Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-709/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə2 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakda payın tanınması tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar Nümayəndə2 və İddiaçı2 qarşı miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlak üzərində payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar Nümayəndə2 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakda payın tanınması tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar Nümayəndə2 və İddiaçı2 qarşı miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)-136/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Miras qoyan X4 Göyçay şəhəri, X16 küçəsi 28 saylı ev (Göyçay şəhəri, X13 küçəsi 32 saylı ev) və 0,081080 ha torpaq sahəsi məxsusdur. Cavabdeh2 Hüseynbala oğlu ilə X3 birgə nikahlarından xx.xx.1976-cı ildə X6, xx.xx.1967-ci ildə X9 və xx.xx.1965-ci ildə İddiaçı2 anadan olmuşlar. X7 xx.xx.1998-ci il tarixdə öldükdən sonra miras açılmış, Cavabdeh2 Hüseynbaba oğlu xx.xx.1978-ci il tarixdə, X9 xx.xx.2019-cu il tarixdə ölmüşlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar Nümayəndə2 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X2 miras qalmış, ünvan 1 ünvanda yerləşən, fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsinə hər birilərinə 1/3 hissə olmaqla miras paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, mərhum X2 miras qalmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsinin tərəflərindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklar üzərində onların, yəni Cavabdeh2 1/2 və Cavabdeh1 1/2 hissədə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddiaçılar Nümayəndə2 və İddiaçı2 iddia tələbini belə əsaslandırmışdır ki, mərhum anaları X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak miras qalmışdır. Ataları Cavabdeh2 Hüseynbaba oğlu 07 iyun 1978-ci il tarixdə, anaları X7 15 aprel 1998-ci il tarixdə vəfat etmişlər. X11 xx xxxxxx 1965ci il təvəllüdlü İddiaçı2, 24 iyun 1967-ci il təvəllüdlü X9, xx xxxxxx 1976-cı il təvəllüdlü Cəfərova (Əliyeva) Könül Ağababa qızı adlı vərəsələri vardır. Qanun üzrə birinci növbə vərəsələrdən Azər Cəfərov 16 mart 2019-cu il tarixdə vəfat etmişdir. X17 arvadı Cavabdeh1, qızı Cəfərova (Hacıyeva) Gülnar Azər qızı və oğlu Cavabdeh2 adlı vərəsələri vardır. Mərhumdan qalan mirası onlar və mərhum qardaşları faktiki qəbul edib idarə ediblər. Belə ki, Nümayəndə2 08 iyun 2002-ci il tarixdə X8 ilə nikah qeyd etdirib təxminən 2 il miras evdə yaşadıqdan sonra Göyçay rayonunun Çərəkə kəndinə köçmüş, İddiaçı2 və mərhum Azər Cəfərov miras evdə yaşayaraq əmlakı idarə etmişlər. X17 arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 mirasın bölüşdürülməsinə razı olmadıqları üçün onlar miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməyiblər. Bu səbəbdən də mirasda paylarının tanınması tələbinə dair iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək qərarına gəliblər.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak miras qalmışdır. Mirası ilk əvvəl mərhum X9, sonuncu vəfat etdikdən sonra isə onlar faktiki qəbul edib idarə etmişlər. İlk iddia üzrə iddiaçılar mirası mərhum Azər Cəfərovla bərabər onlarında qəbul etdiyini iddia ərizəsində göstərsələr də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin, "xxxx" ASC-nin məlumat bazasından çıxarışlardan və Göyçay Bələdiyyəsinin arayışından göründüyü kimi, miras əmlakı Azər Cəfərov, daha sonra isə onlar qəbul etmişdir, miras əmlaka faktiki sahibliyi icra edirlər, həmin əmlakı idarə etməklə torpaq vergisini, həmçinin kommunal xərcləri ödəyirlər. İlk iddia üzrə iddiaçılar həmin miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər. İlk iddia üzrə iddiaçılardan İddiaçı2 keçmiş zamanlardan, yəni miras açılmamışdan öncə Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Miras açılan vaxt mirası faktiki olaraq qəbul etməmişdir. İlk iddia üzrə digər iddiaçı Nümayəndə2 da miras əmlakı faktiki qəbul etdiyini iddia etsə də, bunun nədə ifadə edilməsini izah etməmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsaslanmaqla hesab etmişdir ki, miras qoyan X3 qanun üzrə vərəsəlik zamanı 3 vərəsəsi olduğundan və qanunla müəyyən edilmiş müddət ərzində onlardan heç biri mirasdan imtina etmədiyindən,hər biri mirası qəbul etmiş hesab edilməli,miras əmlak 3 vərəsə- Nümayəndə2,İddiaçı2 və X9 arasında bölüşdürülməli,iddia əsaslı olduğundan təmin olunmalıdır.
7. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə hesab edir ki,X9 16 mart 2019-cu ildə vəfat etdiyindən,atasından miras qalmış əmlakda olan onun 1/3 payı qanun üzrə vərəsəlik zamanı cavabdehlər Cavabdeh2,Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 arasında 3 hissəyə bölüşdürülməlidir.Baxmayaraq ki,qarşılıqlı iddia üzrə əmlakın bölüşdürülməsi tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 irəli sürmüş məhkəmə hesab edir ki,mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 atası X5 miras qalmış əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etmədiyindən,mirası qəbul etmiş vərəsə sayılmalı,onun da miras əmlakda payının olması nəzərə alınmalıdır.Beləliklə qarşılıqlı iddia məhkəmə hesab edir ki,qismən təmin edilməli,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlakda hər birinin 1/9 payı müəyyən edilməlidir.
8. O ki qaldı iddiaçıların miras əmlakı qəbul etməmələri barədə qarşılıqlı iddia ərizəsinin dəlillərinə,məhkəmə iddiaçılarırn mirasdan qanunla müəyyən edilmiş qaydada imtina etmələrini təsdiq edən sübutların təqdim edilməməsini nəzərə alıb, qarşılıqlı iddiada olan dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzüm bilməmişdir.
9. Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)-136/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin olunmuş, iddiaçılar Nümayəndə2 və İddiaçı2 Göyçay şəhəri, X16 küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsi üzərində hər birinin 1/3 hissədə payının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Göyçay şəhəri, X16 küçəsi 28 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,081080 ha torpaq sahəsini qəbul edilmələri müəyyən edilərək həmin miras əmlak üzərində hər birinin 1/9 hissədə payının müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsinin 527, 532, 552 və 556-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1243, 1255 və 1301-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Göyçay rayon Qeydiyyat Şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamələr Göyçay rayon Qeydiyyat Şöbəsinin verdiyi doğum haqqında şəhadətnamələr Göyçay rayon Qeydiyyat Şöbəsinin verdiyi arayış Göyçay rayon Notariat Ofisinin 21 sentyabr 2023-cü il tarixli məktubu Göyçay bələdiyyəsinin verdiyi 20 oktyabr 2023-cü il tarixli arayış "xxxx" ASC-nin Göyçay Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısı 09 oktyabr 2023-cü il tarixli abonentin saldosu abunə haqqında çıxarış
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, göründüyü kimi tərəflər arasında hüquq münasibəti xx.xx.1998-ci il tarixdə yaranmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş, iddiaçıların miras əmlakı faktiki qəbul etmələri sübut edilmədiyi halda, miras əmlak üzərində onların payını müəyyən etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə əsaslandırsa da, lakin məhkəmə həmin qərarı hazırki mübahisəyə tətbiq etməkdə səhvə yol vermişdir.
14. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)- 136/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd еdilməsi və qarşılıqlı iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. İddiaçı Nümayəndə2 və 3-cü şəxs X10 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Nümayəndə2 məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı2 birinci instansiya məhkəməsində vəkili qismində çıxış etmiş Nümayəndə1 birincinin 2 mart 2024-cü ildə ölməsi barədə ölüm haqqında şəhadətnaməni məhkəməyə göndərmişdir.
Tətbiq edilən hüquq
18. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-i Mülki Məcəlləsi: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlıqa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlıqa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə,o,eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə,mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər,vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda,vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində,onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər,bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində, mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən, vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
20. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)- 136/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına 26 oktyabr 2023-cü il daxil olduğundan, nəticədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş məhkəmənin icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətləri xx.xx.1998-ci il tarixdə yarandığına görə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normalarını qeyd etməklə birlikdə, hazırki mübahisəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən həll etməkdə haqlı olmuş və iş üzrə düzgün nəticəyə gəlmişdir.
26. İddiaçı2 2 mart 2024-cü ildə ölməsi barədə ölüm haqqında şəhadətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Bu hal onun məhkəmə baxışı zamanı sıradan çıxmış şəxs olmasına dəlalət etsə də, iş üzrə icraatın dayandırılması üçün əsas deyildir. Məhkəmə, öz prosessual vəziyyətinə görə, miras əmlakda olan onun payını müəyyən etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Onun özünə münasibətdə isə, onun vərəsələri Göyçay şəhəri, X16 küçəsi 28 saylı ünvanda yerləşən miras əmlak üzərində hazırki qətnamə ilə İddiaçı2 tanınmış 1/3 hissədə pay ilə bağlı qanunla müəyyən edilmiş qaydada hüquqlarından istifadə edə bilərlər.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)-136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(046)-136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev