Məhkəmə qərarları › İş №2(107)-709/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-709/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-709/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-60/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-60/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin 0.04 ha hissəsindən Cavabdeh1, 0.05 ha hissəsindən Cavabdeh2, 0.07 ha hissəsindən Cavabdeh3, 0.08 ha hissəsindən Cavabdeh4 çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəylərinin verilməsinə çəkilmiş 345.20 manat məhkəmə xərcinin müştərək qaydada cavabdehlərdən alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ekspertiza xərcləri olan 200 manat müştərək qaydada cavabdehlərdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, Göyçay rayon Üngütlü kəndində yerləşən 0.26 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonunun Potu kəndində İddiaçı 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququnu torpağın mülkiyyətə verilməsinə dair JN905 saylı dövlət aktı(kod ********) təsdiq edir. 1998ci ildə torpaq sahəsi mülkiyyətinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. Ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyim qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilmir. Təxminən iki il əvvəl ona məlum olub ki, torpaq sahəsi rayonun Çərəkə kəndi ərazisində yerləşməsi yalan məlumatdır və Göyçay rayonunun Potu inzibati ərazi dairəsinin Üngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Cavabdehlərdən torpaq sahəsinin qaytarılmasını tələb etsə də heç bir müsbət nəticəsi olmamış və pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir və bununla da onun mülkiyyət hüququnu pozurlar. Yəni mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, ona sahiblik edə bilmirlər. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında müətəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X1 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 0.26 ha torpaq sahəsi cavabdehlər tərəfindən naturada istifadə edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi ədalətsizdir. Belə ki, məhkəmə tərəfindən istinad olunmuş mütəxəssis və ekspert rəyləri mötəbər sayıla bilməz, çünki həmin rəylər özlüyündə mübahisəlidir. Mütəxəssis öz rəyində X3 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN- 905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmədiyini və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığını göstərməsinə baxmayaraq mütəxəssis rəyinə əlavə edilmiş sxemdən JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin 0.1733 hektaradək hissəsinin Cavabdeh1, Cavabdeh2 Əlısa oğlu və Cavabdeh3 Baləlı oğlu tərəfindən istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi mütəxəssis tərəfindən aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş sxem arasında kobud ziddiyyət vardır. Ekspert isə qeyd edilən ziddiyyətli mütəxəssis rəyinə əsaslanaraq xx.xx.2019-cu il tarixli 23240 saylı rəyində X3 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmədiyini və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığı, lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən, JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin 0 1733 ha-dək hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən edildiyi göstərilmişdir. Yəni ekspert ilkin rəydə JN-905 nömrəli ‘Torpağa mülkiyyət hüququna dair' Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin 0.1733 hektaradək hissəsinin cavabdehlər tərəfindən istifadə olunmasını göstərməsinə baxmayaraq digər rəyində cavabdehlər tərəfindən fərqli ölçüdə istifadə olunmasını göstərmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-60/2020 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)- 60/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-905 saylı Dövlət Aktından görünür ki, İddiaçı mülkiyyətinə Göyçay rayonu Üngütlü kəndində yerləşən 0.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəylər və sxemlər mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 345.20 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 23240 saylı və xx.xx.2020-ci il tarixli 5284 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerqurulkuşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr bazası məlumatları bazasında araşadırılan zaman məlum olmuşdur ki, X3 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin 0.04 ha-dək hissəsini Cavabdeh1, 0.05 ha-dək hissəsini Cavabdeh2, 0.07 hadək hissəsini Cavabdeh3, 0.08 ha-dək hissəsini Cavabdeh4 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Göyçay rayonunun Potu kəndində İddiaçı 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququnu torpağın mülkiyyətə verilməsinə dair JN905 saylı dövlət aktı(kod ********) təsdiq edir. 1998-ci ildə torpaq sahəsi mülkiyyətinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahəsinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. Ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedibgəlməyim qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilmir. Göyçay rayonu Üngütlü kəndində yerləşən hüquqların JN-905 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin 0.04 ha hissəsi Cavabdeh1, 0.05 ha hissəsi Cavabdeh2, 0.07 ha hissəsi Cavabdeh3, 0.08 ha hissəsi Cavabdeh4 qanunsuz istifadəsindədir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə kollegiyası da ekspertizanın verdiyi rəyləri hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylərlə razılaşır. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-60/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-60/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar