Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-679/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdehlər Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı,Cavabdeh2 və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X12 oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Quluzadə (Həsənli) Aygün Zöhrab qızının nümayəndəsi, həmçinin vəkili Vəkil, Cavabdeh2 və üçüncü şəxs X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdehlər Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı, Cavabdeh2 və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)- 7/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X10 miras qalan, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən 1/3 hissəsinin və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan 1/2 hissəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, miras qoyan ataları X21 ilə Mürsəliyeva (Quliyeva) Almara Qərib qızının birgə nikahından xx.xx.1997-ci il tarixdə X15 və xx.xx.2000-ci il tarixdə İddiaçı1 doğulmuş, valideynləri arasında nikah qeydi 22 sentyabr 2003-cü il tarixdə pozulmuş, onlar analarının himayəsində qalmış, ataları isə Cavabdeh1 ilə ailə qurmuşdur. X27 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atalarının birinci növbə vərəsələri onlar və Cavabdeh1dır. Atalarından miras qalan əmlaklar İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşındır. Bundan başqa mərhum atalarının İsmayıllı şəhər “Bazar” ərazisində qeyri yaşayış obyekti-mağaza binası vardır. Mağaza binası 8000 manata alınmış, vəfatından sonra Cavabdeh1 həmin mağazanı başqa şəxslərə icarəyə vermiş və hər ay 300 manat icarə haqqı almışdır. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)-7/2024 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı №0505887 nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mərhum X16 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X14 payına düşən 2/1 hissəyə dair İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və Cavabdeh2 hər birinin ayrı-ayrılıqda 1/4 hissədə payları müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı1 özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X7 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının birgə nikahından xx.xx.1997-ci il tarixdə X15 və xx.xx.2000-ci il tarixdə İddiaçı1 doğulmuşdur. X21 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının arasında nikah qeydi 22 sentyabr 2003-cü il tarixdə pozulmuş, Zöhrab Quluzadə 18 iyun 2013-cü il tarixdə Cavabdeh1 arasında rəsmi nikah bağlanmışdır. X21 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ- 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar miras qalmışdır. X13 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh1, uşaqları X15, İddiaçı1 və anası Quliyeva Əmlakə Ağa qızı olmuş və o, xx.xx.2021-ci ildə vəfat etmişdir. X7 vəfat etdikdən sonra Cavabdeh1 və İddiaçı1 vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsi, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki‚ İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar miras qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçılar X15, İddiaçı1, Cavabdeh1 və miras qoyanın anası Quliyeva Əmlakə Ağa qızı mirasın açıldığı vaxt X13 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, X7 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh1, uşaqları X15 və İddiaçı1 və anası Quliyeva Əmlakə Ağa qızı miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda Cavabdeh1 və İddiaçı1 miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, mərhum Zöhrab Quluzadənin birinci növbəli vərəsələri, arvadı, uşaqları və anası ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, mərhum Zöhrab Quluzadəyə məxsus İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ - 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar arvadı Cavabdeh1 ilə olan rəsmi nikah dövründə əldə edildiyindən arvadın birgə nikah dövründə əldə olunmuş əmlak kimi ondan qalan əmlakların bölünməsi zərurəti vardır. Belə ki, birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evinə dair X17 adına xx.xx.2014-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) çıxarış tərtib edilmiş, sözügedən fərdi yaşayış evinin bağışlama və ya hədiyyə olaraq, yəni əvəzsiz əldə olunması müəyyən edilməmiş, “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın isə xx.xx.2013-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) Zöhrab Quliyevin adına rəsmiləşdirilmişdir.Göründüyü kimi hər iki əmlak tərəflərin birgə nikah dövründə və əvəzli olaraq əldə edilmişdir. Göründüyü kimi miras qalmış əmlaklar nikah dövründə əldə olunduğu üçün ½ hissəsi hazırki tələb üzrə cavabdeh olan Güldanə Quliyevaya məxsudur və digər ½ hissəsinə isə birinci növbəli vərəsədir. Eyni zamanda miras qoyan Zöhrab Quluzadə 2020-ci ildə vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi olan anası Quliyeva Əmlakə Ağa qızı ondan qalan miras əmlakı qəbul etmiş, o, 2021-ci ildə vəfat etdikdən sonra isə onun miras payını oğlu hazırkı tələb üzrə Cavabdeh2 qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********5810301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0505887 nömrəli, xx.xx.2014cü il tarixli Çıxarışa əsasən mərhum X16 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X14 payına düşən 2/1 hissəyə dair İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və Cavabdeh2 hər birinin ayrı-ayrılıqda 1/4 hissədə payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1159.1.1, 1245, 1243.2, 1243.3, 1255, 225.1-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4, 23.1, 32.1, 32.2, 36.3, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2, 14.2-ci, 77.1 217.4 və 218.3-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Qeyd edir ki, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ - 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın X28 ilə Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının birgə nigah dövründə əldə olunmamışdır. Belə ki, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat komissiyasının qərarı ilə X3 mülkiyyətinə əvəzsiz verilmişdir. Həmin torpaq sahəsinin tərəflərin birgə nikah dövründə və əvəzli olaraq əldə edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bundan başqa qeyd olunan torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi 2011-ci il tarixdə tikilmişdir. Bu səbəbdən həmin evin X28 ilə Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının birgə nigah dövründə əldə olunması heç bir sübutla öz təsdiqini tapmır. X3 əvvəlki avtomaşını satılıb, satışdan əldə oluanan vəsaitlə “VAZ- 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın əldə olunduğuna görə həmin avtomaşının X28 ilə Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının birgə nigah dövründə əldə olunması heç bir sübutla öz təsdiqini tapmır. Bundan başqa məhkəmə miras əmlakda Cavabdeh2 payını müəyyən etməklə səhvə yol vermişdir. Ona görə ki, Cavabdeh2 ikinci növbəli vərəsədir. İddiaçılar isə miras qoyanın birinci növbəli vərəsəsidir. MM-nin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi məhkəmə miras əmlakların X28 ilə Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının birgə nigah dövründə əldə olunmasının sübut olunmamasına baxmayaraq Ailə Məcəlləsinin 32.1-ci, 32.2-ci, 36.3-cü, 37.1-ci və Mülki Məcəllənin 225.1-ci və 1160-cı maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da birinci instansiya məhkəməsi tərəfindən (Ailə Məcəlləsinin 32.1-ci, 32.2-ci, 36.3-cü, 37.1-ci və Mülki Məcəllənin 225.1-ci və 1160-c maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və onların hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-7/2024-nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq İsmayıllı Rayon Məhkəməsinin 2(037)-7/2024-nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və X1 miras qalan, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən 1/3 hissəsinin və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan 1/2 hissəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsini və mirasın vərəsələr arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Quluzadə (Həsənli) Aygün Zöhrab qızının nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-7/2024-nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməsini və X1 miras qalan, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən 1/3 hissəsinin və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan 1/2 hissəsinin miras əmlak kimi iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı tərəfindən qəbul edilməsini və mirasın vərəsələr arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi X11 qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı1, Cavabdeh1 və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs X8 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ona miras payın ayrılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə,onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər,aldıqları pensiya və müavinətlər,eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik,sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ,maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,qiymətli kağızlar,kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar,əmanətlər,kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 2(037)-7/2024-nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməsini və X1 miras qalan, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən 1/3 hissəsinin və X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ- 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan 1/2 hissəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsini və mirasın vərəsələr arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)-7/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdehlər Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı,Cavabdeh2 və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi 2 noyabr 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə daxil olmuşdur. Lakin İsmayıllı Rayon Məhkəməsi birinci növbə vərəsə olan X5 iş üzrə nə cavabdeh qismində, nədəki üçüncü şəxs kimi işə cəlb etməməklə 11 mart 2024-cü il tarixdə iş üzrə yekun məhkəmə aktı, yəni qətnamə qəbul etmişdir. Beləliklə, mülki iş apellyasiya instansiya məhkəməsində araşdırılarkən müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxılarkən İsmayıllı Rayon Məhkəməsi tərəfindən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işə prosessual normaların kobud pozulması ilə baxılmışdır. Göründüyü kimi İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)- 7/2024 saylı qətnaməsi qəbul edilərkən Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X7 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının birgə nikahından xx.xx.1997-ci il tarixdə X15 və xx.xx.2000-ci il tarixdə İddiaçı1 doğulmuşdur. X21 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının arasında nikah qeydi 22 sentyabr 2003-cü il tarixdə pozulmuş, Zöhrab Quluzadə 18 iyun 2013-cü il tarixdə Cavabdeh1 arasında rəsmi nikah bağlanmışdır. X21 xx.xx.2020ci il tarixdə ölmüşdür. Ölümündən sonra onun 4 vərəsəsi qalmışdır. Övladları İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı. Arvadı Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı. Anası Quliyeva Əmlakə Ağa qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum Quliyeva Əmlakə Ağa qızının vərəsələri isə Cavabdeh2 və X6r. X1 İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar miras qalmışdır. Kollegiya ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi ilə bağlı mirası bölüdürərəkən həmin evin miras qoyanla arvadı olan iş üzrə cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı ilə birgə nikah dövründə qazandıqları qənaətinə gəlmiş, və qeyd etmişdir ki, mərhum Zöhrab Quluzadəyə məxsus İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi arvadı Cavabdeh1 ilə olan rəsmi nikah dövründə əldə edilmişdir. İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evinə dair X17 adına xx.xx.2014-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) çıxarış tərtib edilmiş, sözügedən fərdi yaşayış evinin bağışlama və ya hədiyyə olaraq, yəni əvəzsiz əldə olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Dövlət Arxivinin arayaşından görünür ki, İsmayıllı RİK-nin xx.xx.1991-ci il tarixli 139№-li qərarına əsasən vətəndaşlara fərdi yaşayış evi tikməkdən ötrü şəhərin 15a və 21a №-li kvartallardan Azərbaycan SSR NS-nin 17 may 1982-ci il tarixli 241 №-li qərarına əsasən şəhərin 30 və 16-cı kvartallarından, Azərbaycan SSR NS-nin 08 avqust 1990-cı il tarixli 342 №-li qərarına əsasən şəhərin 15a,16a və 21a №--li kvartallardan Azərbaycan SSR Dövlət Tikinti işləri komitəsinin xx.xx.1989-cu il tarixli 4-10-52№-İi məktubu ilə şəhərin 20-ci kvartalının fərdi yaşayış evi tikintisinə verilməsi haqqında razılığına əsasən aşağıda adları qeyd olunan vətəndaşlara 30-cu kvartaldan ayrılmış torpaq fondundan 28 x 21 m. ölçüdə 588 kv.metr. 15a, 16, 16a, 20, 21 a №-li kvartallardan 0,06 ha həyətyanı torpaq sahəsi X22 (fərdi yaşayış evi tikməkdən ötrü) verilmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə sorğu ilə müəyyən edilmişdir ki, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 19 may 2010-cu il tarixli 72 saylı sərəncamı ilə X18 İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsində İsmayıllı rayon XDS rəyasət heyyətinin 25 fevral 1991-ci il tarixli 03 saylı qərarına uyğun olaraq həyətyanı torpaq sahəsində ümumi sahəsi 117,0 m², yaşayış sahəsi 58,65 m² olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 55,0 m² olan təsərrüfat tikilisi inşa edilmiş yaşayış evlərinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşdirilməsinə və kommunikasiya (elektrik, qaz, rabitə, su və kanalizasiya) xətlərinin qoşulmasına icazə verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ№ 866320 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X9 arasında xx.xx.2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış, ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2013-cü ilin 06 ayının 18 günündə 134 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi fərdi yaşayış evi birgə nikah dövründü inşa edilməmişdir. Çünki yuxarıda qeyd edilən İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 19 may 2010-cu il tarixli 72 saylı sərəncamından görünür ki, mübahisəli fərdi yaşayış evi artıq 2010-cu ildə hazır olmuşdur. Kollegiyanın qənaətinə görə fərdi yaşayış evi birgə nikah döründə tikilmədiyindən vərəsələr arasına bərabər şəkildə bölünməlidir. Miras əmlakdan fərdi yaşayış evinə aid hissədə payların müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mərhum X16 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr, ********** qeydiyyat nömrəli, RX seriyalı № ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mərhum X16 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evinin 2/8 hissəsi iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının, 2/8 hissəsi cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızına, Cavabdeh2 və üçüncü şəxs X2 hər birinə 1/8 hissə payı müəyyən edilməlidir. Bundan başqa kollegiya digər miras qalmış “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlak ilə bağlı qeyd edir ki, “VAZ 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) Zöhrab Quliyevin adına rəsmiləşdirilmişdir. Göründüyü kimi VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Ona görə də X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X14 payına düşən 2/1 hissəyə dair iddiaçılar İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızına 2/8, Cavabdeh2 və üçüncü şəxs X2 hər birinin ayrıayrılıqda isə 1/8 hissədə payları müəyyən edilməlidir. Kollegiya şikayətin qeyri yaşayış sahəsinə dair icarə haqlarının bölüşdürülməsinə aydınlıq gətirilməməsi barədə dəlilini əsassız sayır. Belə ki, apelyator miras əmlaka daxil olan qeyri yaşayış sahəsinə dair məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)-7/2024 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(037)-7/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr, ********** qeydiyyat nömrəli,RX seriyalı № ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mərhum X16 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evinin 2/8 hissəsi iddiaçılar İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızının, 2/8 hissəsi cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının, 1/8 hissə də isə Cavabdeh2 və üçüncü şəxs X2 payı müəyyən edilsin. X26 İmtahan və X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X14 mülkiyyətinə verilmiş “VAZ-21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X14 payına düşən 2/1 hissəyə dair iddiaçılar İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızına 2/8 hissə, Cavabdeh2 və üçüncü şəxs X2 hər birinin ayrıayrılıqda isə 1/8 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-679/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-679/2024
27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver