Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-716/2021 26.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 312/2020 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, onların həmin torpaq sahəsindən çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, apellyasiya şikayətlərinə baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş məktubla Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayətinin verildiyi bildirilərək, həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə 2(107)-2251/2020 nömrəli mülki işin Yevlax Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-2251/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-312/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yоxlаnılması üçün 2(107)-2251/2020 nömrəli mülki işin Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının baxışından çıxarılaraq Yevlax Rayon Məhkəməsinə göndərilməsi, həmin аpellyаsiyа şikаyətinin mümkünlüyü məsələsi ilə bаğlı məhkəmənin qərаrdаdı qüvvəyə minənədək iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-312/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxslərə geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadından şikayət vermiş və şikayəti belə əsaslandırmışdır ki, məhkəmə qətnamənin xx.xx.2020-ci il tarixdə poçt qəbzinə imza etməklə tərəflərindən alındığını bəyan etmişdir. Məhkəmə bu ölçüsü ilə hesab etmişdir ki, müddətin keçməsi ilə bağlı hazırkı şikayəti qəbul etmək olmaz. Halbuki, onların apellyasiya şikayətlərinə diqqət yetirilsə tam dəqiqliklə bilinər ki, onların müvcud qətnamədən xəbərləri olmamışdır. Çünki iddiaçı onların ünvanını səhv olaraq yazmışdır. Onlar həmin ünvanda yaşamırlar. Bu səbəbdən qətnamə onlara gəlməmiş, qətnamədən xəbərdar olmamışlar. Onlar tam mənada qeyd etdikləri halların araşdırılmasını istəyirlər. almadıqları qətnamədən necə şikayət verə bilərlər. Bu səbəbdən qərardadı qəbul etmirlər. Apellyasiya şikayətləri həmin qətnamə haqqında məlumat alandan dərhal sonra verilib. Bu səbəbdən də Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadından verilmiş şikayət həmin məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 312/2020 nömrəli qətnaməsinin surətini almadıqlarını, apellyasiya şikayətini həmin qətnamə haqqında məlumat alandan dərhal sonra verdiklərini, ünvanın onların ünvanı olmadığını, işdə olan xəbərnamələrdəki imzaların onlara məxsus olmadığını bildirərək şikayətin təmin edilməsini və qərardadın ləğv edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək cavabdehlərin Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsinin surətini vaxtında aldıqlarını bildirdi və apellyasiya şikayətinin verilmə müddətini üzrsüz səbəbdən ötürdüklərini nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. İş materiallarından görünür ki, apellyatorlar Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsini şəxsən almamış, həmin qətnamədən Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən çağırıldıqdan sonra məlumatları olmuşdur. Onlar mülki işin 143 və 144-cü səhifəsində olan qətnamənin alınması barədə xəbərnamələrdəki imzaların onlara məxsus olmasını qətiyyətlə inkar edirlər, eyni zamanda həmin imzaların onlar tərəfindən icra edilməsi həqiqətən şübhəlidir. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, cavabdehlər Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini xx.xx.2020-ci il tarixdə poçt qəbzlərinə imza etməklə almış, apelyasiya şikayətini isə məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim etmişlər. Beləliklə, müəyyən edilir ki, cavabdehlər apellyasiya şikayətini qanunvericiliyin tələblərini pozmaqla, yəni apelyasiya şikayəti vermə müddətini ötürməklə vermişdir. Göründüyü kimi, cavabdehlər Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsini vaxtında almadıqlarından həmin qətnamədən müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişlər. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçının şikayəti təmin olunаrаq iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tаrixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-312/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş apellyasiya icraatına qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-716/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-716/2021
26.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver