Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-69/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, mülkiyyətə gözlənti, istifadə hüququ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı övladları X10, X11 və X12 ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış, qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, uzun müddət istifadə etdikləri bələdiyyə mülkiyyətinə məxsus 1,5 ha torpaq sahəsi üzərində 2009-cu ildə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin tarixdən 2023-cü ilin noyabr ayına kimi sözügedən fərdi yaşayış evində ailə olaraq, birgə yaşamışlar. İddiaçı2 ilə 2013-cü ildə rəsmi nikaha girərək, ailə həyatı qurduqdan sonra o da həmin evə köçüb, yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları müddətdə birgə nikahlarından X10, X11 və X12 adlı 3 övladları dünyaya gələrək, onlar ilə birlikdə həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinə verilmiş 27-6-34-84 telefon nömrəsi bugünədək onun adınadır və xidmət haqqını o ödəyir. 2022-ci ilin iyun ayında cavabdehlərlə aralarında münaqişə yarandığı üçün Polis tərəfindən saxlanılaraq, Göyçay rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsindən çıxıb evə qayıtdıqda, arvadı İddiaçı2 və 3 azyaşlı övladının o polis şöbəsinə aparıldıqdan sonra evdən qovulduğunu görmüşdür. Onları həmin evə qaytarmaq istədikdə cavabdehlər yenidən münaqişə yaratdıqları üçün bir müddət gözləmək qərarına gəliblər. Arvadı İddiaçı2 və 3 azyaşlı övladı qaynatasının evində yaşadığı halda o onlardan ayrı mübahisəli evdə qalmaq məcburiyyətində qalmışdır. Çünki, başqa yaşayış yeri olmamaqla yanaşı qaynatasının da evində onların ailə kimi birgə yaşamaqlarına şərait yoxdur. 2023-cü ilin sonlarına yaxın ailəsini geri qaytarmaq istədikdə, yenidən cavabdehlər tərəfindən münaqişə yaradıldı və bu dəfə onu da evdən qovublar. Bütün əşyaları hazırda köçmək istədikləri fərdi yaşayış evindədir və cavabdehlər qanunsuz və əsassız olaraq onları yaşamaq üçün tək yaşayış yerləri olan evə buraxmırlar. Anası Cavabdeh1 isə onların evə köçəcəyi halda özünü yandırmaqla hədələyir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi,əlavə olaraq izahat verərək bildirdi ki,təmsil etdiyi şəxs mübahisəli evin inşa edilməsində iştirak etmiş,həmin yaşayış sahəsində qeydiyyatdadır,27 6-34-84 telefon nömrəsi onun adınadır.İstifadəsində olan torpaq sahəsində təsərrüfatla məşğul olmuş,mal-qara saxlamışdır.Atasından miras qalmış Göyçay şhəri S.Vurğun küçəsi 23 saylı evi Cavabdeh3 bağışlamışdır.Aralarında olan razılaşmaya görə cavabdehlər ona Göyçay rayonu Qarabaqqal kəndində yerləşən həmin yaşayış evini ona bağışlamalı idilər.Lakin bağışlama müqaviləsi bağlanandan sonra cavabdehlər ona evi bağışlamayacağını bildirdilər və üstəlik onu evdən qovmuşlar.Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsinin həmçinin İddiaçı1 məxsus olmasını iddiaçı bilməmiş,çünki sənədlər anası Cavabdeh1 İsrafil qızında olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı2 məhkəməyə gəlməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, onun 3 övladı var. Elvin əvvəllər pis vərdişlərə içkiyə meyilli olub. Evə hər gün gələndə spirli içki icib gəlirdi. Evin bütün ehtiyaclarını o ödəmişdir. Həmin evi vəfat edən oğlu Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsindən xəbəri belə olmayıb. Onun həmin evdə heç bir payı yoxdur. Elvinin pis vərdişlərinə görə onu evdən çıxartmışdır. 2016-cı ildən 2022-ci ilə qədər Elvin orada yaşayıb,onu ancaq söyüb təhqir edib. 2022-ci ilin iyun ayında Elvin evə sərxoş vəziyyətdə gəldi evdə ucadan səs küy salaraq onu təhqir etmişdir. Elvinin elə vəziyyətdə olduğuna görə o kənddə utandığına görə çölə çıxa bilmirdi. Elvinin ona etdiklərinə görə xəstəlik tapmışdır. Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha torpaq sahəsi onlara verilmişdir.Mübahisəli evin 2/3 hissəsi həmin torpaq sahəsi üzərində,qalan 1/3 hissəsi isə Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş,demək olar ki,evin bir otağı Bələdiyyə torpağı üzərinə düşür.Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etmədi , izahat verərək bildirdi ki,İddiaçı1 qardaşı Ülvi 2016-cı ildə vəfat etmişdir. Elvin 2013-cü ildə ailə qurmuşdur və 2015-ci ilədək ona məxsus Xırdalan şəhərində yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. 2016-cı ildən Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gələrək Qarabaqqal kəndində yerləşən evdə yaşamışdır. Torpaq sahəsi Cavabdeh1dir. Həmin torpaqda yerləşən evi isə Cavabdeh3 ilə əri Ülvi birlikdə tikmişdir. Həyətdə olan mal qara Ülvidən qalmışdır. Anası onunla yaşadığı üçün şəhərdə yerləşən evi Elvinə, kənddə yerləşən evi isə ona verməli idi. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh5 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı1 2007-ci ildən 2016-cı ilə kimi ona məxsus olan Xırdalan şəhərində yerləşən evində yaşayıb. Sonradan Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gəlmişdir. Ülvi vəfat edəndən sonra Elvin həmin həyətdə olan mal qaraya və təsərrüfata sahiblik etmək istədi. Elvin həmin evə ailəsi birlikdə gələndə onlar özləri ilə heçnə gətirməmişdir. Qarabaqqal kəndində yerləşən evi 2006-cı ildə Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsində heç bir əziyyəti olmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,İddiaçı2 qardaşı X15 bələdiyyəsinin sədridir.Bütün bu işlərin başında o durur.Belə ki,məhkəməyə təqdim edilmiş sənədlər saxtalaşdırılmış və iddiaçıların mənafeyinə uyğun olaraq verilmişdir.İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
10. Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış fərdi yaşayış evinə köçürülmələri, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha torpaq sahəsi JN-303F (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarı ilə Cavabdeh1 İsrafil qızı,X14,İddiaçı1 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh1 İsrafil qızının izahatına görə həmin evin çox hissəsi (2/3 hissəsi) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində, qalan (1/3) hissəsi isə Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.X18 Mərkəzinin 09 aprel 2024-cü il tarixli arayışına görə İddiaçı1 təxminən 1,06 ha sahədə (0,2585 ha+0,5173ha+0,2775 ha) alça,xurma bağları salmış,əkin barədə 2019-2021-ci illər ərzində bəyan etmişdir.Qarabaqqal Bələdiyyəsinin arayışına görə təxminən 1,5 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin qanunsuz istifadəsindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə nəzərə almışdır ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə 06 iyul 2006- cı ilədək (06 iyun 2004-cü ildə) verilmiş,İddiaçı1 həmin torpağın həmmülkiyyətçisidir,həmin torpaq sahəsinin üstündə olan hər şeydən,həmçinin inşa edilmiş evdən istifadə edə bilər (Mülki Məcəllənin 238.3-cü maddəsi.), həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi vardır.
13. Məhkəmə hesab etmişdir ki,İddiaçı1 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıran qanuni əsaslar olmadığından,pozulmuş hüquqları bərpa edilməli,onun mübahisəli evə köçürülməsi tələbi təmin edilməlidir
14. Digər İddiaçı2 münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası),Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətlərinin 2016- cı ildə yarandığı zamanı xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin müddəalarına əsasən mübahisə həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki,iddiaçılar etibarlı nikah münasibətlərində olduğundan,İddiaçı2 əri torpaq sahəsinin mülkiyyətçisi İddiaçı1 ailə üzvü olaraq həmin torpaq sahəsinin üzərində olan yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrdə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə iddiaçıların köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçıların yetkinlik yaşına çatmayan uşaqları da mübahisəli fərdi yaşayış evinə köürülməlidir.
16. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab etmişdir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 100 manat məbləğində pul alınaraq İddiaçı1 qaytarılmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 27.2, 27.2, 27.3, 152.2, 157.8, 158.1, 158.2, 158.4, 159, 180.1, 180.2, 213.1, 213.2, 213.4, 228.5, 238.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2, 30.1, 30.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə Cavabdeh1 torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 özündən əlavə ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və üç övladı) həmin topraq sahəsində mövcud olan bir otaqlı evdə uzun müddət yaşamışdır. Həmin ailə üzvlərindən biri, yəni Cavabdeh1 oğlu Ülvi Kərimov 2005-ci ildə digər cavabdeh Qədirli X6 ilə evlənmişdir. Daha sonra Kərimov Ülvi həyat yoldaşı, diş həkimi kimi çalışan Cavabdeh3lə birlikdə həmin torpaq sahəsinin bir hissəsində özlərinə ev tikmişlər. 2006-2010-cu illərdə öz maddi və fiziki zəhmətləri ilə. İddiaçı1 2013-cü ildə evlənmiş və ailəsi ilə birlikdə Göyçay şəhərinin mərkəzində yerləşən, iddiaçının atasına məxsus mənzildə yaşamağa başlamışdır. Daha sonra isə Xırdalana köçərək orada yaşamışlar. 2016-cı ildə Ülvi Kərimov gözlənilmədən vəfat etmişdir. İddiaçının isə spirtli içki aludəçiliyi daha da şiddətlənmiş, həm anasına, həm qaldığı evə ciddi zərərlər vurmağa başlamışdır. Dəfələrlə müalicə olunmağına baxmayaraq 2016-2021-ci illərdə ailədə ağır münaqişələr baş vermişdir. 2021-ci ilin yay aylarında iddiaçı öz anasını, yaşadığı torpağın faktiki sahibini evdən qovmağa çalışmışdır. Dəfələrlə məsələyə polis müdaxilə olmuşdur. Daha sonra 2022-ci ilin iyununda iddiaçı yenidən ağır sərxoşluq vəziyyətində evə gələrək şiddətli münaqişə törətmişdir. Hamını təhqir etmiş, evin içində zorakılıq hərəkətləri edərək ailəyə maddi və mənəvi zərər vurmuşdur. Cavabdehlərdən əl çəkməsi üçün iddiaçıya dəfələrlə müxtəlif formalarda maddi yardım təklif olunsa da, razılaşmamış və öz anası, bacısı, qardaşının ailəsi ilə düşmənçilik aparmışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək özünə məxsus olmayan, tikintisində maddi və fiziki olaraq qətiyyən iştirak etmədiyi bir mənzilə köçürülməsini tələb etmişdir. Göyçay Rayon Məhkəməsi təəssüf ki, işin hallarını hərtərəfli araşdırmadan yanlış qənaətə gəlmiş, qanunsuz və əsaslandırılmamış qətnamə qəbul edərək iddianı təmin etmişdir.
20. Birincisi, iddiaçının sözügedən fərdi yaşayış evini tikməsi ilə bağlı iddiaları tamamilə əsassızdır və yalan üzərində qurulub. Yuxarıda qeyd edildiyi kimi, onun bu evi tikməyə heç bir maddi və fiziki gücü olmayıb. İkincisi, iddiaçının söylədiyi digər yalanın əksinə, o, həmin yaşayış evində yalnız 2016-2022-ci illərdə qardaşının, qardaşı arvadının və anasının dəvəti ilə yaşamışdır. Üçüncüsü, məhkəmə yanlış nəticəyə gələrək, iddiaçının Cavabdeh1 məxsus torpaq sahəsinə həmmülkiyyətçi olduğunu, bununla da onun üzərində yerləşən hər şeydən istifadə hüququnun olduğunu bildirir. Dördüncüsü, məhkəmə iddiaçıların təqdim etdiyi sənədlərə qiymət verərkən onları hərtərəfli araşdırmamışdır. Göstərilən sənədlərin çoxunun mötəbərliyi şübhə altındadır. Beşincisi, iddiaçı sanki ona məxsus olan evdən qovulduğunu iddia edir. Halbuki, ona heç bir hüquqla məxsus olmasa da, müvəqqəti yaşamış olduğu evdən yenə də zorakılıqla qovulmamışdır. Göründüyü kimi, İddiaçı1 artıq anası və digər ailə üzvləri ilə birlikdə yaşaması faktiki olaraq qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 744/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
21. Məhkəmə yanlış nəticəyə gələrək, iddiaçının Cavabdeh1 məxsus torpaq sahəsinə həmmülkiyyətçi olduğunu, bununla da onun üzərində yerləşən hər şeydən istifadə hüququnun olduğunu bildirir və iddiaçının sözügedən evə köçürülməsini qət edir. Halbuki, burda hər hansı mülkiyyət hüququndan söhbət gedə bilməz. Əvvəla, nə torpaq sahəsi, nə də üzərindəki mübahisəli yaşayış evi dövlət reyestrində qeyd alınmamışdır. Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı və bu qərar əsasında verilmiş şəhadətnamə mülkiyyətçi kimi Cavabdeh1 göstərmiş, həmin vaxt qeyd edilən ailə üzvləri onun himayəsində olan yetkinlik yaşına çatmamış uşaqlar olmuşlar. Digər tərəfdən isə, Cavabdeh1 və ailə üzvlərinin qeydiyyata alındığı, həmin torpaq sahəsinə köçərkən yaşadıqları ev hazırkı mübahisəli ev deyil, digər birotaqlı evdir ki, o da hazırda həmin həyətdə mövcuddur. Mübahisə predmetinə çevrilmək istəyən ev isə yalnız Kərimov Ülvi və arvadı Cavabdeh3 tərəfindən tikilmişdir. Həmin ev hələ də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Burada yalnız faktiki sahiblik və istifadə hüququndan söhbət gedir. X25 və onun həyat yoldaşı Cavabdeh3 faktiki sahiblik və istifadə hüququnu, habelə həmin evə çəkdikləri xərcləri nəzərə aldıqda onların mülkiyyətçi hüquqlarına sahib olduqlarını ehtimal etməyə ciddi əsaslar vardır. AR MM-nin 157.8ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Ülvi Kərimov vəfat edənə qədər həmin evin bütün kommunal xətləri (telefon, qaz, işıq) onun adında olmuşdur. İddiaçılar haqqında isə bunları söyləmək qeyrimümkündür.
22. Köçürülmə tələbi olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyil. İddiaçıların o evdə yaşayış binasından istifadə hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Onlar yalnız Göyçay RİHB-nın Qarabaqqal İƏD-si üzrə nümayəndəliyin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87-ci səhifəsində qeydə alınmışlar. İddiaçı1 valideynləri ilə birlikdə köçdüyü ev də hazırkı fərdi yaşayış evi deyil, həmin həyətdə yerləşən və hazırda mövcud olan başqa birotaqlı evdir. Beləliklə, Ülvi Kərimov və həyat yoldaşı Cavabdeh3 tərəfindən tikilən fərdi yaşayış evində iddiaçıların heç bir istifadə hüququ yoxdur. Bütün bunlara baxmayaraq, münaqişələrin və faciələrin qarşısını almaq üçün dəfələrlə iddiaçı maddi dəstək təklif olunsa da, razılaşmamışdır.
23. İşin hallarında da göründüyü kimi, iddiaçıların Cavabdeh1 məxsus torpaq sahəsi üzərindəki əmlaklardan istifadəsi də bu maddələrin tələblərinə əsasən mümkün deyildir. Çünki istifadə etməyə iddia edilən fərdi yaşayış evi bütün faktiki sahiblik və istifadə hüququ ilə Cavabdeh3 və onunla yaşayan Cavabdeh1 aiddir. Mülkiyyət hüququ qeydiyyata alınmasa da, bütün maddi xərclər onlar tərəfindən çəkilmişdir. Digər tərəfdən, iddiaçı orada yaşadığı müddətdə ciddi zorakılıqlar göstərmiş, ağır ailə münaqişələri yaratmış, anasını döymüş, evə maddi zərərlər vurmuşdur.
24. Məhkəmə iddiaçıların təqdim etdiyi sənədlərə qiymət verərkən onları hərtərəfli araşdırmamışdır. Göstərilən sənədlərin çoxunun mötəbərliyi şübhə altındadır. Belə ki, iddiaçılardan biri Xəlilov Aygünün qardaşı X27 rayon Qarabaqqal Bələdiyyəsinin sədridir. Bələdiyyənin verdiyi arayışlar və digər sənədlərin qərəzsizliyi və dürüstlüyü şübhəlidir. Həmin bələdiyyə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda İddiaçı1 və ailə üzvlərinin istifadəsində 1.5 ha torpaq sahəsinin olduğu və İddiaçı1 o sahədən əkinçilik və bağçılıq kimi istifadə etdiyi, özəlləşdirilməsi üçün Qarabaqqal bələdiyyəsinə “şifahi müraciət etdiyi” bildirilmişdir. Halbuki, əgər söhbət iddia edilən evin yerləşdiyi torpaq sahəsindən gedirsə, onun 0.28 ha Cavabdeh1 məxsusdur. Qalan hissələrdə isə yenə də Cavabdeh1 25 ilə yaxındır faktiki sahiblik və istifadə hüququnu həyata keçirir. Oradakı heyvandarlıq və bağçılıq fəaliyyətini isə Ülvi Kərimov və anası Cavabdeh1 aparmışlar. Həmin fərdi yaşayış evinə çəkilmiş olan telefon xətti də vəfat edənə qədər Ülvi Kərimovun adında olmuşdur. Daha sonra, mərhumun həyat yoldaşının və anasının xəbəri olmadan, bələdiyyə sədrinin köməkliyi ilə həmin telefon nömrəsi gizlicə iddiaçının adına keçirilmiş və məhkəmədə sübut növü kimi istifadə edilmişdir. Məhkəmə iddiaçıların birtərəfli qaydada söylədiklərinə mötəbər dəlil kimi istinad etmiş, onların doğruluğu yoxlanılmamışdır.
25. İddiaçının söylədiyi digər yalanın əksinə, o, həmin yaşayış evində yalnız 2016-2022-ci illərdə qardaşının, qardaşı arvadının və anasının dəvəti ilə yaşamışdır. Sərxoş halda mütəmadi yaratdığı münaqişələrdən birində 2022-ci ilin yayında isə polis tərəfindən uzaqlaşdırılmış, ondan sonra spirtli içki aludəçiliyinə davam edərək geri dönməmiş, yalnız təhqir və təhdidlər üçün anasını axtarmışdır. Onu dəfələrlə ölümlə hədələmişdir. Bununla bağlı çoxsaylı səs yazıları və şahid ifadələri vardır. Təəssüf ki, məhkəmə bu halları ətraflı araşdırmamışdır.
26. İddiaçı sanki ona məxsus olan evdən qovulduğunu iddia edir. Halbuki, ona heç bir hüquqla məxsus olmasa da, müvəqqəti yaşamış olduğu evdən yenə də zorakılıqla qovulmamışdır. Normal münasibətlərin davam etdiyi təqdirdə heç bir ana öz övladını evdən qovmaz. Onun evdən getməyinə səbəb mütəmadi alkoqolizmlə məşğul olduğuna görə davamlı olaraq yaratdığı ağır ailə münaqişələri, təhqirlər, ölümlə hədələmələr, evə maddi zərərin vurulması olmuşdur. 2022-ci ilin yayında növbəti münaqişələrdən birində polis müdaxiləsindən sonra özü çıxıb getmişdir. Son iki il müddətində yalnız yeni münaqişələr yaratmışdır. Hətta ailə polis tərəfindən “münaqişəli ailə” kimi qeydə alınmışdır.
27. İddiaçının sözügedən fərdi yaşayış evini tikməsi ilə bağlı iddiaları tamamilə əsassızdır və yalan üzərində qurulub. Yuxarıda qeyd edildiyi kimi, onun bu evi tikməyə heç bir maddi və fiziki gücü olmayıb. Həmin fərdi yaşayış evini cavabdehin digər oğlu Kərimov Ülvi və digər Cavabdeh3 tikmişdir. Bunu bütün digər ailə üzvlərinin ifadə və izahatları, evin tikilməsində birbaşa iştirak etmiş ustalar - Rəsulov Tərlan və Hüseynov Məmmədin izahatları, eyni zamanda, işin halları üzrə rasional mühakimənin nəticəsi sübut edir. Uzun müddətli içki aludəçisi olan, öz ailəsini dolandıra bilməyən bir şəxsin böyük bir yaşayış evi tikməyi ağlabatan görünmür. Bu önəmli məqam məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, iddiaçının kəskin alkoqol aludəçisi olduğu, onunla birgəyaşayışın mümkün olmadığı, münaqişələrin daha ağır nəticələrə səbəb ola biləcəyi araşdırılmadığına görə köçürülmə tələbi haqsız olaraq əsaslı hesab edilmiş və bu əsaslar sübuta yetirilə bilməmişdir.
28. Odur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-744/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsinə, iddiaçının evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və digər cavabdehlərə qarşı evə köçürmə tələbinə dair iddialarının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, cavabdehlərin nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
38. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair əsas kimi göstərilmişdir.
Qərarlar:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
40. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
41. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
42. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X19 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
43. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Cavabdeh apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-744/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən şikayət verildiyi halda, digər cavabdehlər tərəfindən şikayət verilməsə də iş materiallarından müəyyən edildiyi kimi mübahisənin predmeti bölünməzdir.
49. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-744/2024 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehlərdən Cavabdeh1 oğlu, İddiaçı2 isə İddiaçı1 arvadıdır. Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarı üzrə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-303F Kodu 40806018 olan şəhadətnaməyə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsi Cavabdeh1 İsrafil qızının, X8, İddiaçı1 və X5 ümumi birgə mülkiyyətlərindədir. X14 2016-cı ildə vəfat etmişdir. Həmin torpaq sahəsində 2009-cu ildə 6 otaqdan ibarət 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi ümumibirgə mülkiyyətdə olsa da 2009-cu ildə inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2009-cu ildə inşa edilmiş evdə yaşayan İddiaçı1 06 fevral 2013-cü il tarixdə digər İddiaçı2 ilə ailə qurmuş, ailə qurduqdan sonra İddiaçı2 da həmin ünvana gəlmiş və onların birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. 2022-ci iyun ayında cavabdeh tərəflə aralarında münaqişələrinin olması səbəbli İddiaçı2 öz yaşayışını atası evində davam etdirmiş, 2023-cü ildə iddiaçılardan İddiaçı1 da mübahisəli evdən çıxarılmışdır. Bu səbəbdən də iddiaçılar evə köçürülmə tələbi ilə məhkəmədə iddia qaldırmışlar.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia edilən evin yerləşdiyi 0.28 ha torpaq sahəsinin Cavabdeh1 məxsus olması, iddiaçıların o evdə yaşayış binasından istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, məhkəmənin yanlış nəticəyə gələrək, iddiaçının Cavabdeh1 məxsus torpaq sahəsinə həmmülkiyyətçi olduğunu, bununla da onun üzərində yerləşən hər şeydən istifadə hüququnun olduğunu bildirməsi və iddiaçının sözügedən evə köçürülməsini qət etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-303F Kodu 40806018 olan şəhadətnamədən göründüyü kimi Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsi yalnız Cavabdeh1 İsrafil qızının deyil, Cavabdeh1 İsrafil qızının, X8, İddiaçı1 və X5 ümumi birgə mülkiyyətlərindədir.
54. Torpaq sahəsi ümumibirgə mülkiyyətdə olmaqla, torpaq mülkiyyətçilərindən İddiaçı1 da həmin torpaq sahəsi üzərində inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ vardır. İstifadə hüququ isə mülkiyyət hüququnun bir elementidir.
55. Digər İddiaçı2 münasibətdə isə o, 2013-cü ildə mülbahisəli evdə gözlənilən mülkiyyət hüququ olan İddiaçı1 ilə ailə qurub, onunla birlikdə həmin evdə yaşamaqla, İddiaçı2 mübahisəli evdən İddiaçı1 ilə bərabər istifadə etmək hüququ yaranmışdır.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə predmetinə çevrilmək istəyən evin yalnız Kərimov Ülvi və arvadı Cavabdeh3 tərəfindən tikilməsi, Ülvi Kərimov və həyat yoldaşı Cavabdeh3 tərəfindən tikilən fərdi yaşayış evində iddiaçıların heç bir istifadə hüququnun olmaması, İddiaçı1 2013-cü ildən ailəsi ilə birlikdə Göyçay şəhərinin mərkəzində yerləşən, iddiaçının atasına məxsus mənzildə yaşamağa başlaması, iddiaçının söylədiyi yalanın əksinə, onun həmin yaşayış evində yalnız 2016-2022-ci illərdə qardaşının, qardaşı arvadının və anasının dəvəti ilə yaşamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışından görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı1, nümayəndəliyin Qarabaqqal kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin yaşadığı 2009-cu ildə inşa olunmuş 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evində Göyçay RİHB-nın Qarabaqqal İƏD-si üzrə nümayəndəliyin 08 nömrəli təsərrüfatbaşına qeydiyyat kitabının 87 səhifəsində 722 nömrəli təsərüffat üzrə Cavabdeh1 (qeyd olunan ünvanda), İddiaçı1 (qeyd olunan ünvanda), Cavabdeh2 (digər ünvanda), X16 (digər ünvanda), Cavabdeh3 (digər ünvanda), Cavabdeh4 (digər ünvanda), X9 (digər ünvanda), İddiaçı2 (qeyd olunan ünvanda), X10 (qeyd olunan ünvanda), Cavabdeh5 (digər ünvanda), X11 (qeyd olunan ünvanda) və X7 (qeyd olunan ünvanda) qeydiyyatları var. İddiaçı1 2023-cü ilin noyabr ayınadək həmin təsərrüfatda yaşamış və həmin təsərrüfatın istifadəsində olan təqribi 1,5 ha torpaq sahəsindən istifadə edərək kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2015-ci il tarixindən 2021-ci il tarixinədək İddiaçı1 həmin təsərrüfatda iri buynuzlu mal-qarada saxlamışdır.
57. Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışından göründüyü kimi mübahisəli evin kim tərəfindən inşa edilməsi məsələsinə aydınlıq gətirilməmiş, cavabdeh tərəfindən bununla bağlı əlavə sübutlar təqdim edilməmişdir. Həmçinin evin digər bir şəxs tərəfindən inşa edilməsi evin yerləşdiyi torpaq sahəsi üzərində birgə mülkiyyət hüququ olan şəxsin ev üzərində mülkiyyətə gözləntisini istisna etmir.
58. Həmçinin Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışı ilə İddiaçı1 2009-cu ildən, işin halları ilə digər İddiaçı2 İddiaçı1 ilə ailə qurduğu 2013-cü ildən mübahisəli fərdi yaşayış evində yaşamaları müəyyən edildiyi halda iddiaçı tərəfin həmin yaşayış evində yalnız 2016-cı ildən yaşamağa başlamaları ilə bağlı apellyator tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
61. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının sözügedən fərdi yaşayış evini tikməsi ilə bağlı iddialarının əsassız olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin hazırkı iddia tələbi fərdi yaşayış evinin inşası üzrə xərclər və digər bu qəbildən olan tələblərlə bağlı deyil, fərdi yaşayış evinə köçürülmə ilə bağlıdır.
63. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
64. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)- 744/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.