Məhkəmə qərarları › İş №2(107)-69/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-69/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-69/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh xxxx QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökumət oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 oğlunun, İddiaçı3 qızının və İddiaçı4 cavabdeh xxxx QSC və qeyrisinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, vurulmuş maddi ziyan və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(039)-100/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 oğlu, İddiaçı3 qızı və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı4 və İddiaçı5 oğlu cavabdehlər “xxxx” QSC və Yevlax şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” QSC-nin Yevlax rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə JN-104, kod 90104048 saylı dövlət aktına əsasən onların mülkiyyətlərinə verilmiş 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən dərhal çıxarılması, həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması, 2013-cü ildən hal-hazıra kimi 6 il ərzində onlara vurulmuş 16 200 manat maddi ziyanın və 10 000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxxx 2019-cu il tаrixli, 2(039)-100/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 oğlu, İddiaçı3 qızı və İddiaçı4 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə JN-104, kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsi onların mülkiyyətlərinə verilmiş, həmin tarixdən 2013-cü ilədək həmin pay torpağı onların mülkiyyətində olmaqla, yeganə qazanc yerləri olmuş, oradan yonca sahəsi kimi istifadə edilmiş, hər hektardan ən azı 1000 ədəd yonca qəbul edilmiş, 4 dəfə həmin ərazi biçilmiş, hər dəfə orta hesabla ən azı 250 ədəd ot presi qəbul edilmiş, ümumilikdə 1 il ərzində 9 ha torpaq sahəsindən ən azı 9000 ədəd ot presi əldə edilmişdir ki, həmin ot presinin qiyməti minimum 3 manat olmaqla, 27 000 manat gəlir əldə edilmiş, bundan başqa, mal-qaraları həmin torpaq sahəsində otarılmış, əlavə olaraq kartof və bostan bitkiləri əkilmişdir. 2012-ci ilin aprel ayından başlayaraq bu illər ərzində həmin torpaq sahəsinin 9,10 ha hissəsi “xxxx” QSC tərəfindən zəbt olunaraq, onların mülkiyyət hüquqları pozulmuşdur.Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 oğlu, İddiaçı3 qızı və İddiaçı4 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Yevlax rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə JN- 104, kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsi onların mülkiyyətlərinə verilmiş, həmin tarixdən 2013-cü ilədək həmin pay torpağı onların mülkiyyətində olmaqla, yeganə qazanc yerləri olmuş, oradan yonca sahəsi kimi istifadə edilmiş, hər hektardan ən azı 1000 ədəd yonca qəbul edilmiş, 4 dəfə həmin ərazi biçilmiş, hər dəfə orta hesabla ən azı 250 ədəd ot presi qəbul edilmiş, ümumilikdə 1 il ərzində 9 ha torpaq sahəsindən ən azı 9000 ədəd ot presi əldə edilmişdir ki, həmin ot presinin qiyməti minimum 3 manat olmaqla, 27 000 manat gəlir əldə edilmiş, bundan başqa, mal-qaraları həmin torpaq sahəsində otarılmış, əlavə olaraq kartof və bostan bitkiləri əkilmişdir. 2012-ci ilin aprel ayından başlayaraq bu illər ərzində həmin torpaq sahəsinin 9,10 ha hissəsi “xxxx” QSC tərəfindən zəbt olunaraq, onların mülkiyyət hüquqları pozulmuşdur.Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Ona görə də həmin qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, əvəz olaraq onlara yeni torpaq sahəsi verilsə də, həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı yox, örüş üçün nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün Yevlax RİH-i heç bir köməklik göstərmir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək, sonda apelyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh xxxx QSC-nin nümayəndəsi Məmmədov Sahib Hökumət oğlu apelyasiya şikayətinə etiraz edərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi sonda həmçinin mübahisənin kompensasiya ilə həllinin onun səlahiyyətində olmadığını, bununla bağlı aidiyyəti rəhbərliyə müraciət olunmasının vacibliyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və Yevlax RİH-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(039)-100/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Torpağa mülkiyyət hüququna dair JN-104, kod 90104048 saylı dövlət aktından müəyyən olunur ki, Yevlax rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə 12,43 ha torpaq sahəsi iddiaçılara verilmişdir. Cavabdeh “xxxx” QSC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsinə əlavə etdiyi QSC tərəfindən Yevlax şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubdan müəyyən olunur ki, QSC tərəfindən X12nın yenidən qurulması ilə əlaqədar uçuş-enmə zolağının tikintisi və uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə X12na əlavə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq sərəncam verilməsi Yevlax şəhər İcra Hakimiyyətindən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi torpaq sahəsinin nə qədər hissəsinin cavabdeh “xxxx” QSC tərəfindən zəbt olunması ilə bağlı ekspertiza təyin etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli rəylə müəyyən edilmişdir ki, iddiaçılara verilmiş 12,43 ha torpaq sahəsinin cənub-qərb tərəfindən 9,10 ha hissəsi “xxxx” QSC-nin X12nın uçuş-eniş zolağı altına düşmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin torpaq sahəsinin 9,10 ha hissəsinin qiymətinin nə qədər olması ilə bağlı da ekspertiza təyin edilmiş və“xxxx” MMCnin xx.xx.2019-cu il tarixli, 0005/19 saylı rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” QSC-nin X12nın uçuş-eniş zolağı altına düşmüş cənub-qərb tərəfindən 9,10 ha torpaq sahəsinin həmin tarixə bazar dəyəri 1 ha 2500 manat olmaqla, 22 750 manat təşkil edir. Yevlax şəhər İHB-nin və Samux ƏKTİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan müəyyən olunur ki, pay torpaqlarının əvəzinə İddiaçı1 və X3 Cırdaxan kənd bələdiyyəsinin mülkiyyətində olan müəyyən torpaq sahələri təklif edilmiş və həmin sahələr meleorativşəbəkə, su təminatı və gediş-gəliş yolları baxımından əlverişli olmaqla, əkin üçün yararlı olmuşdur. İddiaçı1 və H.Həsənov onlara təklif olunan sahə ilə bağlı narazılıq bildirməmişdir. Akt onlar tərəfindən də imzalanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin Yevlax şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2013-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı1 və X2 dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan torpaq sahələri örüş növlü olmuşdur. Örüş növlü torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılması üçün aidiyyəti qurumların razılığı olmalıdır. Həmin örüş növlü torpaq sahələri əkin dövriyyəsinə verilə bilər, orada kənd təsərrüfatı bitkilərinin becərilməsi mümkündür. Apelyasiya icraatı zaman məhkəmə ekspertizası təyin edilmiş və Müstəqil Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 329 nömrəli ekspertizanın rəydən görünür ki, X1, ərazinin ümumi ortofotoxəritə materiallarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qızı, X8 və İddiaçı5 oğlu JN-104 saylı Dövlət Aktı ilə birgə mülkiyyətlərinə verilmiş 12.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8.48 ha hisəsi “xxxx” QSC-nin (X12) metal torla hasarlanmış ərazisi daxilində yerləşir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Yevlax rayon X4 xx.xx.1998-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 12,43 ha torpaq sahəsinin cənub-qərb tərəfindən 9,10 ha hissəsi “xxxx” QSC-nin X12nın uçuş-eniş zolağı altına düşmüşdür. İddia tələbindən göründüyü kimi də iddiaçıların əsas tələbi cavabdeh “xxxx” QSC-nin zəbt etdiyi torpaq sahəsindən dərhal çıxarılması və həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılmasıdır. Göründüyü kimi iddiaçılara məxsus torpaq sahəsinin “xxxx” QSC-nin balansına verilməsində də əsas məqsəd “xxxx” QSC-nin X12nın uçuş-eniş zolağının genişləndirilməsi və inşası, buna zərurət isə həmin uçuş-eniş zolağının (yolun) ölkə üçün iqtisadi və strateji cəhətdən böyük əhəmiyyət kəsb etməsi olmuşdur. Mövcud qanunvericilik normasına əsasən isə yolların və digər kommunikasiya xətlərinin çəkilməsi dövlət ehtiyaclarına aiddir. Beləliklə də iddiaçılara ayrılmış torpaq sahəsinin bir hissəsi dövlət əhəmiyyətli X12nın uçuş-eniş zolağının altına düşdüyündən həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması aşkar şəkildə böyük xərcə (vəsaitə) səbəb olmaqla yanaşı, ölkə üçün iqtisadi və strateji cəhətdən böyük əhəmiyyət kəsb etmənin səmərəliliyinin pozulmasına səbəb ola bilər. Lakin kollegiya iddiaçılara məxsus olmuş torpaq sahəsinin bir hissəsinin dövlət əhəmiyyətli X12nın uçuş-eniş zolağının altına düşməsini ölkə üçün iqtisadi və strateji cəhətdən böyük əhəmiyyət kəsb etməsini nəzərə almaqla yanaşı, iddiaçıların da toxunulmaz mülkiyyət hüququnun qorunmasına xüsusi diqqət yetirmişdir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” məhkəmə işi üzrə qərarında (A98 (1986) qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına ximət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdğı bəyan etməsi kifayət deyil. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982) 8 Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa” ədalətli tarazlıq pozulmuş olur. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayəti formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 oğlu, İddiaçı3 qızı və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(039)-100/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar