Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-67/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı “cavabdehlərin ona məxsus olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı “cavabdehlərin ona məxsus olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının və Cavabdeh2 ona məxsus olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha həyətyanı torpaq sahəsindən və onun üzərindəki tikilidən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, Balakən rayonu H.Əliyev prospektində 0.0150 ha həyətyanı torpaq sahəsi almışdır, həmin torpaq sahəsinin üzərində bir mərtəbəli evi də vardır. Həmin evdə uzun müddət yaşayış olmamış, hərdən o və əri yaşamışlar. X6, keçmiş arvadı Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və onun anası Cavabdeh2 həmin evdə heç vaxt yaşamamışlar. Lakin oğlu ilə cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı arasında nikah pozulduqdan sonra onlar ona məxsus olan torpaq sahəsinə və evə zorla girmiş və orada yaşamağa başlamışlar. O, onların həmin torpaq sahəsini və evi tərk etmələrini tələb etsə də, onlar könüllü şəkildə tərk etməkdən imtina etmişlər. Buna görə də Balakən RPŞ-ə müraciət etmişdir. Balakən RPŞ-nin rəisinin xx.xx.2022-ci il tarixli, 109-169095-3222 nömrəli məktubuna əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehlər ona məxsus olan əmlakı zəbt etməklə, ona maddi və mənəvi ziyan vurmaqda davam edir. Cavabdehlərlə apardığı danışıqlar nəticə vermədiyindən və Balakən RPŞ tərəfindən verilən imtina məktubuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 27 aprel 2023-cü il tarixli, 2(019)- 98/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınıb İddiaçı verilməsi, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilmsəi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı mülkiyyətində Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqları vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı X6 ilə cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı arasında nikah pozulduqdan sonra cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Emçiyeva X3 Esmira Bəybala qızının xüsusi mülkiyyətində olan həmin torpaq torpaq sahəsindən qanunsuz olaraq istifadə olunur. İddiaçı cavabdehlərin ona məxsus 0.015 ha torpaq sahəsini tərk etmələrini tələb etsə də, cavabdehlər həmin torpaq sahəsini könüllü şəkildə tərk etməkdən imtina etmişlər. Məhkəmə mühəndis-texniki ekspertizasının 22 fevral 2023-cü il tarixli, 10/7617 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və X8 tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 Balakən şəhəri Heydər Əliyev prospektində İddiaçı mülkiyyətində olan 0.0150 ha torpaq sahəsindən çıxmırlar. Bununla da İddiaçı həmin 0.015 ha torpaq sahəsinə mülkiyyət hüquqları pozulur. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşin faktoloji hallarına və yuxarıda göstərilən qanun normalarına istinad edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə İddiaçı 0.0150 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdaxilə etməklə, onun mülkiyyət hüquqlarını pozurlar. Ona görə də iddia təmin edilməli, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 qanunsuz istifadə etdikləri, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən çıxarılmalı və bununla da İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab etmişdir ki, iddia təmin edilməli, 19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 alınıb İddiaçı verilməli, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızından və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan Hüquqları Bəyannaməsi”nin 18ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 238.1, 238.2, 238.3, 239.2, 240.1, 240.2, 243.1, 243.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 116.2, 117.1, 118.1, 119.1, 124.1, 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə onlar mübahisəli torpaq sahəsində 2018-2020-ci illər ərzində fərdi yaşayış evi inşa etmişlər. Torpağın əvvəlki mülkiyyətçisi Elnar Sərkərov həyat yoldaşı ilə aralarında olan mübahisədən istifadə edərək evin yerləşdiyi torpaq sahəsini anası, hazırki iş üzrə iddiaçıya 3000 manata notarial qaydada satmışdır. Cavabdeh Şəfa Emçiyeva isə Elnar Sərkərova və İddiaçı qarşı birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinin dəyərinin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, Balakən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(019)-51/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 X13 ilə birgə nikah dövründə inşa etdikləri Balakən şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin dəyəri olan 41850 (qırx bir min səkkiz yüz əlli) manatın yarısı məbləğini təşkil edən 20925 (iyirmi min doqquz yüz iyirmi beş) manatın X9 alınaraq Cavabdeh1 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bununla belə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istinad etdikləri maddi hüquq normaları ilə iddianın təmin edilməsi üçün iddiaçının mülkiyyətçi olması, cavabdehin əşyaya sahiblik (yaxud maneçilik) etməsi ilə yanaşı, üçüncü bir dispozisiya şərticavabdehin sahibliyinin (müdaxiləsinin) qanunsuz olması da müəyyən edilməlidir. Baxılan işdə yuxarıda qeyd edilən hala iş materillarındakı məlumat və sübutlar əsasında lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda qeyd edir ki, iş materiallarında olan ekspert və mütəxəssis rəyindən də görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsi demək olar ki, bütövlüklə 1 mərtəbəli 3 otaqlı mətbəx və hamamdan ibarət olan fərdi yaşayış evinin altında yerləşir. 0.0150 ha boş torpaq sahəsi mövcud olmadığından həmin hal da iddianın təmin edilməsini istisna edir. Belə ki, Balakən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e- 16(019)-12/2023 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 qarşı “19 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 19 yanvar 2022-ci il tarixli, A seriyalı 680673 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair e-2(019)-98/2023 saylı mülki iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənə, qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alanadək Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququna, İddiaçı torpaq sahəsinə giriş-çıxışına maneçiliyin yaradılması cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına, Cavabdeh2 və başqa şəxslərə qadağan olunması qərara alınmış, lakin Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icrasının mümkün olmaması əsası ilə icra sənədi geri qaytarılmışdır. Belə ki, həmin qərarda da göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsi demək olar ki, bütövlüklə 1 mərtəbəli 3 otaqlı mətbəx və hamamdan ibarət olan fərdi yaşayış evinin altında yerləşir. 0.0150 ha boş torpaq sahəsi aşkar edilmədiyindən icra sənədinin icrası mümkün olmamışdır. Bu hal icra sənədinin icrasını mümkünsüz edir. Beləliklə yuxarıda qeyd edilən hallara əsasən cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni olub-olmamasına qiymət verilməlidir. Balakən rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızına və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarının ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqları vardır. Qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış'la rəsmiləşdirilmişdir. İddiaçı X6 ilə cavabdeh Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı arasında nikah pozulduqdan sonra cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Emçiyeva X3 Esmira Bəybala qızının xüsusi mülkiyyətində olan həmin torpaq torpaq sahəsindən qanunsuz olaraq istifadə olunur. İddiaçı cavabdehlərin ona məxsus 0.015 ha torpaq sahəsini tərk etmələrini tələb etsə də, cavabdehlər həmin torpaq sahəsini könüllü şəkildə tərk etməkdən imtina etmişlər. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər X11, Balakən rayon Notariat Ofisinin xüsusi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə Balakən regional Asan xidmət X2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1551 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli İddiaçı adına reyestr nömrəsi **********06 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və Çıxarışın ləğv edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(019)-771/2023 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(019)-771/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. İddiaçı ilə cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri iddiaçıya məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. İddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Baxılan iş üzrə torpaq sahəsinin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin torpaq sahəsindən məcburi qaydada çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Balakən Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(019)-873/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 22 fevral 2023-cü il tarixli, 10/7617 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və X8 tərəfindən bütövlükdə istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********06 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları təsdiq olunan Balakən şəhəri H.Əliyev prospektində yerləşən 0.0150 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinin hüdudları daxilində bir mərtəbəli yaşayış evi mövcuddur. İddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi bir mərtəbəli ev İddiaçı xüsusi mülkiyyətində olan həmin 0.015 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Bundan sonra kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı Cavabdeh1 cavabdehlər X11, Balakən rayon Notariat Ofisinin xüsusi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə Balakən regional Asan xidmət X2 ilə İddiaçı arasında bağlanmış 4Ə-1551 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli İddiaçı adına reyestr nömrəsi **********06 olan qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və Çıxarışın ləğv edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(019)-771/2023 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(019)-771/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə Kollegiya qeyd edir ki, cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0150 ha torpaq sahəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə İddiaçı 0.0150 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Yekunda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(019)-98/2023 saylı qətnaməsi cavabdehlər Sərkərova (Emçiyeva) Şəfa Eldar qızının və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-67/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-67/2024
18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver