Məhkəmə qərarları › İş №2(107)-692/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-692/2021

18.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-692/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətilər Nazirliyi Meşələrin İnkişafı Departamenti Zaqatala X1rşı Balakən rayonu İtitala kəndində yerləşən 3.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün zəruri keçidin verilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)-227/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətilər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Balakən Rаyon Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2(019)-227/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, İddiaçı tərəfindən hər il 150 manat məbləğində kompensasiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə ödənilməklə, İddiaçı JN-0302 kod 40100018 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 JN 302S nömrəli cizgisində yerləşən 3.09 ha torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu İtitala kəndində yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus torpaq sahəsinin Balakən rayonu İtitala kənd sakini X9 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə həmsərd hissəsindəki boş ərazidən meşə fonduna aid təbii su kanalı boyunca uzunluğu 190 metr və eni 2 metr olmaqla zəruri keçid verilməsi, 10 manat dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzindən alınaraq, İddiaçı ödənilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı və 25 manatının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Zaqatala X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu İtitala kəndində yerləşən JN-302 KOD40100038 olan Torpağa Mülkiyyət Hüququna X30 JN-302S cizgisində göstərilən 3.09 ha torpaq sahəsinə getmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus olan torpaq sahəsindən zəruri keçidin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X14 iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun İtitala kəndində yaşayır. Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli, 09 saylı qərarı ilə ona və ailə üzvlərinə 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 302 KOD 40100038 olan Torpağa Mülkiyyət Hüququna X33 hazırlanmışdır. Torpaq sahələri müxtəlif yerlərdən verilmişdir. JN 302S nömrəli cizgidə yerləşən 3.09 ha torpaq sahəsini özü istifadə edir. Həmin torpaq sahəsinin iki tərəfi vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, 1 tərəfi meşə, digər tərəfi isə çay bəndi ilə əhatə olunmuşdur. Həmin torpaq sahəsinə başqa ərazidən girmək mümkün deyildir. Həmin torpaq sahəsinə meşə təsərrüfatına məxsus olan ərazidən girmək mümkündür. Ora gedən digər yol kimi istifadə etdiyi ərazi isə X11 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. O, X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu İtitala kəndində yerləşən JN 302 KOD 40100038 olan Torpağa Mülkiyyət Hüququna X30 JN 302S cizgisində göstərilən 3.09 ha torpaq sahəsinə gedən X32na məxsus yolun açılması, cavabdeh X9 qanunsuz zəbt etdiyi həmin ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(019)-754/2019 nömrəli qətnaməsinə əsasən onun mülkiyyətində olan torpaq sahəsinə meşə fondu torpağından, ümumiyyətlə həmin ərazidəki torpaq sahələrindən yol nəzərdə tutulmadığına görə iddiası rədd edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 aprel 2018-ci il tarixli, 3244 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan, 302S cizgisində göstərilən torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Buna görə də Balakən rayonu İtitala kəndində yerləşən 3.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün zəruri keçidin verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maddi vəziyyəti çox ağırdır. Ailəsini torpaq sahəsi ilə dolandırır. Belə ki, ildə bir dəfə həmin torpaqdan cüzi fındıq məhsulu toplayır. Qalan vaxtlarda isə heç bir gəliri yoxdur. Ona görə də maddi vəziyyətinin ağır olduğu nəzərə alınaraq, o, zəruri keçid üçün hər il bir dəfə 150 manat meşə idarəsinə kompensasiya ödəməyə razıdır. Ona ancaq torpaq sahəsinə getmək üçün gediş-gəliş yolu lazımdır ki, oradan lazım oduqda isttifadə edə bilsin. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətilər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzi apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə və cavabdeh X11 qarşı Balakən rayonu İtitala kəndində yerləşən 3.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun açılması, cavabdehin zəbt etdiyi yol sahəsindən çıxarılması tələbinə dair iddiası olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Bundan başqa məhkəmə X9 mülki işə tərəf kimi cəlb edilməməsi iddia ərizəsinin eyni predmet, eyni əsas olduğunu göstərir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamənin qət etdi hissəsində X12 tərəf kimi göstərmişdir. Balakən Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(019)-754/2019 saylı qətnaməsində öz əksini tapmış 02 may 2019-cu il tarixli, 2(019)-150/2019 saylı qətnamədən görünür ki, İddiaçı cavabdeh X11 qarşı Balakən rayonu İtitala kəndində yerləşən 24921,74 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun açılması, cavabdehin zəbt etdiyi yol sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Hesab edir ki, İddiaçı iddia tələbləri ilə iddia predmetlərinə dair eyni əsaslarla iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Həmin iddialar üzrə artıq qətnamələr qanuni qüvvəsini almışdır. Qeyd olunan hallar məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsassıdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)- 227/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətilər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinin nümayəndələri X10 və X15 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)- 227/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)-227/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-0302 kod 40100018 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli, 09 saylı qərarı ilə X2, X4, İddiaçı, X3, X5 və X6 ümumi birgə mülkiyyətinə 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(019)-754/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə və X11 qarşı Balakən rayonu İtitala kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yolun açılması, cavabdehin zəbt etdiyi yol sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 16 aprel 2019-cu il tarixli, 3244 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin «xxxx»nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində yerləşən JN302,KODKOD-40100038 olan Torpağa Mülkiyyət Hüququna X29 302S gizgisində göstərilən 2,49 ha torpaq sahəsinin «xxxx» MMC-nin Elektron baza məlumatlarına əsasən 302S cizgisində 3,09 hektar kimi işlənməsi və 302S cizgisində 3,09 ha kimi işlənmiş torpaq sahəsinə yolun nəzərdə tutulmadığı müəyyən edilir. «xxxx» MMCnin Elektron Baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinə yol nəzərdə tutulmadığından, bu sual üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 avqust 2020-ci il tarixli, 10/1147 nömrəli ekspert rəyindən görünür ki,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxssis rəyində göstərilmişdir ki, X7 da mülkiyyətçi olduğu JN-0302 KOD 40100038 olan Torpağt Mülkiyyət Hüququna X33 ilə müəyyən olunmuş Balakən rayonu İtitala kəndində yerləşən tələb olunan 3.09 ha torpaq sahəsinə gedib-gəlmək üçün qonşuluqda yerləşən torpaq mülkiyyətçiləri tərəfindən mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçidin verilməsi mülkiyyətçilərin razılığı və servitut qaydasında əldə edilə bilər; İddiaçıda mülkiyyətçisi olduğu JN0302 KOD 40100038 olan Torpağa Mülkiyyət Hüququna X33 ilə müəyyən olunmuş Balakən rayonu İtitala kəndində yerləşən tələb olunan 3.09 ha torpaq sahəsinə gedib-gəlmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus olan torpaq sahəsindən zəruri keçidin verilməsi məsələsi, həmin torpaq sahəsininin X32 torpaqlarına aid olması ilə əlaqədar olaraq, sözügedən idarə ilə razılaşdırıldıqdan sonra həll oluna bilər. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin yerində müayinə protokolundan görünür ki, o cümlədən İddiaçı xüsusi mülkiyyətində olan JN 302S nömrəli cizgidə yerləşən 3.09 ha torpaq sahəsi Balakən rayonu İtitala kəndində yerləşir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu yoxdur, yol nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinin iki tərəfi (cənub və qərb tərəfləri) ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, 1 tərəfi (şimal tərəfi) meşə, digər tərəfi (şərq tərəfi) isə çay bəndi ilə əhatə olunmuşdur. Həmin torpaq sahəsinə gedişgəliş üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus Balakən rayonu İtitala kənd sakini X9 xüsusi mülkiyyətində olan torpaq sahəsinin şimal tərəfi ilə həmsərd olan meşə fonduna aid təbii su kanalı boyunca uzunluğu 190 metr, eni isə 2 metr olan boş və düz ərazi vardır. Həmin meşə fonduna aid uzunluğu 190 metr, eni isə 2 metr olan ərazi zərui keçid üçün daha yolveriləndir. Belə ki, həmin ərazi boş ərazidir, oradan keçidin verilməsi üçün hər hansı maneə yoxdur, qonşu torpaq istifadəçilərinin huüquqlarını və mənafeyini pozmur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-0302 kod 40100018 nömrəli Torpağa Mülkiyyət Hüququna X31 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçı X2, X4, İddiaçı, X3, X5 və X6 ümumi birgə mülkiyyətinə 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı Balakən rayonu İtitala kəndində yerləşən JN-302 KOD40100038 olan Torpağa Mülkiyyət Hüququna X30 JN-302S cizgisində göstərilən 3.09 ha torpaq sahəsinə getmək üçün zəruri keçidin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Aparılan yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin iki tərəfi ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, 1 tərəfi meşə, digər tərəfi isə çay bəndi ilə əhatə olunmuş, torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus Balakən rayonu İtitala kənd sakini X9 xüsusi mülkiyyətində olan torpaq sahəsinin şimal tərəfi ilə həmsərd olan meşə fonduna aid təbii su kanalı boyunca uzunluğu 190 metr, eni isə 2 metr olan boş və düz ərazi vardır. Həmin meşə fonduna aid uzunluğu 190 metr, eni isə 2 metr olan ərazi zərui keçid üçün daha yolveriləndir. İddiaçı göstərilən zəruri keçid üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə hər il 150 manat kompensasiya ödəməyə razıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən hər il 150 manat məbləğində kompensasiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə ödənilməklə, İddiaçı JN-0302 kod 40100018 nömrəli Torpağa Mülkiyyət Hüququna X26 JN 302S nömrəli cizgisində yerləşən 3.09 ha torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu İtitala kəndində yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus torpaq sahəsinin Balakən rayonu İtitala kənd sakini X9 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə həmsərd hissəsindəki boş ərazidən meşə fonduna aid təbii su kanalı boyunca uzunluğu 190 metr və eni 2 metr olmaqla zəruri keçid verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan JN 302S nömrəli cizgidə yerləşən 3.09 ha torpaq sahəsi Balakən rayonu İtitala kəndində yerləşir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu yoxdur. Həmin torpaq sahəsinin iki tərəfi (cənub və qərb tərəfləri) ayrı-ayrı şəxslərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, 1 tərəfi (şimal tərəfi) meşə, digər tərəfi (şərq tərəfi) isə çay bəndi ilə əhatə olunmuşdur. Baxış zamanı həmçinin müəyyən olundu ki, mübahisələndirilən yerdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzinə məxsus düz ərazi mövcuddur və iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş üçün həmin ərazidən əvəzi ödənilməklə zəruri keçidin verilməsinə şərait vardır. İddiaçın mülkiyyətində olan torpaq sahəsinə zəruri keçidin verilməsində nəticə etibarı ilə meşə fonduna əhəmiyyətli ziyan vurulması istisna olunur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təzhizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. İş materiallarından görünür ki, o cümlədən iddiaçının xüsusi mülkiyyətində olduğu Balakən rayonu İtitala kəndində yerləşən JN-302 KOD40100038 olan Torpağa Mülkiyyət Hüququna X30 JN-302S cizgisində göstərilən 3.09 ha torpaq sahəsinin iki tərəfi vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, 1 tərəfi meşə, digər tərəfi isə çay bəndi ilə əhatə olunmuşdur. O cümlədən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə cediş-gəlişi yolu yoxdur və bu yol nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, İddiaçı JN 302S nömrəli cizgidə yerləşən 3.09 ha torpaq sahəsinə gedi-gəliş üçün zəruri keçid X9 xüsusi mülkiyyətində olan torpaq sahəsinin şimal tərəfi ilə həmsərd olan meşə fondu torpaqlarına aid hissədən-meşə yonduna aid təbii kanal boyunca boş və düz ərazidən verilməsi daha yol veriləndir. Belə ki, həmin ərazinin uzunluğu 190 metr olmaqla eni 2 metrdir və həmin ərazi təbii keçid kimi istifadə üçün daha yararlıdır və mülkiyyətçinin və digər qonşu torpaq istifadəçilərinin hüquqlarını pozmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbini pozularaq iş üzrə iddia ərizəsini qəbul etməkdən imtina edilməli olduğu halda işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul olunması barədədir. Mülki Prosessual Məcəllənin sözü gedən maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Aparılmış araşdırma nəticəsində hazırkı iş üzrə tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğu müəyyən edilməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)-227/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətilər Nazirliyi Meşələrin İnkişafı Departamenti X22 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rаyon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(019)-227/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar