Məhkəmə qərarları › İş №2(107)-71/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-71/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-71/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və Şəki Şəhər İH Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X20 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X12 və maraqlı şəxs X3 qarşı “evin alınmasına ödənilmiş məbləğin ötən dövr üçün indeksasiyası hesablanmaqla geri ödənilməsi” tələbinə dair ilk, Cavabdeh, X5 İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) ilkin iddia tələbi qismən təmin edilmiş, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddiaçı Cavabdeh alınaraq ilkin İddiaçı verilməsi, ilkin iddia tələbinin əsassız hesab edilərək qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh və X5 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi, İddiaçı ilkin iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 10 manatının onun özünə aid edilməsi, 20 manatının isə qarşılıqlı iddiaçı Cavabdeh alınaraq ilkin İddiaçı qaytarılması, Cavabdeh və X5 qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun onların özlərinə aid edilməsi, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 80 manat ekspertiza xərcinin İddiaçı alınaraq dövlət büdcəsinə-АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 50 və 145 manat olmaqla, cəmi 195 manat ekspertiza xərcinin Cavabdeh alınaraq dövlət büdcəsinə- АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün Cavabdeh nağd şəkildə ödədiyi 6266 (altı min iki yüz altmış altı) ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 (on doqquz min doqquz yüz əlli beş tam yüzdə qırx səkkiz) ABŞ dollarının, məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə ; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 (on səkkiz min beş yüz otuz doqquz) manatın; 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 ABŞ dolları olmaqla, 22 il üçün toplam, 4389 (dörd min üç yüz səksən doqquz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, Evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç) manatı əlavə etməklə ümumilikdə 24344,48 (iyirmi dörd min üç yüz qırx dörd tam, yüzdə qırx səkkiz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 (iyirmi min üç yüz doxsan iki) manatın, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 24 oktyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə vəsatət təqdim edərək, iş üzrə iddia ərizəsində İİİ şəxs qismində qeyd edilmiş, ünvan 2 ünvanında yaşayan X5 işə «ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün tərəfindən xərclənmiş 18539 manatın ona ödənilməsi» hissəsində Cavabdeh ilə birgə, müştərək qaydada cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. 21 may 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin birinci bəndi üzrə tələbinin dəqiqləşdirilməsinə dair ərizə (vəsatət) təqdim edərək iddialarının birinici bəndi üzrə Şəki rayon məhkəməsinin 29.10.2018-ci il tarixli 2(075)-9/2018-ci il tarixdə qətnaməsi üzrə 05 sentyabr 2018-ci il tarixdə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi üzrə 6266,0 ABŞ dollarının indeksasiyası kimi 19955,48 ABŞ dolları məbləğini qəbul etdiklərini bildirmişlər. 23 oktyabr 2019-cu il tarixdə qarşılıqlı iddiaçı Cavabdeh və X12 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddiasının rədd edilməsi, onların İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 24 oktyabr 2019-cu il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı yuxarıda bəhs edilən vəsatəti məhkəmə tərəfindən təmin olunmuşdur. Şəki Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(075)-1818/2019 saylı qərardadına əsasən cavabdehlər Cavabdeh və Natiq Cumay oğlunun İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin İddiaçı izahatında göstərmişdir ki, o, 1994-cü ildə Cavabdeh ünvan 3 ünvanında yerləşən evi almışdır. Evin dəyərindən cəmi 6266 ABŞ dollarını ödəmişdir. Həmin ev faktiki olaraq Cavabdeh məxsus olsa da, 1996-cı ildə evin Natiqin adına olduğunu bilmişdir. Evin dəyərini 12500 ABŞ dollarına razılaşdırsalar da o, qalan pulu ödəyə bilmədiyindən Kamilə ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını təklif etmişdir. Lakin Kamil aldığı pulu qaytarmağa imkanının olmadığını bildirmişdir. X59 Federasiyasına getmiş, beş-altı il keçdikdən sonra qayıtdıqda o, yenidən Kamilə ödədiyi məbləği qaytarması müqabilində evdən çıxmasını, Kamil yenə də pulunun olmadığını bildirdikdə o, hətta Kamilə ödədiyi pulun bir hissəsini, yəni 3000 ABŞ dolları pulu qaytarmasını və ona kirayəyə ev tapmasını və qalan pulu isə hissə-hissə ödəməsini təklif etmişdir. Lakin Kamil bu təklifini də qəbul etməmişdir. Lakin bu təklifinin üstündən təxminən 10 il müddət keçdikdən X59 Federasiyasından qayıdaraq, gəlib ona ödədiyi məbləği geri qaytarmaq istədiyini bildirmişdir. Lakin həmin müddət ərzində həm evlərin qiymətləri dəfələrlə artdığından, həm də həmin evə kifayət qədər pul vəsaiti sərf etdiyindən Kamillə razılaşmamışdır. O, 1996-cı ildə Kamilə verdiyi 8266 ABŞ dollarına pulu verdiyi vaxt başqa bir ev ala bildiyi halda, 2011-2012-ci illərdə o, həmin pula hər hansı bir ev ala bilməməsini göstərmiş, bu səbəbdən də Kamilin təklifini qəbul etməmişdir. O, ailəsi ilə birlikdə 20 ildən artıq bir müddətdir ki, həmin evdə yaşayır və oraya kifayət qədər xərc çəkmişdir. Həmçinin cavabdeh həm onun çəkdiyi xərcləri, həm də 6266 ABŞ dollarının bu günə olan indeksasiyası ilə pulunu ödəsə evdən çıxar. O, 11 nəfərlik ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan evdə pasport qeydiyyatında olmaqla, 20 ildən də artıq bir vaxtda həmin yaşayırlar. Bu evdən başqa heç bir yaşayış yerləri yoxdur. Bildirmişdir ki, 1994-cü ildə o, həmin evi aldğı zaman, ev yaşayışa yararlı olmayan 2 otaqdan ibarət olmuşdur ki, həmin evin ancaq bir otağında bir təhər daldalanmaq olarmış. Yaşadığı 20 ildən də artıq bir vaxtda evin reallıqda ev kimi istifadə edilə bilməsi üçün, o və ailəsi həmin evə külli miqdarda maddi vəsait sərf etmiş, bundan başqa bütün ailə üzvləri ilə birlikdə, böyük fiziki zəhmətlər çəkmişlər. Belə ki, hal-hazırda evin hər iki yaşayış otağı tam şəkildə tərəfindən təmir edilmiş və yaşayış üçün yaxşı və yararlı vəziyyətə gətirilmişdir ki, hər iki otağın döşəməsindən-tavanına qədər tikinti materialları istifadə edilməklə təmir edilmiş və bu təmir işlərinə, il-bə-il cari təmir işləri də əlavə edilməklə, təxminən 19000 (on doqquz min) manat sərf emişdir. Bundan başqa tərəfindən evə 600 metr məsafədən su xətti çəkilmişdir ki, həmin xəttin çəkilişinə 5000 (beş min) manatdan da artıq pul vəsaiti sərf edilmişdir. Ayrıca olaraq həmin evdə tikdirdikləri hamamın ərsəyə gəlməsi üçün 4000 (dörd min) manatdan da artıq pul vəsaiti sərf etmişlər. Tərəfindən eliktrik və qaz xəttləri sıfırdan yenilənmiş və bu işlərə, 1000 (bir min) manatdan da artıq vəsait sərf edilmişdir. Bütün qeyd edilənlərdən başqa evin alqı-satqı razılaşması ilə ona satılması üçün cavabdehlərdən Kamilə onun tərəfindən 6266 ABŞ dolları ödənilmişdir. Bu hal isə həmin vəsaitin ona indeksasiya edilməklə mövcud zamana uyğun əvəzinin ödənilməli olması tələbini ortaya qoyur. Həmçinin göstərmişdir ki, bundan əvvəl də hazırkı cavabdehlərlə onun arasında təxminən eyni məzmunlu məhkəmə prosesi olmuş və 29 oktyabrb 2018-ci il tarixdə məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin məhkəmə prosesində o qarşılıqlı iddiaçı, hazırkı cavabdehlər isə ilkin iddiaçı olmuşlar. Belə ki, çıxarılmış olan Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 saylı qətnaməsinə əsasən iddiaçılar X12 və X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən son 3 ildə istifadə etdiklərinə kirayə haqqı kimi 3600 manat pulun onlardan müştərək qaydada alınıb ona verilməsi, qanunsuz tikinti quraşdırma işləri aparılıbsa onların öz hesabına sökülərək inşaat materiallarının onların mülkiyyətinə verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdehlərdən ona vurduqları 88000 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb ona verilməsi tələbinə dair ilk iddiaları təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 nömrəli qərardadına əsasən iddiaçılar X12 və X2 iddia tələblərinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, evinin və həyətyanı torpaq sahəsinin onun təhvil verdiyi kimi yararlı qaydada ona təhvil verilməsi ilə bağlı hissəsinə xitam verilməsinın nəzərə alınmış, qarşılıqlı iddia tələbi onun iddiasına münasibətdə qismən təmin edilmiş 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq ona verilməsi qət edilmiş, onun qarşılıqlı iddia tələbinin X12 və X3 qarşı hissəsi və qalan hissəsinin təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri verilmiş Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(107)-685/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar X12 və X6 tərəfindən, həmçinin onun tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)- 9/2018 nömrəli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh apellyasiya şikayətinin təmin olunması hissəsində -yəni Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)-9/2018 nömrəli qətnaməsinin “qarşılıqlı iddia tələbi İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq ona verilməsi” hissələrində ləğv edilərək hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir. Azərbaycan Respubliası Ali Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2 (102)-7184/2019 nömrəli qərarı ilə iddiaçı X12 və cavabdeh olaraq onun tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qərardadından narazı qalmış və kassasiya şikayəti vermişdir. Həmin qərardad üzrə kassasiya şikayətinə baxan Ali Məhkəmə 27 may 2019-cu il tarixli, 2(102)-3657/2019 nömrəli qərarı ilə onun şikayətini qismən təmin etmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qərardadını – «hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi» hissəsində ləğv etmiş və həmin hissədə onun ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 21 may 2020-ci il tarixdə keçirilən məhkəmə baxışında İddiaçı bildirmişdir ki, artıq bundan əvvəl Cavabdeh vaxtilə ondan almış olduğu 6266 ABŞ dolları ekspertiza keçirilərək indeksasiya olunduğundan hazırkı iş üzrə məbləğin indeksasiyasının keçirilməsini tələb etmir. Buna görə də iddia tələbinin birinci bəndi üzrə Şəki rayon məhkəməsinin 29.10.2018-ci il tarixli 2(075)-9/2018-ci il tarixdə qətnaməsi üzrə 05 sentyabr 2018-ci il tarixdə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 10542 saylı rəyi üzrə 6266,0 ABŞ dollarının indeksasiyası kimi 19955,48 ABŞ dolları məbləğini qəbul etdiklərini bildirmiş və əlavə araşdırma aparmadan 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Göstərilən əsaslarla hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan onun təmin olunması barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə əsassız olduğunu bildirmiş və qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddiaçı Cavabdeh izahatında göstərdi ki, ünvan 3 ünvanında yerləşən evin faktiki sahibi o, özüdür. Sovet dövründə bir şəxsin adına yalnız bir yaşayış evinin olması nəzərdə tutulduğundan M.F.Axundov küçəsi 3 ünvanında yerləşən evin tikilməsinə razılıq verilməsinə dair 1986-cı il tarixli qərarı qaynı X5 adına almışdır. Sonra ev tikilmiş və Natiqin adına qeydiyyata alınmışdır. Onun 1993- 1995-ci illərdə borcları yarandığından ünvan 3 ünvanında yerləşən evi satmaq qərarına gəlmişdir. Həmin vaxt qardaşı Firuddunla İddiaçı tanışlıq münasibətləri olmuşdur. Qardaşı Firuddun da həmin vaxt evin alıcısı kimi İddiaçı onun yanına gətirmişdir. O, Nazimə evi 13500 ABŞ dollarına satdığını bildirmişdir. Nazim də razılaşaraq həmin pulu 1- 2 ay ərzində ödəyəcəyini demişdir. Lakin Nazim razılaşdırılmış pulu aralarında müəyyənləşdirilmiş vaxtında ödəyə bilməmişdir. Həmin ərəfədə Nazim özünə məxsus Şəki şəhərində yerləşən 1 otaqlı evini də satdığından və qalacaq yeri olmadığından mərhum qardaşı Şamil İddiaçı ünvan 3 ünvanında yerləşən evdə qalmasını ondan xahiş etmişdir. O, da razılaşmışdır. Nazim bir il müddətində onun ünvan 3 ünvanında yerləşən evində qalmış, həmin bir il müddətində evin dəyərindən ona cəmisi 6266 ABŞ dolları pul ödəmişdir. Lakin Nazim həmin vaxt pulun qalan hissəsini ödəyə bilməmişdir. Həmin vaxt o, Nazimə evi geri qaytarmasını təklif etmişdir. Lakin Nazimdən aldığı 6266 ABŞ dollarını xərclədiyindən onun Nazimə qaytaracaq pulu olmamışdır. Bu səbəbdən də pul qazanmaq məqsədi ilə Rusiya Federasiyasına getmişdir. ünvan 3 ünvanında yerləşən evi üç otaq, bir mətbəx və bir aynəbəndən ibarət olmuş və 1996-cı ilə qədər Nazim ailəsi ilə birlikdə həmin evin yalnız bir otağında yaşamışdır. O, Rusiyaya gedəndə isə ailə və uşağı həmin evin digər otaqlarında yaşamışlar. Lakin o, Rusiyaya gedəndən, təxminən, bir ay sonra Nazim onun arvad və uşağını həmin evdən çıxartmışdır. Rusiyaya getdikdən 5-6 il sonra, yəni, təxminən, 2001-2002-ci illərdə Rusiyadan Şəki şəhərinə qayıtmış və Nazimlə görüşmüşdür. Görüşdüyü vaxt Nazim ona 3000 ABŞ dolları pulu nəğd verməsi və qalan 3266 ABŞ dollarını da sonradan qaytaracağı qarşılığında evdən kirayəyə çıxmasını təklif etmişdir. Lakin, o, pul qazana bilmədiyindən Nazimə verəcək pulu olmamışdır. Buna görə də Nazimə ona verəcək pulunun olmadığını bildirmiş, buna görə də Nazim həmin evdə yaşamaqda davam etmişdir. Sonra o, yenidən Rusiyaya getmiş və bir də 2010-2011-ci ildə Rusiyadan Şəki şəhərinə qayıtmışdır. Nazimlə görüşüb ona evdən çıxması qarşılığında ona 6266 ABŞ dolları pulun əvəzində 10000 ABŞ dolları pul verməsini təklif etmişdir. Nazim də ona bu təklifi ilə bağlı fikirləşəcəyini bildirmiş və bir neçə ay sonra yenidən Nazimin yanına gəldikdə Nazim ona 10000 ABŞ dollarına heç nə düşmədiyini bildirmişdir. O, da buna görə də evdən çıxması müqabilində Nazimə 15000 ABŞ dolları pul təklif etmişdir. Lakin, Nazim onun bu təklifi ilə də razılaşmamışdır. Bundan sonra o, Nazimə 20000 ABŞ dolları pul təklif etmış, lakin Nazim onun bu təklifi ilə də razılaşmamış, evin ona məxsus olduğunu və həmin evi satacağını bildirmişdir. Belə olub o, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış və iddiası təmin edilmişdir. Lakin Nazim hələ də faktiki olaraq onun sahibliyində olan evdə yaşamaqda davam edir. Hesab edir ki, İddiaçı bu günə qədər evdən çıxmamaqla ona maddi və mənəvi zərər vurmuşdur. Eyni zamanda əsassız olduğu üçün ilkin iddianı qəbul etmir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Cavabdeh X12 və maraqlı şəxs X7 birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Birinci instansiya məhkəməsi MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı, Cavabdeh və X12 apellyasiya şikаyətlər vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı appellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq, Şəki rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsinin ilk iddianın rədd olunmuş hissəsində ləğv edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə saxlanılması, yaxşılaşdı-rılması və yenidənqurulması üçün çəkilmiş xərclərin, konkret olaraq:-18539 (on səkkiz min beş yüz otuz doqquz) manatın, Şəki rayon Məhkəməsinin 14.04.2014-cü il tarixli, 2(075)-64/2014 saylı qətnaməsi üzrə ödəniləcək kompensasiya məbləği ilə müqayisəsinin qalıq məbləği olan 6539 {altı min beş yüz otuz doqquz) manatın; 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məblğləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 abş dolları olmaqla 22 il üçün toplam, 4389 (dörd min üç yüz səksən doqquz) abş dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, və evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç} manatın; Ümumilikdə 4389 (dörd min üç yüz səksən doqquz) abş dollarının, məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 8392 (səkkiz min üç yüz doxsan iki) manatın cavbdehlər Cavabdeh və X4 müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh appellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsinin ilk iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməməsi, tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X12 appellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 saylı qətnaməsi ilk iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməməsi, tərəfimdən verilmiş qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər Cavabdeh və X12 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü və brahimxəlilov Natiq Cumay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(107)-71/2021 nömrəli məktubuna cavab olaraq Şəki şəhər İHB-nın hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, 7/567 nömrəli məktubda göstərilmişdir ki, X5 üzərində Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hərhansısa şəxsin qəyyum təyin edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 35.1-ci mаddəsinin tələbinə görə qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Göstərilən maddənin tələbinə əsasən hazırki məhkəmə iclasında X5 qəyyumu vəzifəsini icra edən orqan kimi Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin (səlahiyyətlərini və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə) iştirakının təmin edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Şəki Şəhər İH Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X38 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs X6 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı, Cavabdeh və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8818/5118 saylı, 20 noyabr 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)-64/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X5 cavabdehlər İddiaçı, X15, X25, X26, X27, X28, X16 və X21 ünvan 4 ünvanının tərkib hissəsindən istifadə hüquqlarına 12000 manat kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı X12 tərəfindən cavabdehlər İddiaçı, X22, X32, X33, X34, X35, X23 və X29 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən evdən onların istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(107)-581/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər İddiaçı, X15, X25, X26, X27, X28, X16 və X21 ünvan 4 ünvanının tərkib hissəsindən istifadə hüquqlarına 12000 manat kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)-64/2014 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı və X36 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)-64/2014 nömrəli qətnaməsi qüvvəsində saxlanılmışdır. İşdə olan Azərbaycan Respubliası Ali Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli, 2(102)-4337/2014 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X5 cavabdehlər İddiaçı, X15, X25, X26, X27, X28, X16 və X21 ünvan 4 ünvanının tərkib hissəsindən istifadə hüquqlarına 12000 manat kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(107)- 581/2014 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı və X36 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(107)- 581/2014 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(075)-1227/2014 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar X12 və X2 cavabdeh İddiaçı qarşı evin sənədlərinin qaytarılması və evə köçürülmə tələbinə dair iddiaları təmin edilərək, X12 və X2 İddiaçı Şəmşəddin oğlundan onların birgə mülkiyyətində olan ünvan 5 ünvanlı fərdi yaşayış evinə aid olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportu və 8818/5118 nömrəli Qeydiyyat Vərəqəsinin İddiaçı alınaraq X12 və X3 verilməsi, X12 və X2 Şəki şəhəri M.F.Axundov küçəsi, 3 saylı evə köçürülməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(107)- 882/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X12 və X2 cavabdeh İddiaçı qarşı evin sənədlərinin qaytarılması və evə köçürülmə tələbinə dair iddiaları üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(075)- 1227/2014 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 24 iyul 2014- cü il tarixli, 2(075)-1227/2014 nömrəli qətnaməsi qüvvəsində saxlanılmışdır. İşdə olan Azərbaycan Respubliası Ali Məhkəməsinin 03 aprel 2015-ci il tarixli, 2(102)-1233/2015 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar X12 və X2 cavabdeh İddiaçı qarşı evin sənədlərinin qaytarılması və evə köçürülmə tələbinə dair iddiaları üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2 (107)-882/2014 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(107)- 882/2014 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X12 və X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən son 3 ildə istifadə etdiklərinə kirayə haqqı kimi 3600 manat pulun onlardan müştərək qaydada alınıb ona verilməsi, qanunsuz tikinti quraşdırma işləri aparılıbsa onların öz hesabına sökülərək inşaat materiallarının onların mülkiyyətinə verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdehlərdən ona vurduqları 88000 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb ona verilməsi tələbinə dair ilk iddialarının təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 nömrəli qərardadına əsasən iddiaçılar X12 və X2 iddia tələblərinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, evinin və həyətyanı torpaq sahəsinin onun təhvil verdiyi kimi yararlı qaydada ona təhvil verilməsi ilə bağlı hissəsinə xitam verilməsinın nəzərə alınması, qarşılıqlı iddianın X36, X42, X43, X44, X45, X37, X39, X24 və X17 iddialarına münasibətdə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi, 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq qarşılıqlı iddia üzrə İddiaçı verilməsi, İddiaçı qarşılıqlı iddia tələbinin X12 və X3 qarşı hissəsi və qalan hissəsinin təmin edilməməsi, iddiaçılar X12 və X2 ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun özlərinə aid edilməsi, cavabdehlər İddiaçı, X36, X42, X43, X44, X45, X37, X39, X24 və X17 qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun 10 manatının özlərinə aid edilməsi, 20 manatının isə Cavabdeh alınaraq qarşılıqlı iddia üzrə İddiaçı qaytarılması, iş üzrə məhkəmə-tikintitexniki ekspertizası ilə bağlı ödənilməli olan 80 manat ekspertiza xərcinin İddiaçı, X36, X42, X43, X44, X45, X37, X39, X24 və X13 müştərək qaydada alınaraq dövlət büdcəsinə- АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 50 və 145 manat olmaqla, cəmi 195 manat ekspertiza xərcinin Cavabdeh alınaraq dövlət büdcəsinə- АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(107)-685/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçılar X12 və X6 tərəfindən, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)-9/2018 nömrəli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh apellyasiya şikayətinin təmin olunması hissəsində -yəni Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)- 9/2018 nömrəli qətnaməsinin “qarşılıqlı iddia tələbi İddiaçı iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi” hissələrində ləğv edilərək hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir. İşdə olan Azərbaycan Respubliası Ali Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2 (102)-3657/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qərardadından verilmiş olduğu kassasiya şikayəti qismən təmin olunmuş və Şəki Apellyasiya Məhkəməsinin MKnın 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qərardadı – «hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi» hissəsində ləğv edilmiş və həmin hissədə İddiaçı ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan Azərbaycan Respubliası Ali Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2 (102)-7184/2019 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X12 və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 mart 2019-cu il tarixli, 2(107)-685/19 saylı qətnaməsinin həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan 06 yanvar 2017-ci il tarixdə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 06 yanvar 2017-ci il tarixli, 21317 saylı rəyinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən X5 mülkiyyətində olan yaşayış evində və evin həyətyanı sahəsində yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin ümumi dəyərinin 18539,00 manat, o, cümlədən ustaların əmək haqqının 8612 manat və istifadə edilmiş tikinti materiallarının dəyərinin 9927,0 manat məbləğində olduğu müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan məhkəmə mühasibatlıq ekspertizasının 17 avqust 2017-ci il tarixli, 6791 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 21955,48 ABŞ dolları təşkil etməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 25 aprel 2017-ci il tarixdə EM-nə daxil olmuş və 05 centyabr 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının 10542 saylı rəyinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 19955,48 ABŞ dolları təşkil etməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19 və 29-cu maddələrinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.2, 157.7, 385.1, 386.1, 1091.1 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8818/5118 saylı, 20 noyabr 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. 1996-cı ildə iddiaçı X5 qohumu Cavabdeh ilə cavabdeh İddiaçı arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 12500 ABŞ dollarına alqısatqısı ilə bağlı şifahi razılıq əldə edilmişdir. Tərəflər arasında razılıq əldə edildikdən sonra cavabdeh İddiaçı Cavabdeh evin dəyəri ilə bağlı ödəməli olduğu məbləğin 6266 ABŞ dollarını ödəmiş və qalan hissəsini də sonradan ödəcəyinə razılaşaraq ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışdır. Lakin, sonradan Cavabdeh İddiaçı qalan pulu istədikdə, İddiaçı pulu ödəyə bilmədiyini bildirmiş və Cavabdeh verdiyi pulun geri qaytarılması müqabilində həmin evdən çıxmasını təklif etmişdir. Lakin, həmin vaxt Cavabdeh da maddi vəziyyəti yaxşı olmadığından o, həmin pulu geri qaytara bilməmiş, 10 ildən artıq müddət keçdikdən sonra isə Cavabdeh İddiaçı ilə görüşüb ona ödədiyi məbləğdən də artıq məbləğ verməsi qarşılığında evdən çıxmasını təklif etsə də, artıq tərəflər bu barədə öz aralarında razılığa gələ bilməmişlər. İşin bu halları işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Eyni zamanda Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)-64/2014 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçı X5 cavabdehlər İddiaçı, X15, X25, X26, X27, X28, X16 və X21 ünvan 4 ünvanının tərkib hissəsindən istifadə hüquqlarına 12000 manat kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı X12 tərəfindən cavabdehlər İddiaçı, X22, X32, X33, X34, X35, X23 və X29 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən evdən onların istifadə hüquqlarına xitam verilməsi, Şəki Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli, 2(075)-1227/2014 nömrəli qətnaməsinə əsasən iddiaçılar X12 və X2 cavabdeh İddiaçı qarşı evin sənədlərinin qaytarılması və evə köçürülmə tələbinə dair iddiaları təmin edilərək, X12 və X2 İddiaçı Şəmşəddin oğlundan onların birgə mülkiyyətində olan ünvan 5 ünvanlı fərdi yaşayış evinə aid olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportu və 8818/5118 nömrəli Qeydiyyat Vərəqəsinin İddiaçı alınaraq X12 və X3 verilməsi, X12 və X2 Şəki şəhəri M.F.Axundov küçəsi, 3 saylı evə köçürülməsi və Şəki Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2 (075)-105/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X5 cavabdehlər İddiaçı, X22, X32, X33, X34, X40, X23 və X30 qarşı “mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiaları qismən təmin edilərək, İddiaçı, X36, X42, X43, X44, X47, X37 və X1 Natiq Cumay oğlunun xüsusi mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən 3 nömrəli evdən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmaları qərara alınmışdır. İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün ödədikləri 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün çəkdiyi xərclərin, konkret olaraq -18539 (on səkkiz min beş yüz otuz doqquz) manatın, 2013-cü ildən, yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 ABŞ dolları olmaqla, 22 il üçün toplam 4389 (dörd min üç yüz səksən doqquz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə, evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç) manatı əlavə etməklə ümumilikdə 24344,48 (iyirmi dörd min üç yüz qırx dörd tam, yüzdə qırx səkkiz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 (iyirmi min üç yüz doxsan iki) manatın, 30 manat dövlət rüsumunun Cavabdeh və X4 alınaraq ona ödənilməsini tələb edirlər. Cavabdehlər Cavabdeh və X12 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddiasının rədd edilməsi, onların İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyanın alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə və iş üzrə dindirilmiş tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, ilkin İddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən evin alqı-satqısı ilə bağlı 1996-cı ildə 6266 ABŞ dollarını ödəmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən İddiaçı öz ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmaları qərara alınmışdır. Lakin, İddiaçı verdiyi 6266 ABŞ dolları Cavabdeh tərəfindən bu günədək ona qaytarılmamışdır. Göründüyü kimi Cavabdeh İddiaçı hesabına qanuni və hüquqi əsasları olmadan 6266 ABŞ dolları pul əldə etmişdir. Lakin, onun bu cür varlanmaya haqq qazandıran qanuni əsası və ya müqavilə əsasları olmamışdır. Beləliklə də, cavabdeh iddiaçının hesabına hüquqi və ya müqavilə əsasları olmadan varlanmışdır. Buna görə də İddiaçı Cavabdeh verdiyi 6266 ABŞ dollarının ötən müddətlə müqayisədə hazırki indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarını tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 avqust 2017-ci il tarixli, 6791 saylı rəyində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 21955,48 ABŞ dolları, məhkəmə mühasibatlıq ekspertizasının 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı rəyində isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 1995-ci ildən 09 iyun 2016-cı il tarixədək olan dövr üzrə 8266,0 ABŞ dolları pulun hazırki ekspertiza tədqiqatı ilə infilyasiya səviyyəsi ABŞ dollarının Azərbaycan manatına olan (Mərkəzi bankın müvafiq dövr üçün valyuta məzənnələri ilə nəzərə alınmaqla) nisbəti 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyası nəzərə alınmaqla cəmi 19955,48 ABŞ dolları təşkil etməsi göstərilmişdir. 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı ekspert rəyinin məzmunundan görünür ki, ekspert 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları olması qənaətinə gəlsə də, o nəticə hissədə 8266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları olmasını göstərmişdir. Halbuki 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı və 17 avqust 2017-ci il tarixli, 6791 saylı ekspert rəylərində hesablamaların eyni qaydada aparılması, hər iki rəydə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara və 01 yanvar 2006-cı il tarixdən Azərbaycan manatının denominasiyasına istinad edilməsi və 18 avqust 2017-ci il tarixli, 6791 saylı ekspert rəyində 8266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 21955,48 ABŞ dolları olmasının göstərilməsi onu deməyə əsas verir ki, 05 sentyabr 2018-ci il tarixli, 10542 saylı ekspert rəyinin nəticə hissəsində ekspert tərəfindən 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyərinin 19955,48 ABŞ dolları göstərilməsi nəzərdə tutulmuşdur. Ona görə də İddiaçı Cavabdeh vermiş olduğu 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə tələb etməkdə haqlıdır. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları ilə bağlı hissəsinin Cavabdeh ilə yanaşı X4 tələb edilməsi ilə bağlı hissəsinə münasibətdə 6266 ABŞ dollarının yalnız iddiaçı tərəfindən Cavabdeh verilməsini, həmin məbləğin hər hansı bir hissəsinin X8 verilməməsini, həmin məbləğin geri qaytarılması ilə bağlı X5 hər hansı bir öhdəliklərinin yaranmamasını nəzərə alaraq iddianı əsassız hesab etmişdir. Bundan başqa ilkin İddiaçı məhkəmə iclasında özü bildirmişdir ki, 20 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə qarşılıqlı iddiaçı X5 mülkiyyətində olan qeyd edilən mübahisəli evdə yaşayırlar. Həmin qeyd edilən müddətdə hər hansı kirayə haqqı ödəməmiş, həmçinin həmin evdə ailə üzvlərinin daha əlverişli şəraitdə yaşamalarının təmin edilməsi məqsədilə yaxşılaşdırma işləri aparmışlar. Həmçinin Şəki Rayon Məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2(075)- 64/2014 nömrəli qətnaməsinə əsasən X12 tərəfindən cavabdehlər İddiaçı, X22, X32, X33, X34, X35, X23 və X29 cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən evdən onların istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. Keçən bu müddət ərzində də ilkin iddiaçı və ailə üzvləri mübahisəli evi tərk etməmiş, indiyədək də həmin evdə yaşamqda davam edirlər. Birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq ilkin iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanılması, yaxşılaşdırılması və yenidənqurulması üçün çəkdiyi xərclərin, konkret olaraq - 18539 manatın, 2013-cü ildən yəni məhkəmələrin başlanmasından ötən müddət ərzində özünə və ailəsinə vurulmuş mənəvi əzabların əvəzi olaraq, yuxarıda qeyd edilən, evin alınması üçün ödənilmiş məbləğə həmin məbləğin hər keçən il üçün 1%-i (1996-2019), yəni uyğun olaraq hər ötən il üçün 199.5 ABŞ dolları olmaqla, 22 il üçün toplam, 4389 ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilmiş xərclərə görə ümumi məbləğin 10%-i yəni 1853 (bir min səkkiz yüz əlli üç) manatı əlavə etməklə ümumilikdə 24344,48 (iyirmi dörd min üç yüz qırx dörd tam, yüzdə qırx səkkiz) ABŞ dollarının məhkəmə qərarının qəbul edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 20392 (iyirmi min üç yüz doxsan iki) manatın cavabdehlərdən alınaraq ona ödənilməsinin qarşılıqlı iddiaçılara hər hansı bir aidiyyətinin olmamasını nəzərə alaraq iddia tələbinin həmin hissəsini də əsassız hesab edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçılar Cavabdeh və X5 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyanla bağlı tələblərinə münasibət bildirərək hesab edir ki, onlar İddiaçı tərəfindən onlara 54000 manat maddi və 5000 manat mənəvi ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutunu (sənədini) məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilərək 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddiaçı Cavabdeh alınaraq ilkin İddiaçı verilməli, həmçinin ilkin iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçılar Cavabdeh və X5 ilkin İddiaçı 54000 manat maddi və 5000 manat mənəvi ziyan məbləğinin alınaraq onlara ödənilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı ilkin iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilməli, 20 manatı isə qarşılıqlı iddiaçı Cavabdeh alınaraq ilkin İddiaçı qaytarılmalıdır. Cavabdeh və X5 qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 80 manat ekspertiza xərci İddiaçıdan alınaraq dövlət büdcəsinə-АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməlidir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 50 və 145 manat olmaqla, cəmi 195 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-АZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehlərin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apellyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı, cavabdehlər Cavabdeh və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh və X12 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)-69/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar