Məhkəmə qərarları › İş №2(107)-706/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-706/2021

08.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-706/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mərhum X3 mülkiyyətinə verilmiş, İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsindən Cavabdeh1, 0.03 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh3, 0.05 ha hissəsindən Cavabdeh4 çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 Məhyəddin oğlundan alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 272 manat məhkəmə xərcinin alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin bank hesabına və iş üzrə ekspertiza xərcləri olan 200 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış, Göyçay rayonu Üngütlü kəndində yerləşən 0.18 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonunun Potu kəndində mərhum anası X5 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququnu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-904 (kod ********) saylı dövlət aktı təsdiq edir. 1998-ci ildə torpaq sahəsi anasının mülkiyyətinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. Ailə vəziyyəti ilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilməmişlər. Təxminən iki il əvvəl ona məlum olmuşdur ki, torpaq sahəsinin Çərəkə kəndi ərazisində yerləşməsi yalan məlumatdır və Göyçay rayonunun Potu inzibati ərazi dairəsinin Üngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Mərhum anası X2 miras qalmış 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında sənəd almaq istəsə də, torpaq sahəsi cavabdehlər tərəfindən hasarlanıb istifadə edildiyi üçün torpaq sahəsinin yerini müəyyən etməli olan mütəxəssislər əraziyə daxil ola bilməmişlər. Cavabdehlərdən torpaq sahəsinin qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamış və pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının izahatında göstərdiyi xüsusatları müdafiə etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X6 bildirmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi, iddiaçının mərhum anası X5 məxsus 0.18 ha torpaq sahəsinin 0.05 hektarı Cavabdeh1 tərəfindən, 0.03 hektarı Cavabdeh2 tərəfindən, 0.04 hektarı Cavabdeh3 tərəfindən və 0.05 hektarı Cavabdeh4 tərəfindən naturada istifadə edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun deyildir, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin əsasız olması və rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman qətnaməni Torpağa mülkiyyət hüququna dair JN- 904 saylı Dövlət Aktına əsasən iddiaçı X4 miras qalmış Göyçay rayonu Hüngütlü kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və sxemlərə, həmçinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23241 saylı və xx.xx.2020-ci il tarixli 5283 saylı rəylərinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin iş materiallarından da göründüyü kimi, məhkəmə tərəfindən istinad olunmuş mütəxəssis və ekspert rəyləri mötəbər sayıla bilməz, həmin rəylər özlüyündə mübahisəlidir. Belə ki, mütəxəssis öz rəyində X8 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiyanın naturada olan vəziyyəti əks etdirmədiyini və mübahisəli torpaq sahəsinin dəqiq yerini müəyyən etməyin mümkün olmadığını göstərməsinə baxmayaraq, mütəxəssis rəyinə əlavə edilmiş sxemdən JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.13 ha-dək hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edildiyinin müəyyən olunması göstərilmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən aparılmış tədqiqat nəticəsində verilmiş rəy və həmin rəyə əlavə edilmiş sxem arasında kobud ziddiyyət vardır. Ekspert isə qeyd edilən ziddiyyətli mütəxəssis rəyinə əsaslanaraq xx.xx.2019-cu il tarixli 23241 saylı rəyində X8 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-904 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiyanın naturada olan vəziyyəti əks etdirmədiyini və torpaq sahəsinin dəqiq yerini müəyyən etməyin mümkün olmadığı, lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemə görə JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.13 ha-dək hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsinin müəyyən edildiyi göstərilmişdir. Bundan başqa, məhkəmə qətnaməsində xx.xx.2019-cu il tarixli 23241 saylı və xx.xx.2020-ci il tarixli 5283 saylı rəylərlərə istinad edərək göstərmişdir ki, həmin rəylərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, X8 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiya naturada olan vəziyyəti əks etdirmir və torpaq sahəsinin dəqiq yerini müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçıya miras qalmış 0.18 ha torpaq sahəsinin 0.04 ha-dək hissəsini Cavabdeh3 Balaəli oğlu, 0.03 ha-dək hissəsini Cavabdeh2, 0.05 ha-dək hissəsinin Cavabdeh1, 0.05 ha-dək hissəsinin isə Cavabdeh4 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən rəylər arasında da zidiyyət var. Belə ki, xx.xx.2019-cu il tarixli, 23241 saylı ekspert rəyində ekspert mütəxəssisin rəyinə və əlavə edilmiş sxemə istinad edərək JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.13 ha hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsinin müəyyən edildiyinin göstərilməsinə baxmayaraq, digər rəyində təkrar yuxarıda qeyd edilmiş mütəxəssisin rəyinə əlavə edilmiş sxemə istinad edərək göstərmişdir ki, JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.04 ha-dək hissəsinin Cavabdeh3, 0.03 ha-dək hissəsinin Cavabdeh2, 0.05 ha-dək hissəsinin Cavabdeh1, 0.05 ha-dək hissəsinin Cavabdeh4 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Yəni ekspert ilkin rəydə JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.13 ha-dək hissəsinin cavabdehlər tərəfindən istifadə olunmasını göstərməsinə baxmayaraq, digər rəyində cavabdehlər tərəfindən 0.17 ha-dək hissəsinin istifadə olunmasını göstərmişdir. Bundan başqa, ış materiallarına əlavə edilmiş xx xxxxxx 2018-cı il tarixli aktdan da göründüyü kimi, Torpaq İslahatı zamanı Cavabdeh1 1990-cı ildən istifadəsində olan torpaq sahəsinin 0,06 hektarı həyətyanı və 0,79 hektarı zəbt yazılaraq ona verilmiş pay torpağından çıxılmış və JN-1209 nömrəli dövlət aktı ilə Nümayəndə 0,27 ha pay torpağı verilmişdir. Yəni yuxarıda göstərilmiş aktdan da göründüyü kimi, Cavabdeh1 istifadəsində hər hansı ölçüdə artıq torpaq sahəsi yoxdur. Həmçinin mütəxəssis və ekspert rəylərində mövcud baza materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağının qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu xüsusata ümumiyyətlə heç bir qiymət verilməmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 tərəfindən qeyd edilən Fərmanın icrası başa çatana qədər iş üzrə icraatn dayandırılması barədə vəsatət verilmişdir. İşin faktiki hallarından görünüdüyü kimi, İddiaçı Məhiyəddin oğlunun Cavabdeh1 qarşı iddia tələbi əsassız olduğu üçün tamamilə rədd edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun ailə üzvləri – həyat yoldaşı X11, oğlu X7 və qızı X10 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək onların İddiaçı hüquq varisləri kimi işə cəlb edilmələrini xahiş etmişlər. Ərizəyə həmin şəxslərin mərhum iddiaçı ilə qohumluq münasibətlərini təsdiqləyən sənədlər əlavə edilmişdir. MPM-in 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə kollegiyası mərhum İddiaçı onun hüquq varisləri X11, X7 və X10 ilə əvəz etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mərhum iddiaçının hüquq varisi X7 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-904 saylı Dövlət Aktından görünür ki, X3 mülkiyyətinə Göyçay rayonu Potu kəndində yerləşən 0.18 ha torpaq sahəsi verilmişdir. İşdə olan “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İşdə olan Göyçay rayon İHB-nın Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 486 saylı arayışdan görünür ki, X3 tək vərəsəsi oğlu İddiaçıdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin “xxxx” MMCnin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəy və sxemlər mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəyinin verilməsi üçün xərci 272 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23241 saylı və xx.xx.2020-ci il tarixli 5283 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr məlumatları bazasında araşadırılan zaman məlum olmuşdur ki, X8 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN- 904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsi Cavabdeh1, 0.03 ha-dək hissəsi Cavabdeh2, 0.04 ha-dək hissəsi Cavabdeh3, 0.05 ha-dək hissəsi Cavabdeh4 tərəfindən istifadə edilir. Aparılmış ekspertizaların dəyəri 200 manat təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Göyçay rayonu Potu kəndində yerləşən JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mərhum X3 mlükiyyətinə verilmiş, İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsi Cavabdeh1, 0.03 ha-dək hissəsi Cavabdeh2, 0.04 ha-dək hissəsi Cavabdeh3, 0.05 ha-dək hissəsi Cavabdeh4 qanunsuz istifadəsindədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyəti hesab edilən mərhum anasından miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsinin Cavabdeh1, 0.03 ha-dək hissəsinin Cavabdeh2, 0.04 ha-dək hissəsinin Cavabdeh3 və 0.05 ha-dək hissəsinin Cavabdeh4 tərəfindən zəbt edilməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququna qanunsuz müdaxiləni təşkil etməklə bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan hal kimi qəbul edilməlidir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməli, JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mərhum X3 mülkiyyəti kimi qeydə alınmış İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsindən Cavabdeh1, 0.03 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh3 və 0.05 ha hissəsindən Cavabdeh4 çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin hüquqi əsasları ilə razılaşır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ - subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci mаddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə, Аzərbаycаn Respublikаsındа tоrpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаndır və özbаşınа tutulmuş (zəbt edilmiş) tоrpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi mütəxəssis və ekspert rəylərini ziddiyyətli hesab edərək həmin rəylərin məhkəməni səhv nəticəyə yönəltdiyini, ona görə də məhkəmənin əsassız qətnamə qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “mülkiyyətə verilmiş torpaq sahəsinin planı /cizgisi/” bölməsindən, həmçinin mütəxəssis tərəfindən tərtib olunmuş sxemdən göründüyü kimi, mübahisəli 0.18 ha torpaq sahəsi ensiz-uzun zolaq formasında olub cavabdehlərə məxsus bir-biri ilə qonşu olan torpaq sahələri ilə həmsərhəddir; cavabdehlərə məxsus torpaq sahələrinin hər biri mübahisəli 0.18 ha torpaq sahəsinə perpendikulyar vəziyyətdə bitişikdir. Cavabdehlərdən hər biri mübahisəli torpaq sahəsinin onlara məxsus torpaq sahəsi ilə həmsərhəd olan hissəsini öz torpaq sahəsinə birləşdirməklə (qatmaqla) zəbt etmişdir. Mütəxəssis tərəfindən tərtib olunmuş sxemdən göründüyü kimi, Cavabdeh1 faktiki istifadəsində 0.82 ha, Cavabdeh2 faktiki istifadəsində 0.14 ha, Cavabdeh3 faktiki istifadəsində 1.08 ha və Cavabdeh4 faktiki istifadəsində 1.03 ha torpaq sahəsi vardır. Qeyd edilən ölçülərdə faktiki istifadədə olan torpaq sahələrinin tərkibinə mübahisəli torpaq sahəsinin zəbt olunmuş hissələri də daxildir. Cavabdeh1 apellyasiya şikayətində onun mülkiyyətinə 0.27 ha pay torpağının verildiyini göstərdiyi halda, mütəxəssis tərəfindən tərtib olunmuş sxemə görə onun faktiki istifadəsində 0.82 ha torpaq sahəsi vardır. Bu da mübahisəli 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh1 istifadəsində olduğu barədə mütəxəssis və ekspert rəylərinin həqiqətə uyğunluğunu təsdiqləyir. Digər cavabdehlərin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi onların həmin qətnamə ilə razılaşdıqlarına dəlalət edir. Mütəxəssis və ekspert tərəfindən müvafiq rəylərdə X8 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun mövcud olması, JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiyanın faktiki naturada olan vəziyyəti əks etdirməməsi və dəqiq yerini (kv.m) müəyyən etməyin mümkün olmaması barədə göstərdikləri məlumatdan isə belə başa düşülür ki, həmin vəziyyət təkcə mübahisəli torpaq sahəsinə deyil, digər, o cümlədən cavabdehlərə məxsus torpaq sahələrinə də aiddir. Ona görə də mütəxəssis tədqiqat apararkən və rəy verərkən torpaq sahələrinin faktiki (naturada) olan konfiqurasiyalarını və qarşılıqlı vəziyyətlərini əsas götürmüşdür. Mövcud vəziyyətdə iddia tələbinin həllinə başqa cür yanaşma digər çoxsaylı mübahisələrin yaranmasına rəvac verə bilər. Şərh olinanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə, yəni Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mərhum X3 mülkiyyətinə verilmiş, İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsindən Cavabdeh1, 0.03 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh3 və 0.05 ha hissəsindən Cavabdeh4 çıxarılmasını qət etməkdə haqlı olmuş, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar