Məhkəmə qərarları › İş №2(107)-715/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-715/2022

07.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-715/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə və Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “miras qalmış əmlakın qəbul edilməsinin müəyyən olunması və çıxarışın etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi, çıxarışın etibarsızlığı, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Rafiq oğlunun katibliyi, İddiaçı vəkili X27, Cavabdeh1 və onun vəkili X20, Cavabdeh2, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)-705/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Şərifova (Quliyeva) Kubra Tofiq qızına, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızına Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Ucar rayonu notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X10 məxsus, Ucar şəhəri, ünvan 1 ünvanda erləşən torpaq sahəsinin on birdə bir hissədə miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Ucar rayon notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 Sara Abdulxalıq qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından Sura, Oktay, Raya və Vaqif adlı övladları dünyaya gəlmişdir. İbrahim Musayev vəfat etdikdən sonra X84 Quliyevlə ailə həyat qurmuş, onların birgə nikahından Tofiq və Sahib adlı övladları dünyaya gəlmişdir. X44 1942-ci ildə, X21 01 fevral 1986-cı il tarixdə, X32 01 avqust 1995ci il tarixdə, X33 23 fevral 1996-ci il tarixdə, X34 30 avqust 1972-ci il tarixdə, X35 05 may 1995-ci il tarixdə, X36 10 dekabr 2007-ci il tarixdə, X55 12 mart 1977-ci il tarixdə, X56 11 noyabr 2018-ci il tarixdə vəfat etmişlər. Ucar şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi mərhum həyat yoldaşı X22, onun, X37, X12, X28, X13, X23 X14, Musayeva Könül ismayıl qızının, X29, X9 bərabər paylı mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X15, X30 və X7 miras qalmış və Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən onlara çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Ucar rayon notariat ofisinə müraciət edilsə də notarius miras şərikləri olan ünvan 3 ünvanda qeydiyyatda olanlar Cavabdeh1, X45, X38, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında mirasın bölüşdürülməsi haqqında ixtilafların olması və Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətin ötürülməsi səbəbindən vərəsəlik haqqında şəhadətnamənin verilməsində imtina etmişdir. X7 miras qalmış əmlaka münasibətdə Sara Musayeva vəfat etdiyi müddətdən hazırki vaxtadək istər 2018-ci ildə vəfat etmiş Tofiq Quliyev, istərsə də sonuncunun vəfatından sonra cavabdehlər mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməmiş, eləcə də miras əmlaka sahib durmamış, idarə etməyə faktiki başlamamışlar. X4 vəfat edənədək mərhum həyat yoldaşı Vaqif Musayevlə bir yerdə, yəni onlarla yaşamış, eləcə də paylı mülkiyyətdə olan əmlakı birgə idarə etmişdir. Sara Musayeva vəfat etdikdən sonra, hazırda mübahisə predmeti olan miras əmlaka paylı mülkiyyətçi, eləcə də birinci növbəli vərəsə kimi həyat yoldaşı X81 durmuş, idarə etməyə faktiki başlamışdır. Vaqif Musayev öldüyü məqamadək anasından miras qalmış əmlakı faktiki idarə etdiyi üçün notariat kontoruna ərizə verib, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Sara Musayevadan miras qalmış əmlakı birinci növbəli vərəsələrdən yalnız həyat yoldaşı Vaqif Musayev idarə etmiş, digər vərəsələr mübahisəli miras əmlakı nə faktiki qəbul edib idarə etmiş, nə də qanunla müəyyəın edilmiş qaydada notariat kontoruna miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə verməmişdir. İşin faktiki hallarından görünür ki, birinci növbəli vərəsə X77dən başqa digər vərəsələr anaları Sara Musayeva öldükdən sonra vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə yazılı ərizə verməmiş eləcə də mirası faktiki qəbul etməmişlər. 1986-cı il tarixdə, X32 01 avqust 1995-ci il tarixdə, Quliye Sura ibrahim qızı 23 fevral 1996-ci il tarixdə, X34 30 avc 1972-ci il tarixdə, X35 05 may 1995-ci il tarixdə, X52 10 dekabr 2007-ci il tarixdə, X55 12 mart 197 ci il tarixdə, X56 11 noyabr 2018-ci il tarixdə vəfat etmişlər. U şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həm evin yerləşdiyi torpaq sahəsi mərhum həyat yoldaşı X36nu onun, X37, X12, Musayev Ra* Vaqif oğlunun, X13, X23 /lusayeva Aytən İbrahim qızının, Musayeva Könül ismayıl qızının, X46, X9 bərabər paylı mülkiyyətindədir Sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınara bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlə* reyestrindən çıxarış verilmişdir. X15, X90 • oğlundan və X7 miras qalmış və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən onlara çatası pay. dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəfindən Ucar rayo notariat ofisinə müraciət edilsə də notarius miras şərikləri olan ünvan 5 ünvanda qeydiyyatda olanlar Quliyeva X41 Kubra Tofiq qızı, X38, Cavabdeh4 qız Cavabdeh5 və Cavabdeh6 arasında mirasır iölüşdürülməsi haqqında ixtilafların olması və Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətin ötürülməsi səbəbindən vərəsəlif haqqında şəhadətnamənin verilməsində imtina etmişdir. X8 miras qalmış əmlaka münasibətdə Sara Musayeva vəfat etdiyi müddətdər hazırkı vaxtadək istər 2018-ci ildə vəfat etmiş Tofiq Quliyev, istərsə də sonuncunur əfatından sonra cavabdehlər mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbu etmələri barədə ərizə verməmiş, eləcə də miras əmlaka sahib durmamış, idarə etməyə faktiki başlamamışlar. X4 vəfat edənədəf mərhum həyat yoldaşı Vaqif Musayevlə bir yerdə, yəni onlarla yaşamış, eləcə də paylı mülkiyyətdə olan əmlakı birgə idarə etmişdir. Sara Musayeva vəfat etdikdən sonra, oazırda mübahisə predmeti olan miras əmlaka paylı mülkiyyətçi, eləcə də birinci növbəli vərəsə kimi həyat yoldaşı X81 durmuş, idarə etməyə faktik, başlamışdır. Vaqif Musayev öldüyü məqamadək anasından miras qalmış əmlakı faktiki idarə etdiyi üçün notariat kontoruna ərizə verib, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Sara Musayevadan miras qalmış əmlakı birinci növbəli /ərəsələrdən yalnız həyat yoldaşı Vaqif Musayev idarə etmiş, digər vərəsələ, mübahisəli miras əmlakı nə faktiki qəbul edib idarə etmiş, nə də qanunla müəyyəı edilmiş qaydada notariat kontoruna miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə verməmişdir. İşin faktiki hallarından görünür ki, birinci növbəli vərəsə X77dən başqa digər vərəsələr anaları Sara Musayeva öldükdən sonra vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə yazılı ərizə verməmiş eləcə də mirası faktiki qəbul etməmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh-iddiaçı X71 onlara qarşı miras əmlakın qəbul edilməsinin müəyyən olunması barədə iddia qaldırmışdır. Sara Musayeva onların nənəsidir. Ataları Tofiq X2 ilə X24 evliliyindən doğulmuşdur. X70 Quliyevdən 2 oğlu, Tofiq və Sahib adlı övladları olmuşdur. Sahib Quliyev 1977-ci ildə vəfat etmiş və subay olduğundan vərəsəsi qalmamışdır. Sara Musayeva 01 fevral 1986-cı il tarixdə, Baba Quliyev isə 01 avqust 1995-ci il tarixdə vəfat etmişdir. Baba Quliyev sonradan evlənməmiş və onun ölümündən sonra vərəsəsi yalnız X69 olmuşdur. X3 Ucar şəhəri, Kommunist küçəsi, dalan 1, ev 12 ünbanda 215.8 m2 torpaq sahəsində yerləşən 45.5 m2 sahədən ibarət yaşayış evi və mal tövləsi miras qalmışdır. Hazırda həmin küçə Ucar şəhəri, Oğuz küçəsi adlanır. Musayevanın birinci əri İbrahim Musayevin evi ilə Baba Quliyevin evi çəpər qonşu olmuşdur. Ancaq cavabdeh İddiaçı və onun mərhum əri Vaqif Musa vərəsəsi olmadığı Baba Quliyevin torpaq sahəsi və evini öz həyətlərinə daxil edərək 0.08 ha torpaq sahəsinə mülkiyyət hüquqları əsasında çıxarış almışlar. Halbuki həmin torpağın 215.8 m2 hissəsi babaları Baba Quliyevin qanuni istifadəsində olan torpaq sahəsidir. Sara Musayeva vəfat edəndə X69 anasından qalan mirası qəbul etmişdir. Bununla bağlı hər hansı mübahisə olmamışdır. Razılaşmışlar k, Vaqifə öz atasından qalan həyət, Tofiqə isə öz atasından qalan həyət qalacaqdır. X75 həyətində olan fərdi yaşayış evi Sara Musayeva ilə birgə evlilikdə inşa edildiyindən onların ümumibirgə mülkiyyətində olmuşdur. X16 həmin həyət evindən başqa ev əşyaları da miras qalmışdır. Baba Quliyevdən qalan 1 ədəd xalça, 2 ədəd dəmir kravat, 3 ədəd qızıl diş, o cümlədən evin sənədləri X69 götürmüş, qalan əşyaları, yəni divanı, soyuducunu və sairəni isə X69 İddiaçı əri Vaqif Musayevə vermişdir. X25mış mirası isə onlar qəbul etmiş, atalarından qalan əmlaklarda həmçinin, həmin 1 ədəd xalça, 2 ədəd dəmir kravat, 3 ədəd qızıl diş hazırda onları idarəçiliyindədir. Mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etsələr də müddətin ötürülməsi səbəbindən notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Hesab edirlər ki, ataları mirasın qəbulu müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(063)-705/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddia təmin edilərək, X4na məxsus, Ucar şəhəri ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, Cavabdeh1, Şərifova (Quliyeva) Kubra Tofiq qızının, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızınıq. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Əraz idarəsinə qarşı 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X32 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum X5 Sara Abdulxalıq qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından Sura, Oktay, Raya və Vaqif adlı övladları dünyaya gəlmişdir. İbrahim Musayev vəfat etdikdən sonra, X84 Quliyevlə ailə həyatı qurmuş, onların birgə nikahından Tofiq və Sahib adlı övladları dünyaya gəlmişdir. X44 1942-ci ildə, X21 01 fevral 1986-cı il tarixdə, X32 01 avqust 1995-ci il tarixdə, X33 23 fevral 1996-cı il tarixdə. X39 30 avqust 1972-ci il tarixdə, X47 05 may 1995-ci il tarixdə, X36 10 dekabr 2007-ci il tarixdə, X55 12 mart 1977-ci il tarixdə, X56 11 noaybr 2018-cı il tarixdə vəfat etmişlər. Mübahisəli miras əmlak yəni, Ucar şəhəri, ünvan 7 ünvanında torpaq sahəsi xüsusi mülkiyyət kimi 05 fevral 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Miras açılarkən Sara Musayevanın birinci növbəli vərəsələrindən Vaqif Musayev istisna olmaqla, digər vərəsələri miras əmlakı qəbul etməməmişlər. X77 Sara Musayevadan miras qalmış əmlakı qəbul etməsi barədə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməsə də, lakin miras əmlakı faktiki idarə edərək sahiblənmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü, kimi, Ucar şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsində Sara Musayeva ilə bərabər Vaqif Musayevin və İddiaçı hər birinin 1/11 hissədə payı vardır, iş materiallarında olan Ucar rayon Bələdiyyəsi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 9 nömrəli arayışdan görünür ki, X4na məxsus Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair vergiləri bələdiyyə yarandığı vaxtdan 2007-ci il tarixədək X19 Vaqif İbrahim oğlu, 2007-ci ildən hazırkı vaxtda kimi, yəni Vaqif Musayev öldükdən sonra isə sonuncunun həyat yoldaşı İddiaçı ödəmişdir. Hal-hazırda Sara Musayevaya məxsus torpaq sahəsi ilə bağlı Ucar rayon Bələdiyyəsinə hər-hansı vergi borcu yoxdur. Bütün bu hallar, Sara Musayevadan miras qalmış əmlakı Vaqif Musayev tərəfindən faktiki qəbul edilməsini bır daha təsdiq edir. 10 dekabr 2007-ci il tarixdə vəfat etmiş X36 vəfat edənədək anası Sara Musayevadan miras qalmış əmlakı adına rəsmiləşdirmədiyi üçün, sonuncudan miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbi ilə İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, 01 fevral 1986-cı il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakı miras açıldığı vaxt Vaqif Musayev, sonuncunun ölümündən sonra isə İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, X4na məxsus Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Qarşılıqlı iddia tələbində iddiaçılar Sara Musayevadan miras qalmış əmlakı X69 tərəfindən faktiki qəbul edildiyini, babaları Baba Quliyeva məxsus torpaq sahəsinin bir hissəsinin X77 tərəfindən zəbt edilərək, həyətyanı sahəsinə qatıldığını, bu səbəbdən sonuncunun, eləcə də Sara Musayevanın adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 qanuni istifadəsində olmuş 215.8 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız sayılmasını xahiş etmişlər. Məhkəmə ilkin olaraq qarşılıqlı iddia tələbinin Sara Musayevadan miras qalmış əmlakın Tofiq Quliyev tərəfindən faktiki qəbul edilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə üzünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varis, simasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətim mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mirasın açıldığı zaman (1986-cı ildə) qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsində mirasın qəbulunun 2 forması müəyyən edilmişdir: 1.Notariat orqanına mirası qəbulu barədə ərizə verilməsi; 2.Vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi. Müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçıların X69, eləcə də babaları Baba Quliyev bu formaların heç birindən istifadə etməmişdir, yəni 01 fevral 1986-cı ildən 01 sentyabr 1986-ci ildək olan 6 aylıq müddət ərzində notariat kontoruna, ərizə verməmiş və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməmişdir. Qanunun həmin tələblərini hazırkı işə tətbiq etməklə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi miras qoyan Sara Musayevanın əri Baba Quliyev yə oğlu Tofiq Quliyev mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdilər. Məhkəmə qarşılıqlı iddia tələbinin Ucar şəhəri Oğuz küçəsi döngə 1, ev 11-ə dair X22 və qeyrilərinin adına verilmiş ******* saylı ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız sayılması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İddia tələbinin məzmunundan belə aydın olmuşdur ki, vaxtı ilə Baba Quliyevə məxsus olmuş torpaq sahəsinin 215.8 kv.m. hissəsi xüsusi mülkiyyət hüququ üzrə mərhum Sara Musayevanın və digərlərinin adına qeyd alınmış və çıxarışda göstərilən torpaq sahəsinin daxilindədir. Lakin qarşlıqlı iddia üzrə iddiaçılar həqiqətən də hazırda Xatir Musayevanın və qeydlərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd ərazidə Baba Quliyevə məxsus torpaq sahəsinin olub-olmamasına, həmin torpaq sahəsinin 215.8 kv.m. hissəsinin mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin daxilində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, çıxarışın etibarsızlığına zəmin yaradan, eləcə də ilkin iddia üzrə İddiaçı və yaxud başqa şəxslərin qarşılıqlı iddia üzrə iddiaçıların hüquqlarını pozan hərəkətlərin edilməsinə əsas olan hal müəyyən edilmədiyi üçün məhkəmə hesab etmişdir ki, iddia qeyd edilən hissədə də təmin edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə qarşılıqlı iddia tələbi üzrə iddiaçıların çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab etmişdir ki, ilk iddia təmin edilməli, X4na məxsus, Ucar şəhəri, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli, Cavabdeh1, Şərifova (Quliyeva) Kubra Tofiq qızının, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızının, Cavabdeh4, Cavabdeh5 Cavabdeh6 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeydlərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddəsi, İnsan Hüquqlarının və X26 Haqqında Konvensiyanın 6 cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarı, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-nin) 528, 532, 552, 1252-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı, "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası. Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu arixli Qərarı, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müll kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun “yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin məzmunundan belə aydın olur ki, vaxtı ilə Baba Quliyevə məxsus olmuş torpaq sahəsinin 215.8 kv. metr hissəsi xüsusi mülkiyyət hüququ üzrə mərhum Sara Musayevanın və digərlərinin adına qeydiyyata alınmış və çıxarışda göstərilən torpaq sahəsinin daxilindədir. Lakin qarşılıqlı iddia üzrə iddiaçılar həqiqətən də hazırda İddiaçı və qeyrilərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd ərazidə Baba Quliyevə məxsus torpaq sahəsinin olub-olmamasına, həmin torpaq sahəsinin 215.8 kv.m hissəsinin mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin daxilində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin təşəblərini pozaraq müstəqil əldə etmək imkanları olmayan sübutları tələb etmək barədə vəsatətlərini təmin etmədən onların subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Bununla işin halları formal olaraq olaraq qiymətləndirilmişdir. Hesab edir ki, məhkəmə məhz həmin dəlilləri araşdırdıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1255, 157.2, 149.2-ci maddələrinə əsasən qiymət verməli olduğu halda bunu etməmişdir. Onlar babalarına məxsus evin sənədlərini iddia ərizələrinə əlavə etsələr də məhkəmə həmin sənədin mövcudluğunu qətnaməyə daxil etməmişdir. Bununla Azərbaycan Respublikası MPM-nin 76, 78, 80, 81-ci maddəsinin tələblərini pozaraq işdəki sübutlara qiymət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(051)-705/21 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın onlara aid hissədə rədd edib, qarşılıqlı iddianın cavabdeh İddiaçı və 3-cü şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci ildə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X53 apellyasiya şikayətinə etiraz edərək, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)- 705/2021 saylı qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili X40 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətini müdafiə edərək, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(051)-705/21 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın onlara aid hissədə rədd edib, qarşılıqlı iddianın-cavabdeh İddiaçı və 3-cü şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci ildə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətini müdafiə edərək, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(051)-705/2021 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın onlara aid hissədə rədd edib, qarşılıqlı iddianın-cavabdeh İddiaçı və 3-cü şəxs DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci ildə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X17 məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilmsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-nin) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya miras, yiyələndikdə, o eləcə də vərəsəliyin açtldığı yerdə notariat orqanına mirası qəbul etmə: barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstəriləın hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəvə məxsus hesab olunur. 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən (mirasın açılması) miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, ilkin iddia ərizəsinin apellyatora münasibətdə rədd edilməsi; qarşılıqlı iddianın cavabdeh İddiaçı və 3-cü şəxs DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci ildə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni ilkin iddia ərizəsinin apellyatora münasibətdə təmin edilmiş hissəsi və qarşılıqlı iddia ərizəsinin cavabdeh İddiaçı və 3-cü şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 24 iyul 1995-ci ildə vəfat etmiş X16 miras qalmış əmlakın ataları X56 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11-ə dair X36 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli X1 qanuni istifadəsində olmuş 215.8 kv.metr torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı düzgün olaraq təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-705/2021 saylı, 05 noyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mərhum X5 Sara Abdulxalıq qızı ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahından Sura, Oktay, Raya və Vaqif adlı övladları dünyaya gəlmişdir. İbrahim Musayev vəfat etdikdən sonra, X84 Quliyevlə ailə həyatı qurmuş, onların birgə nikahından Tofiq və Sahib adlı övladları dünyaya gəlmişdir. X44 1942-ci ildə, X21 01 fevral 1986-cı il tarixdə, X32 01 avqust 1995-ci il tarixdə, X33 23 fevral 1996-cı il tarixdə. X39 30 avqust 1972-ci il tarixdə, X47 05 may 1995-ci il tarixdə, X36 10 dekabr 2007-ci il tarixdə, X55 12 mart 1977-ci il tarixdə, X56 11 noaybr 2018-cı il tarixdə vəfat etmişlər. Mübahisəli miras əmlak yəni, Ucar şəhəri, ünvan 7 ünvanında torpaq sahəsi xüsusi mülkiyyət kimi 05 fevral 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş ilk iddia ərizəsinin təmin edilmiş hissədə ləğv edilməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, miras açılarkən Sara Musayevanın birinci növbəli vərəsələrindən X88 Musayevadan miras qalmış əmlakı qəbul etməsi barədə qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməsə də, lakin miras əmlakı faktiki idarə edərək sahiblənmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü, kimi, Ucar şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsində Sara Musayeva ilə bərabər Vaqif Musayevin və İddiaçı hər birinin 1/11 hissədə payı vardır. İş materiallarında olan Ucar rayon Bələdiyyəsi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli arayışdan görünür ki, mərhum X18 məxsus Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair vergiləri bələdiyyə yarandığı vaxtdan 2007ci il tarixədək X19 Vaqif İbrahim oğlu, 2007-ci ildən hazırki vaxtda kimi, yəni Vaqif Musayev öldükdən sonra isə sonuncunun həyat yoldaşı İddiaçı ödəmişdir. Hal-hazırda Sara Musayevaya məxsus torpaq sahəsi ilə bağlı Ucar rayon Bələdiyyəsinə hər-hansı vergi borcu yoxdur. Bütün bu hallar, Sara Musayevadan miras qalmış əmlakı Vaqif Musayev tərəfindən faktiki qəbul edilməsini bır daha təsdiq edir. Beləliklə 01 fevral 1986-cı il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakı miras açıldığı vaxt Vaqif Musayev, sonuncunun ölümündən sonra isə İddiaçı qəbul etdiyi üçün, ilk iddianı təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi naticə qanuni və əsaslı olmuşdur. Ona görə də Apellyasiya şikayəti ilk iddianın rədd edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməsi barədə Apellyasiya şikayətinə münasibət bidirərək qeyd edir ki, şikayət həmin hissədə də təmin edilə biməz. İlk öncə kollegiya qarşılıqlı iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı onu qeyd etməyi lazım bilir ki, qarşılıqlı iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Məhkəmə kollegiyası şikayətin Sara Musayevadan miras qalmış əmlakın Tofiq Quliyev tərəfindən faktiki qəbul edilməsi və Tofiq Quliyevdən qalmış mirasın apellyator tərəfindən qəbul edilməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, iş materialları və tərəflərin izahatından müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçının atası Tofiq Quliyev, eləcə də babaları Baba Quliyev 01 fevral 1986-cı ildən 01 sentyabr 1986-ci ildək olan 6 aylıq müddət ərzində notariat kontoruna, ərizə verməmiş və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməmişdir. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi miras qoyan Sara Musayevanın əri Baba Quliyev yə oğlu Tofiq Quliyev mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdilər. Kollegiya qeyd etməyi lazım bilir ki, miras qalmış, qızıl diş, xalça və dəmir yatacağın götürülməsi mirası qəbul etmək anlamına gəlmir. Kollegiya mövqeyini aşağıdakılarla əsaslandırır; Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, qarşılıqlı iddiaçı (apellyator) və atası Tofiq Quliyev vərəsə olaraq miras əmlaka sahiblik etməməklə və həmin əmlakı idarə etməyə faktik başlamamaqla, mirası qəbul etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə “X4na məxsus, Ucar şəhəri ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 mirasın 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X32 tərəfindən qəbul edilməsinin müəyyən olunmasının” təmin edilməyən hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti həmin hissədə təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)-705/2021 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsi üzrə, yəni X4na məxsus, Ucar şəhəri ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 mirasın 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X32 tərəfindən qəbul edilməsinin müəyyən olunmasının” təmin edilməyən hissəsində təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)-705/2021 saylı qətnaməsi “X4na məxsus, Ucar şəhəri ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 mirasın 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X32 tərəfindən qəbul edilməsinin müəyyən olunmasının” təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar