Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-669/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi «mirasın faktiki olaraq qəbul etmə faktının» müəyyən edilməsinə dair mülki iş üzrə (Açar sözlər: mirası qəbul edilməsi faktının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, Ərizəçi «mirasın faktiki olaraq qəbul etmə faktının» müəyyən edilməsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)-413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadından Ərizəçi və onun vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, əri X1 miras qalmış əmlakı yalnız onun tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)-413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadı ilə Ərizəçi əri X1 miras qalmış əmlakı yalnız onun tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsinə və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsinə dair mülki işə məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ərizəçi və onun vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)-413/2*22 saylı 16 mart 2*22-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)-413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, hal-hazırkı əmlak miras kütləsinə daxil deyildir. Çünki mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş materiallarından da görünür ki, X1 miras qalması iddia olunan daşınmaz əmlak mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X1 miras qalmış daşınmaz əmlak, həmin əmlakın üzərində onun mülkiyyət hüququ üzrə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra miras kütləsinə daxil edilə bilər. İş materiallarında olan Mingəçevir şəhər Çernobil Əlillər Cəmiyyəti İctimai Birliyiynin «Kollektiv bağçılıq təsərrüfatı üzvülük Kitabçası» mülkiyyət hüquqlarının müəyyən edən sənəd deyildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2**7- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi məhkəmədən kənar həmin hüquqların əldə edilməsi imkanını itirməmişdir. Belə ki, ərizəçi əri X2 istifadəsinə verilmiş Mingəçevir şəhəri İcra Hakimiyyətinin 21.12.1995-ci il tarixli, 1*84 saylı sərancamına əsasən 4,45 hektar və 15.1*.1996-cı il tarixlmi, 9*1 saylı səracamına əsasən 8,55 hektar torpaq sahəsinin məhrumun adınamülkiyyət hüqüqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)- 413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)- 413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.*.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 4**-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 4**-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(*51)-413/2*22 saylı 18 fevral 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-669/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-669/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver