Məhkəmə qərarları › İş №2(107)-687/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-687/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-687/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştiraklarıilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə Cavabdeh ilə nikah bağlamışdır. Cavabdehlə nikahda olduqları müddətdə, yəni xx xxxx 1996-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil əldə etmişlər. Həm o, həm də cavabdeh hal-hazıradək həmin mənzildə qeydiyyatdadırlar. 2000-ci ilin dekabr ayında iş üzrə Cavabdeh qeyd olunan evi tərk edərək, yaşamaq üçün Bakı şəhərinə getmiş, özü isə 2002-ci ilədək qeyd olunan mənzildə yaşayışını davam etdirmişdir. O, 2002-ci ildə səhhətində baş vermiş problemlər və işsizliklə bağlı olaraq Rusiya Federasiyasına getmiş və 2018-ci ilədək orada yaşamışdır. 2018-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtmış və mənzildən istifadə etmək istədikdə, görmüşdür ki, Cavabdeh onun razılığı və icazəsi olmadan həmin evə qanunsuz olaraq kirayəçi yerləşdirmiş və dolayısı ilə də həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Bundan sonra, o, cavabdehlə nə qədər əlaqə yaratmağa və mənzilə sahiblik, o cümlədən istifadə hüququnu təmin etməyə cəhd etsə də, buna nail ola bilməmişdir. O, bu ana qədər ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bilməmişdir. Daha sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 14/2005 iş nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Vəkil sorğusu əsasında əldə olunmuş sənədlərdən məlum olmuşdur ki, qeyd olunan mənzil üzərində hüquqlar xx xxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh ilə birgə nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə payının müəyyən edilməsi, cavabdehin həmin mənzildən onun istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağına qoymamaq) son qoyulması və həmin mənzilə köçürülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarındakı nikahın pozulmasından 2019-cu ilin aprel ayında xəbəri olmuşdur. Mübahisəli ev onun pulu ilə alınmışdır. Qeyd edilənləri nəzərə alıb, xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh, iddianın qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx xxxxxx 1995-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçının mübahisələndirdiyi ünvan 2 ünvanında yerləşən 20 nömrəli mənzil isə tam mülkiyyət hüququ ilə ona məxsusdur, bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bildirir ki, həmin evin alınmasında İddiaçı ona heç bir köməklik etməmiş, ümumiyyətlə Cavanşirin heç vaxt pulu olmamışdır. Evin yarı pulunu atası vermiş, digər yarısını isə öz qızıl-zinət əşyalarını satmaqla əldəetmişdir. O, iddiaçını heç vaxt öz şəxsi mənzilinə qeydiyyata salmamışdır. Bu barədə İddiaçı bildirdikləri həqiqətə uyğun deyildir. X2 arasında münasibətlər 2000-ci ilədək davam etmiş və o, 2000-ci ildə Cavanşirdən faktiki ayrılaraq, Bakı şəhərinə yaşamaq üçün getmişdir. İddiaçı isə 2002-ci ildə işləmək və yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. O, Cavanşirlə nikahlarının pozulması üçün Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 iş nömrəli qətnaməsinə əsasən onunla İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Onun İddiaçı mərhum valideynləri ilə əlaqəsi olmuş, onların boşanması barədə İddiaçı valideynlərinə məlumat vermişdir. İddiaçı atasının və anasının həmin vaxt ona bildirdiyinə görə X12 özvalideynləri ilə daim telefon əlaqəsi saxlamış və İddiaçı valideynləri onunla Cavanşirin nikahının 2005-ci ilin yanvar ayının 05-də pozulduğunu ona bildirmişlər. İddiaçı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 iş nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikahın pozulmasından məlumatı olmuş və o, bu barədə həmin vaxt bilmişdir. Bu faktı o halda sübut edirki, Cavanşirin iddia etdiyi kimi, onun 2018-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdığı və nikahın pozulmasından narazı olduğu halda, nəyə görə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 iş nömrəli qətnaməsindən apelyasiya şikayəti verməmiş və həmin qətnaməni ləğv etməmişdir. Birdaha qeyd edirki, o və İddiaçı faktiki olaraq 2000-ci ildə ayırılmışlar və məhz həmin vaxt onların arasında heç bir ailə münasibətləri olmamışdır. Belə olan halda 2000-ci ildən onların nikahı formal xarakter daşımış və onlar heç bir münasibət saxlamamışlar. 2005-ci ildə onların arasında bağlanmış nikahın pozulması bu formal münasibətlərin huquqi rəsmiləşdirilməsi olmuşdur. İddiaçı heç vaxt mənzillə bağlı onunla əlaqə saxlamamış və onunla bu barədə görüşüb, söhbət etməmiş, ona hər hansı irad və narazılığını bildirməmişdir. O, İddiaçı Rusiya Federasiyasında yaşadığı ünvanı, həmçinin Cavanşirin nəvaxt oradan qayıdacağını və yaqayıtmasını bilməmişdir. Beləki, Cavanşirdən 2000-ci ildə faktiki ayrılmış və onunla nikah münasibətlərini kəsmişdir. O, xx xxxxxx 2019-cu il tarixə təyin olunmuş məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Həmçinin bildirirki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən ər-arvad arasında əmlakın bölünməsi münasibətlərinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin 3 illik iddia müddəti keçdiyindən AiləMəcəlləsinin 36.9-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilib, İddiaçı ona qarşı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında xx xxxxxx 2019-cu il tarixdə keçirilən iclasında Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq olunması barədə yazılı ərizə təqdim edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinəəsasən İddiaçı ona qarşı əmlakın bölünməsi vəsair iddia tələbinə iddia müddətini tətbiq etməklə, həmin iddianın rəddolunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiаçı İddiaçı və onun vəkili Vəkil apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)- 968/2019 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edirlər. Apelyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı X11 ilə Cavabdeh arasında nikahın Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən pozulmasından iddiaçının 2019-cu il tarixdə xəbəri olmuşdur. Çünki, iddiaçı X11 qeyd olunan qətnamə qəbul olunan dövrdə Rusiya Federasiyasında olmuşdur. Onun həmin qətnamədən (nikahın pozulmasından) xəbərdar olması ilə bağlı Balakən Rayon Məhkəməsinin hüquqi mövqeyini əsassız hesab edirlər. Belə ki, Cavabdeh da məhkəmə iclasında vermiş olduğu ifadəsində həmin müddətdən sonra iddiaçı ilə əlaqə saxlamadığını bildirmişdir. Bununla yanaşı, Azərbaycan Repsublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 iş nömrəli qiyabi qətnaməsindən, iş materiallarına əlavə edilmiş Balakən Mənzil İstismarı Müəssisəsinin xx xxxxxxx 2019-cu il tarixli, 285 nömrəli arayışından və Cavabdeh məhkəmədə verdiyi ifadəsindən də göründüyü kimi, qeyd olunan evi ilk olaraq 2000-ci ildə Cavabdeh tərk edərək Bakı şəhərinə getmiş və iddiaçı Rusiya Federasiyasına gedənədək həmin mənzildə yaşamışdır. İddiaçının 2018-ci ilədək Cavabdeh geri qayıdaraq həmin mənzili sahiblənməsindən və orada kirayəçi yerləşdirməsindən də ümumiyyətlə xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, Balakən şəhəri, H.Əliyev prospekti (keçmiş R.Səmədov küçəsi) ev41 ünvanında yerləşən 20 nömrəli mənzil iddiaçı X11 ilə Cavabdeh nikahda olduqları müddətdə onların ümumi gəlirləri hesabına əldə edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddiası "nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə payının müəyyən edilməsi" ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu isə "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019 il tarixli qərarı ilə yalnızca Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsində qeyd olunan qaydada əmlakın bölünməsinə 3 illik iddia müddətinin tətbiqi ilə bağlıdır. Əmlaka payın müəyyən edilməsi ilə bağlı iddialara Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının tətbiqi əsassız və qanunsuzdur. Belə ki, həmin məsələni Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyyə etmişdir. Göründüyü kimi, iddiaçı X1 Məhkəməsinin Plenumunun hazırki qərarı qəbul edənədək, yəni, xx xxxx 2019-cu il tarixinədək bilə bilməzdi ki, nikah pozulduqda ərarvadın ümumi əmlakına payın müəyyən edilməsinə 3(üç) illik iddia müddəti tətbiq ediləcək. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)- 968/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştitakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməli, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə İddiaçı ½ payı müəyyən edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildən istifadə və sahiblik etməsinə qarşı Cavabdeh tərəfindən yönəlmiş qəsdə son qoyulmalı və İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan müqavilədən görünür ki, xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 şəhəri, R. Səmədov küçəsi 41/20 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır. İşdə olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 20 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 3 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddiaçı X15 cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddası təmin edilmiş, X21 ilə cavabdeh X9 arasında bağlanmış xx xxxxxx 1995-ci il tarixli, 13 saylı nikah qeydi ləğv edilmişdir. İşdə olan xx xxxxxx 2005-ci il tarixli AZ-İ 024573 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 X21 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin fevral ayının 23 günündə 16 nömrə ilə qeyd edilmişdir. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3659 №-li arayışından görünür ki, İddiaçı həqiqətən şəhərin A.Məmmədov küçəsi 33 №-li evində yaşayır. İşdə olan Balakən Mənzil-İstismarı Müəssisəsinin xx.xx.2019-cu il tarixli, 285 №-li arayışından görünür ki, Cavabdeh Balakən şəhəri, H.Əliyev 41/21 (keçmiş R.Səmədov) ünvanındakı mənzildə tək qeydiyyatdadır, keçmiş yoldaşı İddiaçı 1996-2002-ci ildə yaşamasına baxmayaraq, qeydiyyatda olmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2012-ci il tarixli Qərarına,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 225.4, 372.1, 372.2, 375.1, 375.2 və 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.1, 8.2 32.1 və 36.9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası MPM-nin 13.7 və 119.1-ci maddəələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli qərarına, Stanyo Belçikaya qarşı, Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlər üzrə X26 Avropa Məhkəməsinin qərarlarına, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.1 və 8.2-ci maddələrinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur; iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır; bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək, müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tösiyyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxx 2013-cü il tarixli qərarında iddia müddəti institutunun mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. X26 Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi,onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 1995-ci ildə rəsmi nikahla evlənmişlər. xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 şəhəri, R.Səmədov küçəsi 41/20 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh sözügedən mənzil üzərində tam pay sahibliyi ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən ləğv edilmişdir. Hal-hazırda iddiaçı cavabdehin birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka olan mülkiyyət hüququnun məhdudlaşdırıldığını iddia edərək, ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə onun payının müəyyən edilməsini, cavabdehin iddiaçının həmin mənzildən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulmasını və həmin mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən x xxxx 2013-cü il tarixli qərarına istinad edərək həmçinin qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu halda hər zaman bir-biri ilə üstüstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heçdə hərzaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Göründüyü kimi qanunverici əmlak və qeyri əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyriəmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsuzdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasından 2019-cu ilin aprel ayında xəbər tutması barədə göstərdikləri əsaslı və qaneedici hesab edilə bilməz. Belə ki, iddiaçı Rusiya Federasiyasında yaşamış olsa da, Balakən rayonu ilə onu bağlayan bir sıra amillərin mövcudluğu- ailə üzvlərinin- valideynlərinin olması, onlarla mütəmadi olmasa belə əlaqə saxladığı nəzərə alınsa, İddiaçı Cavabdeh ilə nikahının pozulduğu faktını bilməməsi demək olar ki, mümkünsüzdür. Həmçinin məhkəmə iddiaçının faktiki olaraq 2000-ci ildən faktiki ər-arvad münasibətlərində olmadığı və ayrı yaşadığı Cavabdeh nikah qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ehtimalının qeyri-mümkün hal kimi dəyərləndirməsini və bundan 14 il sonra xəbər tutmasını ağlabatan hesab etmir və qeyrisəmimi verilmiş məlumat kimi qəbul edir. . Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli evin birgə nikah dövründə əldə edildiyini və xx xxxxxx 2015-ci ildə cavabdehlə birgə nikahlarının pozulduğu faktını bilməsi onun özündən asılı olmayan haldır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflər arasında nikah 2005-ci ilin yanvar ayının 05-də pozulduğundan və işdəki bir sıra müəyyən edilmiş hallara- iddiaçı ilə cavabdehin nikah münasibətlərinə faktiki olaraq 2000-ci ildə son qoyulduğu, nəticədə cavabdehin 2000-ci ildə iddiaçıdan ayrılaraq Bakı şəhərinə yaşamaq üçün getdiyi, 2002-ci ildə isə iddiaçının Rusiya Federasiyasına işləmək və yaşamaq üçün getdiyi, iddiaçının nikahın pozulduğu 2005-ci il yanvar 05-də Balakən şəhərində ailə üzvlərinin-valideynlərinin olması, onlarla mütəmadi olmasa belə əlaqə saxlaması hallarına görə İddiaçı 2005-ci ilin yanvar ayının 05-dən onunla Cavabdeh arasında nikahın pozulduğunu, qanuna görə həmin müddətdən başlayaraq 3 illik iddia müddəti ərzində ümumi əmlakın bölünməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edilməli olduğunu bilməli idi. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə cavabdeh X18 nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin iddia edilən ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, əmlakın bölünməsi ilə əlaqədar iddia müddəti keçmişdir. Cavabdeh də iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə iddia müddətinin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə verdiyindən iddiaçının mənzildən payının müəyyən edilməsi, mənzilə köçürmə və s.barədə iddia tələbi rədd edilməlidir. Belə ki, mənzilə köçürmə və digər tələb iddiaçının ümumi mənzildə olan payının müəyyən edilməsi tələbi ilə bağlıdır və mənzildən payın müəyyən olunması tələbi təmin edilmədiyi təqdirdə, digər tələblər də təmin edilə bilməz. Bu xüsusda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması tələbi də təmin edilməməlidir. Əslində bu tələbin qoyulması iddiaçının iddia müddətinin şamil edilmədiyi hallardan biri-Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində təsbit edilmiş halın mövcudluğunun hüquqi əsasının yaradılması cəhdi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Lakin məhkəmə hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin şamil edilmədiyi hal mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh iddiaçının qeyd etdiyi mənzilə daxil olmağa qoymamada ifadə olunan və ya hər hansı digər formada mənzilə istifadə və sahiblik etməsinə qarşı heç bir qərəzli hərəkətə yol verməmiş, iddiaçıya qarşı iddia olunan bu qəsdə yol verməmiş, iddiaçı öz iradə ifadəsinin nəticəsi olaraq 2002-ci ildə həmin mənzildən könüllü çıxaraq Rusiya Federasiyasına işləməyə və yaşamağa getmiş, həmin vaxtdan cavabdehlə iddiaçı arasında hər hansı münasibətlər mövcud olmamışdır. İddia ərizəsində və iddiaçının məhkəmədə verdiyi izahatında iddiaçı, Cavabdeh iddia etdiyi onun mənzilə daxil olmamağa qoymamada ifadə olunan mənzilə istifadə və sahiblik etməsinə qarşı qərəzli hərəkət etməsini 2018-ci ilin sonlarında Rusiya Federasiyasından qayıtdıqdan sonra həmin mənzildən istifadə etmək istədikdə onun razılığı və ərizəsi olmadan həmin evə kirayəçi yerləşdirməsi və dolayısı ilə həmin mənzildən sahiblik, istifadə və sərəncam vermək hüquqlarının məhdudlaşdırılması və bundan sonra cavabdehlə əlaqə yarada bilməməsi və mənzilə sahiblik, o cümlədən istifadə hüququnu təmin etməyə cəhd etməklə nail ola bilməməsi ilə əlaqələndirmişdir. İş materiallarından isə görünür ki, əslində cavabdeh iddiaçının mənzilə ehtimal olunan sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə hansısa qərəzli formada maneçilik törətməmiş, bu hüquqların həyata keçirilməsinə qəsd etməmiş, bu məsələ ilə bağlı iddiaçı cavabdehlə heç bir əlaqə yaratmamış və söhbət belə etməmişlər. Bunlar iddia ərizəsindən və iddiaçının izahatından da görünür. İddiaçının cavabdehlə məsələ ilə bağlı əlaqə yaratmaması, hətta şəxsən görüşüb müzakirə belə etməmələri halında iddiaçının cavabdehin onun mənzilə sahiblik və istifadə hüquqlarına qərəzli hərəkətlərlə müdaxilə etməsi nəticəsinə gəlməsi yalnız əsası olmayan ehtimaldır və bu ehtimal işdəki heç bir sübutla təsdiqini tapmır. İddiaçının cavabdehin həmin mənzili onun razılığı olmadan kirayə verməsi halı hətta mövcud olsa belə, bu cavabdeh tərəfindən iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarına müdaxilə etməsi, həmin mənzilə daxil olmağa qoymaması və onun sahiblik və istifadəsinə qəsd etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mövcud olduğu təqdirdə bu halla iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarını həyata keçirmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun xüsusi mülkiyyətində olan mənzilə dair sərəncam verməni həyata keçirmişdir. İddiaçının məlumatından belə müəyyən olunur ki,cavabdehin sözügedən mənzili kirayəyə verməsi iddiaçının Azərbaycan Respublikasına qaytımasından əvvəl, yəni onun Rusiya Federasiyasında yaşadığı vaxtda baş vermişdir. Həmçinin cavabdehin iddiaçının nə vaxt qayıtması barədə məlumatı olmamış və onun yaşayış yerinin dəqiq ünvanı cavabdehə bəlli olmamışdır. İş materiallarından o da görünür ki, iddia predmetini təşkil edən mənzil İddiaçı yaşaması üçün yeganə mənzil olmamışdır. Belə ki, işdə olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3659 №-li arayışından görünür ki, İddiaçı şəhərin A.Məmmədov küçəsi 33 №-li evində yaşayır. Belə olan halda cavabdehin iddiaçının həmin evə daxil olmağa və yaşamağa maneə törətməsi məqsədilə mənzili kirayəyə verməsi əsassız bir mülahizədir və işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. İddiaçı cavabdehin məhz onun mənzilə sahiblik və istifadə hüquqlarına qəsd etmək üçün evi kirayəyə verməsi və bununla da onun mənzilə sahiblik və istifadə hüquqlarını məhdudlaşdırması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eynilə iddiaçı cavabdehin evi kirayəyə verməklə və ya hər hansı başqa formada ifadə olunan hərəkətlərlə iddiaçının sahiblik və istifadə hüquqlarına qərəzi müdaxilə etməsi və onu qərəzli şəkildə mənzilə daxil olmasına manə yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür). İş materiallarından görünür ki, cavabdeh iddiaçının iddia olunan sahiblik və istifadə hüququnun pozulmasına yönəlmiş hər hansı qərəzli hərəkətlər etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə verərək, müddətin keçməsi ilə bağlı iddianın rədd olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələbləri təmin edlilə bilməz. Əksinə hazırki iddiaya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddələrinin tələbləri tətbiq edilməklə, bu iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia müddəti keçdiyindən və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki işin hallarını ümumilikdə düzgün müəyyən etsə də, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 1995-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzili X3 almışdır. 2000-ci ilin dekabr ayında iş üzrə Cavabdeh qeyd olunan mənzili tərk edərək, yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı isə 2003-cü ilədək qeyd olunan mənzildə yaşamış, 2003-cü ildə Rusiya Federasiyasına getmiş və 2018-ci ilədək orada yaşamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. ünvan 5 ünvanında yerləşən 20 nömrəli mənzil 2016-cı ilə qədər qeydiyyatdan keçirilməmiş, xx.xx.2016-cı il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı 2018-ci ilin sonlarında Rusiya Federasiyasına gedib, 2019-cu ilin ortalarında Azərbaycan Respublikasına qayıdaraq həmin mənzildən istifadə etmək istədikdə, görmüşdür ki, Cavabdeh həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu mənzilin giriş-çıxış qapısının açarını dəyişməklə məhdudlaşdırmışdır. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Həmin maddənin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi ilə bağlı gəldiyi qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Hazırki halda İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulmasından xəbərinin olmaması tam olaraq sübuta yetirilir. Belə ki, Balakən Rayon Məhkəməsi onların arasında olan nikahı pozarkən cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə qiyabi icraat qaydasında baxmış və xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsini qəbul etmişdir. İddiaçı bütün bu baş verən proseslərdən 2019-cu ildə xəbərdar olmuşdur. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər-hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgünnəticəyəgəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiаçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri və onların ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə İddiaçı ½ payı müəyyən edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildən istifadə və sahiblik etməsinə qarşı mənzilin giriş-cıxış qapısının açarını dəyişərək iddiaçının həmin mənzilə daxil olmasına mane olmaq məqsədi ilə iddiaçıya həmin açarı verməməklə Cavabdeh tərəfindən yönəlmiş qəsdə son qoyulmalı və İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə köçürülməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilsin. Tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə İddiaçı ½ payı müəyyən edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildən istifadə və sahiblik etməsinə qarşı mənzilin giriş-cıxış qapısının açarını dəyişərək iddiaçının həmin mənzilə daxil olmasına mane olmaq məqsədi ilə iddiaçıya həmin açarı verməməklə Cavabdeh tərəfindən yönəlmiş qəsdə son qoyulsun. İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar