Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-67/2022 05.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, X14, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” tələbinə dair (Açar sözlər: torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X19 İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X12 iştirakı ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, X18, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, X14, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsinə” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********5, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Şamlı kəndində yerləşən 4.97 ha torpaq sahəsi üzərində olan xx.xx.2006cı ildən başlayaraq 50 il müddətinə icarə müqaviləsi əsasında istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır(i/m, səh. 13).
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********6, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Şamlı kəndində yerləşən 2.01 ha torpaq sahəsi üzərində olan xx.xx.2006cı ildən başlayaraq 50 il müddətinə icarə müqaviləsi əsasında istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır(i/m, səh. 15).
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********32, qeydiyyat tarixi – xx.xx.2017-ci il) surətindən görünür ki, İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nın Qəbələ rayonu, Şamlı kəndində yerləşən 8.5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır .(i/m, səh. 19)
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********33, qeydiyyat tarixi – xx.xx.2017-ci il) surətindən görünür ki, "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nın Qəbələ rayonu, Şamlı kəndində yerləşən 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır(i/m, səh. 21).
5. JN-0051 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.02 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
6. JN-0047 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh8 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.32 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
7. JN-0016 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.23 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0049 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh6 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.24 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
8. JN-0050 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2.08 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0046 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 19 yanvar 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, Cavabdeh9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 3.16 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********69, qeydiyyat tarixi – xx.xx.2014-cü il) surətindən görünür ki, Cavabdeh10 Qəbələ rayonu, Şamlı kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, 10/1077 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki LTİ-nin mütəxəssisi Nicat Abduləzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - **********55 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı verilmiş 4.97 hektar torpaq sahəsinin (yerquruluşu planı 3), **********56 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı icarəsinə verilmiş 2.01 hektar torpaq sahəsinin (yerquruluşu planı 4), **********2 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə “İnterkontinental" tikinti turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 8.5428 hektar torpaq sahəsinin (yerqurluşu planı 5) **********3 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə “İnterkontinental" tikinti turizm və ticarət Ko. LTD MMC-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsinin (yerquruluşu planı 6) plan-ölçü sənədlərində qeyd edilmiş koordinatları ilə faktiki yerləşmə vəziyyəti uyğundur. - İcarə hüququ ilə iddiaçının istifadəsinə verilmiş RX № ******* seriyalı, **********56 nömrəli çxıarışda qeyd edilmiş 2.01 hektar, RX № ******* seriyalı, **********32 nömrəli çıxarışda qeyd edilmiş 8.5428 hektar və RX № ******* seriyalı, **********33 nömrəli çıxarışda qeyd edilmiş 3.8772 hektar torpaq sahələri, JN-0047 nömrəli Dövlət Aktı ilə X2, JN-0049 nömrəli Dövlət Aktı ilə X8, JN-0050 nömrəli Dövlət Aktı ilə X3, JN-0046 nömrəli Dövlət aktı ilə X15, RX 0432943-**********9 nömrəli çıxarış ilə Cavabdeh10, JN-0051 nömrəli Dövlət aktı ilə X13, JN-0016 nömrəli Dövlət aktı ilə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü üçün torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilməsini təyin etmək mümkün deyildir. -**********33 nömrəli Daşınmaz əmlakın dövlət reeystrindən çıxarış ilə “interkontinental" tikinti, turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsi JN-0046 nömrəli dövlət aktında göstərilmiş 3.15 hektar torpaq sahəsinin 0.1208 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 7), **********33 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə “interkontinental" tikinti, turizm və ticarət KO.LTD MMC-nin mülkiyyətinəverilmiş 3.8772 hektar torpaq sahəsi JN-0047 nömrəli dövlət aktında göstərilmiş 3.32 hektar torpaq sahəsinin 0.1302 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 8), **********33 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə ''interkontinental” tikinti, turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsi JN-0049 nömrəli dövlət aktında göstərilmiş 2.24 hektar torpaq sahəsinin 0.1131 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 9), **********33 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə "interkontinental” tikinti, turizm və ticarət Ko.LTD MMc-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsi JN-0050 nömrəli dövlət aktında göstərilmiş 2.07 hektar torpaq sahəsinin 0.0795 hektar hisəsi ilə üst-üstə düşür (yerquruluşu planı 10), **********33 nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış ilə “İnterkontinenal" tikinti, turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsi JN-0051 nömrəli dövlət aktında göstərilmiş 3.02 hektar torpaq sahəsinin 0.0487 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 11), **********32 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə “interkontinental" tikinti, turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 8.5428 hektar torpaq sahəsi JN-0051 nömrəli dövlət aktında göstərilmiş 3.02 hektar torpaq sahəsinin 0.0080 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 12), **********56 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı icarəsinə verilmiş 2.01 hektar torpaq sahəsi JN-0016 nömrəli dövlət aktında göstərilmiş 2.23 hektar torpaq sahəsinin 0.0495 hektar hissəsi ilə üst-üstə düşür (yerquruluşu planı 13), **********33 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə "xxxx" tikinti, turizm və ticarət Ko.LTD MMC-nin mülkiyyətinə verilmiş 3.8772 hektar torpaq sahəsi seriya nömrəsi ******* çıxarış nömrəsi **********69 olan 2.00 hektar torpaq sahəsinin 0.0044 hektar hissəsi ilə üst-üstə düşür.(yerquruluşu planı 14).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi adına icarəsində olan 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2, eləcədə rəhbərlik etdiyi “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X13, X9, X4, X5, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1. iddia uzrə müstəqil tələb irəli sürülməyən üçüncü şəxs Qəbələ rayonu Hacallı bələdiyyəsi ilə yanaşı həmin bələdiyyənin hazırki sədri Nümayəndə mulku iş üzrə cavabdeh qismində tanınmasını və cəlb edilməsini; 2. mülki iş uzrə xususi biliyə malik mütəxəssis rəyinin alınması zərurəti yarandığından, iş uzrə müvafiq məhkəməekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini, 3. iş üzrə alınması zəruri olan məhkəməekspertizasının müvafiq rəyinin nəticə etibarı ilə hazırda vəzifəli şəxs olan Hacallı bələdiyyəsinin sədri Nümayəndə özbaşına, heç bir huquqi əsası və sənədi olmadan, ona və şirkətə məxsus torpaq sahələrinin qeyri qanuni əkinə istifadə edib, qeyriqanuni gəlir əldə etməsi ilə törətmiş kobud qanun pozuntusu barədə xususi qərardad çıxarılmasını; 4. eləcə də eyni kobud qanun pozuntularıını törətmiş digər cavabdehlər barəsində, qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi qanuni tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini; 5. iddia ərizəsində, aşağıda göstərilən cavabdehlərin soy adı və ata adlan səhf göstərildiyindən: X17 - Cavabdeh7 kimi, X10 - X1, X11 - X7 mülki iş uzrə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri şəxsi adına icarəsində olan 6.98 ha torpaq ərazisini (4.97ha + 2.01ha)-ya, eləcə də rəhbərlik etdiyi ’’İnterkontenintal” Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin DTXKnin Qəbələ rayon şöbəsi, xx.xx.2005-ci il tarixli JN-204 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 13.50 ha olmuş, çıxarışlarla isə real mülkiyyətində olan 12.42 ha torpaq ərazisini (8.54227ha + 3.8772ha)- ya, yəni hər iki torpaq ərazini 2 yerə bölmüşdür. Göstərilən torpaq sahələrinin relyef quruluşu dərətəpə olduğundan və su kəmərinin çəkilməsi ilə 2 yerə bölünmüş, hər 2 ərazinin 25-30%-i əkinə yararlıdır. Hər iki torpaq sahələrinin əkinə yararlı olan hissələridə aşağıda göstərilən Qəbələ rayonu Şamlı kənd sakinləri tərəfindən qeyri-qanuni zəbt edilərək, onun icazəsi və razılığı olmadan şumlanıb əkilmişdir. Belə ki, 12 dekabr 2019-cu il tarixində tərəfindən göstərilən ərazilərdə şum və əkin işlərin hazırlığı üçün ərazidə olarkən, Şamlı kənd sakinəri tərəfindən icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin əkinə yararlı hissəsinin qonşu ərazi torpaq şahinləri tərəfindən qeyri-qanuni zəbt edilərək çəpərlənib, əsassız olaraq halhazırda, öz əraziləri kimi istifadə etdikləri fakt aşkar olunmuşdur. Göstərilənlərlə əlaqədər, o, xx.xx.2019-cu il tarixli ərizə ilə Qəbələ rayonu Şamlı kəndində yerləşən, reyestr nömrəsi olan, Hüquqların Dövlət qeydiyyatı haqqınnda daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən icarəsində və mülkiyyətində olan sahələrinin sərhədlərinin konkret olaraq yerində müəyyən edilərək, ona tanıdılması ilə bağlı ƏMDK-nin yanında DƏDRX-mn 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciyyət etdi. Onun müraciyyətinə əsasən ƏMDKnin yanında DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2019-cu il tarixli **********27 nömrəli məktubuna əsasən, həmin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X28 oglu tərəfindən, Hacallı Bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə reyestr nömrəsi olan çıxarışlara əsasən, yuxarıda göstərilən torpaq sahələrinin konkret olaraq yerində müəyyən edilərək ona bələdiyyə sədrinə tanıdılmışdır. Həmin tanıdılma ilə müəyyən olunmuşdur ki, şəxsi adıına icarəsində olan 6.98 ha (4.97ha + 2.01ha) torpaq sahələrinin sərhədlərindən qeyri-qanuni, onun razılığı olmadan, özbaşına içəri daxil olub zəbt edərək, Şamlı kənd sakinləri: - 1. Cavabdeh1 oglu; 2. Cavabdeh4 Xəlid oglu; 3. Qonşu ərazinin sahibi Cavabdeh2 oglu icarəsində olan torpaq sahəsinin əkinə yararlı hissəsini şumlayıb əkərək, əsassız olaraq hal-hazırda istifadə edirlər. Göstərilənlərlə yanaşı müəyyən olunmuşdur ki, şirkətin mülkiyyətində olan 8.5428 ha torpaq sahəsinin təxminən 80 sot ərazisi, həmin ərazi ilə üz-üzə yaşayan Cavabdeh3 Muxtar qızı, onun razılığı olmadan özbaşına qeyri-qanuni zəbt edərək, əsassız olaraq istifadə etməkdədir. Şirkət isə həmin hissədə şum və əkin işlərinin aparılmasının qeyri- qanuni hərəkətləri və aqresif davranışı ilə qarşısını alır. Cavabdeh3 Muxtar qızı, özünün qeyri-qanuni hərəkətlərini və agresif davranışını isə hər hansı bir Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməsinin mövcud olmamasına baxmayaraq, əlində olan, hansısa vaxtı keçmiş bir 2003-cü il tarixli Şamlı kənd bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə istinad edərək, hal-hazırdada dəvam etdirməkdədir. Göstərilənlərlə yanaşı müəyyən olunmuşdur ki, şirkətin mülkiyyətində olan digər 3.8772 ha torpaq sahəsinin bir hissəsi də aşağıda adları sadalanan qonşu ərazilərinin sahibləri Şamlı kənd sakinləri: - 1. X33 oglu; 2. X29 oglu; 3. X23 oglu; 4. X26 oglu; 5. Cavabdeh9 Sədir oglu; 6. Carxana kənd sakini X6 tərəfindən qeyri-qanuni öz ərazilərinə qatıb zəbt edərək çəpərlənib, onun razılığı olmadan özbaşına şumlanıb əkilərək, əsassız olaraq istifadə etməkdədirlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli (hаkim E.İsayev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cavabdeh3, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq ərazilərinin qeyri qanuni zəbt edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq “X16” MMC tərəfindən təqdim edilmiş hesaba ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətdə olan torpaq sahəsilərindən istifadəyə cavabdehlər tərəfindən maneələr törədildiyini iddia edərək, törədilmiş maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmasının təmin edilməsində zəruri olan torpaq sahələrinin kəmiyyət, keyfiyyət və koordinatları qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan göstəricilərlə müvafiq torpaq sahələrinin faktiki məkan göstəriciləri və konfiqurasiyası arasında mövcud uyğunsuzluğu aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələrinin planı, ölçüsü və koordinatları əsasında müəyyən əməliyyatlar aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı şəxsi adına icarəsində olan 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2, eləcədə rəhbərlik etdiyi “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X13, X9, X4, X5, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, manelərin nədən ibarət olduğu, ümumiyyətlə torpaq sahəsini cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 156.1, 157.2 və 157.4cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 77.1, 81, 88, 89.3, 119.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edib, cavabdeh qismində ifadəsi alınan 10 cavabdehdən, məhkəmə tərəfindən yalnız 5 cavabdehin Cavabdeh9, Alik Hüseynovun, Cavabdeh7, Asəf Mustaqovun və Cavabdeh2 mülkiyyətində olan torpaq sahələrinə dair Dövlət Aktlarının surəti işə əlavə olunmuşdur. Mübahisənin həlli üçün xüsusi biliyə malik mütəxəssisin tədqiq edib izah etməsi üçün, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında 10 cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt müəyyən edildiyi təqdirdə həmin sahənin ölçüsü nə qədərdir? Cavabdehlər tərəfindən hər hansı bir tikinti inşa edilmişdirmi? kimi suallar qoyulmuşdur. Məhkəmə ekspertiza təyin edərkən, özəl ekspertizanı seçməklə, eyni zamanda ekspertiza rəyinə məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, zəbt olunan torpaq sahələrinin mülkiyyətçi kim olduğunu, yəni, zəbt olunmuş torpaq sahələrini qanunsuz istifadə edən şəxslər (cavabdehlər) hansı əsasla və sənədlə istifadə edirlər. Bu barədə ekspert qarşısında suallar qoyulmamış və nəticədə həqiqətin müəyyən olunması öz həllini tapmamışdır.
19. Verilmiş əsassız rəydən belə anlaşılır ki, DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən hüquq verici sənədlər üzrə (çıxarış, plan-ölçü) müvafiq olaraq 8.54227 ha, 3.8772 ha. 4.97 ha və 2.01 ha torpaq sahələrin qeyd olunan koordinatları əsasında ümumiyyətlə ayrı-ayrılıqda hər 4 torpaq sahələri məkan göstəriciləri və konfiqurasiyası ilə ərazi üzrə torpaq sahələrinin məkan və konfiqurasiyası göstəriciləri arasında tamamilə uyğunsuzluq olduğundan, eləcə də iddiada göstərilən çıxarış və plan ölçü sənədlərində sözü gedən torpaq sahələrinin qeyd olunan koordinatları ilə hüdudları (naturadakı) faktiki hüdudlan ilə tamamilə üst-üstə düşmədiyindən, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan sualların cavablardınlması mümkün olmamışdır. Belə ki, mübahisələndirilən torpaq sahələri, harda yerləşməsi və torpaq sahələrinin mövcud olması sual altında qalır. Beləliklə, həmin rəydə konkret olaraq tədqiq olunan hər 4 torpaq sahəsinin ayrıayrılıqda koordinatları əsasında coğrafi məkan göstəriciləri və konfiqurasiyası ilə ərazi üzrə (naturada) torpaq sahələrinin faktiki məkan göstəriciləri və konfiqurasiya arasında, konkret olaraq hansı ölçüdə, hansı hissəsində, nəqədərində uyğunsuzluğun olması, eləcə də çıxarış və plan-ölçü sənədlərində qeyd olunan koordinatlarla, naturadaki faktiki hüdudların hansı ölçüdə, hansı hissəsində, nöqtələrində üst-üstə düşməsi ekspert tərəfindən dəqiq və dürüst göstərilməmişdir. yuxanda göstərilən ekspert rəyində istinad edilən və həmin rəyin verilməsinə əsas göstərilən xx.xx.2020-ci il tarixli baxış aktından göründüyü kimi, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının apan İması üçün ekspert tərəfindən Qəbələ rayonu Şamlı kəndində yerləşən iddia predmeti olan, ayrıayrılıqda müxtəlif ölçülərdə olan mübahisələndirilən 4 torpaq sahəsindən, konkret olaraq hansı ölçüdə olan torpaq sahəsinin tədqiq olunması, eləcə də baxış zamanı tədqiq olunan konkret olaraq dəqiq hansı (8.54227 ha, 3.8772 ha, 4.97 ha və 2.01 ha) torpaq sahəsinin koordinatlarının GPS ölçü avadanlığı vasitəsilə götürüldüyü göstərilməmişdir. Yəni, dəqiq bəlli və tam aydın deyil. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli İş № 2(021)-17/2021 qətnaməsinin ləğv edilməsini, mülki işi yenidən araşdırmaqla, təkrar ekspertiza ( dövlət ekspertizası ) keçirib, tərəflərin mütəxəssislərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirməklə obyektiv və ədalətli qətnamə qəbul edilməsini, qeyriobyektiv və qərəzli qətnamə qəbul edən Qəbələ Rayon Məhkəməsinin və qeyri-obyektiv, əsassız və qərəzli ekspertiza rəyini verən ekspert barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edəib, sonda şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X18 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz dərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
27.Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)- 17/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməklə, Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə digər əsaslarla iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
34. Belə ki, hazırki iddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddiaçının tələbi torpaq sahəsinin boşaldılması olmaqla iki hissədən ibarətdir.
1. İddiaçı şəxsi adına icarəsində olan Qəbələ rayonu Şamlı kəndində yerləşən 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2,
2. “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyriqanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X13, X9, X4, X5, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması.
35. İşin mübahisə olunmayan hallarından görünür ki, mübahisəli torpaq sahələrindən Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli 4.97 ha və 2.01 ha torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarına əsasən iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir.
36. Digər torpaq sahələri, yəni Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli 8.5428 ha və 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin tam mülkiyyətinə verilmişdir.
37. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbinin birinci hissəsi üzrə (iddiaçının özünün icarəsində olan ) torpaq sahələri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.
38. Belə ki, apellyasiya icraatı zamanı işin obyektiv həlli məqəsədilə məhkəmə ekspertizası təyin edilmişdir.
39. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, 10/1077 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İcarə hüququ ilə iddiaçının istifadəsinə verilmiş RX № ******* seriyalı, **********56 nömrəli çxıarışda qeyd edilmiş 2.01 hektar, RX № ******* seriyalı, **********32 nömrəli çıxarışda qeyd edilmiş 8.5428 hektar və RX № ******* seriyalı, **********33 nömrəli çıxarışda qeyd edilmiş 3.8772 hektar torpaq sahələri, JN-0047 nömrəli Dövlət Aktı ilə X2, JN-0049 nömrəli Dövlət Aktı ilə X8, JN-0050 nömrəli Dövlət Aktı ilə X3, JN-0046 nömrəli Dövlət aktı ilə X15, RX 0432943-**********9 nömrəli çıxarış ilə Cavabdeh10, JN-0051 nömrəli Dövlət aktı ilə X13, JN-0016 nömrəli Dövlət aktı ilə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü üçün torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilməsini təyin etmək mümkün deyildir. 40.Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı özü də şikayətinin bu dəlili bağlı nə birinci, nə də ki, apellyasiya icraatı zamanı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
41. Göründüyü kimi ddiaçı İddiaçı şəxsi icarəsində olan 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qeyri-şərtsiz zəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, manelərin nədən ibarət olduğu, ümumiyyətlə torpaq sahəsini cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir.
42. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qeyd edilən hissə üzrə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
43. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi üzrə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin bu hissəsi üzrə tərəflər arasındakı qarşılqlı münasibətə düzgün qiymət verməmiş, iddiaçının həmin torpaq sahələri üzrə öz adından iddianı vermək üçün subyektiv hüquqa malik olub-olmamasına düzgün qiymət verməmişdir.
44. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, ilk növbədə apellyator-İddiaçı apellyasiya şikayətinin dəlillərinə, xüsusən də "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan torpaq sahsəi ilə bağlı öz adından iddia ərizəsi verməyə subyektiv hüququnun olub-olmaması dəlilinə qiymət verilməlidir.
45. Nəzərə alınmalıdır ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Hazırda öyrənilən işdən bəlli olur ki, Qəbələ rayonu, Şamlı kəndində yerləşən mübahisəli 8.5428 ha və 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarına əsasən iddiaçının rəhbərlik etdiyi "xxxx" Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin tam mülkiyyətinə verilmişdir.
47. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsini özü imzalamış, hüquq münasibətlərində öz adından çıxış etmiş və öz mənafelərini müdafiə etmişdir.
48. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
49. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər Cavabdeh3, X20, Cavabdeh7h oğlu, X14, X18, Cavabdeh9 Sədir oğlu və Cavabdeh10 münasibətdə də eyni əsasla ləğv etməklə düzgün nəticəyə gəlməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermiş mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.
51. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən - İddiaçı “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X13, Cavabdeh7h oğlunun, X8, X12, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyri-şərtsiz zəbt etdikləri torpaq ərazilərini dərhal tərk etmələri, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması” hissəsində ləğv edilməli, həmin hissə üzrə yenin qətnamə qəbul edilməklə iddia yenidən təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
53. Məhkəmə kоllegiyаsı hesab edir ki, iddia təmin edilmədiyindən qeyd оlunаn məhkəmə ekspertizası xərci iddiaçıya аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat iddiaçıdan alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən- İddiaçı “İnterkontenintal Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha (8.54227ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakinləri Cavabdeh3, X13, Cavabdeh7h oğlunun, X8, X12, Cavabdeh9 Sədir oğlunun və Çarxana kənd sakini Cavabdeh10 qeyrişərtsiz zəbt etdikləri torpaq ərazilərini dərhal tərk etmələri və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan, yəni Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayonu Şamlı kəndində yerləşən 6.981 ha (4.97ha + 2.01 ha) torpaq sahəsindən çıxarılamlarının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertizası tədqiqatının dəyəri 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov