Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-714/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X11 iştirakı; İddiaçı - İddiaçı və vəkili X6; Cavabdehlər - Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X8 və DSMF-nin nümayəndəsi X12 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-1785/2020 saylı qətnaməsi ilə (hаkim Günay Cavadova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ASC-dən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1794 manat ödənc və xx xxxxxxxx 2020-ci il tarixdən hər ay 138 manat aylıq ödəncin alınaraq İddiaçı verilməsi, iddia tələbi digər hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə və “xxxx” ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən hər ay 190 manat olmaqla, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər cavabdehdən 1000 manat, mənəvi zərərə görə hər cavabdehdən 5000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri 57 nömrəli X3 (SMD) fəhlə işləyərkən 1990-cı ildə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almış və buna görə 57 saylı SMD-dən hər ay müavinət alırmış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə onun işlədiyi 57 nömrəli SMD “xxxx"' ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə “xxxx" ASC-nin balansına keçənədək, yəni 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. “xxxx” ASC-nin tərəfindən isə xx xxxxxx 2005-ci ildən 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314 s saylı, xx.xx.2005cı il tarixli sərəncamında 57 nömrəli SMD "xxxx" ASCnin balansına keçirilərkən müəssisənin borcları da "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar “xxxx” ASC-dən 138 manat ödənc alırmışdır. Bu ödənc hər ay davam edirmiş, ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə “xxxx” ASC-yə müraciətlər edərək ona ödəniləcək məbləği şirkətdən tələb etsə də, həmin məbləğ onlara qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanı olaraq o, aidiyyatı ödənci almamışdır. Bundan sonra o, ödəncin alınması məqsədilə məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş və 966 manat ödəncin “xxxx” ASC-dən tutularaq ona verilməsi qət edilmişdir. Lakin 2019-cu ilin avqust ayından hazıradək ona ödənilməli olan ödənc yenə də ödənilməmiş qalmışdır. Cavabdeh “xxxx” ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla xx.xx.2019-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 13 aylıq ödəncin cəminin, yəni 2470 manatın birdəfəlik ödənilməsini, həmçinin aylıq ödəncin hər ay ödənilməsini istəyir. Qeyd edilən məsələlərlə bağlı o, maddi və mənəvi əzab çəkmişdir. Belə ki, dəfələrlə “xxxx” ASC-nin binasına getməsi, vəkil qurumuna müraciət etməsi ilə bağlı xərclər çəkmiş, eyni zamanda mənəvi iztirablar keçirmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, “xxxx” ASC-nin adı Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən dəyişdirilərək Cavabdeh2 ASC olmuşdur. İddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 nömrəli SDM “xxxx” ASC-nin balansına verildiyi üçün X10 xx xxxx 2009-cu il tarixli göstərişi əsasında xx xxxxxx 2019-cu il tarixədək hər ay 138 manat ödəncin verilməsi həyata keçirilmişdir. Lakin məhkəmə təcrübəsinə əsasən analoji işlərdə təmsil etdiyi orqana qarşı qaldırılmış iddialar təmin olunmamışdır və bu səbəbdən cavabdehə ödənclərin verilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, təmsil etdiyi orqan tərəfindən iddiaçıya hər hansı ödənc verilməmişdir. İddiaçının xəsarət aldığı müəssisə cavabdeh “xxxx” ASC-nin balansına keçdiyindən ödənc həmin müəssisə tərəfindən ödənilməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh2 (keçmiş “xxxx”) Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi qətnaməsini əsassız və qanuna zidd hesab edir. Belə ki, işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin və mülki qanunvericiliklə müəyyən edilmiş digər xərclərin əvəzinin işəgötürən tərəfindən ödənilməsi halının baş verməsi, bu hüququn işçidə yaranması üçün işəgötürənin tam və ya qismən təqsirli olması mütləqdir. İş materiallarından da görünür ki, baş vermiş bədbəxt hadisədə işəgötürənin tam və ya qismən də olsa təqsiri hər hansı sənədlə sübuta yetirilmir. Göründüyü kimi, məhkəmə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli araşdırmamışdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına istinad etmişdir. Sözügedən Qərarın 1.1-ci bəndinin 2-ci abzasına əsasən həmin qaydaların məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən etməsi nəzərdə tutulmuşdur. Qərardan da göründüyü kimi, işəgötürən tərəfindən işçiyə ödənclərin verilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş əsas şərt işəgötürənin təqsirliliyi, təqsirkar olmasıdır. (Həmin Qaydalarda nəzərdə tutulduğu kimi “təqsirkar işəgötürən”, “təqsirkar müəssisə”). Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri qaydasında işəgötürən tam və qismən təqsirli olmuş olardısa da belə ödənclərin hüquqi varis olmayan “xxxx” (Cavabdeh2) ASC-dən tələb edilməsi ağlabatan deyil. Belə ki, 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********357000 nömrəli məktubla “Yevlax Kəndtikinti” 57 nömrəli X1 hüquqi varisinin aşkar olunmaması bildirilmişdir. Həmçinin, keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Yevlax Kəndtikinti” 57 nömrəli X4 “xxxx” ASC-nin balansına xx xxxxxxx 2005-ci il tarixdə verildiyi, lakin özəlləşdirilmədiyi bildirilmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnaməsinin Cavabdeh2 ASC-dən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1794 manat ödənc və xx xxxxxxxx 2020-ci il tarixdən hər ay 138 manat aylıq ödəncin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi barədə yeni qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkili X15 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi barədə yeni qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF-nin nümayəndəsi X16 iddia tələbinin onlara münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X9 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)- 1785/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı hər ay 138 manat olmaqla, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 manatın cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 nömrəli SDM-də işlədiyi dövrdə əmək zədəsi almış, 60 faiz əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 nömrəli SDM “xxxx” ASC-nin balansına verilmişdir. X10 xx.xx.2019-cu il tarixli göstərişi ilə xx xxxxxx 2019-cu ilədək cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya hər ay 138 manat ödənc ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2008-ci il tarixli müayinə aktından çıxarışdan məlum olur ki, Yevlax 57 nömrəli X1 (PMK-57) fəhləsi İddiaçı xx.xx.1996-cı il tarixdə müayinə edilmiş və əmək qabiliyyətinin 60 faiz itirildiyi müəyyən edilmişdir. Həmin sənəddə də həmçinin bəlli olur ki, İddiaçı HƏEK-yə (indiki TSEK) Yevlax 57 nömrəli SDM tərəfindən göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X2 işlədiyi dövrdə əmək zədəsi almış, 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X5 “xxxx” ASC-nin balansına verilmişdir. “xxxx” ASC-nin adı Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən dəyişdirilərək Cavabdeh2 ASC olmuşdur. X10 xx.xx.2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış iddiaçıya xx.xx.2019cu il tarixədək aylıq ödəncin verilməsinin həyata keçirilmiş, həmin tarixdən ödənc dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 239.3-cü maddəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Cavabdeh2 ASC-yə qarşı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 138 manat olmaqla ödənilməmiş ödəncin ödənilməsi və bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsi hissəsində əsaslıdır. Apellyasiya şikayətində baş vermiş bədbəxt hadisədə işəgötürənin tam və ya qismən də olsa təqsiri hər hansı sənədlə sübuta yetirilməməsi barədə dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisədə işəgötürənin təqsirli olması işin mübahisələndirilməyən halıdır. Belə ki, “Yevlax Kəndtikinti” 57 nömrəli SDM “xxxx” ASCnin balansına keçənədək (2005-ci il) iddiaçıya hər ay müvafiq ödənc ödəmişdir. 2005-ci ildən 2019-cu ilin avqust ayınadək iddiaçı həmin ödənci “xxxx” ASC-dən almışdır. Həmin faktı birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 təsdiq edərək, həmçinin bildirmişdir ki, iddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 nömrəli SDM “xxxx” ASC-nin balansına verildiyi üçün X10 xx xxxx 2009-cu il tarixli göstərişi əsasında xx xxxxxx 2019-cu il tarixədək iddiaçıya hər ay 138 manat ödəncin verilməsi həyata keçirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1785/2020 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-714/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-714/2021
19.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver