Məhkəmə qərarları › İş №2(107)-668/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-668/2020

13.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-668/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.1556 ha torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.1556 ha torpaq sahəsindən və JN-244A kod 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılması tələbinə dair iddiaları təmin edilməmiş və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızından müştərək qaydada 343.10 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərc tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071 , VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************,SMİFT:AİİBAZ2X.Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN:**********, AZ23AİİB ******************** №li hesaba, 50 manat ekspertiza xərci isə tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyin ilə iddiaçıların hüquqları məhdudlaşdırılmış, birinci instansiya məhkəməsi isə ekspert rəyinə istinad edərək iddianı rədd etmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizaları keçirilməlidir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)- 693/2019 saylı qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər iddiaçılar və cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən rayonu Qazma kəndi ərazisində X1, Cavabdeh1 Qallac qızının, İddiaçı2, İddiaçı3, İddiaçı1, X2 və Verdiyeva Könül Yolçu qızının ümumi birgə mülkiyyətinə 0.1556 ha həyətyanı torpaq sahəsi və 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının naturada ayrılmasını,cavabdehlərin onlara aid olacaq torpaq sahəsindən çıxarılmalarını istəyirlər. Cavabdehlər iddiaçıların paylarının ayrılmasına razı olmadıqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyinə əsasən hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN244A KOD -40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2/12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X7 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 215.1-215.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş üzrə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli **********04 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət reyestrindən ümumi paylı mülkiyyətdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsindən və JN-244 A KOD 40103018 olan torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquq müəyyən edici sənədlərə uyğundur və həmin ərazidə cavabehlərin naturada istfadəsində 1.08 ha Qazma Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi var. Hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN-244A KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2/12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5 / 7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 22084 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyesteri Xidmətinin 18 saylı Zaqatala LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ümumi paylı mülkiyyətdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsindən və JN-244 A KOD 40103018 olan torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyesteri Xidmətinin 18 saylı Zaqatala LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Hüquqmüəyyənedici sənəddə **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN-244A KOD -40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2/12 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsindln iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Kompleks yerquruluşu sənədlərinə əsasən JN-244 saylı dövlət aktı ilə yerquruluşu xəritəsində göstərilən ərazi Balakən rayonu, Qazma kəndində tədqiq olunan torpaq sahələri ilə faktiki olaraq coğrafi yerləşmə mövqeyinə görə uyğunluq təşkil edir. Buna əsasən qeyd edilir ki, ərazidə 2009-cu ildə 15.5x11.8 ölçüdə inşa edilən iki mərtəbəli fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı JN-244 saylı dövlət aktının JN-244A nömrəli planın sərhəddi daxilində yerləşir. Eyni zamanda 1275 invantar nömrəli fərdi yaşayış evinin texniki pasportunda B şərti işarəli təsərrüfat tikilisi tərəflərin qeyd etdiyi kimi və həmçinin ekspertiza zamanı müşahidə olundu ki, əvvəllər yaşayış evi kimi istifadə olunmuşdur. Qeyd edilən səbəblərə görə və eləcə də JN-244 saylı Dövlət Aktının 244A, 244B, 244F, 244G nömrəli planları üzrə torpaq sahələrinin faktiki coğrafi yerləşmə koordinatlarına görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması, həmçinin tədqiqat materiallarında olan RX ******* seriyalı Çıxarış üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən tədqiq olunan torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsi mümkün olmamışdır. Göründüyü kimi daha bir ekspertizanın nəticəsi də sözügedən torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsinin mümkün olmadığını göstərmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət edici hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(019)-693/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB**********0433315142 hesаbınа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov VəzirxanMəlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar