Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-706/2025 04.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sərkar oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sərkar oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texnki ekspertizası təyin edilmiş və ekspertizadan rəy alınanadək iş üzrə icraat dayandırılmışdır (hakim Elza Cəbrayılzadə). İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş (şikayəti nümayəndə (vəkil) Vəkil2 imazalamışdır) və şikayətində Mingəçevir Şəhər Məhkəməsinin qəbul etdiyi 16 may 2025ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadının tamamilə ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, 2(051)-16/2025 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda ünvanda yerləşən və Cavabdeh Sərkar oğlunun istifadəsində olan 151 kv.metr yaşayış sahəsinin 30 kv.metr sahəsinin ona verilməsi, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi ev 25 ünvanında yerləşən 0,0593 ha torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlə onun arasında ½ hissədə naturada ayrılması barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti–texniki ekspertizası təyin edilərək, ekspert rəyinin məhkəməyə təqdim olunması müddəti 1 (bir) ay həddində müəyyən olunmuş və ekspertizadan rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmin Qərardadda iş üzrə təkrar ekspertizanın keçirilməsi məhkəmə tərəfindən digər hallarla yanaşı, o cümlədən də iş üzrə “fərdi yaşayış evinin iddiaçı və cavabdeh arasında paylara uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmaması barədə bir-birinə zidd ekspert rəyləri verildiyindən, hazırda işin obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə, həmçinin işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün təkrar ekspertiza təyin edilməli” olması ilə əsaslandırılmışdır. Lakin, İddiaçı bu qərardadla razılaşmayıb, həmin qərardaddan şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin qəbul etdiyi 16 may 2025-ci il tarixli 2(051)- 16/2025 nömrəli qərardadının tamamilə ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 97.1-ci maddəsinin tələblərinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinin tələblərinə görə, məhkəmə - əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0 və 255.0.5-ci maddələrinə əsasən, məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа, hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində iş üzrə aparılan araşdırma zamanı mübahisənin obyektiv, tam və ədalətli həlli məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün və eləcə də, iş üzrə alınmış ekspertiza rəylərinin ziddiyyətli olması səbəbindən - məhkəmə ekspertiza və yaxud, təkrar ekspertiza təyin edə bilər və məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа, hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Qanunvericilikdə işin icraatının dayandırılması barədə qəbul edilmiş məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulsa da, ekspertiza təyin olunması barədə məhkəmə qərardadlarından şikayət nəzərdə tutulmamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(051)-16/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-706/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-706/2025
04.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver