Məhkəmə qərarları › İş №2(107)-711/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-711/2025

07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-711/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq cavabdehin Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 Musavər oğlu və Cavabdeh3 Musavər oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün göndərilməsi) X1 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi Nümayəndə və onun nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 Musavər oğlunun, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq cavabdehin Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 Musavər oğlu və Cavabdeh3 Musavər oğlunun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)-16/2025 nömrəli qətnaməsi ilə (Ülvi Qənbərov) iddia tələbinın təmin edilməsi, iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətində olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6291/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 saylı planda ( M1:2000) hüdudları göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,96 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpər ( AA 014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,12 ha (reyestr nömrəsi: **********25) və AA 006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,03 ha (reyestr nömrəsi: **********84) yaşayış məntəqəsi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşən hissə istisna olunmaqla) cavabdehlər, Cavabdeh4, Cavabdeh2, İsmayılov X8 və Cavabdeh3 Musavər oğlunun hesabına sökülməsi, AA 014832 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,12 ha, AA 006188 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən 0,03 ha, o cümlədən həmin ərazidə yerləşən ümumi sahəsi 150,0 kv/m olan yarımçıq tikililərin altındakı torpaq sahəsinin hüdudlarından kənarda qalan cəmi 0,68 ha torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Musavər oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Musavər oğlu bildirdi ki, həmin torpaq sahəsində meyvə ağacları vardır. Onlar həmin meyvələrdən həm özləri istifadə edirlər, həm də maddi ehtiyaclarını qarşılamaq üçün satırlar. Məhkəmə aidiyyəti qaydalarının pozulmasına münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, həmin torpaq sahəsində 35 top fındıq kolları vardır. Onlar həmin məhsulun bir hissəsini özləri istifadə edirlər, digər hissəsini isə maddi ehtiyaclarını qarşılamaq üçün satırlar. Bundan başqa həmin torpaq sahəsində tikili vardır və oğlu Ehtiram həmin yerdə çayxana fəaliyyəti ilə məşğul olur. Məhkəmə aidiyyəti qaydalarının pozulmasına münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil cavadehlərlə eyni məzmunda çıxış edərək məhkəmə aidiyyəti qaydalarının pozulmasına münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi Nümayəndə və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, eyni zamanda məhkəmə aidiyyəti qaydalarının pozulmadığını bildirərək Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)- 16/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Bundan başqa elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, Cavabdeh3 Musavər oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********** nömrəli VÖEN açılmışdır. Bundan başqa elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulara əsasən əldə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 Musavər oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və adına ********* nömrəli VÖEN açılmışdır. İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi isə hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həm iş materialları həm də cavabdehlərin izahatları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Musavər oğlu və Cavabdeh3 Musavər oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi isə hüquqi şəxsdir. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs, digər tərəflərdən cavabdehlər Cavabdeh2, Cavabdeh1 Musavər oğlu və Cavabdeh3 Musavər oğlu sahibkarlıq statusuna malik olduqlarından hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)-16/2025 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(025)-16/2025 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar