Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-693/2024 24.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 ASC-nə, Qax rayon notariat ofisinin xüsusi notariusu X2, Qax rayonu icra və Probasiya şöbəsinə və üçüncü şəxs Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi və borc məbləğinin mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 ASC-nə, Qax rayon notariat ofisinin xüsusi notariusu X2, Qax rayonu icra və Probasiya şöbəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi və borc məbləğinin mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(024)-266/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh2 ASC ilə İddiaçı arasında 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində kreditin verilməsi barədə 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. 25 yanvar 2023-cü il tarixdə Qax rayon notariusu tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 8İ-467 nömrəli İcra Qeydi verilmişdir. İcra Qeydində borclunun son qalıq borcu 26.242 manat əsas borc, 1175 manat faiz borcu və 71 manat komissiya borcı 2343 manat cərimə borcu olmaqla, cəmi 29830 manat olaraq göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq bu müqavilənin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. Tərəfindən ödənişlərin həyata keçirilməsi uzun müddət tam intizamlı şəkildə ödənilsə də, son zamanlar müəyyən maliyyə çətinliyindən müəyyən gecikmələr olmuşdur. Lakin gecikmələrə baxmayaraq ödənişinin qalan hissəsinin ödənilməsinə məsuliyyətli yanaşaraq bir-neçə dəfə banka yaxınlaşsa da hər hansı nəticə olmamışdır. Cavabdeh bankın müraciəti əsasında Qax rayon notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixində icra qeydi verilmişdir. Həmin icra qeydi əsasında Qax rayon İcra və Probasiya şöbəsi 31 yanvar 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Hesab edir ki, cavabdeh bankın müraciəti əsasında verilmiş icra qeydi həm prosessul baxımdan həm də əsassız, olduğu üçün ləğv edilməlidir. İlk öncə icra qeydinin prosessual baxımdan verilməsinə nəzər yetirmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Notariat haqqında Qanununun 76-cı maddəsinə gorə İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsinində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi mübahisənin icra qeydi əsasında aparılması üçün yeganə şərt borcun mübahisəsiz olması xarakteridir. Qanunvericilik borclunun bankın tələbinə hər hansı mübahisəsinin olmasının müəyyənləşdirilməsi üçün icra qeydi barədə müraciət etməmişdən əvvəl tələbkarın üzərinə konkret vəzifə qoymuşdur. Belə ki, Notariat haqqında Qanunun 76-cı maddəsinin 6-cı absazına görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Göründüyü kimi burada icra qeydinin verilməsi üçün müvafiq müraciət edilmədən 20 gün əvvəl tələbkar müvafiq dövlət orqanın müəyyənləşdirdiyi formada bildirişi borcluya göndərməlidir. Bu maddənin mahiyyəti odur ki, borclu bu müddət ərzində hərəkət və ya hərəkətsizliyi ilə borcun mübahisəsiz olduğunu təsdiq etsin və ya borcun mübahisəli olması ilə bağlı müəyyən hüquqi hərəkətlər etsin. Lakin cavabdeh bank bu qaydaya əməl etməmiş və tərəflər arasında bağlanmış 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsinin 7.6-cı maddəsində razılaşdırılmış ünvana çatdırmamışdır. Bu da o deməkdir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə ya əlavə edilməmişdir ya da natamam əlavə edilmişdir. Digər tərəfdən bildiyi kimi icra qeydi institutu tələbkarla yanaşı, borclunun da hüquqlarının qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilən sənədlər mübahisiz olduğu təsdiq edilərsə aparılır. Çünki tələbkarlarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduqda icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə həll edilməlidir. Bundan əlavə Notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya və digər əlaqədar şəxslərə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkətləri etməyərək yalnız kredit müqaviləsinə əsaslanmaqla, həmin kredit müqaviləsi üzrə yoxlama aparmadan əsassız icra qeydi vermişdir. Yuxarıda qeyd edildiyi kimi icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edildiyi anda aparılır. Cavabdeh bank öz icra qeydi ilə bağlı ərizəsində borclunun son qalıq borcunu 26.242 manat əsas borc, 1175 manat faiz borcu və 71 manat komissiya borcı 2343 manat cərimə borcu olmaqla, cəmi 29830 manat olaraq göstərmişdir. Bildirir ki, bankın qalıq kredit borcu ilə razı deyil. Belə ki, tərəfindən edilən ödənişlərə görə qalıq borc hazırki borcdan aşağı olmalıdır. Ən azından verilən kreditlə hazırki borcun məbləği arasında fərqə baxsa iddianın haqlı olmasını asanlıqla sübüt etmək olar. Yəni 13 il əvvəl verilən 35.000 manat kred məbləği necə olur ki hazırda qalıq cəmi borc olaraq 29830 manat olaraq müəyyən edilsin. Bu deməkdir ki, boclu 13 il ərzində cəmi 6000 manat pul ödəmişdir?! Bu qeyri-mümkündür. Göründüyü kimi bu hal mübahisəlidir və ən azından məhkəmə qaydasında mühasibatlı ekspertizasının ciddi ehtiyac olduğu aşkardır. Digər tərəfdən müqavilə predmeti olan daşınmaz əşyanın dəyəri 22 iyun 2010-cu il tarix Alqı-satqı və İpoteka müqaviləsində göstərilən dəyərdən azı iki dəfə yüksəkdir. Bu halda cavabdeh bankın tələbinin mübahisəli olmasını təsdiq edir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Qax rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekspertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında 300 ay müddətinə, illik 8% faiz olmaqla 35.000 (otuz beş min) manat məbləğində 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq bu müqavilənin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzil ipoteka qoyulmuşdur. Cavabdehin müraciəti əsasında Qax rayon notariat ofisinin xüsusi notariusu tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 25 yanvar 2023-cü il tarixində icra qeydi verilmişdir. İcra qeydinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzilə tutma yönəldilmişdir. (öhdəliyi müəyyən edən 117- 10/İ müqaviləyəə sasən müddət üçün vaxtında ödənilməmiş 26242.86 manat əsas, 1171.95 manat faiz, 71.45 manat komissiya, 2343.90 manat dəbbə borcu olmaqla, cəmi tutulmalı məbləğ 29830.16 manat təşkil edir.) Məhkəmə tərəfindən iş üzrə qаnuni və obyektiv qətnamənin çıxаrılmаsı üçün borc (əsas və faiz) məbləği ilə bаğlı, hesablanmış hesаblаmаlаrın düzgünlüyünün xüsusi biliyə mаlik olаn mütəxəssis vаsitəsilə müəyyən edilməsi zəruridir. Onа görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. xx.xx.2023- cü il tarixli 9/6580 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 iyun 2010-cu il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh İddiaçı Cavabdeh2 ASC-nə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 26.773.01 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır.
5. Qax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(024)-266/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, Cavabdeh2 ASCnin İddiaçı tələb etdiyi 29830 manat pul 26.773.01 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76, 77 və 79-cu maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2010-cü il tarixli, 111-10/1 nömrəli Kredit müqaviləsi kredit müqaviləsinin təminatı olaraq götürülən kredit hesabına alınan 22 iyun 2010-cu il tarixli Alqı-satqı və İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68-05101-093023 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Qax rayon notariat ofisinin xüsusi notariusunun 25 yanvar 2023-cü il tarixli icra qeydi xx.xx.2023-cü il tarixli 9/6580 saylı ekspert rəyi şəxsiyyət vəsiqəsinin məlumatlar xx.xx.2023-cü il tarixli № ********** saylı qəbz
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisənin icra qeydi əsasında aparılması üçün yeganə şərt borcun mübahisəsiz olması xarakteridir. Qanunvericilik borclunun bankın tələbinə hər hansı mübahisəsinin olmasının müəyyənləşdirilməsi üçün icra qeydi barədə müraciət etməmişdən əvvəl tələbkarın üzərinə konkret vəzifə qoymuşdur. Lakin iş materiallarından da göründüyü kimi məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi ilə borcun icra qeydindən fərqli rəqəm olduğu sübut edilmişdir. Bu isə Notariat haqqında Qanunun 76-cımaddəsində icra qeydinin mübahisəsiz olması tələbini aradan qaldırır.
10. İcra qeydinin verilməsi üçün müvafiq müraciət edilmədən 20 gün əvvəl tələbkar müvafiq dövlət orqanının müəyyənləşdirdiyi formada bildirişi borcluya göndərməlidir. Bu maddənin mahiyyəti odur ki, borclu bu müddət ərzində hərəkət və ya hərəkətsizliyi ilə borcun mübahisəsiz olduğunu təsdiq etsin və ya borcun mübahisəli olması ilə bağlı məyyən hüquqi hərəkətlər etsin. Lakin cababdeh bank bu qaydaya əməl etməmiş və tərəflər arasında bağlanmış 22 iyun 2010-cü il tarixli, 111-10/İ nömrəli Kredit müqaviləsinin 7.6-cı maddəsində razılaşdırılmış ünvana çatdırmamışdır.
11. Ona görə də, Qax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(024)- 266/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı, Cavabdeh2 ASC-nin, Qax rayon notariat ofisinin, Qax rayonu icra və Probasiya şöbəsinin və üçüncü şəxs Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Notariat haqqında Qanunu: 76-cı maddənin 1-3-cü abzaslarının tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Həmin maddənin 6-cı abzasının tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin maddənin 8-cı abzasının tələbinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(107)-693/2024 nömrəli qərardadı ilə iddia tələbinin Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
18. Hazırki qətnamə ilə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddia tələbinin icra qeydinin ləğv edilməsinə dair təmin edilməyən hissəndə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarında tələbin könüllü icrası barədə borcluya göndərilən bildirişin surəti mövcud olsa da, icra qeydi barədə ərizəyə həmin bildirişin cavabdehə çatdırılmasını göstərən sənədin əlavə edilməsi iş materiallarından görünmür. Azərbaycan Respublikası Notariat haqqında Qanununun 76-cı maddəsinin 6-cı abzasının tələbinə görə Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Ona görə də, apellyasiya şikayətinin həmin məsələ barədə olan dəlilləri əsaslıdır.
21. Həmçinin, Azərbaycan Respublikası Notariat haqqında Qanununun 76-cı maddəsinin 2-ci abzasında qeyd olunur ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi... halda aparılır. Hazırki halda isə İddiaçı borcun məbləğini mübahisələndirir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə ekspertizası nəticəsində də cavabdeh İddiaçı Cavabdeh2 ASC-nə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 26.773.01 manat, yəni icra qeydində göstərilən məbləğdən daha az müəyyən edilmişdir. Bu da onu göstərir ki, Azərbaycan Respublikası Notariat haqqında Qanununun 76-cı maddəsinin borcun mübahisəsiz olması barədə tələbi pozulmuşdur. Belə olan halda, iddiaçının hazırki apellyasiya şikayətinin bu barədə olan dəlilləri və Qax rayon notariusunun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 8İ-467 nömrəli İcra Qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsaslıdır.
22. Lakin, iddiaçı apellyasiya şikayətində iddianın təmin edilməsini xahiş etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(107)-693/2024 nömrəli qərardadından da göründüyü kimi, iddia tələbinin Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi hissəsində idduia tələbi təmin edilməli deyil, ümumiyyətlə, həmin tələbə məhkəmədə baxılmamalı, yəni icraata xitam verilməlidir. Ona görə də, apellyasiya şikayətinin iddianın tam təmin edilməsi tələbi əsassızdır.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən icra qeydinin ləğv edilməsi tələbini təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(024)-266/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh2 ASC-nə, Qax rayon notariat ofisinin xüsusi notariusu X2, Qax rayonu icra və Probasiya şöbəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi və borc məbləğinin mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi tələbinə dair iddiası icra qeydinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(024)-266/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 ASC-nə, Qax rayon notariat ofisinin xüsusi notariusu X2, Qax rayonu icra və Probasiya şöbəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi və borc məbləğinin mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi tələbinə dair iddiası icra qeydinin ləğv edilməsi hissəsində təmin edilsin. Qax rayon notariusunun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 8İ-467 nömrəli İcra Qeydi ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(107)-693/2024 nömrəli qərardadı ilə iddia tələbinin Cavabdeh2 ASC-nin iddiaçıdan tələb etdiyi 29830 manat pulun mühasibatlıq ekpsertizası keçirilməklə yenidən müəyyənləşdirilməsi hissəsində mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev