Məhkəmə qərarları › İş №2(107)-721/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-721/2022

21.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-721/2022 21.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)-1104/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Atası Cavabdeh2, anası isə Cavabdeh1 olan X2 xx.xx.2001-ci ildə anadan olmuşdur. 17 avqust 2019-cu il tarixdə “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” ilə adını, ata adını və soyadını İddiaçı adına dəyişdirmişdir. Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzil 29 sentyabr 2003-cü il tarixdən X3 mülkiyyətində olmuşdur. Hazırki iş üzrə Cavabdeh1 X3 qızıdır və onun da xx.xx.2001-ci ildə doğulmuş qızı xx.xx.2005-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada yaşamışdır. X5 qeyd olunan mənzili xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Sonuncu xx.xx.2013-cü il tarixdə öz adına həmin mənzilə mülkiyyət hüququna dair Çıxarış almışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilinə köçürülməsini xahiş etmiş, xahişini həmin mənzilin nənəsinin xüsusi mülkiyyətində olması, o, mənzildə nənəsi və dayısının ailəsi ilə birlikdə yaşaması, nənəsi vəfat etdikdən sonra həmin mənzildə demək olar ki, yaşamayan cavabdehlərin onun mənzildə yaşamağına mane olması ilə əsaslandırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İddiaçı doğulduqdan az sonra valideynləri onu saxlamaq və baxmaq üçün dayısı Elşən Quliyevin və onun həyat yoldaşı Nailə Quliyevaya verərək Rusiya Federasiyasına getmişlər. Həmin vaxtdan iddiaçı nənəsi X3 xüsusi mülkiyyətində olmuş Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində nənəsi Donora və dayısının ailəsi ilə birlikdə yaşamışdır. Valideynləri Cavabdeh1 və Cavabdeh2 bir neçə ünvanda mənzilləri olduğu üçün mübahisəli mənzildə demək olar ki, yaşamamışlar. İddiaçı uşaqlıqdan nənəsinin və dayısının himayəsində həmin mənzildə yaşamışdır. Nənəsi Donara 2005-ci ildə İddiaçı öz xüsusi mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata da yazdırmışdır və bu gün də mənzildə Şəbnəm tək qeydiyyatdadır. Donara Quliyeva 2013-cü ildə mənzili mübahisəli mənzildə demək olar ki, yaşamayan cavabdeh- Cavabdeh1 bağışlayıb, lakin bundan sonra da İddiaçı dayısı E.Quliyevin ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam ediblər. 2017-ci ildə İddiaçı Bakı Dövlət Universitetin hüquq fakültəsinə daxil olub, təhsil almaq üçündayısının ailəsi ilə birlikdə Bakiya köçüb kirayədə yaşamağa başlayıblar. Həmin vaxt əsl valideynləri uzun müddətdir köçüb Rusiyaya getmişlər və hazırda da orada yaşayırlar. Şəbnəm anası olan cavabdehlə əlaqə saxlayaraq doğulduğu, uzun müddət yaşadığı və hazırda da qeydiyyatda olduğu mənzilə köçüb yaşamaq istədiyini bildirdikdə anası ona imtina etmişdir. Bu səbəbdən də o, soyadını və ata adını dəyişdirərək uşaqlıqdan ona ata qayğısı göstərən dayısı Elşənin adını və soyadını qəbul etmişdir. Hazırda elə bir vəziyyət yaranmışdır ki, nə Bakıda kirayədə yaşaya bilir, nə də doğulub uzun müddət yaşadığı və hazırda qeydiyyatda olduğu mənzilə köçə bilir. Ona görə qeydiyyatda olduğu və uzun müddət yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilinə köçürülməsini xahiş edir. İddiaçının özünəməxsus yaşayış sahəsi yoxdur. Məhkəmə cavabdehlərin xüsusi mülkiyyətində olan mübahisəli mənzilə və qeydiyyatda olduğu mənzilə məhkəmənin vaxtı və yeri barədə məlumat göndərsə də cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini təqdim etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı doğulduqdan sonra valideynləri onu baxılması, saxlanılması üçün dayısı Elşən Quliyev və onun həyat yoldaşı Nailə Quliyevaya vermişlər. O, dayısının ailəsi və nənəsi Danora Quliyeva ilə birlikdə nənəsinin mülkiyyətində olan Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində yaşamışdır. Nənəsi iddiaçını mülkiyyətində olan həmin mənzilə qeydiyyata da aldırmışdır. 2012-ci ilin avqust ayında nənəsi mülkiyyətində olan mənzili iddiaçının doğma anasına, hazırki iş üzrə cavabdeh İlhamə Abdullayevaya bağışlamışdır və bundan sonra da iddiaçı həmin mənzildə yaşamışdır. 2017-ci ildə iddiaçı orta məktəbi bitirdikdən sonra Ali məktəbə qəbul olur, ali təhsil almaq üçün dayısı və dayısının arvadı ilə Bakı şəhərinə köçüb, kirayə mənzildə yaşayırlar. Lakin sonra münasibətləri pozulduğuna görə cavabdeh iddiaçıya əvvəlki mülkiyyətçinin razılığı ilə köçdüyü, qeydiyyata alındığı, uşaq yaşlarından mülkiyyətçi ilə ailə üzvü kimi yaşadığı mənzilə köçüb yaşamağa imkan vermir. İddiaçının özünəməxsus başqa yaşayış sahəsi olması da müəyyən edilmədi. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı nənəsinin xüsusi mülkiyyətində olmuş Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 mənzilində mülkiyyətçisinin razılığı ilə daimi və uzun müddət yaşaması, hazırda da orada qeydiyyatda olmasının müəyyən edilməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzildə yaşadığı vaxt mənzilin keçmiş mülkiyyətçisi olan nənəsi tərəfindən onun mənzilə qeydiyyatda yazdırılması iddiaçının həmin mənzilə istifadə hüququnun yaranmasına əsas verir. Mənzilin mülkiyyətçisinin dəyişməsi isə iddiaçının mənzilə istifadə hüququnu həyata keçirilməsinə mane olmağa və yaxud onun mənzilə köçürülməməsinə əsas vermir. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)-1104/2021 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia təmin olunmuş, İddiaçı Mingəçevir şəhər N.Nərimanov prospekti 3 №li evin 21 mənzilinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Verilmiş “Qeydiyyat vəsiqəsinin” surətindən məlum olur ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili X3 mülkiyyətindədir. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili X7 tərəfindən Cavabdeh1 bağışlanmışdır. İşdə olan DƏDRX-nin xx.xx.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə anadan olmuşdur, ata kimi Cavabdeh2, ana kimi Cavabdeh1 qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçıxx.xx.2001-ci ildə anadan olmuş, xx.xx.2005-ci ildən Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzilində qeydiyyatdadır və həmin mənzildə ondan başqa heç kim qeydiyyatda yoxdur. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak etmədiklərindən məhkəməyə sübutlar təqdim etmək imkanları olmamışdır. Məhkəmə qətnaməsi ancaq iddiaçının izahatı ilə qəbul edilmişdir. İddiaçı həmin mənzildə nə nənəsi Donara Quliyevanın sağlığında, nə də sonradan bir gündə olsun yaşamamışdır. Onun həmin ünvanda yaşamadığını təsdiq edəcək yetərincə şahidlər vardır. Hətta bunu təsdiq edəcək 21 may 2021-ci il tarixli akt da vardır. Konstitusiya Məhkəməsinin Plenum qərarında istifadə hüququnun yaranması və əsasın aradan qalxmasını özündə ehtiva edir. İddiaçı 18 yaşına çatan kimi soyad və ata adını dəyişdirməsi bir daha onu təsdiq edir ki, bizim aramızda hər hansı bağlılıq olmamış, İddiaçı özünündə təsdiq etdiyi kimi dayısı Elşən Quliyevin yaşayış evində Nailə Quliyeva ilə birlikdə yaşamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)- 1104/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)- 1104/2021 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi, məhkəmə iclasında iştirak etmədiklərindən məhkəməyə sübutlar təqdim etmək imkanlarının olmaması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə cavabdehlərin xüsusi mülkiyyətində olan mübahisəli mənzilə və qeydiyyatda olduğu mənzilə məhkəmənin vaxtı və yeri barədə məlumat göndərsə də cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini təqdim etmək mümkün olmamışdır. (i/v 41-42) Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində İddiaçı həmin mənzildə nə nənəsi Donara Quliyevanın sağlığında, nə də sonradan bir gün də olsun yaşamaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, atası Cavabdeh2, anası isə Cavabdeh1 olan X2 xx.xx.2001-ci ildə anadan olmuşdur. Hal-hazırda mübahisələndirilən Mingəçevir şəhəri N.Nərimanov prospekti 3 №li evin 21 №li mənzili 29 sentyabr 2003-cü il tarixdən X3 mülkiyyətində olmuşdur. Hazırki iş üzrə Cavabdeh1 X3 qızıdır və onun da xx.xx.2001-ci ildə doğulmuş qızı xx.xx.2005-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada yaşamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən o, həmin mənzildən istifadə hüququ əldə etmişdir. X5 qeyd olunan mənzili xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. Sonuncu xx.xx.2013-cü il tarixdə öz adına həmin mənzilə mülkiyyət hüququna dair Çıxarış almışdır. Mənzilin mülkiyyətçisinin dəyişilməsi Mülki Məcəllənin 158.3, 158.4 və 228.3-cü maddələrinin tələbi baxımından hazırki iş üzrə iddiaçının istifadə hüququnun pozulmasına əsas ola bilməz. Mülkiyyətçi olan ana Cavabdeh1 ilə istifadə hüquq olan qız X2 arasında münasibətlər pozulduğundan sonuncu soyadını və ata adını dəyişməklə bağlı Mingəçevir Asan Xidmət X1 müraciət etmiş, 17 avqust 2019-cu il tarixdə “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” ilə adını, ata adını və soyadını İddiaçı adına dəyişdirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)-1104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(051)-1104/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar