Məhkəmə qərarları › İş №2(107)-683/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-683/2022

20.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-683/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh X11 qarşı Balakən rayonu Tülü kəndində yerləşən JN- 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onun qeyri-qanuni sahibliyindən geri alınması, maddi ziyan tələbinə dair ilk iddiası və X12 İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X55 qızının katibliyi, İddiaçı4 və cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh X11 qarşı Balakən rayonu Tülü kəndində yerləşən JN-1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onun qeyri-qanuni sahibliyindən geri alınması, maddi ziyan tələbinə dair ilk iddiası və X12 İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş ilə bağlı Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Birinci instansiya məhkəməsində icraat: İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 X16 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN-1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı4 Qüdət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən X12 çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi və onlara dəymiş 42000 (qırx iki min) manat ziyanın, ödənilmiş vergilərin X8 tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçılar ilk iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X12 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsinin cavabdeh X12 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılması, cavabdeh X8 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsində əkilmiş fındıq məhsulundan əsassız olaraq əldə edilmiş 52000 (əlli iki min) manat pulun, 30 manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda X3 Qüdrət Məhəmməd oğlu, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 9550 manat əsassız varlanmaya görə çəkilmiş xərcin, 400 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh, həmçinin ilk ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5 və İddiaçı6 nümayəndəsi İddiaçı4 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ilk iddia üzrə iddiaçılar Balakən rayonunun Tülü kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə onlara 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1246 KOD40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmışdır. Həmin torpaq sahəsi onlara 3 hissədən verilmişdir (1246F, 1246R, 1246A). X46 ərə gedib, Rusiya Federasiyasında yaşayır. Belə ki, 2000-ci il aqrar islahat dövründən onlara verilmiş JN-1246 KOD 40114018 olan torpaq sahəsinin planşet nömrəsi 1246R olan, 6559.35 kv.m. torpaq sahəsində yerləşən fındıq bağını X13 birgə mülkiyyətilərində olan torpaq sahəsini 300 ABŞ dolları qarşılığında müvəqqəti istifadə etmək üçün vermələrinə baxmayaraq, o, uzun müddətdir ki, isitifadə edir, torpaq sahəsini onlara qaytarmır. Torpaq sahəsinin onlara qaytarılması ilə bağlı dəfələrlə demişlər, cavabdeh bildirmişdir ki, “baxmayaraq ki, torpaq sahəsi sizin adınızadır, o, həmin torpaq sahəsini qaytarmayacaqdır”. Həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə cavabdeh X16 torpaq sahəsindən çıxmasını bildirmişlər. Cavabdeh X23 isə torpaq sahəsindən çıxmaqdan imtina edir və hal-hazıra kimi torpaq sahəsini zəbt etməyə davam edir. Cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilmirlər. Bununla bağlı Balakən rayon Tülü Bələdiyyəsinə və İnzibati Ərazi dairəsinə müraciət etmişlər. Lakin cavabdeh X12 həmin torpaq sahəsində çıxarılması mümkün olmamışdır. Bundan əlavə 2002-ci il tarixdən cavabdeh X23 mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən 6559.35 kv.m torpaq sahəsindən hüquqi əsas olmadan istifadə etmiş, torpaq sahəsindən əldə olunmuş fındıq məhsulunun dəyərini iddiaçılara qaytarmamış, əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin ödənilməsi cavabdehdən tələb olunmasına baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbli iddiaçılar iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalmışlar. Belə ki, Balakən rayon Statistika İdarəsinin 17 noyabr 2021-ci il tarixli 214 nömrəli məktubu ilə müəyyən olunduğu kimi, fındıq məhsulunun Respublika üzrə 1 hektara olan məhsuldarlığı 2002-2020-ci illər üzrə ortalama 11.2 (1120 kiloqram) sentner olmuş, ortalama illik istehlak qiyməti isə 3.73 manat olmuşdur. Mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən torpaq sahəsinin 6559.35 kv.m olması nəzərə alındıqda həmin torpaq sahəsindən (10.000 kv.m=1120 kq, 6559.35 kv.m=X kq, X=734.6 kq) cavabdeh bir il ərzində 734.6 kq fındıq məhsulu əldə etmişdir. Fındığın Respublika üzrə ortalama illik istehlak qiymətinin 3.73 manat olduğu nəzərə alınmaqla cavabdeh həmin torpaq sahəsindən 1 il ərzində 2740 manat əsassız olaraq qazanc əldə etmişdir. Göründüyü kimi, 2003-cü ildən 2021-ci ilədək olan 19 il ərzində Cavabdeh həmin torpaq sahəsindən fındıq məhsulunu satmaqla və ya istifadə etməklə ümumilikdə 52000 manat dəyərində əsassız olaraq varlanmışdır. Bundan əlavə Balakən rayonu Tülü kənd sakini X23 iddiaçıların mülkiyyətində olan torpaqdan çıxmır və mülkiyyətlərindən qanunsuz istifadə edir, belə ki, aralarında notariat ofisində bağlanmış heç bir alqı- satqı müqaviləsi yoxdur, hətta icarə müqaviləsi də yoxdur. Notariat ofisindən başqa digər yerdə saxta yolla hazırlanmış hər hansı sənəd qanuni alqı-satqı müqaviləsi sayıla bilməz. Qanunla mülkiyyət paylı olduğu halda, alqı-satqı bütün payçılarla olmalıdır, hətta bir payçı yalnız öz payını satmaq istədiyi halda digər payçılardan notarial qaydada razılıq almalıdır. Eyni zamanda bildirir ki, 09 aprel 2002-ci il tarixdə atası İddiaçı1 və anası İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini X19 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Həmin torpaq sahəsi cavabdehə verildiyi vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. Həmin vaxtdan hazırki vaxtadək həmin torpaq sahəsini Nərman Akubayev istifadə edir. Cavabdeh sonradan həmin torpaq sahəsində qanunsuz olaraq onların razılığı olmadan əlavə 53 ədəd fındıq ağacları əkmişdir. 09 aprel 2002-ci il tarixdə atası İddiaçı1 və anası İddiaçı2 həmin torpaq sahəsini digər paylı mülkiyyətçilərin razılığı olmadan qeyri-qanuniolaraq cavabdehin atasına satmışlar. Ona görə də hər hansı ziyan məsələsində İddiaçı1 və İddiaçı2 məsuliyyət daşıyırlar. Torpaq sahəsi notarial qaydada satılmadığına, torpağın cavabdehə verilməsində digər iddiaçıların razılığı alınmadığına, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq onların razılığı olmadan əlavə 53 ədəd fındıq ağacları əkildiyinə görə qarşılıqlı iddianı əsassız hesab edir. Qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh X12 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının. 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsindən çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının, 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsinin cavabdeh X12 qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılması, cavabdeh X8 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının. 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsində əkilmiş fındıq məhsulundan əsassız olaraq əldə edilmiş 52.000 (əlli iki min) manat pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X23 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh X16 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsindən cavabdeh X12 çıxarılması, həmin torpaq sahəsinin onun qeyri-qanuni sahibliyindən geri alınması, mülkiyyət hüquqlarının bərpa edilməsi və 52000 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd etmək istəyir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara üç hissədən verilmişdir. JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsi Balakən rayonu Tülü kəndində “Müşkünazın bağı” adlanan ərazidən verilmişdir. 09 aprel 2002-ci il tarixdə İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini atası X19 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Həmin 400 ABŞ dolları pul onun tərəfindən atası Abakar Akubayevə verilmiş və X35 onun üçün həmin 400 ABŞ dolları məbləğində pul hesabına həmin 6559.35 kv.metr torpaq sahəsini İddiaçı1 və İddiaçı2 almışdır.Həmin torpaq sahəsini aldıqları vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. 2002-ci ildən başlayaraq o, həmin torpaq sahəsində əlavə 53 ədəd fındıq ağacları əkmişdir. Orada yeni əkilmiş fındıq bağını yetişdirmişdir. 26 yanvar 2003-cü ildə atası X36 vəfat etmiş, vəfat etməzdən qabaq fındıq bağını ona vermişdir. Alındığı vaxtdan 0.65 ha torpaq sahəsi onun istifadəsindədir. Hazırda həmin sahədə 118 ədəd fındıq ağaclarıvardır. İddiaçıların satdığı torpaq sahəsində 2002-ci ildə 53 ədəd fındıq ağacı əkmiş və 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, orada həmin vaxt yeni əkilmiş 65 ədəd və onun tərəfindən əkilmiş 53 ədəd fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtıvaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 53 ədəd ağacdan hər ağaca görə 110 manat xərc çəkmişdir. Orada yeni əkilmiş 65 ədəd fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsinə görə isə hər ağaca 50 manat xərc çəkmişdir. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1000 manat xərc çəkmişdir. Beləliklə 0.66 ha torpaq sahəsinə çəkdiyi xərclər 53 ədəd fındıq ağacına görə 5300 manat, 65 ədəd fındıq ağacına görə 3250 manat, torpağın yaxşılaşdırılması görə 1000 manat, cəmi 9550 (doqquz min beş yüz əlli) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda iddiaçılar çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. İlk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və İddiaçı1, İddiaçı2, X20, İddiaçı4, İddiaçı5, İddiaçı6 9550 (doqquz min beş yüz əlli) manat əsassız varlanmaya görə çəkilmiş xərcin, 400 (dörd yüz) ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X12 nümayəndəsi-vəkili Vəkil2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 8 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X20, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 1.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1246 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsini ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X9 atası X19 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Buna görə də onlar 09 aprel 2002-ci ildə bu barədə anlaşmış və akt tərtib edərək orada öz iradələrini ifadə etmişlər. Həmin 400 ABŞ dolları pul X23 tərəfindən atası Abakar Akubayevə verilmiş və X5 Akubayev üçün həmin 400 ABŞ dolları məbləğində pul hesabına həmin 6559.35 kv.metr torpaq sahəsini İddiaçı1 və İddiaçı2 almışdır. Bundan sonra həmin 6559.35 kv.metr torpaq sahəsi X1 və istifadəsində olmuşdur. Torpaq sahəsi alınan vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. 2002-ci ildən başlayaraq cavabdeh X23 həmin torpaq sahəsində əlavə 53 ədəd fındıq ağacları əkmişlər. 09 aprel 2002-ci ildə hazırki vaxtadək cavabdeh X23 həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh X24 torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün 53 topa bar verən fındıq ağacları əkmiş, həmin bağa aqrotexniki qulluq göstərmişdir. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilmişdir. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilk iddianın həlli qarşılıqlı iddianın həllindən asılı olduğuna görə ardıcllıqla əvvəlcə ilk iddiaya, daha sonra isə qarşılıqlı iddiaya münasibət bildirilməlidir. Məhkəmə mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətində olmasını, tərəflər arasında tərtib olunmuş torpağın alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmadığından və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh X23 həmin torpaq sahəsindən çıxarılmalı, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının, 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsi cavabdeh X12 qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılmalıdır. İlk iddia üzrə iddiaçılar ilk iddia üzrə cavabdeh X12 ilk iddia ərizəsində göstərilən müddətdə sözügedən torpaq sahəsində olan fındıq ağaclarından qeyd edilən miqdarda və qiymətdə fındıq məhsulu yığması, həmin müddət ərzində göstərdikləri miqdarda və qiymətə fındıq məhsulunu satması nəticəsində 52000 manat əsassız gəlir əldə etməsi və onlara 52000 (əlli iki min) manat maddi ziyan vurması, bu ziyan məbləği ilə X12 hanısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və X12 həmin 52000 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 52000 manat maddi ziyan tələbi hissəsində qarşılıqlı iddianın əsaslandırıldığı halları sübut edə bilməmişlər. Ona görə də məhkəmə ilk iddianı 52000 manat maddi ziyan tələbi hissəsində əsassız hesab edir və ilk iddianın həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh X16 və onun atası X19 verməsini və bunun müqabilində onlardan 400 (dörd yüz) ABŞ dolları pul almasını tərəflər mübahisələndirmir. Yəni ilk iddia üzrə cavabdeh Nərman Akubayev iddiaçılara məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və Firzə Həbilovaya məyyən məbləğ pul verilərək həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Hazırda ilk iddia üzrə iddiaçılar onun torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə olan halda ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Nərman Akubayev torpaq sahəsi üçün ödəmiş olduğu pulu və çəkdiyi xərcləri geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 aid olan hissəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Belə ki, X20, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 09 aprel 2002-ci il tarixli torpağın alqı-satqısına dair akta imza etməmiş və hər hansı bir öhdəlik götürməmişlər. Məhkəmə qeyd edir ki, X23 ona torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 9550 (doqquz min beş yüz əlli) manat olmasını tam tələb etməkdə haqlı deyildir. Həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı atası vasitəsilə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 sözügedən torpaq sahəsi üçün 400 (dörd yüz) ABŞ dolları pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməli, torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları pul ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməlidir. Məhkəmə diqqətə çatdırmağı lazım bilir ki, torpağın yaxşılaşdırılması və X12 əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsini ilk iddia üzrə iddiaçı tərəf mübahisələndirmir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı aqronom rəyinə əsasən Balakən rayonu Tülü kəndində yerləşən “Müşkünatın bağı” adlanan 6559,35 kvm sahədə olan fındıq bağındakı fındıq kollarının məhsuldarlığı orta hesabla hər koldan 5-6 kq, cəmi 500-600 kq məhsul əldə etmək mümkündür ki, onun da illik dəyəri 1700-2100 manat təşkil edir. Bağın ümumi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq kolları bazarda satılmadığına, yəni belə kolu bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, kolların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına isə təxminən 150-200 manat xərclənməsi mümkündür. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia tələbi torpağın yaxşılaşdırılması və cavabdehin əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 9550 (doqquz min beş yüz əlli) manatın ilk qarşılıqlı iddia üzrə cavabdehlərdən alınması hissəsi qismən əsaslıdır. Belə ki, mübahisəli torpaq sahəsində 118 ədəd fındıq ağacının olması və onlardan 53 ədədinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X23 tərəfindən əkilməsi iş materialları ilə öz təsdiqini tapır. Ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsində ekstensiv üsulla əkilmiş 118 ədəd fındıq ağacının olması müəyyən edilir. Həmin fındıq ağacının qiymətinə münasibətdə isə məhkəmə iş materiallarında olan ekspert rəyinə istinad etməyi məqsədəuyğun hesab edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Yəni 1 ədəd fındıq ağacının real dəyəri 100 manat təşkil edir. 53x100=5300. Bunun əksini təsdiq edəcək sübutlar ilk iddia üzrə iddiaçılar tərəfindən təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 9550 (doqquz min beş yüz əlli) manatın iddiaçılardan alınması hissəsi qismən əsaslı olduğundan iddia tələbi əşyanın yaxşılaşdırılması üçün çəkdiyi xərc olan 5300 (beş min üç yüz) manatın ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsi əsaslı olduğundan təmin edilməli, 5300 (beş min üç yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Cavabdeh ödənilməli, 5300 manatdan artıq xərc tələbi hissəsində isə qarşılıqlı iddia təmin edilməməlidir. Göründüyü kimi, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbinə münasibətdə ekspertiza rəyi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı mübahisənin həllində ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, hazırki iş üzrə başqa sübut olmadığından ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbində göstərilən məbləğdə ziyan tələb etsə də, məhz özünun hesablamasının əsaslı olması və hər hənsı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ekspert məhz mübahisəli ərazidə tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə rəyin verilməsi və rəydə göstərilən məbləğin daha az olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə ziyanın məbləğinin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı işlə bağlı yeni ekspertizanın keçirilməsini tələb etməmiş, iş materiallarında olan ekspert rəyi ilə razılaşmışlar. Məhkəmə yeni ekspertizanın keçirilməsinə lüzum görməmiş, ekspert rəyi ilə kifayətlənmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh X4 rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılmalı, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsi cavabdeh X12 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılmalı, ilk iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməli, torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 5300 (beş min üç yüz) manat çəkilmiş yaxşılaşdırma xərci ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməli, qarşılıqlı iddia qalan hissədə və Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 münasibətdə təmin edilməməlidir. Qətnamə ilk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsində eyni vaxtda icra edilməlidir. Eyni zamanda ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 aid edilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 17,54 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X6 və 50 (əlli) manatı ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh X12 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılması; Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsi cavabdeh X12 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılması; ilk iddianın qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi; torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 5300 (beş min üç yüz) manat çəkilmiş yaxşılaşdırma xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməsi; qarşılıqlı iddia qalan hissədə və Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 münasibətdə təmin edilməməsi, qətnamənin ilk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissəsində eyni vaxtda icra edilməsi; ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 aid edilməsi; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 17,54 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməsi; iş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X6 və 50 (əlli) manatı ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 140, 146, 152, 157, 213, 222, 1091, 1092, 1094 və 1095-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1246 KOD-40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 8 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X20, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 1.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd İcra Nümayəndəliyi tərəfindən 09 aprel 2002-ci il tarixdə təsdiq edilmiş AKT-dan görünür ki, İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini X17 400 (dörd yüz) ABŞ dollarına satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Tülü Bələdiyyəsinin 05 iyul 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Tülü kənd sakini X24 mərhum atası ilə kənd sakini İddiaçı1 və ailəsinə məxsus 65 ədəd fındıq topası ilə 0.66 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixli akta əsasən birdəfəlik almışdır. Akubayev Nərman aldığı 0.66 ha pay torpaq sahəsini qonşularının şahidliyi ilə kol-kosdan təmizləmiş və 53 ədəd fındıq topası əkmişdir. Bu torpaq sahəsi üçünhesablanmış vergilər 2002-ci ildən 2020-ci il tarixədək X14 qardaşı X25 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Tülü Bələdiyyəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə təsdiq edilmiş AKT-dan görünür ki, X2 Nərman Abakər oğlu ilə birlikdə İddiaçı1 və onun ailə üzvlərinə məxsus “Müşkünazın bağı” adlanan ərazidən 65 ədəd fındıq topası olan 0.66 pay torpaq sahəsini 09 aprel 2002-ci il tarixdə birdəfəlik olaraq 400 ABŞ dollarına almışlar. JN-1246 KOD-40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə məxsus 0.66 pay torpaq sahəsini birdəfəlik olaraq aldıqları üçün sahənin kol-kos basmış yerlərini təmizləmiş və həmin torpaqda 53 ədəd fındıq topası əkmişlər. 2002-ci ildə əkdikləri 53 ədəd fındıq topasına xidmət göstərmiş və yetişdirmişlər. Hal-hazırda əkdikləri 53 ədəd fındıq topasından məhsul yığır. Akubayev Nərmanın həmin torpaqda 53 ədəd fındıq topasını əkdiyini və yetişdirdiyini qonşuları şahiddir və bunu öz imzaları ilə təsdiq edirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Tülü kənd inzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli, 585 nömrəli arayışından görünür ki, həqiqətən mərhum X27 vəfat etdiyi 26 yanvar 2003-cü il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olmuş və aşağıda qeyd edilən vərəsələri olmuşdur: arvadı- X18, oğlu-X28, oğlu-X29, oğlu-X23, oğlu-X7, oğlu-X30, qızıBayramova Ximisət Abakar qızı, qızı-X15 və qızı-X31. İşə əlavə edilmiş iddiaçılar İddiaçı1 və digərlərinin iddiaları ilə əlaqədar Balakən rayon Tülü kəndində yerləşən 6559.35 kvm torpaq sahəsinə baxış keçirilməsi barədə mütəxəssis rəyindən görünür ki, X38 mütəxəssis qismində Balakən rayonu Tülü kəndində yerləşən "Müşkünatın bağı" adlanan 6559.35 kvm sahədə qarşısına qoyulmuş sualları cavablandırmaq üçün fındıq bağına baxış keçirdi və aşağıdakıları müəyyən etdi: ilk öncə qeyd edilməlidir ki, fındıq ağacının əkilib-becərilməsi, yəni boya-başa çatdırılması və yaxşı məhsul əldə edilməsi üçün fındıq bitkisinin xüsusiyyəti, yaxşı sort şitilin seçilməsi, bağ salınacaq sahənin hamarlanması, şitillərin müəyyən edilmiş dərinlikdə torpağa basdırılmasından başlayaraq, hər il fındıq ağaclarının diblərinin və ətraf sahələrin kolkosdan təmizlənməsi, ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtıvaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır.İddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətində olan və hazırda mübahisələndirilən Balakən rayonunun Tülü kəndində yerləşən 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həqiqətən 118 ədəd fındıq ağacı faktiki vardır. Həmin ağaclar ekstensiv üsulla əkilmişdir. Ağac sayı fındıq bağı salınması normalarına uyğundur, dəmyədir. Ağaclar yerli "Ata-baba" sortundan olub, intensiv barvermə mərhələsindədir. Fındıq tomalarının inkişaf səviyyəsinə əsasən yaşının təxminən 18-20 il olmasına uyğundur. Kolların ümümi görünüşünə görə (budaq sayı, çətir, inkişaf səviyyəsi) kəndin orta məhsuldarlıq səviyyəsi, ayrı-ayrı fermerlerin əldə etdiyi məhsuldarlığı təhlil edərək belə nəticəyə gəlinir ki, həmin fındıq bağında orta hesabla hər ağacdan 5-6 kq, cəmi 500- 600 kq məhsul əldə etmək mümkündür ki, onun da illik dəyəri 1700-2100 manat təşkil edir. Bağın ümümi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq göstərildiyinə uyğundur. Fındıq ağaclarına aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq ağacına 20 ildətələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq ağacları bazarda satılmadığına, yəni belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. İddiaçı1 və digərlərinin ümümi mülkiyyətində olan 6559.35 kvm torpaq sahəsinə yaxşılaşdırma işləri görüldüyünü sübut edən amillər vardır. Belə ki, torpağın humusla zəngin olması, sahənin budanması, kolkosdan, alaq otlarından təmizlənməsi, ağacların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə təxminən 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına sə təxminən 150-200 manat xərclənməsi mümkündür. Beləliklə baxışa təqdim edilmiş İddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətində olan və hazırda mübahisələndirilən Balakən rayonunun Tülü kəndində yerləşən 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və s. torpağın və torpaq üzərində olan fındıq ağaclarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı aqronom rəyinə əsasən Balakən rayonu Tülü kəndində yerləşən “Müşkünatın bağı” adlanan 6559,35 kvm sahədə olan fındıq bağındakı fındıq kollarının məhsuldarlığı orta hesabla hər koldan 5-6 kq, cəmi 500-600 kq məhsul əldə etmək mümkündür ki, onunda illik dəyəri 1700- 2100 manat təşkil edir. Bağın ümumi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq kolları bazarda satılmadığına, yəni belə kolu bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, kolların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına isə təxminən 150-200 manat xərclənməsi mümkündür. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və s torpağın və torpaq üzərində olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manatdır. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən rayon Tülü kənd sakini Cavabdeh bizim mülkiyyətimizdə olan torpaqdan çıxmır və mülkiyyətimizdən qanunsuz istifadə edir, belə ki, aralarında notariat ofisində bağlanmış heç bir alqı-satqı müqaviləsi yoxdur, hətta icarə müqaviləsi də yoxdur. Notariat ofisindən başqa digər yerdə saxta yolla hazırlanmış hər hansı sənəd qanuni alqı-satqı müqaviləsi sayıla bilməz və qanunla mülkiyyət paylı olduğu halda alqı-satqı bütün payçılarla olmalıdır, hətta bir payçı yalnız öz payını satmaq istədiyi halda digər payçılardan razılıq almalıdı notarial qaydada. Cavabdeh həqiqətən də Akqubayev Abakarın qanuni varisi olması barədə hər hansı sənəd təqdim etməyib. Varisi olması barədə sənədi təqdim etsəydi də belə hər bir halda notarial qaydada bütün payçılarla təsdiq olmuş alqı-satqı və ya icarə müqaviləsi olmadığı halda Nəriman bəyin onların ərazisində olmağı, pul qazanmağı, ağac əkməyi, fındıq dərməyi, meyvə əkib sonra dərərək satmağı qeyri-qanuni hərəkətdir. Məhkəmə işi gedən bir müddətdə onların ərizəsinə baxmayaraq onların bağında ağac əkib sonra da məhsulu dərərək satıb, çünki ərizələrinə nədənsə rədd qərardadı vermişlər, burdan artıq görünür ki, işə subyektiv yanaşılır, demək onların əlində çıxarışı (kupça) və texpasportu (kadastr) ola-ola və şikayəti ola-ola icazə verilir ki, mülkiyyətçi olmayan və qanunsuz istifadə edən şəxs qanunsuz istifadəsini davam etdirsin. Bu qanuna ziddir və məhkəmə prosesinə xələl gətirən hərəkətdir, ədalətli araşdırmağa maneə törədir, hətta ekspertiza cavab verə bilmədi. Onların icazəsi olmadan orada hər hansı işlər görülübsə bu qanunsuz görülmüş işlərdi, onun da xərcini onlardan heç kəs tələb edə bilməz. Əksinə bu qanunsuz istifadə dövründə qazanılmış gəlirin tam hissəsi onlara ödənilməlidir, çünki bu, oğurluq sayılır. Statistikadan aldığı dəqiq və rəsmi məlumata görə bu müddətdə qarşı tərəf onların bağından 52.000 manat məbləğində məhsul götürərək satıb və gəlir əldə edib. Balakən Rayon Məhkəməsi ədalətsiz qətnamə qət etdi ki, öz bağına girə bilərik və istifadə edə bilərik, lakin qarşı tərəfə də 5300 azn pul ödəməlidir, qərar ədalətsizdir, etiraz edirlər, narazıdırlar. Qarşı tərəfin işdə nə etirazı, nə də qarşılıqlı iddiası olmadan məhkəmə hər hansı fikir bildirərək qarşı tərəfin xeyrinə qərar qəbul edir. Üstəlik heç bir notariusda bağlanmış alqısatqı müqaviləsi olmadan iddia tələbi olmadan cavabdehin xeyrinə qərar qəbul olunur. Qarşı tərəfin qarşılıqlı iddiası olmadığına görə də, olmayan qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad da yoxdur və əlbəttə ki, həmin deyilmiş uydurulmuş tarixə də qarşı tərəfdə rüsum da ödəməyib, deyilənə görə sonra rüsum ödəyib, lakin həm iddia tarixiylə rüsum tarixi eyni olmalıdı həm rüsum ödənilməmiş, iddia icraata qəbul edilə bilməz, həm də rüsum iddiadan sonra ödənilə bilməz, nə də iddiaçının rüsumunu sonra və ya eyni zamanda qarşı tərəf ödəməməli idi, yalnız iddiaçı özü ödəməlidi, ödəyəndən sonra əgər qarşı tərəfin əleyhinə qərar çıxarsa, onda məhkəmə yaza bilər ki, qarşılıqlı iddia verən şəxsin artıq ödədiyi hər hansı məbləği qarşı tərəf ödəsin, amma iddia qaldıran ödənişi etməyibsə, sonra da qarşı tərəfə ödətdirmək qanuna ziddir. xx.xx.2022 tarixdə ödənilmiş 30 azn uyğun gəlmir, qərar qəbul edilmiş guya ödəməli olduqları 5300 manat pula, xx.xx.2021 tarixdən sonra 5300 manat tələbin rüsumu 73 manatdır, rüsumu da (üstəlik iddia olmadan) xx.xx.2021 tarixdən sonra ödədiyi üçün bu qərar tamam ədalətsizdir. Onlar isə iddialarını xx.xx.2022 tarixdən qabaq etmişlər və rüsumu da o zaman ödəmişlər. Ona görə də, Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsinin qismən “Cavabdeh biz tərəfindən 5300 azn (beş min üç yüz manat) ödənilməsi” hissəsində ləğv edilməsi, Cavabdeh iddiasının tamamilə təmin edilməməsi, onlar tərəfindən verilmiş iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5 və İddiaçı6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçılar Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsaslılığını yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində notarial qaydada bütün payçılarla təsdiq olunmuş alqı-satqı və ya icarə müqaviləsi olmadığı halda Nəriman bəyin onların ərazisində olmağı, pul qazanmağı, ağac əkməyi, fındıq dərməyi, meyvə əkib sonra dərərək satmağının qeyri-qanuni hərəkət olması və qanunsuz istifadə dövründə qazanılmış gəlirin tam hissəsinin onlara ödənilməli olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh X16 və onun atası X19 verməsini və bunun müqabilində onlardan 400 (dörd yüz) ABŞ dolları pul almasını tərəflər mübahisələndirmir. Yəni ilk iddia üzrə cavabdeh Nərman Akubayev iddiaçılara məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və Firzə Həbilovaya məyyən məbləğ pul verilərək həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. AR Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən, bu hal cavabdeh Nərman Akubayevin vicdanlı sahib olduğunu göstərir. Həmin maddənin tələbinə görə, mülkiyyətçi vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdanlı sahib əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə kollegiyası, bu barədə həmçinin onu da qeyd edir ki, ilk iddia üzrə iddiaçılar ilk iddia üzrə cavabdeh X12 ilk iddia ərizəsində göstərilən müddətdə sözügedən torpaq sahəsində olan fındıq ağaclarından qeyd edilən miqdarda və qiymətdə fındıq məhsulu yığması, həmin müddət ərzində göstərdikləri miqdarda və qiymətə fındıq məhsulunu satması nəticəsində 52000 manat əsassız gəlir əldə etməsi və onlara 52000 (əlli iki min) manat maddi ziyan vurması, bu ziyan məbləği ilə X12 hanısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və X12 həmin 52000 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində onların icazəsi olmadan orada hər hansı işlər görülübsə bu qanunsuz görülmüş işlər olması və onun xərcini onlardan heç kəsin tələb edə bilməyəcəyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, hazırki iş üzrə cavabdeh Nərman Akubayev vicdanlı sahib hesab olunur və hazırda ilk iddia üzrə iddiaçılar onun torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə olan halda ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Nərman Akubayev AR Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələbinə əsasən torpaq sahəsi üçün ödəmiş olduğu pulu və çəkdiyi xərcləri geri tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində qarşı tərəfin işdə qarşılıqlı iddiasının olmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında cavabdeh Nərman Akubayevin qarşılıqlı iddia ərizəsi mövcuddur, cavabdeh həmin iddia ərizəsini məhkəməyə 23 iyul 2021-ci il tarixli məhkəmə iclasında təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı4 iştirak etmiş, qarşılıqlı iddiaya onun münasibəti öyrənilmiş, qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərar ona elan olunmuşdur. Bütün bu hallar 23 iyul 2021-ci il tarixli məhkəmə iclas protokolunda qeyd edilmiş, İddiaçı4 protokolda olunmuş bu qeydləri mübahisələndirməmişdir. (iş materialları İ cild, i/v 49-60) Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsi ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(019)-47/2022 nömrəli qətnaməsi ilk iddianın təmin edilməmiş və qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar