Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-679/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı tərəf DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, tikinti işlərinin dayandırılması və cavabdehlərin yenidən torpaq sahəsinə daxil olmasına qadağa qoyulması tələbinə dair” ilkin iddiası və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Göyçay Rаyоn Məhkəməsinin (hаkim İbrahim Fəttahov) xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, 23 m2 torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına və onların yenidən həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması barədə ilk iddia tələbi, həmçinin Cavabdeh1 İddiaçı qarşı ünvan 2 (hazırda 71) saylı ünvanda yerləşən 855 m2 həyətyanı torpaq sahəsindən 235 m2 torpaq sahəsinin İddiaçı adına aparılmış qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinə dair DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli A-285741 nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 251.70 manat məhkəmə xərcinin yarısının, yəni 125.85 manatın Cavabdeh1, 125.85 manatın isə İddiaçı alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin bank hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 50 manat pulun da 25 manatının İddiaçı, 25 manatının isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, 23 m2 torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılmasına və onların yenidən həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia verərək, ünvan 2 (hazırda 71) saylı ünvanda yerləşən 855 m2 həyətyanı torpaq sahəsindən 235 m2 torpaq sahəsinin İddiaçı adına aparılmış qeydiyyatının ləğv edilməsi və həmin torpaq sahəsinə dair DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********05-10301 reyestr nömrəli, A- 285741 nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilkin iddianı müdafiə edərək qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, aaşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriyalı xx.xx.2017-ci il tarixli Çıxarış əsasında ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun, X9 və X1 paylı mülkiyyətindədir. Mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə Cavabdeh1 və mərhum X4 xüsusi mülkiyyətində olan və 0.617 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Hüquqların dövlət qeydiyyatını aparan DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən hər iki fərdi yaşayış evinə texniki pasport tərtib edilmiş, texniki pasportda sözügedən fərdi yaşayış evinin yerləşdiyi ərazi, sərhədləri, eləcə də torpaq sahəsinin döngə nöqtələri müffəsəl təsvir edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə sərhədi müəyyən etmək məqsədi ilə mərz çəkmək niyyətinə düşmüş və bu məqsədlə ərazidə tikinti işləri aparmağa başlamışlar. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsi cavabdehlər tərəfindən zəbt edilərək mərz çəkilmişdir. Tikinti gedən ərazi ilə tanış olarkən məlum olmuşdur ki, cavabdehlər hər iki texniki pasportda göstərilən sərhəd ərazisindən deyil, onun və digər payçıların xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək mərz çəkirlər. Cavabdehlərə etdikləri özbaşnalığa son qoymaları barədə xəbərdarlıq etməsinə baxmayaraq bir nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh1 ona qarşı qaldırdığı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli A- 285741 nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinin heç bir əsası yoxdur. Buna görə də tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddia tələbini isə müdafiə edərək göstərmişdir ki, xx xxxx 1991-cı ildə ata nənəsi X13 Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında xx xxxxxx 2006-cı ildə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bunun əsasında DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən Çıxarış verilmişdir. Buna baxmayaraq iddiaçı Göyçay Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şahadətnamənin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsini tələb etmişdir. Uzun müddətli məhkəmələrdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli (iş №2/102/-2880/2016) qərarı ilə iddiaçının ona qarşı qaldırdığı iddiası təmin edilməmişdir. X29 tərəfindən ona vəsiyyət edilmiş ev 1 mərtəbəli 1 otaqlı və həyətyanı torpaq sahəsinin ölçüsü 855 kv.mdən ibarətdir. Lakin, həmin torpaq sahəsinin 235 kv.m hissəsinə görə qonşuluqda yaşayan cavabdehin adına qanunsuz olaraq torpaq qeydi aparılıb və ona bu torpağa dair çıxarış verilib. Bu məsələ ilə bağlı rəsmi olaraq həmin torpağın sənədləri ilə birlikdə DƏDRX-nin Ucar ərazi idarəsinə müraciət etmişdir. Lakin, 16 saylı Ucar ərazi idarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********33 nömrəli məktubunda qeyd olunur ki, “müraciətinizdə qeyd etdiyiniz 855,8 kv.m torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı bildirik ki, iddia etdiyiniz 235 kv.m torpaq sahəsi daxil olmaqla 0.0832 ha torpaq sahəsinə Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A seriyalı, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ünvan 3 ünvanında yerləşən, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A seriyalı, 285741 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş 0.0832 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair paylı mülkiyyət hüququ üzrə digər mülkiyyətçilərə xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir”. Hesab edir ki, X29nın mülkiyyətində olan 855,8 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsi qanunsuz və əsassız olaraq cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçının hazırda onun mülkiyyətində olan torpaq sahəsində hasar çəkilməsinə qadağa qoyulması barədə qaldırdığı iddia əsassızdır. Buna görə də qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 ilk iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu Cavabdeh1 mülkiyyətində olan ünvan 1A ünvanında yerləşən 0.0617 ha torpaq sahəsində hasar çəkdirmək məqsədilə tikinti işlərinə başlamışdır. Həmin torpaq sahəsində aparılan tikinti işlərinə qonşuluqda yaşayan İddiaçı maneə yaradır. Həmin torpaq sahəsi onun mülkiyyətində olmadığından hesab edir ki, ona qarşı qaldırılan iddia tam əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf ƏMDK-nin yanında DƏDRXnin 16 saylı Ucar Ərazi idarəsinin nümayəndəsi X17 izahat verərək göstəmişdir ki, X10 DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciəti əsasında ona ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il qeydiyyat tarixli, **********05-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və texniki pasport verilmişdir. Texniki pasportda yaşayış evinin sənəd üzrə torpaq sahəsi 832.48 kv.m, faktiki sahəsi 1449 kv.m göstərilmişdir. Verilmiş çıxarışa əsasən yaşayış evinin istifadəsindəki 832.48 kv.m torpaq sahəsi mülkiyyətə verilmiş, qalan 617 kv.m torpaq sahəsi isə istifadədə olan bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Çıxarışa əsasən fərdi yaşayış evi 1/2 hissə və 1/3 hissə torpaq sahəsi X14 , fərdi yaşayış evinin 1/2 hissə və 1/3 hissə torpaq sahəsi X15, 1/3 hissə torpaq sahəsi X3 bölünmüşdür. Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 1987-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payların yalnız X18 və X19 arasında bərabər hissədə bölünməsinə baxmayaraq yuxarıda qeyd olunan çıxarışda X9 həyat yoldaşı X2 adına 1/3 hissə torpaq sahəsi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı Göyçay şəhər bələdiyyəsinə ərizə ilə müraciət edərək 1954-cü ildən istifadəsində olan 617 kv.m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən ünvan 1 A ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Göyçay şəhər bələdiyyəsinin adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli, A seriyalı 192427 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göyçay şəhər bələdiyyəsi xx.xx.2018ci il tarixdə 37 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək yuxarıda qeyd edilən ünvan 9 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli A seriyalı 192427 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi ilə bağlı xahiş etmişdir. DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi Göyçay şəhər bələdiyyəsinə xx xxxxxx 2019-cu il tarixli, **********215 saylı məktub göndərərək ünvan 10 A ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli **********82 saylı reyestrdən çıxarışı və AN 192427 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv olunduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinin nümayəndələri və X10 iştirakı ilə əraziyə baxış keçirilərək akt tərtib edilmişdir. Akta qeyd edilir ki, İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə verilmiş **********05-10301 reyestr nömrəli texniki pasportda qeyd olunan 0.08324 ha torpaq sahəsinin 0.0202 ha hissəsinin texniki səhv olaraq xx.xx.2006-cı il tarixdə **********2210301 nömrəli reyestrdən çıxarışa əsasən ünvan 11 saylı ünvanda yerləşən X4 adına verilmiş texniki pasportda göstərilmiş torpaq sahəsilə üst-üstə düşməsi halı müəyyən edilmişdir. Bu məqsədlə tərtib edilmiş aktda İddiaçı məxsus M.Ə.Rəsulzadə küçəsi 69 saylı ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun dəişdirilməsi məqsədə müvafiq sayılmışdır. Müvafiq koordinatlar vurulmuş və İddiaçı da aktı imzalamışdır. X14 verilmiş xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli texniki pasport ondan alınaraq xx.xx.2018-ci il tarixdə **********05-10301 reyestr nömrəli yeni texniki pasport verilmişdir. İddiaçı verilmiş yeni texniki pasportda mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüləri əvvəlki texniki pasportda göstərildiyi kimi 832.48 kv.m göstərilsə də, xx.xx.2017-ci i tarixdə verilmiş texniki pasportda onun istifadəsində göstərilmiş bələdiyyə mülkiyyətində olan 617 kv.m torpaq sahəsi göstərilməmişdir. Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********53-10301 saylı çıxarış və texniki pasport hazırlanmışdır. Texniki pasportda torpaq sahəsinin ölçüsü 617 kv.m göstərilmişdir. Lakin Cavabdeh1 hazırlanmış çıxarış və texniki pasportu götürməkdən imtina etmişdir. İmtinanın səbəbi ona verilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə torpaq sahəsinin 0.0855 ha göstərilməsinə baxmayaraq hazırlanmış texniki pasportda torpaq sahəsinin 0.0617 ha göstərilməsidir. Cavabdeh1 tələb edir ki, əmisi X10 adına Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə verilmiş A-288741 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli və çatışmayan 0.0238 ha torpaq sahəsi ona məxsus 0.0617 ha torpaq sahəsinə əlavə edilməlidir. Lakin keçirilmiş məhkəmə proseslərindən və yazdıqları iddia ərizələrindən məlum olur ki, Cavabdeh1 iddia etdiyi 0.0238 ha torpaq sahəsi mərhum atası tərəfindən qonşuluqlarında yaşayan dayılarının həyətyanı torpaq sahələrinə gediş-gəliş yolunun açılması məqsədilə dayısı X22 verilmişdir. X14 və Cavabdeh1 verilmiş texniki pasportları müqayisəli şəkildə təhlil edərkən məlum olur ki, hər iki texniki pasportda konfiqurasiya dəyişikliyi edilmişdir. X14 verilmiş texniki pasportda onun istifadəsində olmuş, bələdiyyə mülkiyyəti hesab edilən torpaq sahəsinin böyük hissəsi onun texniki pasportundan çıxarılmışdır. Həmin torpaq hissəsi Cavabdeh1 verilməsi nəzərdə tutulmuş texniki pasportda ona məxsus torpaq sahəsi kimi göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, işin faktiki hallarında da qeyd edildiyi kimi, əvvəllər onunla Yəhyazadə Seyfulla oğlunun mülki hüquq mübahisəsi olmuşdur və mülki məhkəmə icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(102)-2880/2016 nömrəli qərarı ilə başa çatmışdır. Həmin məhkəmə aktına əsasən, X4 vəsiyyətnaməsi etibarlı hesab edilmişdir. Başqa sözlə, həmin vəsiyyətnaməyə əsasən ona vəsiyyət edilən Göyçay şəhəri 61 saylı (hazırda 71) ünvanda yerləşən 1 otaqlı yaşayış evi və ölçüsü 855 kv.m təşkil edən həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları tanınmışdır. Beləliklə, mübahisələndirilən ərazinin onun mülkiyyətində olması faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(102)-2880/2016 nömrəli qərarı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət daşıdığından həmin halların sübut olunmasına ehtiyac qalmır. Belə olan halda sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmasını sübut etmək kimi bir öhdəliyi yoxdur. Mülki iş materiallarından da göründüyü kimi, xx.xx.2019-cu il tarixli 31185 saylı Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyi ilə mübahisələndirilən 25 kv.m ərazinin kimin mülkiyətində olan torpaq sahəsinin tərkib hissəsi olması məsələsi müəyyən edilməmişdir. 10/2681 saylı xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən də göründüyü kimi, həmin ekspert rəyi yuxarıda qeyd edilən mütəxəssis rəyinə əsasən tərtib edilmişdir. Məhkəmə ekspert qarşısına suallar qoyarkən mübahisələndirilən 25 kv.m ərazinin tərəflərdən hansının mülkiyyətində olan torpaq sahəsinə daxil olması məsələsini məyyənləşdirməmişdir. Ekspert əlavə araşdırma aparmamış, Daşınmaz Əmlakın və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin yararsız rəyini təsdiq etmişdir. Göründüyü kimi, məhkəmə mübahisəsinin həlli üçün həlledici rol oynayan məsələni aydınlaşdırmamışdır. Məhkəmə ekspertiza təyin edərkən ekspertin qarşısına aşağıdakı sualı qoymalı idi. “Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay şəhəri 61 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.083248 ha həyətyanı torpaq sahəsinin 0.0238 ha hissəsi vəsiyyətnamə əsasında Cavabdeh1 məxsus 855 kv.m torpaq sahəsi ilə üst-üstə düşürmü?” Bununla məhkəmə həm ona, həm də İddiaçı məxsus torpaq sahələrinin koordinatlarını dəqiqləşdirməli, mübahisələndirilən 0.0238 ha ərazinin əslində kimə aid olmasını müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə işin nəticəsi üçün prinsipial əhəmiyyət kəsb edən bir halı araşdırmamışdır. Bundan başqa, mübahisə predmentini 25 kv.m ərazi təşkil edir. İddiaçı həmin ərazinin ona verilməsini, o isə əksinə, çıxarışın ləğv edilərək həmin ərazinin iddiaçıdan alınmasını tələb edir. Aydın məsələdir ki, məhkəmə iki iddiadan birini təmin etməli idi. Buna baxmayaraq, məhkəmə həmin ərazinin heç kimin mülkiyyətində olmadığını əsas gətirərək, mübahisələndirilən ərazinin heç kimin mülkiyyətində olmadığını qeyd edir. Həmçinin məhkəmə bu arqumentini hər hansı mötəbər sübutla əsaslandırmamışdır. İddiaçı 25 kv.m ərazinin çıxarışa əsasən 0.083248 ha torpaq sahəsinə aid olduğunu qeyd edir. Məhkəmənin 25 kv.m ərazinin heç kimin mülkiyyətində olmadığını qeyd etməsi onu göstərir ki, məhkəmə həmin ərazinin cavabdehə (yəni ona) məxsus olmamasını qəbul edir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X20 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)- 50/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı tərəf DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X21 mübahisə üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki, ünvan 14 A saylı ünvanda 0.0617 ha torpaq sahəsinin ½ hissəsi Cavabdeh1 və ½ hissəsi X5 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki, ünvan 14 saylı ünvanda 0.083248 ha (yaşayış məntəqələrinin tоrpaqları kateqоriyasına aid) torpaq sahəsində yerləşən ümumi sahəsi 69.5 m2 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində хüsusi mülkiyyəti kimi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin “xxxx” MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli rəy və sxem üzrə mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 251.70 manat təşkil edir. İşə əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 31185 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində qeyd edilmidir ki: - Daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.083248 hektar həyətyanı torpaq sahəsinin 25 m2 hissəsi cavabdehlər tərəfindən naturada istifadə edilir; - Daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.083248 hektar həyətyanı torpaq sahəsinin şimal-qərb hissəsində tikinti işləri aparılır; - Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil etmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan tikinti işlərinin dayandırılmasını, tikililərin sökülməsini və cavabdehlərin mübahisəli torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasını tələb edir. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 isə İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini tələb edir. Bundan başqa, müəyyən edilmişdir ki, tərəflər arasında 0.0238 ha torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən torpaq sahəsinin İddiaçı onun mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olduğunu iddia edir. Cavabdeh1 isə həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə daxil edilməsini əsassız hesab edərək və özünün mülkiyyətinə aid edilməli olduğunu iddia edərək, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiyasının qənaətincə, mübahisəli 0.0238 ha torpaq sahəsi tərəflərin mülkiyyətində olmadığından iddia və qarşılıqlı iddia əsassız hesab edilməlidir. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsinin mərhum nənəsi Mələksuma Bədirovadan vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçdiyini iddia etsə də, lakin 1987-ci ildə Mələksuma Bədirovanın adına tərtib olunmuş və Cavabdeh1 də istinad etdiyi texniki pasportda Mələksuma Bədirovanın faktiki istifadəsində 855,8 kv.m həyətyanı torpaq sahəsi olmasının göstərilməsinə baxmayaraq, həmin torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Mələksuma Bədirovanın mülkiyyətinə verilməmiş, bələdiyyə tprpağı kimi saxlanılmışdır. Ona görə də mübahisəli 0.0238 ha torpaq sahəsinin ona məxsus olması barədə Cavabdeh1 iddiası əsassızdır. Eləcə də, texniki pasporta əsasən İddiaçı faktiki istifadəsində 1449 kv.m həyətyanı torpaq sahəsi olsa da, bunun yalnız 832.48 kv.m hissəsi onun qanuni mülkiyyətinə aiddir. Bu baxımdan Rəfail Yəhyayevin ona məxsus torpaq sahəsinin 25 kv.m hissəsində Cavabdeh1 tərəfindən qanunsuz tikinti işləri aparılması barədə iddiası əsassızdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-50/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-679/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-679/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver