Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-694/2025 30.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X10 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı “mülki iş üzrə icraatın dayandırılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Səədin oğlu, Cavabdeh3, Cavabdeh1 Səədin qızı və Cavabdeh4 adına qeydiyyata alınmış, ünvan 1i ünvanında yerləşən 107.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən İddiaçı payının 1/4 hissə müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ********** reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Səədin oğlu, Cavabdeh3, Cavabdeh1 Səədin qızı, Cavabdeh4, X7, X3, X4 və Cavabdeh2 adına qeydiyyata alınmış, ünvan 1i ünvanında yerləşənfərdi yaşayış evinin yerləşdiyi 0.1002 ha torpaq sahəsindən payların 1/8 hissə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarış Şəki İnzibati Məhkəməsində iki fərqli iddia ilə mübahisələndirilmişdir. Həmin işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 çıxarışın məhkəmə qərarı əsasında verildiyini və iddia tələbinin əsaslı olduğunu bildirərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-502/2025 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək Zaqatala Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-502/2025 nömrəli mülki iş üzrə icraat dayandırılması barədə qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1002 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində İddiaçıh Sadəddin oğlunun ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş olmuş və məhkəmənin xx.xx.2024cü il tarixli, e-21(116)-1364/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-504/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-1(116)-1364/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1364/2023 saylı qərarı qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir.xx.xx.2025-ci il tarixdə məhkəməyə həmin işlə bağlı Cavabdeh2 tərəfindən ərizə daxil olmuşdur. X12 Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1364/2023 saylı qərarının ləğv edilməsi və iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək işə yenidən baxılması xahiş olunmuşdur. Sözügedən ərizəyə baxış iclası 24 aprel 2025-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə yüklədiyi Şəki İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-1(116)- 2554/2025 saylı qərardadındn məlum olur ki, Cavabdeh3q ızı, Cavabdeh1 və Cavabdeh4 Cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 nömrəli qərarı ilə ünvan 1i ərazisində yerləşən 0,1002 ha yaşayış məntəqələri torpaq sahəsinə dair hazırlanmış xx.xx.2023-cü il tarixində ********** nömrə ilə aparılmış qeydiyyata düzəliş edilərək, iddiaçının həmin ev üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair, e-2- 1(116)-2554/2025 saylı inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1ində yerləşən 107,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə Cavabdeh3, İddiaçı, Cavabdeh4, Cavabdeh1 mülkiyyət hüququ, evin yerləşdiyi 0,1002 ha torpaq sahəsinə isə Cavabdeh3, X5, X1, Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh2, İddiaçıh Sadəddin oğlunun ümumi birgə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraaatı dayandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsi 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-502/2025 saylı mülki iş üzrə icraatı dayandırmaqla haqlı olmuşdur və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Zaqatala Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2(033)-502/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-694/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-694/2025
30.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver