Məhkəmə qərarları › İş №2(107)-678/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-678/2020

12.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-678/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X13 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 12 saylı X18 Qax rayon şöbəsinə qarşı “cavabdeh İddiaçı2 tərəfindən qanunsuz olaraq mənimsənilmiş daşınmaz əmlakda vərəsələr kimi onların paylarının müəyyən edilməsi və ölçülərək naturada onlara verilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 Qax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz olaraq mənimsənilmiş həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində vərəsələr kimi onların paylarının müəyyən edilməsi və ölçülərək naturada onlara verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 12 saylı X18 Qax rayon şöbəsinə qarşı “Cavabdeh1 tərəfindən qanunsuz olaraq mənimsənilmiş həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində vərəsələr kimi onların paylarının müəyyən edilməsi və ölçülərək naturada onlara verilməsi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə sonradan apelyasiya şikayətinə əlavə ünvanlamışdır. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında onların nənəsi X5 məxsus olmuş 0,110039 ha (1100,39 kv.m) həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş 3 (üç) otaqlı fərdi yaşayış evi, anamız X1 məxsus olmuş 0,070042 ha (700,42 kv.m) həyətyanı torpaq sahəsi vardır. Nənəsi N.O.Şıxəmirova özünə məxsus olmuş həyətyanı torpaq sahəsini və yaşayış evini 1973-cü ildə notarial qaydada kiçik qardaşı X8 vəsiyyət etmişdir. Bundan sonra xx xxxxxx 1995-ci il tarixində dövlət reyestrində 2B-08 nömrə ilə qeydiyyata alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında nənəsinin əmlakının-həyətyanı torpaq sahəsinin və evin kiçik qardaşı İlham Kilmizliyevin şəxsi mülkiyyəti olmasına dair Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən ona qeydiyyat şəhadətnaməsi və 781 nömrəli texniki pasport verilmişdir. Nənəsinin vəsiyyəti üzrə onun əmlakı kiçik qardaşı İlham Kilmizliyevin xüsusi mülkiyyətinə keçdikdən sonra həmin evdə yaşayan və həyətyanı torpaq sahəsindən də istədiyi kimi istifadə edən böyük qardaşımız Cavabdeh1 ilə onun münasibətləri tədricən pisləşməyə başlamış, böyük qardaşı Cavabdeh1 tez-tez həyətdə ümumi birgəyaşayış qaydalarını pozmuş, evin qabaq hissəsində həyətin ortasında özbaşına toyuq hini tikmiş, İlhamın ona dəfələrlə onun mülkiyyətinə qarşı törətdiyi özbaşına qəsdlərə son qoyulmasını tələb etməsinə baxmayaraq, bunun heç bir nəticəsi olmamış və ona görə də, İlham Kilmizliyev özünün qanuni mülkiyyətində olan evdən İntiqamın ailəsi ilə birlikdə məcburi qaydada çıxarılması və İntiqam tərəfindən icazəsiz tikilmiş toyuq hininin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qax Rayon Məhkəməsi özünün xx xxxx 2011-ci il tarixli, 2(024)-73 saylı qətnaməsi ilə işdə olan sübutlaravəsiyyətnaməyə, vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Rayonlararası Texniki İnventarizasiya Bürosunun evin İlham Kilmizliyevin şəxsi mülkiyyəti olmasına dair qeydiyyat şəhadətnaməsinə və 781 nömrəli texniki pasporta əsaslanaraq kiçik qardaşı İlham Kilmizliyevin evin mülkiyyətçisi olduğunu qət etmişdir. Bu qətnamənin 4-cü səhifəsinin 2-ci abzasında əsaslandırıcı hissədə konkret olaraq göstərilir ki, Cavabdeh1, İlham Kilmizliyevin xüsusi mülkiyyətində olan evdə yaşayır və həyətyanı torpaq sahəsindən istifadə edir. Onu da qeyd etmək lazımdır ki, 2011-ci ilin yayında Qax rayon məhkəməsində icraat zamanı Cavabdeh1 iddiaçı İlham Kilmizliyevə qarşı yalnız “evdən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi”nə dair qarşılıqlı iddia qaldırmışdır və o özü bu qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, “vəsiyyətnaməyə əsasən ev qardaşı İlham Kilmizliyevə vəsiyyət olunmuşdur. Həmin vəsiyyətnamə əsasında xx xxxxxx 1995-ci il tarixində 2B-08 saylı Dövlət reyestrində qeydə alınmış həmin evin mülkiyyətçisi İlham Kilmizliyev hesab edilmişdir. Qax Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxan Şəki Apelyasiya Məhkəməsinin qətnaməsində də qeyd edilir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax şəhəri keçmiş Azadlıq küçəsində yerləşən 8 saylı, ümumi sahəsi 188 kv.m, yaşayış sahəsi 85 kv.m olan ev xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır Daha sonra bu qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, iş materiallarından müəyyən olunur ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən mübahisəli 8 saylı yaşayış evi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 mülkiyyətindədir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hətta Cavabdeh1 sözügedən qarşılıqlı iddiasını tamamilə rədd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçı X8 qarşı qarşılıqlı iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mıılki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin tələblərini nəzərə almamaqla mülkiyyətçi kimi X6 hüquqlarını pozan qətnamə qəbul etməklə onu faktiki olaraq mübahisəli ev üzərində mülkiyyət hüququnu sərbəst səkildə həvata keçirmək imkanından məhrum etmişdir. Nəhayət, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 2(107)-39/2012 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(102)-2213/2012 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi də qərarında qəti olaraq göstərmişdir ki. Cavabdeh1 tərəfindən mübahisələndirilən Qax şəhəri, keçmiş Azadlıq küçəsində (indiki Azərbaycan prospektində) yerləşən 8 saylı, ümumi sahəsi 188 kv.metr, yaşayış sahəsi 85 kv.metr olan fərdi yaşayış evi xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 xüsusi mülkiyyətindədir. Ali Məhkəmənin qərarında o da qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.1959-cu ildə həmin evdə anadan olmuş və hal-hazırda həyat yoldaşı və 3 övladı ilə birlikdə İlham Kilmizliyevin xüsusi mülkiyyətində olan həmin evdə yaşayır və həyətyanı torpaq sahəsindən istifadə edir. Mülki məhkəmə icraatı qaydasında bütün bu proseslər qurtardıqdan sonra Cavabdeh1 sakitləşmiş, 2 (iki) il müddətində daha hər hansı bir tələb irəli sürməmişdir.Ali Məhkəmənin sözügedən qərarından əlavə kassasiya şikayət verməmişdir, yəni bu qərarla razılaşmışdır. Lakin aradan 2 (iki) il keçdikdən sonra Cavabdeh1 yenidən aktivləşmiş, 1988-ci ildə vəfat etmiş nənəsi N.O.Şıxəmirovanın kiçik qardaşı İlham Kilmizliyevə hələ 1973-cü ildə etdiyi vəsiyyətin ləğvi üçün Qax rayon Dövlət Notariat Kontoruna, İlhama və anası X3 qarşı Qax Rayon Məhkəməsində X10 tərəfindən xx xxxxxx 1973-cü il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda verilən vəsiyyətnamənin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Ancaq o zaman «iddiaçı» Cavabdeh1 iddiasının mənasızlığını görən onun nümayəndəsi-hüquqşünas S.Q.Qasımov məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və Qax Rayon Məhkəməsinin xx xxxx 2014-cü il, 2(024)-168 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Çünki o zamankı iddiaç» Cavabdeh1 nümayəndəsi S.Q.Qasımov hüquqşünas olaraq bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220-ci maddəsinə əsasən, vəsiyyətnaməni yalnız vəsiyyət edən dəyişdirə və ya ləğv edə bilər. Vəsiyyət edən nənəsi N.O.Şıxəmirova isə artıq vəfal etmişdir. Nümayəndə S.Q.Qasımov onu da görmüşdür ki. vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün də heç bir əsas yoxdur, çünki vəsiyyət edən iradəsini ifadə etmiş və vəsiyyət notarial qaydada rəsmiləşdirilmişdir. Beləliklə, mülki məhkəmə icraatı qaydasında qardaşları İntiqam və İlham arasında mübahisəyə Ali Məhkəmənin qərarı ilə yekun vurulduqdan sonra Cavabdeh1 yaşadığı evdən və həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə etməsinə baxmayaraq, yenə dinc dayanmamış, bu dəfə inzibati məhkəmə icraatı qaydasına keçmiş və hansısa yollarla, özü azmış kimi, arvadı X7, oğlu Gilmizliyev Nəsib İntiqam oğlunun, oğlu-X11 ümumi birgə mülkiyyətlərində olmasına dair 0.1029 ha torpaq sahəsinin olmasına dair DƏDRX-nin 12 saylı X17 tarixi qətnamədə göstərilməyən, RX seriyalı ******* saylı çıxarış əldə edə bilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82,3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. X20-İqtisadi Məhkəməsi Qanunun bu tələblərini pozmuş, nəinki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, hətta Ali Məhkəmənin qərarı ilə müəyyən olunan faktları yenidən sübut etməyə çalışmışdır. Əslində isə, Şəki İnzibati-İqtisadi Məhkəməsi iddianın yolverilməzliyinə görə Cavabdeh1 iddia ərizəsini əvvəlcədən heç qəbul etməməli idi. Ancaq göründüyü kimi, mübahisələndirilən bu halda nəinki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hətta Ali Məhkəmənin qərarı ola-ola iddia ərizəsi qanunsuz olaraq icraata götürülmüşdür. Bu isə o deməkdir ki. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli, 2(102)- 2213/2012 saylı, hazırda da qüvvədə olan qərarından sonra inzibati məhkəmə icraatı qaydasında aparılmış bütün icraatlar qanunsuz olmuşdur. Həmin icraatların, qanunsuz olsa belə, aparılması üçün ilkin şərt Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının ləğv edilməsi olmalı idi. Lakin qərardan əlavə kassasiya şikayəti verilməmişdir və qərar bu gün də qüvvədədir. Sonradan qanunsuz olaraq aparılmış inzibati məhkəmə icraatının nəticəsi olaraq Cavabdeh1 «əldə etdiyi» çıxarışa əsasən də yalnız 0,1029 ha torpaq sahəsi onun «mülkiyyətinə» keçmiş olur, torpaq sahəsi üzərindəki fərdi yaşayış evi isə İlham Kilmizliyevin mülkiyyətində qalmaqdadır. İnzibatı məhkəmə icraatı ııə qədər qərəzli, birtərəfli və qeyri-obyektiv aparılsa da, vəsiyyətnaməyə toxuna bilməmişlər və bu vəsiyyətnaməyə görə ev İlham Kilmizliyevə vəsiyyət edilmişdir. Ali Məhkəmənin qərarına görə də, İlham Kilmizliyevin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi və onun üzərindəki yaşayış evində Cavabdeh1 hələ də yaşamaqda davam edir. Cavabdeh1 mülkiyyətçi İlham Kilmizliyevin heç ailə üzvü də deyil, lakin onun mülkiyyətində olan evdə yaşayır və həyətyanı torpaq sahəsindən də istədiyi kimi istifadə edir, hətta torpaq sahəsinin böyük bir hissəsini qanunsuz olaraq ələ keçirib. Sadə məntiqlə götürdükdə, əgər mülkiyyətçi İlham Kilmizliyevə verilən vəsiyyətnaməyə, vərəsəlik hüququ haqqında şəhadətnaməyə, qeydiyyat vəsiqəsinə, texniki pasporta məhəl qoyulmadan Cavabdeh1 pay ayrılırsa, onda qanuni vərəsələr kimi onlara da pay ayrılmalıdır. Onlar doğma bacıqardaşlardır. Mübahisələndirilən həyətyanı torpaq sahəsini və yaşayış evini ən kiçik qardaşı İlham Kilmizliyevə vəsiyyət edən nənəsi X10 1988-ci ildə, atası Gilmizliyev Nəsib İlyas oğlu 1986-cı ildə, anası Şıxəmirova (Gilmizliyeva) Firəngiz Ramazan qızı isə xx xxxx 2015-ci ildə vəfat etmişlər. Əgər məhkəmələr vəsiyyət üzrə vərəsəliyi nəzərə almadan qanun üzrə vərəsəliyə görə Cavabdeh1 payını müəyyən edirlərsə, orada onların da payları vardır. Onlar qanun üzrə onlar bərabər hüquqlu vərəsələrdir. Bu işə inzibatı məhkəmə icraatı qaydasında baxan məhkəmələr yalnız cavabdeh İntiqam Girmizliyevin və onun ailə üzvlərinin mübahisələndirilən ünvanda yaşamalarına və qeydiyyatda olmalarına əsaslanaraq qərarlar qəbul ediblər. Mülkiyyətçi İlhäm Gilmizliyevin mülkiyyət hüquqlarının pozulmasının, vərəsələr kimi onların vərəsəlik hüquqlarının pozulmasının o məhkəmələr üçün əhəmiyyəti olmayıb. Onlar nəzərə almayıblar ki, hər hansı bir mülkiyyətçinin evindəhəyətində yaşamaq və orada qeydiyyatda olmaq yaşadıqları və qeydiyyatda olduqları evinhəyətin mülkiyyətçisi olmaq demək deyildir. Evdə qeydiyyatda tamamilə kənar, qohum olmayan, kirayəçi şəxslər də ola bilər, lakin bu o deıııək olmayacaq ki, onlar yaşadıqları evin-həyətin mülkiyyətçiləridirlər. Ev və həyətyanı torpaq sahəsi qanuni qaydada notariat orqanında kiçik qardaşı İlham Kilmizliyevə vəsiyyət edilmiş, vəsiyyətnamə bu gün də qüvvədədir və ev də 1977-ci ilin martından şəxsi mülkiyyət hüququ ilə verilmiş 781 №-li texniki pasporta əsasən nənəsi X5 məxsus olmuşdur. Bu hüquqmüəyyənedici sənədi inzibati-iqtisadi məhkəmələrin tarixsiz qeydiyyat vəsiqəsı adlandırması, sadəcə olaraq, işin hallarının onlar tərəfindən saxtalaşdırılması deməkdir. 1977-ci ilin martında təkcə ayın günü qeyd olunmayıb ki, bu da sənədin mötəbərliyinə xələl gətirmir. Onların mübahisələndirdikləri ev və həyətyanı torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik nəzərə alınmırsa, onda qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Vəsiyyət üzrə vərəsəlik qaydasında cavabdeh İntiqam Cilmizliyevə yalnız anası X3 məxsus olmuş 0,07 ha torpaq sahəsindən onlar dörd nəfər birinci növbə vərəsələri nəzərə alınmaqla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə əsasən, vəsiyyət olunan vərəsə-İlham Kilmizliyev çıxılmaqla, həmin Məcəllənin 1193-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı həcmində-məcburi pay şəklində 0,07 ha torpaq sahəsinin 1/6 (altıda bir) hissəsi, yəni cəmi 0,0116 ha (1,16 sot)-116 kv.ııı torpaq sahəsi düşür. Qanun üzrə vərəsəliyə gəldikdə, yuxarıda qeyd edildiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsaslanıldığı kimi, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. vərəsəlik və mübahisələndirilən 1100,39 kv.m və 700,42 kv.m torpaq sahələrində və fərdi yaşayış evində onlarındə onlarla bərabər payları var. Göstərilən torpaq sahələrinin toplam cəmi olaraq 1800,81 kv.m həyətyanı torpaq sahəsi və ümumi sahəsi 188 kv.m, yaşayış sahəsi 85 kv.m olan yaşayış evi qanun üzrə vərəsəliyə görə 4 (dörd) nəfər arasında bölünməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 tərəfindən qanunsuz olaraq mənimsənilmiş həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində vərəsələr kimi onların paylarının müəyyən edilməsi və ölçülərək naturada onlara verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz əldə edilərək zəbt edilmişdir. Onlar da həmin torpağa münasibətdə vərəsə olmalarına baxmayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağa daxil ola bilmirlər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, onların iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 da apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz əldə edilmiş və hazırda cavabdeh tərəfindən istifadə olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, onların iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 və maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 12 saylı X18 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apelyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməlidir.. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.1029 ha torpaq sahəsi Cavabdeh1, X7, Gilmizliyev Nəsib İntiqam oğlunun və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli,2334 saylı arayışdan görünür ki, X2 öldüyü xx.xx.2015-ci il tarixədək ünvan 1-də yaşamış və onun Cavabdeh1, İddiaçı1, İddiaçı2 və X4 ibarət vərəsələri qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibəti, iddia qaldırmaq və ya apelyasiya şikayəti vermək üçün subyektiv hüquqlarının olub-olmaması məsələsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, subyektiv hüquq mövcud olmadığı halda tələbin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçıların nənəsi X10 1988-ci ildə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan 1988-ci il tarixdə öldüyündən hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) Həmin Məcəllənin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Qeyd olunan Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları) Lakin birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməsə də həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iş materiallarına əlavə olunmuş və qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmamış sənədlərə istinad etməklə, həmçinin maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə yekun nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İş üzrə iddiaçının və cavabdehin izahatlarına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar məcmu halda iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçıların nənəsi 1988ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qeyd olunan mübahisəli miras əmlakda iddiaçılar deyil, təsərrüfatın digər növbəti vərəsələri qəbul etməklə, sonda öz adına rəsmiləşdirmişdir. İddiaçılar özləridə məhkəmə kollegiyasının iclasında etiraf etmişlər ki, həmin miras əmlakdan 1984-1985-ci illərdə çıxaraq başqa ünvanlarda yaşamaqla, miras əmlakla bağlı nə rəsmi, nə də faktiki qəbulla bağlı öz iradə ifadələrini bildirməmişlər. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar hələ valideynlərinin (o cümlədən nənələrinin) sağlığında miras əmlakdan çıxaraq özünə məxsus olan evdə yaşamış və müstəqil qaydada təsərrüfat idarə etmişdir. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Həmin qərarda qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı heç bir əsaslı səbəb görmür. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutların məhkəməyə təqdim edilməsini, eləcə də məhkəməyə təqdim edilmiş sənədlərin iddia predmeti ilə bağlı səbəbli əlaqəsini yoxlamağa çalışmışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi tam təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf iddiasını, o cümlədən də apelyasiya şikayətini ərizədə qeyd olunanlarla əsaslandırmaqla kifayətlənməyə çalışmışdır. Halbuki, iddiaçının mübahisələndirdiyi tələblə bağlı sənədlər birinci instansiya məhkəməsinə MPM-in 89-cu maddəsinin tələblərinə cavab verilməyən qaydada (əsli və ya lazımi qaydada təsdiq olunmayan qaydada) təqdim edildiyindən, məhkəmə kollegiyası həmin halları apelyasiya ictraatı qaydasında aradan qaldırmağa çalımışdır. Hansı ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi sübutları məhkəməyə təqdim etməli olduğu halda, həmin sənədlərin lazımi qaydada təsdiq olunmuş surəti məhkəmə kollegiyasının təklifi əsasında cavabdeh tərəfindən təqdim edilmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunlara və tətbiq edilməli olan hüquq normalarına əsasən belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı olsa da, iddianın tamamilə təmin edilməsi üçün kifayətedici hesab edilə bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhf təfsir etməklə, eləcə də lazımi qaydada təsdiq olunmamış sənədlərə istinad etməklə yekun nəticəyə gəldiyindən apelyasiya şikayəti qismən təmin edilməli və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə, iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-595/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 12 saylı X18 Qax rayon şöbəsinə qarşı “cavabdeh İddiaçı2 tərəfindən qanunsuz olaraq mənimsənilmiş daşınmaz əmlakda vərəsələr kimi onların paylarının müəyyən edilməsi və ölçülərək naturada onlara verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar