Məhkəmə qərarları › İş №2(107)-720/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-720/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-720/2022 16.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina olunması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları : Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-312/2019 saylı 12.02.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh, 28.05.2005- ci il təvəllüdlü Əfsanə, 18.02.2008-ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 saylı mənzilə 3 il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülmələri qət edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Daha sonra iş üzrə cavabdeh Məmmədova X4 Şəhər Məhkəməsinin 12 fevral 2019cu il tarixli 2(051)-312/2019 qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(107)-1597/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(051)- 312/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya məhkəməsinin 20.06.2019-cu il tarixli 2(107)-1597/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, Cavabdeh 28.05.2005-ci il təvəllüdlü Əfsanə, 18.02.2008- ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi tələbi rədd edilmiş, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X1, 18 fevral 2008-ci il təvəllüdlü X2 və 26 sentyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin 54 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşlıqlı iddianın təmin olunmasını, onların yəni özü və 28.08.2005-ci il təvəllüdlü Əfsanə, 18.02.2008-ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı az yaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına istifadə hüququnun tanınması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(051)-400/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi tələblə bağlı artıq qanuni qüvvəsini almış və icra edilmiş qətnamə mövcuddur. Belə olan halda məhkəmənin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan yeni qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan səbəblərlə əlaqədar olaraq məhkəmə hesab edir ki, qarılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardırsa məhkəmə ərizəni qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 155 və 156-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 31.03.2022-ci il tarixli, 2(051)-400/2022 saylı qərardadından narazıdır. Sözügedən qərardad tam qanunsuz və əsassızdır. Qərardadı dəfələrlə rəsmi qaydada tələb etsə də heç bir nəticəsi olmamış və qərardad ona verilməmişdir. Qərardadda nə yazılmasından xəbəri yoxdur. Belə ki, hakim zalda qərardadın geri qaytarılmasını bildirsə də səbəbini bildirməmişdir. Qərardad tam əsassızdır və ləğv edilməlidir. X8 onun qaynanası olmuşdur. O, M.Ağayevanın oğlu X3 ilə 2004-cü ildə ailə qurmuşdur. Birgə nikahdan 28.08.2005-ci il təvəllüdlü Əfsanə, 18.02.2008-ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı üç övladları olmuşdur. Uşaqlar onun yanında qalırlar. O, 28.08.2005-ci il təvəllüdlü Əfsanə, 18.02.2008-ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşaqlar mübahisəli ünvan 1 ünvanında qeydiyyatdadırlar. Onlardan başqa heç kim orada yaşamır və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. O, işləmir və uşaqlarına çətinliklə baxır. Maddi imkanı başqa kirayə mənzil tutmağa imkan vermir. O, ailə quranda qaynanası və yoldaşı ilə birlikdə kirayədə yaşamışlar. 2009-cu ildə isə sözügedən mənzili aldılar və həmin evdə yaşadılar. Sözügedən mənzilin alınması və təmirində onun iştirakı olmuşdur. Mənzili o, təmir etdirmişdir. Mənzildə xeyli xərc qoyduqdan sonra onu mənzildən çıxarmaq istəyirlər. Onun sözügedən mənzildə əldə edəndən yaşamış və sözügedən mənzilə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşdür. Həmin vaxtdan mənzilə istifadə hüququ da tanınmışdır. Onun və azyaşlı övladlarının sözügedən mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçının bu cür hərəkətləri onun konstitusion hüquqlarını pozur. Odur ki, ilkin iddianın rədd olunaraq onun tərəfindən verilmiş qarşılıqlı iddianın təmin olunması mütləqdir. Buna görə də Mingəçevir şəhər məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)- 400/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardırsa məhkəmə ərizəni qəbul etməkdən imtina edir 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. 156.2-ci maddənin tələbinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-nin “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, qarşılqılı iddiaçı Cavabdeh bir dəfə eyni tələblə məhkəməyə müraciət etmiş və sonda Şəki Apelyasiya Məhkəməsinin 20.06.2019cu il tarixli 2(107)-1597/2019 saylı qətnaməsi ilə Cavabdeh 28.05.2005-ci il təvəllüdlü Əfsanə, 18.02.2008- ci il təvəllüdlü Aysu və 26.09.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi tələbi rədd edilmiş, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi tələblə bağlı artıq qanuni qüvvəsini almış və icra edilmiş qətnamə mövcuddur. Belə olan halda məhkəmənin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan yeni qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan səbəblərlə əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsinin icraata qəbul etməkdən imtina etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı imtina etməsi barədə mövqeyi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardırsa məhkəmə ərizəni qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(051)-400/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar