Məhkəmə qərarları › İş №2(107)-711/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-711/2020

03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-711/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc, onun tərəfindən notariusun informasiya sisteminə ödənilmiş 92 (doxsan iki) manat, kredit müqaviləsinə görə ödədiyi cəmi 24 (iyirmi dörd) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 8146 (səkkiz min yüz qırx altı) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğdə borcun, xx.xx.2018-ci il tarixdə Reyestrdə 3 M-277 nömrə ilə qeyd edilmiş notariusun informasiya sisteminə ödənilmiş 92 (doxsan iki) manatın, “xxxxxxxxxxxx'’ ASC-nə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə bir qəbz 16 (on altı) manat, 8 (səkkiz) manat olmaqla, cəmi 24 manatın və həmçinin dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun, cəmi 8146 (səkkiz min yüz qırx altı) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ilə çoxdan tanışdır və çox yaxın dostluq münasibətləri olmuşdur. O, taksi sürücüsü olduğu üçün dəfələrlə onun avtomobili ilə müəyyən yerlərə gedib-gəlmişlər. Aralarındakı dostluq münasibəti çox səmimi olmuşdur. 2019-cu ilin mart ayının ortalarında Cavabdeh onun yanına gələrək 8000 manat pul lazım olduğunu bildirmişdir. O, cavabdehə yaxın vaxtda özünə yeni avtomobil almaq istədiyini, qaytara biləcəyi təqdirdə borc vəcəyini bildirmişdir. Cavabdeh ona pulu xx.xx.2019-cu il tarixə kimi bankdan kredit götürüb qaytaracağını bildirmişdir. O cavabdehə bildirmişdir ki, pulu yalnız notariat qaydasında ona verə bilər. Cavabdeh də onunla razılaşmışdır. Mingəçevir regional "Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 xx xxxxx 2019-cu il tarixdə təsdiq edilmiş Kredit Müqaviləsinə əsasən Cavabdeh 8000 (səkkiz min) manat pulu “Asan xidmət” X3 adna depozid açılıb yatırılmış və həmin gün də Cavabdeh həmin pulu bankdan götürmüşdür. Cavabdeh 8000 (səkkiz min) manatı xx xxxxxx 2019-cu il tarixdə ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müddətin bitməsinə baxmayaraq Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmir və borc götürdüyü pulu bu günə qədər ona qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini xahiş etsə də, cavabdeh şüurlu surətdə borcu ödəməkdən yayınır, onun telefon zənglərinə cavab vermir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə Cavabdeh iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ondan süi istifadə edərək (aldadaraq) müqavilədə göstərilmiş 8000 manatı rəsmi olaraq onun adına ödəmiş, o, həmin puldan 6000 manatını özünə qaytarsa da, sonradan məhkəmə qaydasında ondan 8000 manat pul tələb etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1790/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiqlənmiş xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 8000 manat borc pul vermiş və Cavabdeh borcu xx xxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, 64-150, 64-151, qəbzlərdən görünür ki, İddiaçı “xxxxxxxxxxxx” ASC-nə 92 manat və 8 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli TT**********179800 və TT**********52716 nömrəli qəbzlərdən görünür ki, İddiaçı 8000 manat və 16 manat məbləğində pulu “xxxxxxxxxxxx” ASC vasitəsi ilə Cavabdeh hesabına göndərmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabehə müqavilə imzalandığı gündən xx xxxxxx 2019-cu il tarixədək faizsiz olaraq 8000 manat məbləğində borc pul vermişdir. Kredit müaqiləsinə müvafiq iddiaçı öz üzərinə düşən hərəkətləri etmişdir. Lakin iddiaçı cavabdehdən borcun müəyyən edilmiş müddətdə tam və birdəfəlik ödəməsini gözləsə də cavabdeh, iddiaçıya borcu indiyədək ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında notariatda təsdiq edilmiş borc müqaviləsi bağlanmış və həmin müqavilədə borcun məbləği, tərəflərin öhdəlikləri, icra vaxtı və qaydası, eləcə də borc alanın məsuliyyəti müəyyən olunmuş və tərəflər notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdar edilmişlər. Müqavilə bilavasitə tərəflərin iştirakı ilə bağlanmış və onlar tərəfindən imzalanmışdır. Öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edən Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müəyyən olunduğu kimi, tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən müqavilə bağlanmış və həmin müqavilənin məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, müqavilənin predmeti olan 8000 manat pul məbləği Cavabdeh оğluna verilmişdir. Əks təqdirdə o, müqaviləni imzalamaz və dərhal müqavilənin ləğvini və ya etibarsızlığını tələb edərdi. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Göstərilən norma öhdəliyin icrası ilə əlaqədar tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Normaya görə kreditor tərəfindən verilmiş pul məbləğini qaytararkən borclu kreditordan borcun qaytarılmasını təsdiq edən sənədin verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 8000 manat məbləğində borc puldan əlavə olaraq xx.xx.2018-ci il tarixdə Reyestrdə 3 M-277 nömrə ilə qeyd edilmiş notariusun informasiya sisteminə ödənilmiş 92 (doxsan iki) manat, “xxxxxxxxxxxx'’ ASC-nə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə 16 (on altı) manat və 8 (səkkiz) manat olmaqla, cəmi 24 (iyirmi dörd) manat və 30 (otuz) manat dövlət rüsumunu iddiaçının xeyrinə tutmasını qət etməkdə də haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdehndаn 8146 (səkkiz min yüz qırx altı) manat məbləğində pulun аlınаrаq iddiаçı İddiaçınа verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1790/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar