Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-71/2025 23.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş sahədən cavabdehlərin çıxarılması, zəbt edilmiş sahənin boşaldılması və zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X13 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş sahədən cavabdehlərin çıxarılması, zəbt edilmiş sahənin boşaldılması və zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli 407-4018/68 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı rayonu Əhən kəndi ünvanında 0,1288 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 31,5 kv.metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizələrlə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evinin pəncərəsi qarşısının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılması, həmin zəbt edilmiş hissənin boşaldılması və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonu Əhən kəndində yaşayır. Mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərindəki yaşayış və qeyri yaşayış obyektləri cavabdehlərə məxsus fərdi yaşayış evi ilə qonşuluqda yerləşir. Mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 31.5 kv.m olan fərdi yaşayış evinə dair DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən adına 21 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ve həmin tarixli 407-4018/68 invertar nömrəli texniki pasport verilmişdir. 21 sentyabr 2017-ci il tarixli 407 4018/68 invertar nömrəli texniki pasportda 0,1288 hektar həyətyanı torpaq sahəsi üzərində cavabdehlərə məxsus tikili mövcuddur. Mübahisəli tikilini söküb yerində başqa təyinatlı tikinti tikmək istəsə də cavabdehlər həmin ərazinin ata-baba yurdları olmasını göstərərək ona həmin ərazini sökməyə və istədiyi kimi tikinti işləri aparmağa maneçiliklər törədirlər. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində bir ildən artıqdır ki, torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Həmin tikili onun mülkiyyət hüququnu məhdudlaşdırır. Mübahisəli tikilini söküb yerində başqa təyinatlı tikinti tikmək barədə cavabdehlərə çoxsaylı xahişlər edilməsinə baxmayaraq, sonuncular həmin təmir-tikinti işlərinin aparılmasına maneəçilik törədirlər. Bu səbəbdən hesab edir ki, məhkəmə qətnaməsi əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evimin pəncərəsi qarşısının cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlər çıxarılmalı, həmin zəbt edilmiş hissə boşaldılmalı və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmalıdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,1288 hektar həyətyanı torpaq sahəsinin üzərində evimin pəncərəsi qarşısının cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən cavabdehlərin çıxarılması, həmin zəbt edilmiş hissənin boşaldılması və həmin zəbt edilmiş hissəyə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli 407- 4018/68 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı rayonu Əhən kəndi ünvanında 0,1288 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 31,5 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/6437 nömrəli ekspert rəyi ilə İsmayıllı rayonu Əhən kəndi ərazisində yerləşən, iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin dövlət qeydiyyatına alındığını (Seriya ******* nömrəli çıxarışa əsasən) nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Lakin 06 avqust 2023-cü il tarixli, 10/6437 nömrəli ekspert vəsatətində qeyd olunan eskiz-layihə sənədləri Mərkəzə təqdim edilmədiyindən cavabdehə məxsus tikilinin (fərdi yaşayış evinin) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-42/2-2741/2024 nömrəli məktubuna əsasən hüquqların dövlət reyestrində **********30-10301 saylı çıxarışla qeydiyyata alınmış, iddiaçının mülkiyyətində olan 0,0091 hektar (91 kv.metr) hissədə faktiki naturada Cavabdeh1 istifadəsindədir.
5. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının razılığı olmadan cavabdehlərin istifadə etməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir.
6. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərəsi qarşısında zəbt edilmiş 0.0091 hektar hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, zəbt edilmiş hissə boşaldılmalı və zəbt edilmiş hissəyə dair iddiaçının mülkiyyət hüququna cavabdehlər tərəfindən edilən maneçiliklərə qadağa qoyulmalıdır.
7. İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərəsi qarşısında zəbt edilmiş 0.0091 hektar hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, zəbt edilmiş hissənin boşaldılması və zəbt edilmiş hissəyə dair iddiaçının mülkiyyət hüququna cavabdehlər tərəfindən edilən maneçiliklərə qadağa qoyulması, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 239-cu maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın və həmin tarixli 407- 4018/68 inventar nömrəli texniki pasport İsmayıllı Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(037)-435/2019 nömrəli qətnaməsi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/6437 nömrəli ekspert rəyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-42/2-2741/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyi JN-097F KOD 40704018 nömrəli Şəhadətnamə
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışda 31.5 kv.metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,1288 hektar həyətyanı torpaq sahəsi iddiaçının qardaşı X7 məxsusdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 764/2016 saylı qərarı ilə DƏDRX–nin 9saylı Ərazi İdarəsinin üzərinə “X3 və RzayevaGülarə Əlmirzə qızının adlarına verilmiş JN-0971F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 0,045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0,045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması yaşayış evini cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırmış, iddianın qismən təmin olunması barədə 19 oktyabr 2016-cı il tarixdə 2-1(84)-764/2016 saylı qərar qəbul olunmuşdur. Həmin qərarla cavabdeh Azərbaycan Respublikası ƏMDKyanında DƏDRXnin 9 saylı Ərazi İdarəsinin üzərinə X6 və X8 adlarına verilmiş JN0971F saylıtorpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadrat metr hissəsinin ləğv edilməsi və ləğv olunması tələb olunan 437,8 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı X4 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. Halbuki, mərhum X1 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini, tövləsini, həyətyanı torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. X5 19 fevral 2003-cü ildə ildə, onunla bir ailədə yaşayan, ailə qurmamış qızı Rzayeva (əslində Xankişiyeva)Gülarə Əlimirzə qızı isə 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Cavabdeh1 vəsiyyət üzrə vərəsə kimi mirası faktiki qəbul etmiş, idarə etmiş və həmin evdə yaşayır. Beləliklə də, qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin qərar əsasında Azərbaycan Respublikas ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi X4 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0438 hektar torpaq sahəsinə dair vahid mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07 fevral 2017-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir. Eyni zamanda həyətyanı torpaq sahəmin tərkib hissəsi olan 0,085 hektar torpaq sahəsinə dair də X4 mülkiyyət hüququ 09 avqust 2017-ci il tarixdə **********51 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsinin Qardaşov MirzağaMirzəli oğlunun mülkiyyətinə hansı hüquq əsasında keçirildiyi məlum deyildir. Bundan sonra X12 mülkiyyətində olan həmin daşınmaz əmlakları, yəni RX seriyalı ******* saylı çıxarış üzrə 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsini İsmayıllı rayon dövlət notariat kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 40-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında və RX seriyalı ******* saylı çıxarış üzrə 0,085 hektar torpaq sahəsini İsmayıllı rayon dövlət notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 48-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bacısı İddiaçı bağışlamışdır. İddiaçı həmin İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi 0,1288 hektar torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylıƏrazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixdə **********30-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi qeydə alınaraq ona RX seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla da mülkiyyətdə olan həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeyri-qanuni olaraq İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh1 qeyd edilənlər barədə məlumat aldıqdan sonra X22 Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 saylı 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə 2- 1(84)- 764/2016 saylı mülki iş üzrə Cavabdeh1 üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-764/2016 saylı qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Həmin mülki işə Şəki İnzibati-İqtisadi Məhkəməsində yenidən baxılaraq iddiaçı X12 iddiasını geri götürdüyündən iş üzrə icraata xitam verilməsi barədə 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardad qəbul edilmişdir. Beləliklə də ləğv edilməsi tələb olunan hüquqmüəyyənedici sənədlərin alınmasına səbəb olan 2-1(84)- 764/2016 saylı qətnamə hüquqi qüvvəsini itirdiyindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylıƏrazi İdarəsi tərəfindən X4 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07 fevral 2017-ci il tarixdə qeydə alınaraq verilmiş RX seriyalı ******* saylı çıxarış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən X4 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi o l a n 0,085 hektar torpaq sahəsinə dair X4 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 09 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınaraq verilmiş RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, X12 ilə İddiaçı arasında bağlanmış, RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıllı rayon dövlət notariat kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 40-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllırayon Əhən kəndində yerləşən 0,085 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıl rayon dövlət notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi hüquqi qüvvəsini itirmişdir. İsmayıllı rayon Məhkəməsi tərəfindən ilk əvvəl Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022nömrəli, 14 iyun 2022- ci il tarixli qərardadına əsasən X12 ilə İddiaçı arasında bağlanmış, RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.metr sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıllı rayon dövlət notariat kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 40-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 0,085 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıl rayon dövlət notariat kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarlı olub-olmadığı müəyyən edilməli idi.
12. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsinin yerində sərhədləri müəyyən edilməmiş, rəsmi sənədlərə əsasən İddiaçı mülkiyyətində olan 0.1288 hektar həyətyanı torpaq sahəsi yerində faktiki ölçülərkən, rəsmi sənədlərdə göstərilən sərhədlərlə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş və artıq və ya əskik torpaq sahəsi olub-olmaması müəyyən edilməmişdir.
13. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə qoyulan maneələrin aradan qaldırılmasını tələb etsə də, həmin maneələrin konkret olaraq nədə ifadə olunmasını, hansı üsul və vasitə ilə həyata keçirilməsini, belə maneənin cavabdehin istifadə hüququnun hədlərini aşaraq, iddiaçının mülkiyyət hüququna müdaxilə etməsini və s. bu kimi zəruri halları göstərməmiş, tələbini əsaslandırmamışdır. Eləcə də, birinci instansiya məhkəməsi maneələrin nədə ifadə olunması müəyyən edilmədən, ümumi qaydada qoyulan həmin tələbi təmin etmişdir ki, qətnamə qeyd edilən hissədə qeyri-müəyyən olmaqla, anlaşılmazdır
14. Eyni zamanda hazırkı işdə iddia tələbindən heç bir qanuni əsas olmadan kənaraçıxma mövcuddur. Belə ki, iddiaçı iddia tələbində “zəbt edilmiş hissənin boşaldılması” tələb etmədiyi halda məhkəmə qanunsuz olaraq “zəbt edilmiş hissənin boşaldılması” nəticəsinə gəlmişdir.
15. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)- 15/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 11-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-64/2023 nömrəli Qərarından müəyyən edilir ki, hazırki iş üzrə Cavabdeh1 Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X4 adına olan ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi çıxarışdakı torpaq sahəsi JN-097F saylı şəhadətnaməyə əsasən mərhum X2 məxsus olmuş və mərhum G.Xankişiyeva sağlığında xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini və tövləsini, həyətyanı torpaq sahəsini ona vəsiyyət etmiş, özü həmin miras əmlakı faktiki qəbul və ona sahiblik etmişdir. Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2- 1(107)-256/2022 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-64/2023 nömrəli Qərarları ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 izah olunmuşdur ki, miras əmlakla, o cümlədən vəsiyyətnamə üzrə miras əmlakla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə dair hissədə üçüncü şəxslərə münasibətdə ləğvini tələb etməzdən əvvəl, bu qərarın 32-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı ilk növbədə özünün həmin əmlakda vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin həllinə nail olmalıdır. Yalnız vəsiyyətnamə üzrə miras payın müəyyən edilməsi ilə bağlı məsələ həll olunduqdan və iddiaçının miras əmlakda payının həcmi dəqiqləşdikdən sonra, zərurət yarandığı təqdirdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı miras əmlakdan ona çatan pay həcmində və ya hissədə mübahisələndirə bilər. Göründüyü kimi, apellyatorun X4 adına olan xx.xx.2017-ci ildə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğvi ilə bağlı tələbi təmin edilməmişdir. Nəticədə, həmin Çıxarış əsasında edilmiş bağışlama müqavilə ilə əldə edilmiş hazırki iddiaçının adına olan 21 sentyabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış da qüvvədədir. Apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Bundan başqa, İsmayıllı Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(037)- 435/2019 nömrəli qətnaməsi ilə hazırki iddiaçının adına olan həmin Çıxarış əsasında işə baxılmaqla İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Əhən kəndi ərazisində yerləşən 0,1288 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan yaşayış və qeyri-yaşayış obyektlərinə sahiblik və istifadə hüquqlarının məhdudlaşdıran hərəkətlər etməsi cavabdehlər Cavabdeh2 Müsənnif oğlu, Cavabdeh1 Müsənnif oğlu və X9 qadağan edilmişdir. Kollegiya həmin qətnamə ilə bağlı onu da qeyd edir ki, həmin iş üzrə iddiaçı mübahisəli torpaq sahəsində mövcud olan tövlə tikilisinin sökülməsinə cavabdehlərin maneə törətməsinə əsaslanmışdır. Həmin qətnamə üzrə icra vərəqinin icrasına xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında Qərarla xitam verilmişdir. Hazırki işdə isə iddiaçı həmin tövlə tikilisinin söküldüyünü, lakin sonradan evinin pəncərəsinin qarşısında yeni tikili inşa edildiyini bildirir. Kollegiya hesab edir ki, həmin iş hazırki iş üzrə sübut və preyudiosial əhəmiyyət kəsb etsə də, iddia tələblərinin əsasları fərqli olduğundan məhkəmə hazırki iddianı icraata qəbul etməklə baxmaqda haqlı olmuşdur.
25. Apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası tərəfindən Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən İddiaçı məxsus 0.1288 hektar həyətyanı torpaq sahəsi sənəd üzrə və naturada hansı ölçülərdə və koordinatlarda yerləşdiyi; həmin torpaq sahəsinin hansı hissədə və koordinatlarda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunduğu; JN- 097F KOD 40704018 nömrəli Şəhadətnamə ilə X10 və X11 verilmiş İsmayıllı rayon Əhən kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə hansı ölçülərdə və koordinatlarda yerləşdiyi; həmin torpaq sahələrinin hansı hissədə, ölçülərdə və koordinatlarda üst-üstə düşdüyü məsələlərinə aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikitni-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli ekspert vəsatəti ƏMDX-nin müvafiq mütəxəssis rəyinin təqdim olunması xahiş edilmişdir. Mütəxəssis rəyinin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi ilə bağlı məktubu ilə Azərbaycan Respublikası Tarif Şurasının 31 iyul 2023-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun hesablanmış 95 manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi bildirilmişdir. Həmin xidmət haqqının ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə məktub göndərilməsinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinin izah olunmasına baxmayaraq, ödənişin edilməsi təmin edilməmişdir. Belə ki, xidmət haqqının ödənilməməsi ekspertizanın keçirilməsini qeyri-mümkün edəcəyindən, müəyyən olunması üçün ekspertiza təyin edilən fakt məhkəmə tərəfindən, həmin qanun normasının tələbinə əsasən, cavabdehlərin əleyhinə təsdiq olunmuş hesab oluna bilər.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 152 və 157-ci maddələrinin (bax bənd 19) tələbindən görünür ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, mülkiyyətə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqularından ibarətdir ki, bu hüquqlara müdaxilə və ya maneə edən hər bir hərəkət nədə ifadə edilməsindən asılı olmayaraq qadağan edilir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.2024-cü ildə birinci instansiya məhkəməsinə verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlərin zəbt edilmiş hissədən çıxarılmasını, zəbt hissəsinin boşaldılmasını və həmin hissəyə dair mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçının torpaq sahəsinin boşaldılması barədə tələbi mövcuddur.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-15/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.