Məhkəmə qərarları › İş №2(107)-673/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-673/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-673/2025 06.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ümumi birgə mülkiyyətdəki payın müəyyən edilməsi) Hakimlər oğlu Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(075)-118/2025 nömrəli qətnaməsindən İddiaçı4 nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu, Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mükliyyətçilərinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1, eyni zamanda hazırkı iş üzrə iddiaçılar olan-İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətinə Şəki rayonunun Cunud kəndinə 1,7785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində göstərilən şəxslərin hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 03 aprel 2024-cü ildə ********** nömrə ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışda adı göstərilən şəxslərdən X2 19 iyun 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılmışdır. Yuxarıda qeyd edilən torpaq sahəsindən həmişə hazırkı iş üzrə iddiaçılar istifadə etmişlər. Hal-hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini istəyirlər. Çünki iddiaçıların hüquqlarının hazırkı formada qeydiyyata alınması onların öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə etmələrinə maneə törədir. Hazırda iddiaçılar özlərinə düşən hissələr üzrə torpaq sahəsindən paylarının müəyyən edilməsini və adlarına tam mülkiyyət hüququ üzrə çıxarış almaq istəyirlər.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə yazılı mülahizəyə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mükliyyətçilərinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların tələbi ilə razılaşırlar. Hesab edirlər ki, hər bir şəxsin payının müəyyən olunması gələcəkdə tərəflər arasında ola biləcək mübahisələrə son qoyacaqdır. Bu gün əmlak ümumi birgə olmaqla müəyyənləşib. Mülkiyyətçilərdən biri rəhmətə gedib. Kimsə əmlakla bağlı müəyyən hərəkət etdikdə birgə hərəkət etmək məcburiyyətindədir. Bu da mülkiyyətçilər arasında narazılığa səbəb olur. Odur ki, sözügedən iddia tələbi ilə razılaşır və iddiaçılarla yanaşı Cavabdeh da payının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(075)-118/2025 nömrəli qətnaməsi ilə (hakim K.Musayev), iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (3-cü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********17 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 1.7785 ha torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və X1 ümumi birgə mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli AZ-1 № 197796 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Birincisi, Mülki Məcəlləyə əsasən birgə mülkiyyətdə olan əşyaya dair paylar müəyyən edilməyibsə, belə olan halda paylar bərabər sayılır. Yəni, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçıların hər hansı hüququnun pozulması müəyyən edilmir. İkincisi isə birgə mülkiyyətçilərdən biri X2 vəfat etmişdir. Həmin şəxsin vərəsələrinin olubolmaması, vərəsələrinin kimlərdən ibarət olması, vərəsəliyin qəbul edilib-edilməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.1, 222.1, 223.2, 223.3 -cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı4 apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialarından göründüyü kimi, X1, eyni zamanda hazırki iş üzrə iddiaçılar olan İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumibirgə mülkiyyətinə Şəki rayonunun Cunud kəndinə 1,7785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində göstərilən şəxslərin hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 03 aprel 2024-cü ildə ********** nömrə ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.

13. Çıxarışda adı göstərilən şəxslərdən X2 19 iyun 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılmışdır. Torpaq sahəsində mülkiyyətçilərin payı müəyyən edilmədiyi üçün iddiaçılar torpaq sahəsindən mülkyyət hüquqlarını (sərəncam vermək hüququnu) tam həyata keçirə bilmirlər. Hal-hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini xahiş edirlər. Çünki iddiaçıların hüquqlarının hazırki formada qeydiyyata alınması onların öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə etmələrinə maneə törədir. Hazırda iddiaçılar özlərinə düşən hissələr üzrə torpaq sahəsindən paylarının müəyyən edilməsini və adlarına tam mülkiyyət hüququ üzrə çıxarış almaq istəyirlər.

14. Qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, birinci instansiya məhkəməsinin e-2(075)-118/2025 saylı, xx.xx.2025 il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gedişatında iş üzrə cavabdeh olan mülkiyyətçilərdən biri Cavabdeh da ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini və paylar müəyyən edilərkən onunda payının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, Mülki Məcəlləyə əsasən birgə mülkiyyətdə olan əşyaya dair paylar müəyyən edilməyibsə, belə olan halda paylar bərabər sayılır. Yəni, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçıların hər hansı hüququnun pozulması müəyyən edilmir. İkincisi isə birgə mülkiyyətçilərdən biri X2 vəfat etmişdir. Həmin şəxsin vərəsələrinin olub-olmaması, vərəsələrinin kimlərdən ibarət olması, vərəsəliyin qəbul edilib-edilməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

15. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu nəticə əsaslı və qanuni deyildir. Belə ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onların ümumi mülkiyyətidir. Mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İddia etdiklər torpaq sahəsi üzrə paylar müəyyən edilmədiyi üçün onların birgə mülkiyyətdində olan torpaq sahəsidir. Mülkiyyətçilərdən biri, X2 vəfat etmişdir. Həmin şəxs İddiaçı4 anası, digər iddiaçıların və cavabdehin nənəsidir.

16. Əlavə edir ki, qeyd edilən torpaq sahəsi Aqrar islahat komissiyası tərəfindən həmin mülkiyyətçilərə pay torpaq kimi verilən sahədir. Sadəcə daşınmaz əmlakın dövlət reyestri həmin verilmiş pay torpaq sahələrini qeydə alarkən ümumi birgə mülkiyyət kimi qeydə alır. İslahat zamanı adam başına düşən norma hesablanaraq ümumi pay torpağı verilirdi. Yəni adından göründüyü kimi həmin torpaq sahələri adları qeyd edilən şəxslərin payına verilmiş torpaq sahələridir.

17. Həmçinin qeyd edir ki, qanunvericiliyə görə Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Qeyd edilən torpaq sahəsi bölünməli olmayan daşınmaz əmlakdır. Hər bir tərəfin payını müəyyən etmək mümkündür və hər bir tərəfin bir payı olmaqla paylı mülkiyyəti sayılır. Ümumi birgə mülkiyyətçilər öz aralarında ərizə verməklə birgə mülkiyyəti paylı mülkiyyət edə bilərlər. Lakin bu sahə üzrə bir nəfər vəfat etdiyindən bunu etmək mümkün deyildir və yalnız məhkəmə yolu ilə mümkündür. Məhz buna görə də hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 03 aprel 2024-cü ildə ********** nömrə ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən torpaq sahəsinin mükliyyətçilərinin hər birinin payı müəyyən edilməlidir.

18. Odur ki, Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(075)-118/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(075)-118/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Şəki “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi isə, məhkəmə iclasına məktub ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsaəsn ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. Apellyator Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(075)- 118/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edildi ki, X1, eyni zamanda hazırkı iş üzrə iddiaçılar olan-İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh ümumi birgə mülkiyyətinə Şəki rayonunun Cunud kəndinə 1,7785 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində göstərilən şəxslərin hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 03 aprel 2024-cü ildə ********** nömrə ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışda adı göstərilən şəxslərdən X2 19 iyun 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılmışdır. Hal-hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini istəyirlər. Çünki iddiaçıların hüquqlarının hazırkı formada qeydiyyata alınması onların öz mülkiyyətlərindən sərbəst şəkildə istifadə etmələrinə maneə törədir. Hazırda iddiaçılar özlərinə düşən hissələr üzrə torpaq sahəsindən paylarının müəyyən edilməsini və adlarına tam mülkiyyət hüququ üzrə çıxarış almaq istəyirlər. Cavabdeh iddiaçıların paylarının müəyyən edilməsinə etirazı olmamış, eyni zamanda özünün də payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamamışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********17 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Cunud kəndində yerləşən 1.7785 ha torpaq sahəsi İddiaçı2 İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və X1 ümumi birgə mülkiyyətindədir və hal-hazırda həm iddiaçılar, həmdə cavabdeh ümumi birgə mülkiyyətdəki paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər və hazırkı vəziyyətdə mülkiyyətçilərin paylarının müəyyən edilməsi üçün hər hansı məhdudiyyət yoxdur.

36. Kollegiya qeyd edir ki, ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin hər hansı birinin ölməsi və ölmüş şəxsin vərsələrinin müəyyən edilməməsi, digər mülkiyyətçilərin paylarının müəyyən edilməsinə məhdudiyyət yaratmır.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

38. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tаrixli, e- 2(075)-118/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu, Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 13 mart 2025-ci il tаrixli, e-2(075)-118/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Şəki “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı “torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınan, reyestr nömrəsi **********17 olan Şəki rayonu, Cunud kəndində yerləşən 1,7785 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin payı 1/6 hissədə müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar