Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-708/2024 03.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin hakimi(sədri) X1 öz-özünə etdiyi etiraza baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli dörd otaqlı mənzilindən istifadə qaydalarının müəyyən olunması, elektrik, təbii qaz və su sayğaclarının cavabdehlərin sayğaclarından ayrılması, yeni kanalizasiya xəttinin çəkilməsi, kiçik mətbəxin tikilməsi, evin girişində kiçik hamam tikilməsi və bütün bu görüləcək işlərə cavabdehlər tərəfindən edilən maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin hakimi X3 öz-özünə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 Zərdab Rayon Məhkəməsində məhkəm iclasının katibi vəzifəsində işləyən X5 qaynı, digər Cavabdeh1 isə qaynı oğludur. Hesab edir ki, hazırki işə onun sədrliyi ilə mahiyyəti üzrə baxa bilməz, öz-özünə etiraz etməlidir. Məhkəmə kollegiyası hakim X1 öz-özünə etdiyi etirazla razılaşaraq hesab edir ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhənin aradan qaldırılması üçün etiraz təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün etirazla razılaşaraq belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin sədri X1 öz-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-708/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-708/2024
03.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver