Məhkəmə qərarları › İş №2(107)-683/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-683/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-683/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı hüquq şöbəsinin məsləhətçisi X4, Cavabdeh1 və onun vəkili X15, digər Cavabdeh3, üçüncü şəxslər - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin nümayəndəsi X11 və Zaqatala Rayon Mənzil İstismarı İdarəsinin rəisi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 83/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, ev 11-da xidməti yaşayış sahəsi olan 56 nömrəli mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddialarının isə rədd edilməsi, cavabdehlərdən müştərək qaydada 10 (on) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respubliasının dövlət büdcəsinə ödənilməsi və Cavabdeh1 ödədiyi 10 (on) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 1204/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi dəyişirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)- 1204/2020 nömrəli qətnaməsindən Cavabdeh1 (vəkili X25) tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5329/20 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1204/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, ev 11-də xidməti yaşayış sahəsi olan 56 nömrəli mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı balansında olan Zaqatala şəhəri Sülh küçəsi, 11 nömrəli evin 56 nömrəli mənzili xidməti yaşayış sahəsi kimi Zaqatala RİH başçısının x xxxx 2003-cü il tarixli 154 saylı sərəncamı ilə həmin dövrdə Zaqatala rayonunda fəaliyyət göstərmiş Zaqatala rayon Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X5 xidməti yaşayış sahəsi kimi verilmişdir. X7 uzun illər bundan əvvəl Zaqatala rayon Hərbi Komissarlığından işdən çıxıb getmiş və eyni zamanda, mənzildən də çıxmışdır. Lakin Cavabdeh1 heç bir sərəncam olmadan həmin ünvanda yerləşən xidməti mənzilə girərək bu günədək həmin mənzildə ailəsi ilə birlikdə yaşamağa davam edir. Elburus Nəcəfov isə xx xxxxxx 2014-cü il tarixdə Hərbi Komissarlıqdan işdən azad edilmişdir. Lakin buna baxmayaraq, mənzili boşaltmamışdır. Dəfələrlə ondan mənzili boşaltması tələb olunsa da, o, bu tələbə heç bir müsbit münasiət bildirməmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək ərizəsində bildirmişdir ki, iş üzrə İddiaçı Cavabdeh1 və digər ailə üzvlərinə qarşı "xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə müraciət etmiş və iş hazırda 2(033)- 1113/2019 nömrəsi ilə məhkəmənin icraatındadır. O, xx.xx.2003-cü il tarixdən hərbi xidmətini davam etdirmək üçün Zaqatala Rayon Hərbi Komissarlığına gəlmiş, hərbi komissar polkovnik-leytenant Kamil Qurbanovun şifahi göstərişinə əsasən 2004-cü ilin martında ailəsi ilə birlikdə Hərbi Komissarlığın sərəncamında olan, Sülh küçəsi, ev 11-də yerləşən 56 nömrəli xidməti mənzilə köçmüşdür. O hərbi qulluqçudur. Ona görə də Azərbaycan Respublikası Silahlı X1 İ fəslinin 3-cü maddəsinə əsasən komandirin şifahi və ya yazılı göstərişi onun üçün əmrdir və sözsüz yerinə yetirməlidir. Həmin vaxt polkovnikleytenant Kamil Qurbanov bildirmişdir ki, İcra Hakimiyyəti məsələni bilir və sərəncam verəcək. O, on altı ildir ki, həmin mənzildə yaşayır və orada yaşaması qanuna uyğundur. Belə ki, bu müddət ərzində müxtəlif dövrlərdə üç nəfər rayon icra başçısı olub və heç kəs də onun bu mənzildə qanunsuz yaşadığını ona bildirməyib. Zaqatala şəhər Mənzil İstismar İdarəsinin rəisi də onun həmin mənzildə yaşadığını bilib; o dəfələrlə yaşayış yeri ilə bağlı oradan arayış almışdır. İddiaçı öz ərizəsində onun 2004-cü ildən həmin mənzildə yaşadığını təsdiq edir. Eyni zamanda bildirir ki, iddiaçı ərizəsində onun həmin mənzildə qanunsuz yaşadığını göstərir. Onda necə ola bilər ki, o və ailə üzvlərinin adına 3 dəfə Prezident seçkilərinə, bir dəfə Konstitusiya dəyişiklikləri ilə əlaqədar referenduma, 3 dəfə bələdiyyə seçkiləri ilə bağlı onun yaşadığı ünvana bildirişlər göndərilib. O və onun ailə üzvləri bu səsvermələrdə fəal iştirak etmişlər. Bunu həmin mənzildə yaşayan qonşular da təsdiq edə bilər. 2004-cü ildən hal-hazıradək bütün kommunal xərclərini ödəyir; işıq, qaz, su təsərrüfatları ilə müvafiq kommunal xidmətlərə görə müqavilələr bağlamış və vaxtında ödəmələr etmişdir. Sübutları təqdim edə bilər. Belə olan halda iddiaçıya sual oluna bilər. Onun ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri bildikləri halda nəyə görə sərəncam verilməyib. Əgər verilməyibsə, deməli, onlar tərəfindən qanun pozuntusuna yol verilib və ya səhlənkarlıq edilib. Ona görə də bu işdə məsul şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi tətbiq olunmalıdır. Ona indiyədək order və ya sərəncamın verilməməsində o yox, səlahiyyətli şəxslər günahkardır. Odur ki, İddiaçı Cavabdeh1 və ailə üzvlərinə qarşı "xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılma tələbinə dair” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı balansında olan xidməti mənzildə yaşamalarının qanuni sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Zaqatala şəhəri Sülh küçəsi, ev 11-də yerləşən 56 nömrəli xidməti mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2003-cü ilin sentyabr ayında xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Zaqatala rayon hərbi kommisarının müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin mart ayına qədər Zaqatala şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamışlar. 2005-ci ilin mart ayında Zaqatala rayon hərbi komissarı, polkovnik-leytenant X24 şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanında yerləşən xidməti mənzilin boş olduğunu və onların həmin mənzilə ailəliklə köçməsini bildirmişdir. Cavabdeh1 öz növbəsində ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Daha sonra Kamil Qurbanov Rayon İcra Hakimiyyətinə müraciət etdiyini və ona order veriləcəyini bildirmişdir. Sonrakı illərdə, yəni 2006-2007-ci illərdə rayon hərbi komissarı olmuş mayor İlqar Atayevə, 2007-2010-cu illərdə polkovnik-leytenant Əli Qəniyevə də şifahi olaraq eyni müraciətləri etmişdir. Lakin onlar da eyni sözü deyiblər ki, İcra Hakimiyyəti bilir, order veriləcək. Onlar 14 ildir ki, bu mənzildə yaşayırlar. Cavabdeh1 ehtiyatda olan mayor rütbəsini daşıyır. Azərbaycan Silahlı Qüvvələrində 30 il xidmət etmişdir. Oğlu Cavabdeh4 hərbi qulluqçudur, X9 3-cü kursunda təhsil alır. Cavabdeh1 xidməti vəzifələrini yerinə yetirərkən İİ qrup əlillik almışdır. Cavabdeh1 və ailəsinin daimi və ya müvəqqəti yaşayış yerləri yoxdur. Lakin İddiaçı bütün bunlara baxmayaraq, onları xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarmaq istəyir. İddiaçı Başçısı Aparatının nümayəndəsi X12 qarşılıqlı iddiaya yazılı etiraz vermişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddiaya münasibət bildirərək izahatında göstərmişdir ki, İddiaçı balansında olan Zaqatala şəhəri Sülh küçəsi, ev 11-də 56 nömrəli mənzil RİHB-nın x xxxx 2003-cü il tarixli, 154 saylı sərəncamı ilə Zaqatala rayon Hərbi Komisarlığının çağırış bölməsinin rəisi vəzifəsində işləmiş X5 xidməti yaşayış sahəsi kimi verilmişdir. X7 xidmətdən tərxis olunmuş və xidməti mənzili boşaltmışdır. Boşalmış həmin mənzilə Komissarlığın işçisi Cavabdeh1 mənzil üzərində hüquqmüəyyənedici sənədləri olmadan köçmüş, lakin xidmətdən tərxis olunsa da, mənzili təhvil verməmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3 və Cavabdeh4 Çingiz oğlunun qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin iclаsındа cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 etiraz və qarşılıqlı iddia ərizələrinin məzmununa uyğun izahat verərək, İddiaçı tərəfindən verilmiş ilkin iddia tələbinin rədd edilməsini və İddiaçı balansında olan xidməti mənzildə ailəsi ilə birlikdə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər X16, Cavabdeh3, Cavabdeh4 Çingiz oğlu məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа üçüncü şəxs Mənzil İstismar İdarəsinin rəisi X6 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа üçüncü şəxs SHXDÇDX-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi kapitan X8 da ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmin iddianın təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mıənzilin İddiaçı mülkiyyətində olub-olmamasını araşdırmamışdır. Bundan başqa, onlar həmin mənzildən 2004-cü ilin mart ayından istifadə edərək mənzilin bütün kommunal xərclərini ödəmiş və vaxtaşırı təmir etdirmişlər. Mənzildən istifadə ilə bağlı onların heç bir orqanla və ya şəxslə mübahisələri olmamışdır. Həmin mənzilə orderin verilməsi isə İddiaçı vəzifəsidir. Bundan başqa, evin boşaldılmasına dair onlara heç bir xəbərdarlıq edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 2-ci abzasına əsasən, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasına əsasən, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. O, 30 ilə yaxın xidmət etmiş, ehtiyatda olan zabitdir. Xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup əlil olmuşdur. İddiaçı ona və ailə üzvlərinə növbədənkənar mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi vermək əvəzinə, heç bir yaşayış sahəsi verilmədən halhazırda yaşadığı evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb etməsi həm qanuna, həm də insanlığa ziddir. Göstərilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin İddiaçı onlara qarşı yaşadıqları Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanındakı yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi və onların İddiaçınə qarşı Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddialarının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun vəkili X25 və digər Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquq şöbəsinin məsləhətçisi X12, üçüncü şəxslər - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin nümayəndəsi X11 və Zaqatala Rayon Mənzil İstismarı İdarəsinin rəisi X6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 83/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi rədd, qarşılıqlı iddi tələbi isə təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Surəti iş materiallarında olan İddiaçı başçısının Aparatı yanında Mənzil komissiyasının xx xxxx 2003-cü il tarixli, 3/1 nömrəli qərarından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv.metr olan iki otaqlı 56 saylı mənzilin 5 nəfər ailə üzvü ilə rayonun Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilməsi qərara alınmışdır. Surəti iş materiallarında olan İddiaçı başçısının xx xxxx 2003-cü il tarixli, 154 nömrəli sərancamından görünür ki, Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv.metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə rayonun Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilmişdir. İşdə olan Zaqatala Rayon Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 80 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanlarında yerləşən yaşayış binaları Dövlət mənzil fonduna aiddir. Həmin binalarda 8 və 56 nömrəli mənzillər xidməti mənzil fonduna aiddir. İşdə olan Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 814 nömrəli arayışdan görünür ki, Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56 ünvanında Cavabdeh1 öz ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2, oğlu - Cavabdeh3, oğlu - Cavabdeh4 ilə birgə yaşayırlar. Surəti iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli 8/1614/N-16/2 nömrəli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi 2019-cu il 21 avqust tarixli, 737 nömrəli məktubla RİH-ə müraciət edərək, RİH-in balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 4 ünvanlarında yerləşən mənzillərə şöbənin yeni əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Buna görə də Rayon İcra Hakimiyyəti həmin mənzillərdə yaşayan, Hərbi Komissarlıqda işləmiş, hazırda tərxis olunmuş şəxslərin ailələrinin xidməti mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin İddiaçı başçısına ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli, 737 nömrəli məktubundan görünür ki, SHXÇDXnin Zaqatala rayon şöbəsinin hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 6 ünvanlarında yerləşən mənzillərdə hal-hazırda şöbənin keçmiş əməkdaşları müvəqqəti yaşayırlar. Həmin yaşayış sahələrinə SHXÇDX-nin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşların köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə sistem çıxarışından görünür ki, xx.xx.1965-ci ildə anadan olmuş Cavabdeh1 ikinci dərəcəli əlil olması müəyyən olunmuşdur. Surəti iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx xxxxx 2018-ci il tarixli, 03 nömrəli qərarından görünür ki, Zaqatala RHK tərəfindən xx.xx.2012-ci ildə hərbi xidmətə çağırılmış 1965-ci il təvəllüdlü Cavabdeh1 hərbi xidmətdə olduğu zaman aldığı və Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək müayinə və müalicə olunduğu travma - diaqnoz: ’’Müştərək kəllə-beyin travması, baş beyin əzilməsi. Qabırğaların çoxsaylı sınığı. Sağ körpücüyünün, sağ qasıq və oturaq sümüyünün sınığı. Sol saidin çıxığı. Alt çənə sümüyünün sınığı”, - hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır (SHXÇDX-nin Kadrlar və kadr hazırlığı idarəsinin xx.xx.2018-ci tarixli 39 №-li məktubuna əsasən Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin 1157 №-li “Ambulator, X20 Kartası” üzrə xəstəlik tarixindən çıxarış, SHXÇDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 77 nömrəli arayışı və SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasının rəyi ilə təsdiq edilir). İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 376 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək keçmiş Dəvəçi rayon Hərbi komissarlığında, xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək keçmiş Zaqatala rayon Hərbi Komissarlığında, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və xx.xx.2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Zaqatala rayon filialı tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 60 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək “xxxx” MMC-nin Zaqatala rayon filialında metodist vəzifəsində işləmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsi, 11 nömrəli evin 56 nömrəli, yaşayış sahəsi 34,5 kv.m olan iki otaqlı mənzilinin İddiaçı başçısının Aparatı yanında Mənzil komissiyasının xx xxxx 2003-cü il tarixli, 3/1 nömrəli qərarı ilə 5 nəfər ailə üzvü ilə rayonun Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilməsi qərara alınmış və Zaqatala RİHB-nın xx xxxx 2003-cü il tarixli, 154 nömrəli sərəncamı ilə həmin mənzil Hərbi Komissarlığın Çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 istifadəsinə verilmişdir. Sözügedən mənzildə hazırda xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və xx.xx.2014-cü il tarixdən SHXÇDX-nin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatda olan, ilk iddia üzrə Cavabdeh1 öz ailə üzvləri, ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2004-cü ilin mart ayından bu günədək yaşayır və mənzildən istifadə edirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi İddiaçı başçısına müraciət edərək İddiaçı balansında olan SHXÇDX-nin ünvan 7 ünvanında yerləşən mənzildə hal-hazırda şöbənin keçmiş əməkdaşının ailə üzvləri ilə müvəqqəti yaşadıqlarını bildirmiş və həmin yaşayış sahəsinə SHXÇDX-nin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşın köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. İddiaçı SHXÇDX-nin Zaqatala rayon şöbəsinin müraciətinə əsasən Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56-da xidməti yaşayış sahəsindən hüquqi əsas olmadan istifadə edən Cavabdeh1 və ailə üzvlərinin (cavabdehlərin) digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, Cavabdeh1 məhkəmədə qarşılıqlı iddia irəli sürərək uzun illər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində xidmət keçdiyi müddətdə mübahisəli xidməti mənzillə təmin olunmasını, həmin xidməti mənzilə dair ona müvafiq sənəd verilməsi ilə bağlı dəfələrlə İddiaçınə və müxtəlif vaxtlarda SHXÇDX-nin Zaqatala rayon şöbəsinin rəisinə şifahi müraciətlər etməsini, hərbi xidmətlə bağlı İİ qrup əlil olmasını, hazırda ailəsinin daimi və ya müvəqqəti yaşayış yerlərinin olmamasını nəzərə alıb İddiaçı balansında olan Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56-da yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olmaqla Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X14, Cavabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər. Ona görə də məhkəmə tərəfindən ilkin iddia təmin olunaraq cavabdehlərin mübahisəli mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmaları qət edilmiş, cavabdehlərin qarşılıqlı iddiası isə təmin edilməmişdir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, mübahisələndirilən mənzil Cavabdeh1 deyil, 2003-cü ildə rayon hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləmiş X3 istifadəsinə verilmiş və cavabdehə yaşayış sahəsindən istifadə üçün order verilməmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1204/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya instansiyası məhkəməsi şikayəti təmin edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5329/20 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: - müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; - döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; - SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; - xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; - vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; - müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; - qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər; hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; - yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-buluğa çatmamış uşaqlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “X21rşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı “əsaslı və qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, yuxarıda qeyd olunduğu kimi, ilkin iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsi nəticələrini onunla əsaslandırmışlar ki, cavabdehlər mübahisələndirilən yaşayış sahəsindən qanuni əsaslar olmadan istifadə etmiş, onlara həmin sahədən istifadə üçün order verilməmişdir. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddia olunan mənzil xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim olunmuş və həmin orqanın əməkdaşı olmuş Cavabdeh1 ailə üzvləri ilə birlikdə 2004-cü ildən qeyd olunan mənzildə yaşamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı təşkilat tərəfindən cavabdehin mübahisəli mənzildən istifadəsi üçün qərarın verilməməsi özü-özlüyündə sonuncunun həmin mənzildən istifadəsinin qanunsuz olması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı təşkilat, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən, cavabdehlərin mənzildən istifadəsinin qeyri-qanuni olmasının sübutetmə yükünü daşıyır. Halbuki, cavabdehin uzun müddət (təxminən 15 il) ərzində mübahisələndirilən mənzildə yaşamasının qeyri-qanuni olmasına dair iddiaçı təşkilat tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Həmin müddətdə iddiaçı təşkilat cavabdehin sözügedən mənzildə yaşamasının qanunsuzluğunu mübahisələndirməmişdir. Əksinə, iş materiallarında olan Zaqatala rayon Mənzil İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən, Cavabdeh1 2018-ci ilin sonunadək Zaqatala şəhəri Sülh küçəsi, ev 11, mənzil 56-nın kirayə pulunu ödəmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş arayışlardan müəyyən olunur ki, mübahisələndirilən mənzilə kommunal xidmətlərin abunəçisi Cavabdeh1dur. Eyni zamanda müəyyən olunur ki, Nəcəfov X13 şəhəri Sülh küçəsi, ev 11, mənzil 55 ünvanında pasport qeydiyyatındadır. Hazırkı apellyasiya baxışında Cavabdeh1 mənzil 56-da yaşadıqları halda mənzil 55ə qeydiyyata düşmələrini belə izah etmişdir ki, mənzil 56-ya RİH başçısı tərəfindən onun adına sərəncamın və xidməti orderin verilməsi gecikdiyinə, Zaqatala rayonunda uşaqlarının təhsil müəssisəsinə qəbul olunması və hərbi uçota götürülməsi üçün isə yaşayış yeri üzrə qeydiyyat tələb olunduğuna görə o, yaxşı münasibətləri olan üzbəüz qonşudan onları öz (55 nömrəli) mənzilinə qeydiyyata saldırmasını xahiş etmiş, qonşunun razılığı ilə mənzil 55-ə qeydiyyata götürülmüşlər. İşdən göründüyü kimi, Cavabdeh1 xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cu il tarixədək, yəni 10 ildən artıq müddətdə Zaqatala rayon Hərbi Komissarlığında və onun bazasında təsis edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş, 2015-2016-cı illərdə də SHXÇDX-nin “Hərbi Vətənpərvərlik və X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Zaqatala rayon filialında fəaliyyətini davam etdirmiş, 2018-ci ildə ona hərbi xidmətlə bağlı İİ qrup əlillik verilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə 2004-cü ildən indiyədək yaşamasının qanunsuzluğu barədə iddiaçı təşkilatın dəlilləri qəbuledilməzdir. Belə ki, bu mənzil Zaqatala rayon Hərbi Komissarlığına (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə) xidməti mənzil kimi təhkim olunmuş və Cavabdeh1 da adı çəkilən qurumun əməkdaşı kimi qurumun rəhbərinin razılığı ilə həmin mənzilə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. Cavabdehlər sözügedən mənzili özbaşına tutmamış və ya başqa qeyri-qanuni yolla ələ keçirməmişlər. Cavabdeh1 adına həmin mənzilə dair vaxtında sərəncam və xidməti order verilməməsi, yaxud o və ailə üzvlərinin bu mənzildən vaxtında çıxarılmaması isə iddiaçı təşkilatın və iş üzrə üçüncü şəxs SHXÇDX-nin Zaqatala rayon şöbəsinin (keçmiş Zaqatala rayon Hərbi Komissarlığının) birgə məsuliyyətində qalır. Cavabdehlərin sözügedən mənzildə 15 il ərzində etirazsız və mübahisəsiz yaşaması onların həmin mənzildən istifadə etməsinin qanunsuz olmadığına dəlalət edir (yalnız 15 ildən sonra cavabdehlərin yaşadıqları mənzildən çıxarılması tələbi irəli sürülmüşdür). Belə vəziyyətdə, Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinin tələbləri baxımından, Cavabdeh1 və ailə üzvlərinin mübahisələndirilən mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmalarına yol verilə bilməz. Qanunvericilik onların yaşadıqları xidməti mənzildən çıxarılmalarının mümkünlüyünü yalnız digər yaşayış sahəsi verilməklə şərtləndirmişdir. Şərh edilənlərə müvafiq olaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası təmin edilə bilməz. Qeyd olunanlar həm də onu ehtiva edir ki, cavabdehlərin onlara başqa yaşayış sahəsi verilənədək mübahisəli mənzildən istifadə hüquqları vardır. Bu baxımdan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiaları əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməkdə, qarşılıqlı iddianı isə təmin etməməkdə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, ona görə də məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Birinci instansiya məhkəməsinin işə baxılması zamanı yol verdiyi MPM-in 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş pozuntular apellyasiya şikayətinin dəlilləri baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin mahiyyəti üzrə yeni qətnamə çıxarılması üçün əsasdır. MPM-in 385.1.1 və 385.1.4-cü maddələrinə görə: maddi hüquq normalarının (və ya prosessual hüquq normalarının) pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 387, 390, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, 11 nömrəli evin 56 nömrəli mənzilindən istifadə hüquqları tanınsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar