Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-689/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X14 və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağlanılmış gediş-gəliş yolunun açılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tаrixli, e-2(025)-40/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 27 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X5, X10, X15 və X11 ümumi birgə mülkiyyətinə JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,12 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 noyabr 2006ci il tarixli 25 nömrəli qərarına əsasən X16, X4, İddiaçı, X3, X17 və X18 ümumi birgə mülkiyyətinə JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. İş materiallarında olan JN-0066 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair»” dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 noyabr 2006-ci il tarixli 25 nömrəli qərarına əsasən X7 və X6 ümumi birgə mülkiyyətinə JN-0066 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2- 6969/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir:1) İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X9 X13 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X5, X10, X15 və X11 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 2) Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 3) Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X7 və X6 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 4) İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN1A “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X9 X13 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir; 5) İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir; 6) İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir; 7) İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir; 8) İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/52 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən görünür ki: 1) İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X9 X13 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X5, X10, X15 və X11 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 2) Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 3) Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X7 və X6 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi; 4) İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN-1A “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X9 X13 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir; 5) İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir; 6) İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 7. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. 8. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır.
6. İş materiallarında olan Azərbaycan Dövlət Su X1 X24 Xidməti Publik Hüquqi X36 X2 İdarəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 111 nömrəli arayışda göstərilmişdir ki, Kötüklü kəndi ərazisində vətəndaşlar arasındakı mübahisə edilən ərazidə Qəbələ Su X2 idarəsinə məxsus heç bir kanal, arx mövcud deyil.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağlanılmış gediş-gəliş yolunun açılması tələbi”nə dair məhkəmədə iddia qaldıraraq, JN-001A, kod 40614038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-0061, kod 40614038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Kötüklü kəndindəki 0.09 ha həyətyanı və 7347.20 kv.m.( planşet 61N) kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsinin ətrafında nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfdən qoyulmuş qapının və çəpərin sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmiçdir ki, ana və ailə üzvlərinə verilmiş Dövlət Aktında nəzərdə tutulan 7347.20 kv.m (planşet 61N) hissəsi 0.12 ha həyətyanı torpaq sahəsi ilə bitişik formadadır. Hal-hazırda qeyd olunan torpaq sahələri meyvə ağaclarından ibarət bağ sahəsidir. Ona və digər ailə üzvlərinə məxsus həyətyanı və kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahələrinə giriş-çıxış yolu mövcuddur. Lakin bir müddətdir ki, onunla qonşu olan Cavabdeh bir tərəfdən ümumi gediş-gəliş yolunu bağlayaraq həmin hissədə çəpər çəkmiş və dəmir barmaqlıqdan ibarət qapı qoyaraq yoldan istifadəni mümkünsüz etmişdir. Dəfələrlə bu barədə onların mübahisələrinin yaranmasına baxmayaraq cavabdeh şəxs ümumi gediş-gəliş yolunda olan qapını könüllü olaraq çıxararaq götürməmiş, çəpəri isə sökməmişdir. Özü və digər ailə üzvləri bağ sahələrinə ensiz cığır vasitəsilə gedib gəlirlər və çox vaxt yığdıqları meyvəni bağ sahələrinə nəqliyyat vasitəsi gedə bilmədiyinə görə orda qalaraq xarab olur və ya oğurlanır. Bütün bunlara baxmayaraq hal-hazıradək Cavabdeh qapı qoyduğu hissədə hər hansı gediş-gəliş yolunun olmadığını, həmin yol ərazisinin ona məxsus olduğunu iddia edir. Həmçinin, o, bu barədə Bələdiyyəyə, Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyinə baxmayaraq mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, məhkəmə tərəfindən alınmış mütəxəssis və ekspert rəylərində də cavabdehin yol yerini bağladığı, bağlanmış yol yerinin Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun uzaq qohumudur. Onun həmin ərazidə torpaq sahəsi var, təxminən 30 il əvvəl həmin torpaq sahəsi mülkiyyətinə verilib. 2-3 il də orda ev tikib yaşayıb, sonra həmin yerdən evi söküb köçüb gedib. Ekspert rəyi ilə də tanışdır. Rəydə tək etirazı olan şey ordakı qobunun yarğan yazılmasıdır. Orada eni 15-20 metr olan dərin qobu var. Oranı dağıdıb yol salmaq mümkün deyil. Həmin qobudan yeddi ailəyə su gedir. O qobu dağılsa, o ailələr sudan məhrum olar. İddiaçının yolu hardandısa, getsin ordan da işləsin. Mütəxəssislər aparatla gəlib ölçü işləri aparanda demişlər ki, iddiaçının başqa yerdən yolu var. O vaxt Cavadov Mürvət adlı şəxs ona yol yeri vermişdir, o da gedib vaxtında yolu tutmamış, sonra da başqa şəxslər o yol yerini tutmuşlar, gedib yoluna sahib çıxsın. O, 50-60 ildir ki, əziyyət çəkib bağ salmışdır, iddiaçıya torpaq verməyəcəkdir. Oradan yol açılsa, daim mübahisə olacaq. Çünki ordan 7 ailəyə su gedir. İki il iddiaçı ailəsi ilə orda yaşayıb, yol yeri də olub. İddiaçı həmin yoldan işləməlidir. Oradan maşın yolu açmaq mümkün deyil. Əraziyə baxış keçirən mütəxəssislər də əraziyə baxış keçirərkən demişlər ki, burdan yol açmaq mümkün deyildir. Qobunun 200 yaşı var. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə izahatında göstərmişdir ki, mübahisəli ərazidəki bələdiyyə torpağının Alcanov Mehman və Cavabdehlə heç bir müqaviləsi yoxdur. Müqavilə olan yer fakitiki yaşadıqları torpaq sahəsinə bağlı olan təxminən 85 sot yerdir. Oranı icarəyə götürüblər. Mübahisəli 7 sotla bağlı heç bir icarə müqaviləsi olmamışdır. Bu məsələ ilə bağlı vətəndaşlarla dəfələrlə söhbət aparmışdır. Eyni zamanda həmin torpaq sahəsinə gedən yol yerinin bələdiyyənin mülkiyyətində olması ekspert rəyi ilədə müəyyən olunur və onlar bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yol yerinin verilməsinə etiraz etmirlər. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir.
12. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X14 izahatında göstərmişdir ki, torpaq sahəsi ona məxsusdur. Torpaq islahatı aparılan zaman ona 0,41 ha torpaq sahəsi verilib. Həmin torpadan faktiki 0,05 ha torpaq sahəsi var. Qalan torpağın ilbəil vergisini ödəyir, lakin torpaq sahəsi faktiki yoxdur. Orda onun torpağına bitişik 0,07 ha bələdiyyəyə məxsus torpaq sahəsi var. Həmin sahə hündür kollardan ibarət yer olmuş, oranın kollarını təmizləyib, istifadəyə yararlı vəziyyətə gətirmişdir. Onun özünün qanuni verilmiş torpağı yerində yoxdur, cavabdeh də deyir ki, torpaq sahəsini aç, ora açıldığı təqdirdə suları kəsiləcək, su problemi yaranacaqdır. Ora su getməsə, torpaq məhv olacaqdır. Bələdiyyənin sədri də deyir ki, ordan yol yeri var, lakin tarix boyunca həmin yerdən yol olmamışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Məhkəmə qərardadına əsasən yerində araşdırma aparılmışdır. Həmin ərazidə iddiaçının 73 sot və 12 sot olmaqla mülkiyyəti var. X7 adına həmin ərazidə 5 sot, X8 adına 32 sot torpaq sahələri var. Ancaq faktiki istifadələrində 66 sot torpaq sahəsi var. İslahat aparılan zaman orada yol yeri nəzərdə tutulmamışdır. Lakin torpaqların elektron uçotu aparılan zaman yarğana qədər həmin ərazidə yol yeri nəzərdə tutulmuşdur. Yarğanın üzərindən isə yol yeri nəzərdə tutulmamışdır. Həmçinin yarğan da Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətindədir.
14. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 17 aprel 2025-ci il tаrixli, e- 2(025)-40/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə və JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə və 0,7347 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə yol yeri (0,076 ha)(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3- 21-3-42/26969/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) açılması və yol yerində olan qapı və çəpər Cavabdeh hesabına sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 95 (doxsan beş) manat mütəxəssis xərci iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzi müvafiq hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahələrinə gedən yol yeri ərazinin ümumi xəritəsində (X9 X13 (TEKUİS)) nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. İddiaçıisə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən Cavabdehtərəfindən Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları xeyli pozulmuşdur. Nəticədə qanuni olmayan qətnamə qəbul edilmişdir. Məhkəməyə ekspertin gəlib mübahisəli əraziyə özünün şəxsən baxması barədə vəsatət versə də, ekspert əraziyə baxmamış, yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinin rəyinə istinad etmişdir. Nəticədə ekspert rəy verərkən öz vəzifəsinin tələblərini pozmuş, nəticədə əsassız və qanunsuz rəy vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının ondan yol yeri kimi tələb etdiyi torpaq sahəsinə 30 ildən artıq müddətdə fasiləsiz və etirazsız sahiblik etməyini nəzərə almamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə 30 ildən artıq müddətdə qonşu ərazidə yaşayırlar. Bu müddət ərzində qonşu kimi əraziləri cavabdehlə hasarlanmış və torpaq sahələrini bu formada istifadə etmişlər. Həmin müddətdə torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir. Bu günə qədər iddiaçı ondan yol yeri tələb etməmiş, onun sözügedən torpaq sahəsinə idarəçiliyinə hər hansı irad bildirməmişdir. Buna səbəb isə iddiaçının da yol yeri kimi tələb etdiyi sahənin onun mülkiyyəti olmasını bilməsi olmuşdur. İddiaçı ancaq ondan servitut əsasında yol yeri tələb edə bilərdi ki, o, servituta da razı deyildir. Çünki digər qonuşalara nisbətdə yol verilməsi daha mümkündür. Məhkəmə tərəfindən ekspertiza keçirilməsi barədə qərardad qəbul edilib, mütəxəssis və ekspert rəyləri alınsa da, həmin rəylər mülki işin düzgün araşdırılması üçün kifayət olmamışdır. Məhkəmə bələdiyyə mülkiyyətindən yol yeri versə də, bələdiyyə xəritəsinə baxış keçirməmişdir. Əgər bələdiyyə xəritəsinə baxış keçirilsəydi müəyyən olunardı ki, orada yol yeri nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən bələdiyyə xəritəsi tələb olunmamış və müqayisəli təhlil aparılmamışdır. Əslində isə yol yerinin açılmasında bələdiyyənin özünün marağı olmuşdur və bu səbəbdən bələdiyyə xəritəsi verilməsindən imtina olunmuşdur. Ekspert və mütəxəssis rəyində göstərilmişdir ki, yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. Əslində yarğan dedikləri yer böyük bir qobudur. Yəni su kanalıdır. Həmin su kanalına çatanda isə yol yeri sona çatır. Həmin su kanalından sonra yol yerinin taleyinin necə olacağı aydınlaşdırılmamışdır. Həmçinin yol yeri kimi göstərdikləri torpaq sahəsində olan qobunun bağlanmasının digər kənd camaatına necə təsir edəcəyi də aydınlaşdırılmamışdır. İddiaçının və onun mülkiyyətində olan torpaq sahələrinə dair İslahat 1998-ci il tarixdə keçirilmişdir. Onlar isə islahatdan əvvəldə həmin torpaq sahələrində yaşamışlar. Bəs necə ola bilər ki, 30 ilə yaxın müddətdə iddiaçı həmin torpaq sahəsinə dair hər hansı tələb irəli sürməmişdir? Çünki iddiaçı özü də mülkiyyətində olan torpaq sahəsinə yol yerinin başqa yerdən olmasını bilmişdir. Əvvəlki xəritələr əsasında ekspertiza aparılarsa bu hal dəqiqliklə ortaya çıxar. Verilmiş mütəxəssis rəyində yol yerinin qobuya qədər olması göstərilmişdir. Bəs qobudan sonra yol yerinin taleyi araşdırılmamışdır. Bu da yol yerinin reallıqda olmadığını göstərir. Həmçinin məhkəmə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onların icarələrində olması araşdırılmamışdır. Halbuki bələdiyyə mülkiyyətində olan torpaq sahəsi onların icarələrində olmuşdur. Bundan əlavə rəydə yol yerinin qobuya qədər olması göstərilmişdir. Qobudan sonra isə yol vermək mümkün deyil. İşin uyğun olmayan halıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhəkəməsin 17 aprel 2025-ci il tаrixli, e-2(025)-40/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhəkəməsin 17 aprel 2025-ci il tаrixli, e- 2(025)-40/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə göstərdi ki, cavabdehin istifadə etdiyi torpaq sahəsində 50-60 sot bələdiyyə torpağı yerləşir, yəni cavabdehin faktiki yaşadığı yerə yaxın ərazidə bələdiyyəyə məxsus torpaq sahəsi var. Ondan sonra da, təxminən, 500-800 metr aralığında mübahisələndirilən ərazi yerləşir. Ekspetiza ilə bağlı həmin əraziyə baxış keçirilən zaman mütəxəssislər GPS aləti ilə yoxladılar və gördülər ki, orada yol yeri var. Bələdiyyə də həmin ərazidən birinci instansiya məhkəməsi göstərdiyi kimi yolun verilməsinə etiraz etmir. Bundan başqa, nəzərinizə çatdırım ki, elektron uçot baza məlumatları hələlik bələdiyyəyə təqdim olunmamışlar. Ona görə də biz kadastr və reyestr idarəsilə qarşılıqlı əməkdaşlıq edirik. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
26. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
27. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
30. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
32. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
33. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Müəyyən edilmişdir ki, JN-001A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı, X5, X10, X15 və X11 ümumi birgə mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda JN-0061 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X16, X4, İddiaçı, X3, X17 və X18 ümumi birgə mülkiyyətinə 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı sözügedən torpaq sahələrinə gedən yol yerinin cavabdeh tərəfindən bağlandığını, bu səbəbdən yol yerinin cavabdehin hesabına sökülməsini və yol yerində olan maneələrin cavabdehin hesabına aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddiaçının iddia etdiyi yerin yol yeri olmadığını, həmin yerin neçə illərdir onun mülkiyyətində olduğunu, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
50. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı ilə “Azərbaycan Respublikasında X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.
51. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: - 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X9 uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; (...); - 2.3. X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: - 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; (...); - 2.4-c X9 X13 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; (...).
52. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2- 6969/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/52 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, 1. İddiaçı və cavabdehin istifadəsində olan faktiki naturada ölçülmüş 1,25 hektar və 0,66 hektar torpaq sahəsi, Qəbələ rayonu Kötüklü kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Kötüklü kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfat təyinatlı torpaqlarına aid, uqodiyası çoxilik əkmələr olan xüsusi mülkiyyətindədir. X9 X13 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfat təyinatlı torpaqları, uqodiyası çoxilik əkmələr, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçı, X5, X10, X15 və X11 ümumi birgə mülkiyyətinə verilmiş JN-001A (kod: ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 həyətyanı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 2. Mübahisəli torpaq sahəsinin daxilində yerləşən İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş JN-61N nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 3. Cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən X7 və X6 ümumi birgə mülkiyyətinə verilmiş JN-66K nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edildi. 4. İddiaçının faktiki istifadəsində olan həmçinin sənəd üzrə mülkiyyətinə verilmiş JN-1A "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadatnaməyə əsasən verilmiş 0,12 hektar həyətyanı təyinatlı torpaq sahəsinə və "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən verilmiş 0,73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddia etdiyi cavabdehin istifadəsində olan torpaq sahəsi üzərindən keçməklə gediş gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına esasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X9 X13 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. 5. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. 6. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. 7. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. 8. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır.
53. Hazırkı iddia tələbi üzrə mütəxəssis və ekspert rəyindən görünür ki, iddiaçının iddia etdiyi yol yeri DWG baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətidir. İddiaçının iddia etdiyi yol yeri X9 X13 (TEKUİS) əsasən isə yol yeri kimi qeyd edilmişdir. Həmin yol yeri iddiaçı ilə cavabdehə aid torpaq sahələrinin sərhədində yerləşən yarğanda bitir. İddiaçının açılmasını tələb etdiyi, faktiki cavabdehin istifadəsində olan torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətinə aid torpaq sahəsində yerləşmir. İddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdeh tərəfindən metal hasarla bağlanılmışdır. İddiaçının iddia etdiyi yol yeri 0,076 hektardır.
54. Göründüyü kimi mütəxəssis və ekspert rəylərindən də müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətində deyil, lakin cavabdeh tərəfindən bağlanmışdır. Sözügedən yol yeri Qəbələ rayonu Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətindədir.
55. İş üzrə birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.
56. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
57. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
59. “X12rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
60. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış dürüstləşmə nəticəsində məhz mübahisə predmeti olan ərazi bələdiyyə mülkiyyəti olmaqla yol yeri kimi nəzərdə tutulmuşdur.
61. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan yol yerinin bağlanması nəticəsində İddiaçı torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
63. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
64. Apellyasiya şikayətinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdehin icarəsində olması dəlili ilə bağlı qeyd edilməlidir ki, əvvala cavabdehin kollegiyaya təqdim etdiyi 27 sentyabr 2007-ci il tarixli icarə müqaviləsinin müddəti 2022-ci ildə bitmişdir. İkincisi, həmin torpaq sahəsi 1.2 ha olmaqla otlaq sahəsi kimi göstərilmişdir. Yuxarıda da göstərildiyi kimi, zəbt olunan yol yeri isə 0,076 ha-dır. Nəhayət, həmin torpaq sahəsinə icarə hüququ qeydiyyata alınmamışdır. Halbuki, qanunun tələbinə görə, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır (“Torpaq icarəsi haqqında” Qanun, maddə 12).
65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
67. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tаrixli, e-2(025)-40/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tаrixli, e-2(025)-40/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov