Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-705/2023 16.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti, Mülki Məcəllə 380) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsindən iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı LPO Dəmir Bank ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə X7 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı ipoteka müqaviləsi bağlanmışdır. X7 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə Ağsu rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır. Bank tərəfindən Ağsu Rayon Notariat ofisinə mərhum X2 vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2017-ci il tarixdə Ağsu rayon Dövlət Notariat ofisində V-149 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 40.320,86 ABŞ dollarıbundan 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 295,64 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, hazırda mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə yönəldilməsini, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasını, satışdan ələ olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq iddiaçıya verilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən X5 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə X7 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzil ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Banka daxil olmuş xx.xx.2019-cu il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olmuşdur ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə Ağsu rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır. Bank tərəfindən Ağsu Rayon Notariat ofisinə mərhum X2 vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 adına xx.xx.2017-ci il tarixdə Ağsu rayon Dövlət Notariat ofisində V-149 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə ipoteka qoyan mərhum X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********174 saylı “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş göndərilmiş və müvafiq ərizə ilə “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********795 saylı xx.xx.2022-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər.
4. İddiaçı “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Kredit müqaviləsinin bitmə tarixi 04 mart 2018-ci ildir. Burdan görünür ki, ilk dəfə məhkəməyə müraciət edilən tarixdə iddia müddəti ötmədən iddia ərizəsi məhkəməyə göndərilmişdir. Mülki iş Ağsu Rayon Məhkəməsinin hakim Etibar Hümbətovun icraatına verilmiş, məhkəmə hazırlıq iclası 19 fevral 2021-ci il tarixə, saat 14:50-yə təyin edilmişdir. Daha sonra mülki iş hakim Anar Əsgərovun icraatına keçmişdir. Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Daha sonra məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olduğunu etiraf etmişdir. Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldığından iddiaçı LPO İddiaçı ASC yenidən iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hakim Anar Əsgərovun icraatına verilmiş, məhkəmə hazırlıq iclası 09 fevral 2023-cü il tarixə, saat 11:10-a təyin edilmişdir. Hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək bağlandığını, xx.xx.2018-ci ildən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt – iddia müddətinin axımı başlandığını və xx.xx.2021-ci ildən həmin müddət bitdiyini, iddiaçı isə 22 noyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Eyni predmetlə hazırki mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı, 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, faiz və cərimə borclarından narazı qalaraq iddia tələbini qismən təmin etməklə borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olmasına dair etirafedici hərəkətlər etmişdir. Göründüyü kimi 3 illik iddia müddətinin axımı cavabdehin nümayəndəsi və vəkilinin etirafedici hərəkətindən sonra, yəni xx.xx.2021-ci il tarixdən yenidən başlanmış və iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdir. Odur ki, iddiaçı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağsu Rayon Məhkəməsinə göndərilmişdir.
5. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir.
6. Cavabdehlərin nümayəndəsi (vəkili) iddia tələbinə yazılı etiraz və “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə təqdim edərək bildirmişdir ki, hazırkı işə iddia müddəti tətbiq edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən, hazırkı işə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Cavabdehlərin nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələbinə etirazda və “iddia müddətinin tətbiq edilməsinə dair” ərizədə göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018-ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
9. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdehlərin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir.
10. İddiaçı “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəyə qarşı etirazında bildirmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bu səbəbdən, hesab edir ki, iddia müddəti ötürülməmişdir.
11. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 1-cisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məsələn, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. 3. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Əgər iddiaçı 1-ci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahisələndirməli, iddiasına baxılmasını tələb etməlidir. Hazırkı işdə məhkəmə həmin qərardadın qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyil. Göründüyü kimi, iddia müddəti keçib.
12. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdehlər isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
13. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.
14. Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddiaçı LPO "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İş materiallarından görünür ki, bank ilə X7 arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcalana illik 20 % faiz ödəmək şərti ilə, 36 ay müddətinə 14.000 USD məbləğində kredit vermişdir.
16. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli ipoteka müqaviləsindən görünür ki, borcalan - X7 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora ipotekaya vermişdir.
17. İş materiallarından olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin banka müqavilə üzrə 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 40.320,86 ABŞ dolları borcu vardır.
18. İş materiallarından olan AZ-İ 830050 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
19. İş materiallarından olan xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edilmişdir.
20. Qətnаmədən nаrаzı qаlаn iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, eyni predmetlə hazırki mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili X12 oqlu xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, faiz və cərimə borclarından narazı qalaraq iddia tələbini qismən təmin etməklə borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olmasına dair etirafedici hərəkətlər etmişdir. Göründüyü kimi, 3 illik iddia müddətinin axımı cavabdehin nümavəndəsi və vəkilinin etirafedici hərəkətindən sonra, yəni xx.xx.2021-ci il tarixdən yenidən başlanmış və iddia müddətinin son qünü xx.xx.2024-cü il tarixdir. Odur ki, iddiaçı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağsu Rayon Məhkəməsinə göndərilmişdir.
22. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət versək belə nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə münasibətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd edilmişdir. Tələb etdiyi borc məbləğləri təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim olunur. Eyni zamanda iş materiallarına əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 14000 (on dörd min) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir.
23. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)- 114/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.6-cı maddəsinə görə ipoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə ödənilir. 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır 39.3.3-cü maddəsində qeyd edilir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq edərək iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
32. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırki iş üzrə bu qətnamənin 1-ci bəndində qeyd edilənlər və 15-19-cu bəndlərində göstərilmiş iş materiallarında olan sənədlərlə iddiaçının tələbində haqlı olduğu sübut olunur. Belə olan halda, araşdırılmalı olan məsələ iddia müddətinin keçib-keçməməsidir.
33. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Qanunvericiliyin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (Mülki Məcəllənin 373.1 və 373.2-ci maddələri). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəəsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001 -ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013- cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bu qətnamənin 8-ci bəndindən də göründüyü kimi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018-ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddia müddəti ötürülmüşdür.
34. İddiaçının iddia müddəti tətbiq edilməsinə qarşı etirazının dəlilləri iki əsas arqumentin üzərində qurulmuşdur. Birinci, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış olması barədə arqumentə münasibət bildirərək kollegiya qeyd edir ki, mübahisəli kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitirdi. İddiaçının qeyd edilən iddia ərizəsi məhkəməyə 17 dekabr 2020-ci il tarixdə, yəni iddia müddətinin bitməsinə 3 ay qalmış verilmişdir. Həmin iddia ərizəsi Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırki iddia ilə isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılmasından 6 ay keçdikdən sonra yenidən məhkəməyə ərizə verilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı işi üzrə məhkəmə baxışına sərf olunmuş vaxt hesaba alınmasa belə, iddiaçı iddia müddətini 3 ay ötürmüşdür.
35. İddiaçının iddia müddəti tətbiq edilməsinə qarşı etirazının ikinci arqumenti isə apellyasiya şikayətində qeyd edilmiş bu qətnamənin 21-22-ci bəndlərində göstərilmiş dəlillərdir. Həmin dəlillərə və nəticədə iddiaçının apellyasiya şikayətinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddia müddətinin axımının borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə kəsilməsinin mahiyyəti və məqsədi borclunun borcu etiraf etməklə borcu qaytaracağını vəd etməsi nəticəsində tələbkarı inandırması və tələbkarın bu səbəbdən hüquqlarının məhkəmə qaydasında müdafiəsinə əl atmadan borcun könüllü şəkildə qaytarılacağına ümid etməsidir. Hazırki halda görünür ki, cavabdehlər Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı işi üzrə məhkəmə baxışı zamanı iddia edilən borc məbləğini mübahisələndirməklə ekspertiza təyin edilməsini və borcun yenidən hesablanmasını tələb etmişlər. Bundan başqa, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi xahiş edilmişdir. Cavabdehlərin həmin məhkəmə icraatı zamanı borcu ödəyəcəklərini bildirməsi və ya iddiaçını borcun könüllü ödəniləcəyinə inandıracaq vəd olaraq qəbul edilə biləcək hər hansı digər hərəkətlər etməsi müəyyən edilmir. Belə ki, borcun məbləğinin mübahisələndirilməsi borcun könüllü ödəniləcəyi barədə vəd olaraq qəbul edilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin iddiaçıya borcu könüllü şəkildə qaytaracağı barədə vəd olaraq qəbul olunacaq heç bir etirafedici hərəkəti aşkar edilmir. Beləliklə, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin tətbiq edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.
36. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia müddəti tətbiq etməklə iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(016)-114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.