Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-694/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-574/2020 saylı qətnaməsindən cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X3 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi və s.tələbi barədə iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Ucar rayonu A.Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin direktoru Sevinc Səmədovanın xx xxxx 2020-ci il tarixli, 80 saylı əmrinin ləğv edilməsi, Ucar rayonu A.Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin kimya müəllimi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və hüququnun pozulması nəticəsində işgüzar nüfuzu zədələndiyindən 7000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-574/2020 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Ucar rayonu A.Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin direktoru Sevinc Səmədovanın İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq xx xxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli, 80 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş burаxmа müddəti üçün əmək hаqqı ödənilməklə Ucar rayonu A.Mustafayev adına Bərgüşad kənd 1 nömrəli tam orta məktəbin kimya müəllimi vəzifəsinə işə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(063)-574/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X3 məhkəmə kollegiyasına məktub ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X2 apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilməsini və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki işin materiallarından görünür ki, cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X2 apellyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X2 məhkəməyə ünvanladığı ərizə nəzərə alınaraq apellyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbin direktoru X2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdeh Ucar rayonu Bərgüşad kənd A.Mustafayev adına 1 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbinə dair mülki işin apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-694/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-694/2021
30.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver