Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-691/2022 17.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(025)-17/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 1.000 000 manat məbləğində 60 ay müddətinə kredit limiti ayrılmışdır.
2. 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit razılaşmasından görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 129990 manat məbləğində aylıq 6 faiz hesablanmaqla 59 ay müddətinə kredit verilmişdir.
3. «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 2550 manat məbləğində, sonuncu ay isə 2524 manat məbləğində ödənişlər etməklə 59 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür.
4. 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 kredit müqaviləsinə əsasən 01.03.2021-ci il tarixə 12389 manat 11 qəpik əsas borc, 6202 manat 39 qəpik faiz borcu olmaqla, cəmi 12591 manat 15 qəpik borcunun olması göstərilmişdir. 5 .Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022- ci il tarixli, 9/9330 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: • 01.03.2021-ci il tarixə əsas borc üzrə - 120388.77 AZN, faiz borcu üzrə - 6200.02 AZN Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir.
6. 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur.
7. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 28000 manat məbləğində qiymətləndirilmişdir.
8. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.05.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********33; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
9. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********33; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
10. 30.10.2019-cu il tarixli 01İSMLİ/19-1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur.
11. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 22000 manat məbləğində qiymətləndirilmişdir.
12. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10.06.2010-cu il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
13. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
14. 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur.
15. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 22000 manat məbləğində qiymətləndirilmişdir.
16. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.04.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
17. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir.
18. «X3» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyindən görünür ki, X4 məxsus Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin bazar dəyəri 64.000 manat, Likvid qiyməti 57.600 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin bazar dəyəri 32 300 manat, Likvid qiyməti 29070 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsinə bazar dəyəri 19.700 manat, likvid qiyməti 17.730 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 450 (dörd yüz əlli) manat təşkil edir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022-ci il tarixli, 9/9330 saylı rəyindən görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 120388.77 AZN və faiz borcunun 6200.02 AZN olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 120.389.11 AZN, faiz borcu üzrə 6,202.39 AZN olmaqla, cəmi 126.591.15 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsi üzrə 126.591.15 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank"' KB ASC-yə ödənilməsi, ipoteka predmetləri olan: ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min); Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan: Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 08.11.2019- cu il tarixli 01İSMLK719 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə əsasən sizə 59 ay müddətinə, 22.10.2024- cü il tarixədək, illik 6% ödəmək şərtilə 129.990 AZN Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış: • 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi; 30.10.2019-cu il tarixli 01İSMLİ/19-1 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi və • 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi 04.11.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış qeydiyyat №**********, №**********, №**********). Kredit müqavilələrinə Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 01,03.2021-ci il tarixə 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 120.389.11 AZN, faiz borcu üzrə 6,202.39 AZN olmaqla, cəmi 126.591.15 AZN təşkil edir. 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış qiyməti 28.000 (iyirmi səkkiz min) manat, 30.10.2019- cu il tarixli 01İSMLİ/19-1 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış q iyməti 22.000 (iyirmi iki min) manat və 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) məbləğində qiymətləndirilmişdir
22. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 01 mart 2022-ci il tarixli, 2(025)- 17/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 saylı kredit müqaviləsi üzrə 120388 manat 77 qəpik əsas borc, 6200 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 126588 manat 79 qəpik kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməsi; həmin fərdi yaşayış evi və torpaq sahələrinin açıq hərracdan satılması, Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 57600 (əlli yeddi min altı yüz) manat, Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 29070 (iyirmi doqquz min yetmiş) manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 22000 (iyirmi iki min) manat müəyyən edilməsi; satışdan əldə olunan vəsait hesabına borcun "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana - Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahələrinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinin boşaldılması; 450 manat qiymətləndirmə xərcinin Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə ödənilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi və torpaq sahələrinin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022-ci il tarixli, 9/9330 saylı rəyindən görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 120388.77 AZN və faiz borcunun 6200.02 AZN olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borcu üzrə 120388.77 AZN və faiz borcu üzrə isə 6200.02 AZN borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, təqdim edilmiş «X3» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyi bağlı qeyd edir ki, təqdim edilmiş rəydə Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qiymətləndirilməmiş, yalnız həmin evin yerləşdiyi 0.282 ha torpaq sahəsinin bazar və likvid dəyəri hesablanmışdır. Odur ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə münasibətdə 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsində göstərilən qiymət – 22000 manat əsas götürülməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
25. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikаyəti vermişdir.
27. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ümimiyyətlə nə maddi hüquq normalarını nə də prosessual hüquq normalarını gözləməmişdir. O, ilk növbədə Bankın borc tələbi hissəsindən narazıdır. Borc bu qədər şişirdilə bilməz. Müqavilə 6%-la bağlanıb və bu qədər faiz üzərinə gəlinməsi absurddur. Ekspertlər yalandan elə belə rəy yazaraq məhkəməyə göndərirlər. Həmçinin evlərin qiymətləri ilə bağlı ciddi pozuntu var.
28. Məhkəmə yalnız iş üzrə iddiaçı tərəfindən verilmiş sənədlərə əsasən birtərəf qətnamə qəbul etmişdir. Məhkəmənin məhz ekspert rəyinə və öz mülahizəsinə əsasən qətnamə qəbul etməsi işin düzgün araşdırılmamasına sübutdur. Məhkəmə yalnız ekspert rəyinə və qiymətləndirmə rəyinə əsasən qətnamə qəbul etmişdir. Həmin rəylər isə dolğun və tam deyildir. Məhkəmə bu halları tam araşdırmalıdır. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(025)-17/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia ərisəzinin evlərə yönəldilmə hissəsində və borcun tutulmaması hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh işi süni şəkildə yubatmaq üçün apellyasiya şikayəti vermişdir. Belə ki, cavabdehə əvvəllər də kredit verilmiş, lakin sonuncu borcunu vaxtında ödəmədiyindən, cavabdehi vəziyyətdən çıxarmaq məqsədilə onunla yenidən 08.11.2019-cu il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Əvvəlki və sonrakı kreditin də əsas təyinatı istehlak məqsədi daşımışdır. 6 faiz kredit də bankın özünün müəyyən etdiyi kredit olub ki, cavabdeh vəziyyətdən çıxa bilsin. Lakin göründüyü kimi cavabdeh yenə də krediti ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılaraq obyektiv və qanuni qərar qəbul olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq təsərrüfatla məşul olduğunu və qətnamənin ləğv edilərək baxılmamış saxlanılmasını xahiş etmişdir.
32. Cavabdeh tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 070 320 14 34 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
33. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini də cavabdeh özü daşıyır
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(025)-17/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia ərisəzinin evlərə yönəldilmə hissəsində və borcun tutulmaması hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
38. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
39. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(025)-17/2022 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı «Unibank” KB ASC hüquqi şəxs (VÖEN **********), Cavabdeh1 (VÖEN **********), həmçinin Cavabdeh2 da fərdi sahibkar statusuna (VÖEN **********) malik olması müəyyən edilsə də, həmin kreditin məhz sahibkarlıq məqəsədilə götürülməsi iş matearialları ilə sübut olunmur.
42. Belə ki, iş materiallarının 14-15-ci səhifəsində olan 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit müqaviləsinin 1-ci bəndinin a) yarımbənbindən görünür ki, yalnız kredit sözünün qarşısına işarə qoyulmuş, digər bəndlər işarələnməmişdir.
43. İkincisi, qeyd olunan müqavilənin 1.4-cü bəndindən görünür ki, kreditin məqsədi və təyinatı kredit məbləğinin 38217 manat hissəsi bank qarşısındakı 24.11.2014-cü il tarixli, 44İSMLƏ/14 saylı, 91773 manat hissəsi isə bank qarşısındakı 30.06.2014-cü il tarixli, 30İSMLƏ/14 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcək.
44. Apellyasiya icraatı zamanı sorğu əsasında məhkəməyə təqdim edilmiş 30 iyun 2014-cü il tarixli, 30İSMLƏ/14 nömrəli və 24 noyabr 2014-cü il tarixli, 44İSMLƏ/14 nömrəli əlavə kredit müqavilələrinin bank tərəfindən təsdiqlənmiş surətinin 1.4-cü bəndindən görünür ki, kreditin məqsədli təyinatı istehlak məqsədidir.
45. İstehlak krediti də günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur.
46. Göründüyü kimi cavabdehlər fərdi sahibkar statusuna malik olsalar da, bankdan götürlmüş kreditlərin məqsəd və təyinatı birbaşa onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, şəxsi istehlak məqsədi daşımışdır.
47. Ona görə də kollegiya belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə ümumi məhkəmədə baxılması düzgün olmuşdur.
48. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə araşdırma aparılaraq iş üzrə düzgün nəticəyə gəlinmişdir.
49. Belə ki, işin faktiki halından müəyyən edilir ki, iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
50. İşin apellyasiya icraatı zamanı müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit və ipoteka müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
51. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı uzunmüddətli kredit müqaviləsi, 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit razılaşmasının və 04 oktyabr 2011-ci il tarixli, 26M000000128 nömrəli ipoteka müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
52. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir
53. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi və torpaqlar hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin ipoteka (girov) qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir.
54. Kollegiyanın qənaətinə görə Cavabdeh1 ilə iddiaçı Bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir.
55. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilə, habelə müqaviləinin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
56. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
57. Əvvəla ona görə ki, cavabdeh (apellyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022-ci il tarixli, 9/9330 saylı rəyindən görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 120388.77 AZN və faiz borcunun 6200.02 AZN olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borcu üzrə 120388.77 AZN və faiz borcu üzrə isə 6200.02 AZN borcun tutulmasını əsaslı hesab edir.
58. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
59. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
60. Dördüncü, apellyasiya şikayətində faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Çünki hazırki işin icraatı birinci instansiya məhkəməsinin icraatı zamanı kifayət qədər çox uzanmışdır.
67. Beşinci, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin dəyərinin “lkin satış qiyməti kimi” göstərilməsinə münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyində Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qiymətləndirilməmiş, yalnız həmin evin yerləşdiyi 0.282 ha torpaq sahəsinin bazar və likvid dəyəri hesablanmışdır. Odur ki, birinci instansiya məhkəməsi Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə münasibətdə 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsində göstərilən qiymət – 22000 manat əsas götürməklə düzgün nəticəyə gəlmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi həm faiz və cərimə borcunun məbləği, həm də ipoteka predmetinin qiyməti barədə cavabdehin dəlilləri ilə bağlı hər hansı uyğunsuzluğun mövcudluğunu müəyyən etməmişdir
69. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.
70. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
71. Kollegiya sonda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırki apellyasiya şikayətini verməkdə əsas məqsədi işi yenidən süni şəkildə uzatmaq məqsədi daşıyır. Bu cür hallar isə yolverilməz olmaqla, kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.
72. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(025)-17/2022 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov