Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-719/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə və Vəkil1(vəkil), cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “yoldan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 mart 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən 01 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 426,4 kv.m olan qeyriyaşayış binasına iddiaçının mülkiyyət hüququ 28 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyesytrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6286 nömrəli ekspert rəyində qeyd olunur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWJ xəritəsi) əsasən iddiaçının Şəki rayonu, Qoxmuq kəndində yerləşən 01 hektar torpaq sahəsinə yol şimal hissəsindən göstərilmişdir. Naturada faktiki olaraq torpaq sahəsinin şimal və şərq hissəsindən yol kimi istifadə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in Şəki Ərazi İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Qoxmuq kəndi ərazisində 01 hektar torpaq sahəsinə gedən və ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin onun öz hesabına açılması, onun həmin torpaq sahəsindən, torpaq sahəsinin ətrafında olan və torpaq sahəsinə gedən yoldan istifadə hüquqlarını həyata keçirməyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəki rayonu Qoxmuq kəndi ərazisində 01 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 426,4 kv.m sahəsi olan daşınmaz əmlak onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin cizgiləri, yəni koordinatları işlənilmişdir. Həmçinin həmin torpaq sahəsinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni koordinatları və xəritəsi işlənilmişdir. Belə ki, onun torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında yol vardır. Lakin Cavabdeh həmin yolun başlanğıcını bağlamaqla yolu qanunsuz olaraq zəbt etmişdir. Halbuki cavabdehin zəbt etdiyi həmin yola aid torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi sənədi yoxdur. Cavabdehin zəbt etdiyi həmin torpaq sahəsi ümumi istifadədə olan yola aiddir. Cavabdeh ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, ona dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, o, bu əməllərini davam etdirmişdir. Cavabdehin bu hərəkətləri onun öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının torpağı qanunsuz olaraq bələdiyyə tərəfindən iddiaçıya satılmışdır. Halbuki həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla "xxxx" ASC-nin istifadəsindədir. Həmin ərazidə hal-hazırda "xxxx" ASC-nin 76 saylı TSMD-nin binası yerləşir. O, "xxxx" ASC-nin nümayəndəsidir və heç kəsin mülkiyyətində olan torpaq sahəsini zəbt etməyib. Qeyd edilən yol "xxxx" ASCnin ərazisidir. Ərazidə olan hasar uçmuş, o da hasarın uçmuş hissəsinə torpaq tökdürmüşdür ki, əraziyə mal-qara girməsin. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-24/2024 nömrəli iş üzrə qəbul etdiyi 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisinin və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertinin müvafiq rəylərindən məlum olur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWJ xəritəsi) əsasən iddiaçıya məxsus torpaq sahəsinə yol şimal hissədən göstərilmişdir. Lakin faktiki olaraq iddiaçı tərəfindən həmin torpaq sahəsinin şimal və şərq hissəsindən yol kimi istifadə olunur. Göründüyü kimi sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən koordinatları göstərilməklə həmin torpaq sahəsinə giriş-çıxış yolu şimal hissədən göstərilsə də, hazırda iddiaçı tərəfindən həmin torpağın şərq hissəsində yerləşən yoldan da istifadə edilir. İddiaçı tərəfindən torpaq sahəsinin cənubunda yerləşən və ona aidiyyəti olmayan yolun açılmasını iddia etməsi yolverilməzdir. İddiaçıya, onun öz mülkiyyətindən istifadə edilməsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmur. Belə ki, ekspertizanın rəyindən də, müəyyən olunur ki, iddiaçının açılmasını tələb etdiyi ərazi ümumi istifadədə olan yol kimi nəzərdə tutulmamışdır və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçının torpaq sahəsinin mübahisəli ərazi ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur, torpaq sahəsinin ümumi yola ayrıca giriş-çıxış yolu mövcuddur. İddiaçının torpaq sahəsinin ümumi yola ayrıca giriş–çıxışı olmaqla, ümumi yola alternativ yolu mövcuddur. Beləliklə iddiaçının torpaq sahəsi ilə cavabdehin torpaq sahəsi arasında iddia edilən ümumi istifadədə olan yolun olması sübuta yetmədiyindən, həmin yolun cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsinə dair tələb də əsaslı hesab oluna bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2, 47.3, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Məhkəmə bu normaların məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır. Məhkəmə öz qətnaməsini ekspert rəyinə əsaslanmaqla zəbt edilmiş torpaq sahəsinin “ümumi istifadədə olan yol kimi nəzərdə tutulmamasını və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsini” əsas gətirməklə iddia tələbini rədd etmişdir. Bununla da aydın olur ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, həmin sahə iddiaçıdan əvvəl digər şəxslərin mülkiyyətində olmuşdur. Hazırda çıxarışa əsasən iddiaçının mülkiyyətində olan bu sahə əvvəl 4 nəfər ayrı-ayrı şəxlərin mülkiyyətində olmuş və həmin şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş, hər birinin mülkiyyətinə dair çıxarışı və texniki posportu mövcud olmuşdur. Sonradan iddiaçı onlardan mülkiyyətlərində olan sahələri satın almış və birləşdirmişdir. Yəni göründüyü kimi, həmin 4 sahənin hər birinin ayrı girişi və yola çıxışı olmuşdur. Həmin çıxarışlar iş materiallarına əlavə edilmişdir. Həmin sahələrdən biri isə sırf hazırki mübahisəli yolun kənarında olan hissəni əhatə etmişdir və iddiaçıdan əvvəlki mülkiyyətçi X2 həmin sahədə yola (hazırda zəbt edilən) giriş-çıxış etmişdir. Sahəyə baxış keçirdikdə (istər vizual olaraq, istərsədə sənədlər üzərindən) müəyyən etmək olur ki, əvvəlki mülkiyyətçinin sahəsinin giriş və çıxış yeri yeganə olaraq həmin yolla mümkün ola bilərdi, çünki digər tərəflər digər mülkiyyətçilərin sahəsi ilə sərhəd hissəyə düşür. İndi isə ekspert rəyi və məhkəmənin qənaətincə keçmiş mülkiyyətçinin mülkiyyət hüququ olmuş, mülkiyyətində torpaq sahəsi olmuş, lakin həmin torpaq sahəsinə giriş və çıxışı olmamışdır. Göründüyü kimi, həm ekspert rəyi, həm də məhkəmə qətnaməsi absurd qənaət nümayiş etdirmişlər. Məhkəmə zəruri əsaslandırma aparmalı və ziddiyyətli və qeyri-müəyyən rəylə kifayətlənməməli idi. İş üzrə təkrar ekspertiza təyin edilməli idi. Mübahisəli sahə yerində müayinə edilməli idi. Həmin sahənin ilkin sənədlərinin əldə edilməsi barədə zəruri sorğular verilməli idi. Ədalətli məhkəmə araşdırılması aparılmadan ədalətli məhkəmə qətnaməsi çıxarılması mümkün deyildir. İş materiallarında iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə mübahisənin həlli üçün zəruri olan subutlara qiymət verməmiş və bununla da real olmayan hallar müəyyən etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə və Vəkil1 (vəkil) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiasının təmin olunması üçün iddiaçının mülkiyyətinə başqa maneələrin törədilməsi və mülkiyyətçi kimi hüquqlarının pozulması faktı sübut olunmalıdır. Yalnız bu halda iddiaçı cavabdeh tərəfindən bu cür hərəkətlərə son qoymağı tələb edə bilər. Lakin cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gedən gediş-gəliş yolunun bir hissəsinəi torpaq tökməklə bağlaması nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışdır. Rayon Məhkəməsi cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan 01 hektar torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun hansı ərazidən keçdiyi, mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə yol mövcud olub-olmadığı, əgər yol mövcud olmuşdursa, həmin yolun (və ya bir hissəsinin) hazırki iş üzrə cavabdeh tərəfindən bağlanıb-bağlanmadığını, cavabdeh tərəfindən yoldan istifadəyə maneələr törədilibtörədilmədiyini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizаsı Mərkəzinin verdiyi 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6286 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına 28 dekabr 2022-ci il tarixdə verilmiş **********25-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWJ xəritəsi) əsasən sözügedən torpaq sahəsinə yol şimal hissəsindən göstərilmişdir. Naturada faktiki olaraq torpaq sahəsinin şimal və şərq hissəsindən yol kimi istifadə olunur. İşə Rayon məhkəməsində baxılması zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şimal tərəfdən ümumi istifadədə olan yola çıxışının olduğunu təsdiq etmişdir. Beləliklə də işdə olan sübutlara əsasən işin halları kimi müəyyən edilir ki, iddiaçının göstərdiyi ərazidə rəsmi sənəd üzrə gediş-gəliş yolu mövcud deyildir. İddiaçının mülkiyyətində olan 01 hektar torpaq sahəsinə rəsmi sənəd üzrə mövcud olan gediş-gəliş yolu var və bu yol iddia olunan ərazidən tamamilə fərqli bir sahədə yerləşir. Bu yol isə cavabdeh tərəfindən bağlanmamışdır, yoldan hazırda da istifadə edilir. İddiaçı apelyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi iş üzrə zəruri əsaslandırma aparmamış, ziddiyyətli və qeyri-müəyyən rəylə kifayətlənmiş, iş üzrə təkrar ekspertiza təyin etməmiş, mübahisəli əraziyə baxmamışdır. Məhkəmə, iddiaçının bu dəlililləri ilə bağlı qeyd edir ki, yerində baxış keçirməsi MPM-də məhkəmənin mütləq vəzifəsi kimi müəyyən edilməyib. Obyektlə (hazırki halda gediş-gəliş yolu) bağlı nəzərə alınmalı olan xüsusatlar barədə kifayət qədər aydınlıq olmadığı halda bu tədqiqat üsulundan istifadə etmək məhkəmənin hüququdur. Məhkəmə bildirir ki, Rayon Məhkəməsi hazırki işdə olan tərəflərin izahatları, Məhkəmə Ekspertizası Məkəziin ekspert rəyi əsasında işin əhəmiyyətli halları barədə tam təsəvvürə malik olmuşdur və yerində baxış keçirilməsinə zərurət olmamışdır. Məhkəmə həmçinin iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə də lüzum görməmişdir. Çünki, iddiaçının razılaşmadığı rəy xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmişdir. Bu rəyi şübhə altına ala biləcək sübut iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Halbuki MPM-ni 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməklə səhvə yol verməmişdir. Apellyasiya şikayətinin dəlillərii əsassızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri iş materialları ilə təsdiq olunmur. İddiaçının mülkiyyətindən istifadə etməsi üçün cavabdeh tərəfindən iddiaçının iddia etdiyi maneə törədilmir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının iddiası əsassızdır və Rayon Məhkəməsi bu iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəliləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-719/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-719/2024
03.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver