişlər sifarişçi olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərilmişdir. “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi hər iki hərracda alıcı olmadığı üçün ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində olan ferma satılmamış və Hərrac Mərkəzi bu barədə 21 may 2021-ci il tarixli məktubla Zaqatala rayon İcra və Probasiya Şöbəsinə məlumat vermişdir. Hazırda iddiaçı ünvan 1ində yerləşən ona məxsus 7.40 ha torpaq sahəsinə münasibətdə ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməyə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; İpoteka predmeti olan ünvan 1ində yerləşən İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) açıq hərrac vasitəsi ilə satışı xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan Cavabdeh1 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2021-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyəm edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərrac vasitəsi ilə də satılmamış və ipoteka saxlayan cavabdeh tərəfindən ipoteka predmeti olan İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binaları (mal damı) təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının açıq hərraclar vasitəsi ilə ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka saxlayan Cavabdeh1 tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından iddiaçı ipoteka qoyan İddiaçı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən özünün mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarına (mal damı) münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin ipoteka ilə yüklülüyündəndən azad edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verildiyindən həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası yüklülükdən azad edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.2, 269.4, 270.1, 319.1-ci maddələri, İpoteka haqqında qanunun 10.1, 34.1.1, 42.1, 43.3, 43.4, 43.7-1, 43.8–ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarı, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 77.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "X1 mərkəzi” MMC tərəfindən keçirilən hərracın baş tutmamasının səbəbi əmlakın hərrac qiymətinin həddindən artıq qiymətləndirilməsidir. Belə ki, ipoteka predmeti olan ünvan 3ində yerləşən 7.40 ha torpaq sahəsi tərəflərin razılığı ilə 25 avqust 2016-cı ildə bağlanmış ipoteka müqaviləsində 125000 manat məbləğində qiymətləndirilmişdir. Borclu İddiaçı müqavilə şərtlərinə əməl etməyərək borcunu ödəməmişdir. Buna görə də məhkəmənin qərarı ilə əmlakına yönəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışla, hüququ yüklü edilən şəxs İddiaçı məxsus ünvan 3ində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası Cavabdeh1 xeyrinə yüklü edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydində Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. "Sərraf-M” X4 019/20 nömrəli ekspert rəyindən şişirdilmiş qiymət yazılaraq, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 manat olduğu qeyd edilmişdir. Hətta, İddiaçı əmlakın 250 000 manat olduğunu iddia edir. Bildirir ki, İddiaçı öhdəliyinə götürdüyü borcu ödəməmək üçün belə süni maneələr yaradaraq hərracın baş tutmamasına səbəb olur. Yəni belə real olmayan şişirdilmiş qiymət qoyulduğu üçün hərrac baş tutmur. Belə olduqda isə, İddiaçı öhdəliyinə götürdüyü borcu ödəmir. Bundan başqa Məhkəmə qətnamədə istinad etdiyi sənədlər içərisində iddiaçının özünün təqdim etdiyi xx.xx.2011-ci il tarixdə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilən hərracın nəticələrinə dair protokoldan görsənir ki, iddiaçı özü həmin əmlakı cəmi 4440 manata almışdır. Hazırda isə özəl qiymətləndiricilərlə əlbir olub əmlakın qiymətini real bazar dəyərindən 3 dəfə artıq qiymətə, özü aldığı qiymətdən isə 56 dəfə baha qiymətə yazdırıblar. Hakim isə bu hallara ümumiyyətlə qiymət verməmiş və nəzər yetirməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İddia tələbinin əsasını təşkil edən əsas dəlil tikilən yüksəkmərtəbəli binanın X8 məxsus yaşayış sahəsində yaşayanların həyatı üçün təhlükənin olması olmuşdur. Lakin nə birinci instansiya məhkəməsi, nə də ki, Apellyasiya məhkəməsi iddianın əsasını təşkil edən halların araşdırılması üçün ekspert qarşısında qoyduqları sualları ekspertə göndərməmişdir. Apellyasiya məhkəməsi isə yazılı şəkildə verdikləri vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə isə hazırlıq iclasının xx.xx.2021-ci il tarixdə yekunlaşmasına baxmayaraq xx.xx.2022-ci il tarixədək yəni qətnamə qəbul olunan gün belə sübutlar təqdim etmişdir. Məhkəmə qətnamədə istinad etdiyi sənədlər içərisində iddiaçının özünün təqdim etdiyi xx.xx.2011-ci il tarixdə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilən hərracın nəticələrinə dair protokoldan görsənir ki, iddiaçı özü həmin əmlakı cəmi 4440 manata almışdır. Hazırda isə özəl qiymətləndiricilərlə əlbir olub əmlakın qiymətini real bazar dəyərindən 3 dəfə artıq qiymətə, özü aldığı qiymətdən isə 56 dəfə baha qiymətə yazdırıblar. Hakim isə bu hallara ümumiyyətlə qiymət verməmiş və nəzər yetirməmişdir. İş üzrə onlar tərəfindən ipoteka predmetinin düzgün və obyektiv şəkildə qiymətləndirilməsi üçün vəsatət verilsə də təmin edilməmişdir. Həmin vəsatət təmin ediləcəyi təqdirdə ekspert düzgün rəy verəcəkdi və iş üçün xüsusi əhəmiyyətli sübut olunacaqdır. Eyni zamanda məhkəmə sübutları tam hərtərəfli və obyektiv tədqiq etməmişdir. Necə ola bilər ki, daşınmaz əmlak ilkin qiymətindən 56 dəfə baha olsun? Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-101/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tаrixli, 2(033)-101/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tаrixli, 2(033)-101/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: «İpoteka haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(033)-101/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(033)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 25000 ABŞ dolları və 85000 manat məbləğində pul borc verilmişdir. Müqavilənin icrasının təminatı kimi İddiaçı məxsus olan ünvan 1ində yerləşən xüsusi mülkiyyətində olan 7,40 ha torpaq sahəsinin çıxış etməsi kredit müqaviləsində qeyd edilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi eyni tərəflər arasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1ində 7,40 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3216 kv.m olan qeyri yaşayış binası (mal damı) Cavabdeh1 xeyrinə yüklü edilməsinə dair Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən təsdiq edilərək reyestrdə 3M-157 nömrə ilə qeyd edilmiş 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı məxsus ünvan 1ində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binasının Cavabdeh1 xeyrinə yüklü edilməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən icra edilmədiyindən Cavabdeh1 tələbi ilə Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon 2 saylı Notariat Kontoruna qarşı aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Cavabdeh1 İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borca hesablanmış pulun və birdəfəlik faiz borcunun alınıb ona verilməsi, borc üzrə tutmanın xüsusi mülkiyyətdə olan ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə (bağa) yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılaraq, əldə ediləcək pul hesabına borcun ödənilməsi və torpaq sahəsinin hərrac yolu ilə satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər və iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(033)- 701/2018 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və həmin torpaq shəsinin üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) bazar qiyməti müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəmiyyətinin 019/20 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 manat xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 manat olması müəyyən edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsi 12 yanvar 2021-ci il tarixli 70180/3 nömrəli məktubla “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Kontorunun 28 mart 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı xüsusi mülkiyyətində olan, 210000 manat məbləğində qiymətləndirilmiş, ünvan 1ində yerləşən 7.4 ha torpaq sahəsinin (bağ sahəsi) açıq hərrac vasitəsilə satışının təşkil edilməsini Hərrac Mərkəzinə sifariş etmişdir. “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ciil tarixdə saat 11:00-da və xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması məqsədi ilə ilkin satış qiymətləri müəyyən edilməklə hərrac təşkil edilmiş və hərracın keçirilməsinin vaxtı və yerinə dair 15 yanvar 2021-ci tarixli və 19 mart 2021-ci il tarixli bildirişlər sifarişçi olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərilmişdir. “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi hər iki hərracda alıcı olmadığı üçün ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində olan ferma satılmamış və Hərrac Mərkəzi bu barədə 21 may 2021-ci il tarixli məktubla Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, "X1 mərkəzi” MMC tərəfindən keçirilən hərracın baş tutmamasının səbəbi əmlakın hərrac qiymətinin həddindən artıq qiymətləndirilməsidir. Belə ki, ipoteka predmeti olan ünvan 3ində yerləşən 7.40 ha torpaq sahəsi tərəflərin razılığı ilə 25 avqust 2016-cı ildə bağlanmış ipoteka müqaviləsində 125000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli X6 Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 3-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 3.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Həmin Qərarda əks olunmuş Konstitusiya Məhkəməsinin mövqeyinə görə, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən onra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) açıq hərrac vasitəsi ilə satışı xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan Cavabdeh1 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2021-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərrac vasitəsi ilə də satılmamış və ipoteka saxlayan cavabdeh tərəfindən ipoteka predmeti olan İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binaları (mal damı) təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmamışdır. Apellyator ipoteka predmeti olan ünvan 3ində yerləşən 7.40 ha torpaq sahəsinin məbləğinin çox olmasını hərracın baş tutmaması üçün əsas gətirsə də, kollegiya hesab edir ki, bu səbəb deyil. Həmçinin apellyasiya şikayətinin dəlillərində apellyator torpaq sahəsinin qiymətinin şişirdilmiş olmasını və məhkəmənin şişirdilmiş qiyməti qəbul edərək, ədalətsiz qərar qəbul etdiyini bildirmişdir. Lakin kollegiya qeyd edir ki, torpağın qiyməti iş materiallarında olan qiymətləndirici şirkətin təyin etdiyi qiymətdir və bu qiymət məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, hazırki iş üzrə əmlakın qiyməti mübahisənin həll edilməsində heç bir rol oynamır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 1ində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının açıq hərraclar vasitəsi ilə ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka saxlayan Cavabdeh1 tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından iddiaçı ipoteka qoyan İddiaçı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən özünün mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarına (mal damı) münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə və birinci instansiya məhkəməsi isə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Həmçinin apellyator apellyasiya şikayətinin digər dəlillərində bildirmişdir ki, iş üzrə onlar tərəfindən ipoteka predmetinin düzgün və obyektiv şəkildə qiymətləndirilməsi üçün vəsatət verilsə də təmin edilməmişdir. Həmin vəsatət təmin ediləcəyi təqdirdə ekspert düzgün rəy verəcəkdi və iş üçün xüsusi əhəmiyyətli sübut olunacaqdır. Eyni zamanda məhkəmə sübutları tam hərtərəfli və obyektiv tədqiq etməmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlilləri ilə də razılaşmır və qeyd edir ki, ekspertizanın təyin edilib edilməməsi məhkəmənin səlahiyyətində olan bir məsələdir. Yuxarıda da qeyd edildiyi kimi əmlakın qiymətinin dəqiqləşdirilməsi hazırda işin mahiyyətinə təsir etmir. Ona görə də məhkəmə kollegiyası da ekspertiza təyin edilməsinə heç bir zərurət görməmiş və iş materiallarında olan sübutlarla kifayətlənmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(033)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-667/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-667/2022
09.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver