Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-678/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Balakən rayonu Talalar kəndində yerləşən JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2, 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən cavabdehin çıxarılma, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi tələbi, qüvvə) X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Balakən rayonu Talalar kəndində yerləşən JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2, 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsindən çıxarılmalarını, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsini və torpaq sahələrinin iddiaçılara təhvil verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Balakən rayonu Talalar kəndində yerləşən, JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 , 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Tülü kəndində yaşayırlar. İddiaçı2 Murtuzəli oğluna, İddiaçı1 Xaraxman qızına, X7, X2, X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 11 yanvar 2001-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri iki müxtəlif ərazilərdən verilmişdir. JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşadıqları ərazidən çox uzaq məsafədə yerləşdiyinə görə həmin torpaq sahələrini istifadə edə bilməmişlər. Buna görə də bir neçə il əvvəl 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2, 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə Cavabdeh1 müvəqqəti istifadə etmək üçün vermişlər. Sonradan həmin torpaq sahəsini boşaltmalarını onlardan xahiş etmişlər. Bir müddət olar ki, Cavabdeh2 JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh1 isə 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq tutmuşlar. Hazırda həmin torpaq sahələri cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlərə həmin torpaq sahələrini boşaltmaları ilə bağlı müraciət etsələr də, cavabdehlər torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
4. Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin edilmiş, JN 0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 Məhəmmədli oğlunun, İddiaçı1 və onların ailə üzvüləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, Balakən rayonu Talalar kəndində yerləşən, TEKUİS məlumat bazasında 1,09 hektar olaraq qeyd edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.78 ha hissəsindən (Dövlət aktının 83S planşet nömrəsində göstərilən) Cavabdeh2, 0.31 ha hissəsindən (Dövlət aktının 83D planşet nömrəsində göstərilən) isə Cavabdeh1 çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 58,10 manatı Cavabdeh2 və 24,90 manatı Cavabdeh1 alınaraq İddiaçı2 və İddiaçı1 verilməsi, dövlət rüsumunun qalan 17 manatının iddiaçıların özlərinə aid edilməsi, 50 manat ekspertiza xərcinin 41,50 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 8,50 manatın iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X8 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 152.1, 157.2, 213.6, 238.1, 238.3, 239.2, 567 maddələrinə, Torpaq Məcəlləsinin 66.1, 82, 84 və 111-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyana və İnsan hüquqları Bəyannaməsinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan JN-0083 KOD 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 11 yanvar 2001ci tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsi İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1, X5, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 30144 nömrəli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21- 3-47/2-3781/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1.00 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0,78 ha ərazi kimi və 83D planşet nömrəsində göstərilən 0,31 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.31 ha ərazi kimi naturada yeri müəyyən edilmişdir. 2.JN-0033 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1,00 ha hissəsi TEKUİS məlumat bazasında 0.78 ha ərazi kimi işlənilmişdir.Həmin torpaq sahəsi naturada iddiaçlar tərəfindən deyil, başqa şəxslər tərəfindən istifadə olunur. JN 0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0.31 ha torpaq sahəsinin 83D planşet nömrəsində göstərilən 0.31 ha hissəsi TEKUİS məlumat bazasında 0,31 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil başqa şəxslər tərəfindən istifadə olunur.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçılar iddialarında mübahisəli torpaq sahəsinin onun tərəfindən qanunsuz tutaraq istifadə etdiyini bildirirlər. İddiaçılar iddialarında mübahisəli torpaq sahəsini bu yaxınlarda müvəqqəti olaraq ona istifadə etmək üçün verdiklərini bildirirlər və bunu hər hansı sübutla təsdiq edə bilməyiblər. İddiaçılar ona qarşı torpaq tələbi ilə iddia qaldırarkən iş üçün əhəmiyyət kəsb edən ən vacib bir məsələni nədənsə məhkəmədən gizlədirlər və bununla da məhkəməni aldatmaqla torpaq sahəsini əldə edəcəklərini düşünüblər. Cavabdehlər tərəfindən iddia ərizəsini hazırlayan şəxs də heç bir araşdırma aparmadan düşüncəsiz formada ərizə hazırlamışdır. Necə ola bilər ki, başqasına satılan torpaq sahəsi kiməsə 21 il müddətinə istifadə etmək üçün verilsin? və məhkəməyə hansı icarə müqaviləsi təqdim edib. Məhkəmə üçün ən əsas vacib olan bir fakt var ki, iddiaçılar həmin faktı məhkəməyə təqdim etməmişlər. İddiaçılar məhkəmədə iddia qaldırarkən unutmamalıydılar ki, 2003-cü ildə iş üzrə ilkin iddiaçılar və onun ailə üzvlərinin pula ehtiyacları olduğu zaman ona yaxınlaşaraq torpaq sahələrini almağını təklif etmişlər. O da fermer təsərrüfatı ilə məşğul olduğundan həmin torpaq sahəsi 0.78ha olduğunu bilə-bilə ona 1.00 ha olmasını bildirərək həmin hissəni 15.000 manat dəyərləndirərək xx.xx.2003-cü il tarixində bütün ailə üzvləri ilə birlikdə Balakən rayon Talalar Bələdiyyəsinə yaxınlaşaraq mülkiyyətlərinə verilmiş JN 0083 Kod 40113018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən həmin torpaq sahəsini mənə bağışlanmasını və bundan sonra onun və ailə üzvlərinin bu torpağa heç bir iddiaları olmayacağı barədə müqaviləsi əsasında imza atmışlar . Həmin torpaq sahəsini o aldıqdan sonra həmin sahədə 30 tona fındıq ağacları əkmiş və hal hazırda həmin ağaclara qulluq edir. Əgər iddiaçılar satdıqları torpaq sahəsini satmamalarını bildirirlərsə o,zaman məhkəmə tərəfindən imzaların iddiaçıların ailə üzvlərinə məxsus olub-olmaması barədə məhkəmə xətşünaslıq ekspertizası keçirilməlidir. Əks təqdirdə iddiaçılar ondan torpaq sahəsini satdıqları üçün aldıqları pulu qaytarmaq məcburiyyətindədirlər. Torpaq sahəsini iddiaçılar ona satarkən ödədiyi məbləgin kimlərin yanında verdiyini sübut edəcək şahidləri də var. Məhkəmə işə baxarkən iddiaçıların tələbini müdafiə etmək məqsədilə iddiaçıların ailəlikcə imzaladıqları mübahisəli torpaq sahəsinin mənə bağışlamaları həmin torpaq sahəsinə heç bir iddiaları olmayacaqları barədə verdikləri ərizələrini ,iddiaçıların həmin ərizəni nə üçün bu formada verdiklərini araşdırmamışdır.Mübahisəli torpaq sahəsinin 21 il mənim istifadəmdə olarkən həmin torpaq sahəsində 30 toma fındıq ağaclarının əkməyim,nə üçün bu müddət ərzində iddiaçıların narazıçılıqlarının olmaması faktına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. İddiaçılar mübahisəli torpaq sahəsini, ona müvəqqəti istifadə etmək üçün verdiklərini bildirirlər, müvəqqəti istifadə anlayışı icarə müqaviləsi kimi başa düşülür, əgər icarə müqaviləsi üzrə həmin torpaq sahəsi ona vermişdilərsə o,zaman icarə müqaviləsini təqdim etsinlər. Digər tərəfdən iddiaçılar xx.xx.2003-cü il tarixində mülkiyyətlərində olan mübahisəli torpaq sahəsi satmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinə eynilə ailəlikcə müraciət edərək öz razılıqlarını da bildirmişlər və bundan sonra cavabdehə belə bir məzmunda imzalı sənəd təqdim etmişlər.Belə bir mötəbər sənədləri nədənsə məhkəmə heç sayaraq, torpq sahəsinin satın alınması üçün verdiyi vəsaitin də üstündən xətt çəkmiş olur. Məhkəmə işi bir tərəfli araşdırdığına görə ancaq iddiaçıların mənafeyini qorumaq məqsədilə torpaqşünslıq ekspertizası keçirməklə kifayətlənib. İş üçün əhəmiyyət kəsb edən və iddiaçıların qəsdən məhkəməyə təqdim etmədikləri Ərizələrin doğrudan da iddiaçılar məxsusolub-olmamaları barədə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə təqdim etdiyi vəsatət qəsdən təmin edilmir və məhkəmə bu barədə xx.xx.2025ci il tarixində Qərardad qəbul edir və çıxardığı Qərardadı hər hansı bir sübutla əsaslndıra bilmir. Əgər xətşünaslıq ekspertizası keçirilmiş olsaydı o, zaman məhkəmə onun məhkəmədə müdafiə hüququnu qorumuş olacaqdı, lakin bir tərəfli baxıldığından məhkəmədə onun araşdırmaq hüququ kobudcasına pozulmuşdur.
9. Ona görə də, Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)- 65/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Verilmiş apellyasiya şikayətinə etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddənin ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.Müqavilədə tərəflərin hüquqları və vəzifələri,torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
17. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyası: 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. “İnsan hüquqları Bəyannaməsi” 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Əliyev X12 Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)- 65/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə işin hallarını, mübahisələndirilən, Balakən rayonu Talalar kəndində yerləşən, 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN 0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1 və onun ailə üzvləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətinə verilməsini, torpaq sahəsinin hazırda da iddiaçılar İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1 və onun ailə üzvləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətində olmasını, TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin 1,09 hektar olaraq qeyd edilməsini, cavabdehlər Cavabdeh2 heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0,78 ha hissəsindən, Cavabdeh1 isə heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0,31 ha hissəsindən istifadə etmələrini, iddiaçıların tələbinə baxmayaraq onların həmin torpaq sahəsindən çıxmamalarını, bununla da iddiaçıların mülkiyyət hüquqlarını pozulmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçılar və onların ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahəsinin 0,78 ha hissəsindən,Cavabdeh1 isə iddiaçılar və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,31 ha hissəsindən çıxarılmalıdırlar. İddiaçıların torpaq sahəsini onlara satmaları barədə cavabdehlərin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdehlər mübahisəli torpaq sahələrinin iddiaçılar tərəfindən onlara satılmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Cavabdeh2 təqdim etdiyi İddiaçı2 Murtuzəli oğlunun adından yazılmış ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin ərizədə, ərizənin yazılma tarixi qeyd edilməmişdir, odur ki, ərizənin nə vaxt yazılması məlum deyildir. Eyni zamanda ərizədə torpaq sahəsinin bağışlandığı qeyd edilmişdir və torpaq sahəsinə görə hər hansı məbləğdə pul verilməsi göstərilməmişdir. Cavabdeh2 torpaq sahəsinə görə 15000 manat pul verdiyini göstərsə də, iddiaçıların bunun yalan olduğunu bildirdilər. Mülki qanunvericilikdə isə torpaq sahəsinin bağışlanmasının deyil, alqı-satqısının bağlanmış hesab edilməsi imkanı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
28. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
29. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli №10/6597 nömrəli ekspert rəyində göstərilir ki, Qərardadın 1-ci sualı üzrə:
JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1.00 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.78 ha ərazi kimi və 83D planşet nömrəsində göstərilən 0,31 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.31 ha ərazi kimi naturada yeri müəyyən edilmişdir,
Qərardadın 2-ci sualı üzrə:
JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5 X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndindı yerləşən 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1,00 ha hissəsi TEKUİS məlumat bazasında 0.78 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil başqa şəxslər tərəfindən istifadə olunur. JN 0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0.31 ha torpaq sahəsinin 83D planşet nömrəsində göstərilən 0.31 ha hissəsi TEKUİS məluma bazasında 0,31 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil, başqa şəxslər tərəfindən istifadə olunur.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(019)-65/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.