Məhkəmə qərarları › İş №2(107)-724/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-724/2021

16.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-724/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1122/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasıya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həkim-anestezioloq-reanimotoloq vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1122/2020 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçi İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti verərək Zaqatala rayon Məhkəməsinin 2(033)-1122/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala mərkəzi xəstəxanasında Anesteziya və Reanimasiya şöbəsində həkim işləyib. Nöqsansız fəaliyyət göstərmiş, ictimai tədbirlərdə həmişə fəal olmuşdur. 2020-ci ilin Aprel ayında koronavirusla mübarizə ücün könüllü olaraq Balakən xəstəxanasına getmişdir. Koronavirusla mübarizədə aktiv iştirak etdiyi ücün rəhbərlikdən təşəkkürlər almışdır. Həmin vaxt ağır şərtlər altında işləyərkən onda “Bel qrıjası" xəstəliyi yaranmışdır. May ayında cərrahi əməliyyat olunmaq məcburiyyətində qalmışdır. xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020 ci il tarixədək Zaqatala Mərkəzi xəstəxanasının X6 Əliyev xəstə olduğunu bilə-bilə onu Məmmədova Naira həkimin yerinə qanunsuz olaraq yenidən Balakən xəstəxanasına koronavirusla mübarizə üçün göndərmişdir. Orada xəstəliyi daha da kəskinləşmiş, ayaq üstə çətinliklə gəzirmiş. Orada xüsusi geyimlərdə ağır şərtlər altında işləmək "Bel qrıjası" xəstəliyinin residivləşməsinə səbəb olmuşdur. Karantindən sonra iş qabiliyyətini itirdiyi üçün məzuniyyətə çıxıb müalicə olunmağa başlamışdır. 19.10 2020-ci il tarixində MRT müayinə olunmuş və 13 mm residiv bel qrıjası aşkar olunmuşdur. Bu da onun yazdıqlarını təstiq edir. xx xxxxxxxx 2020-ci il tarixində saat 16 radələrində Məcid Əliyev onu məzuniyyətdən çağırıb qərəzli şəkildə Naftalan xəstəxanasına ezam olunduğunu bildirmişdir. Xəstə olduğunu bildiyi halda və şöbədə Naftalana gedə biləcək sağlam həkimlər olduğu halda Məcid Əliyevin bu hərəkətini başa düşmək mümkün deyildir. O, bir neçə gün ağrıları keçənə qədər möhlət istəmişdir. Lakin qeyri insani davranaraq polisə şikayət edərək cəzalandırmaq fikrinə düşmüş, polis şöbəsində xəstə olmağına baxmayaraq ezamiyyətə getməyə hazır olduğunu bildirməyinə baxmayaraq xx.xx.2020-ci il tarixdə qərəzli və qanunsuz şəkildə onu işdən çıxartmışdır. Bütün hadisələr xx.xx.2020- ci il saat 16 radələrində başlamasına baxmayaraq, 1408-K nömrəli əmr xx.xx.2020-ci ildə yazılmışdır. Bu da hadisə baş vermədən əvvəl işdən çıxarılmağının öncədən planlaşdırıldığını göstərir. Bu hadisə Əmək Məcəlləsinin kobud pozulması və Məcid Əliyevin vəzifə səlahiyyətlərini aşmasıdır. Onun ağır xəstə olmağını, məzuniyyətdə olmağını, xəstə olmağına baxmayaraq Naftalana ezamiyyətə getməyə hazır olduğunu bildirməyinə baxmayaraq işdən çıxarılmağı qanunsuz addımdır. Həmçinin rayon rəhbərliyinə və ictimaiyətinə yanlış məlumatlar verərək onun haqqında mənfi fikir yaratmağa çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə belə bir əsas gətirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək onu işdən azad etmişdilər. Lakin onun əmək funksiyasını yerinə yetirməməyinə dair hallar iddialar konkret faktlarla əsaslandırmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tam əsassız olaraq, qeyri-obyektiv, mülahizələr əsasında çıxarılmışdır. Məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması səbəbindən qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, cavabdeh tərəfindən hazırki iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə məzuniyyətdən geri çağrılmış və digər üç həkimlə birlikdə Naftalan şəhərinə ezam edilməli olduğu sonuncuya bildirilmişdir. Həkimlərdən digər üçü etiraz etməmiş, iş üzrə iddiaçı isə imtina edərək Naftalan şəhərinə həkim kimi yaralılara xidmət etməyə göndərilməsinə razılıq verməmişdir. Məhkəmə qətnaməsində bu halın hansı sübuta əsaslanması qeyd olunmamışdır. Onun adının yazıldığı Naftalan şəhərinə ezam edilməyi barədə göstəriş iş materiallarına əlavə edilmişdirmi? Məhkəmə qətnaməsində göstərilmişdir ki, o, etiraz etmiş, iş materiallarında onun imtina etməyinə dair hər hansı sübut vardırmı? Qətnamədə qeyd olunur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 3(033)-338 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, polis şöbəsinə çağrılan zaman verdiyi izahatda xəstə olmağına baxmayaraq müharibədə könüllü iştirak etməyə hazır olduğunu bildirmişdir. Bu hallar inzibati xəta haqqında protokol tərtib olunan zaman ondan alınan və protokola əlavə edilən izahatı da öz əksini tapır. Həmin izahatı inzibati xəta haqqında iş üzrə materiallarda mövcuddur. Onun hərbi xidmətdən yayınmağını təsdiq edən və ya imtina etdiyini göstərən heç bir hüquqi sənəd yoxdur. Ezam barədə göstərişdə İddiaçı adı ezam olunan şəxs kimi göstərilmişdirmi? Məhz İddiaçımu ezam olunmalıdır? Hesab edir ki, baş həkimin onunla qərəzli münasibəti və onu işdən çıxarmaq fikri olmuşdur. O, özü könüllü olaraq Nafatalan şəhər X3 Hüquqi Şəxsində yaralı əsgərlərə könüllü olaraq tibbi xidmət göstərmişdir. Bunu 857 saylı, xx xxxxxx 2020-ci il tarixli arayış sübut edir. O, qərəzli olaraq məzuniyyətdə və xəstə olduğu halda məzuniyyətdən geri çağrılmışdır. Ondan başqa məzuniyyətdə olmayan, həmin şöbədə olan həkimlər ezam olunmamışdır. Xüsusi olaraq qeyd edir ki, Qəbələ səfərbərlik idarəsində ehtiyatda olan baş-leytenantdır və könüllü kimi müraciət etmişdir. Könüllü olaraq Naftalan xəstəxanasına yaralılara yardım üçün gedib tibbi xidmət göstərmişdir. Qeyd edilənlərə əsasən Zaqatala rayon Məhkəməsinin 2(033)-1122/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün qənaətə gəlməmiş, işi hərtərəfli araşdırmamışdır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixidə xəstəxananın baş həkimi Məcid Əliyev onu məzuniyyətdən geri çağırıb, qərəzli şəkildə Naftalan xəstəxanasına yaralılara yardım etmək üçün ezam olunduğunu bildirmişdir. O da səhhətində problemlər olduğunu bildirmiş və nəyə görə məhz onun ezam olunmasını soruşmuşdur. Çünki xəstəxanada ondan başqa eyni ixtisasa malik olan Ədalət və Teymur adlı həkimlər də var. O da baş həkimdən həmin şəxslərin nəyə görə ezam olunmadığını soruşmuşdur. Lakin M.Əliyev onunla kobud davranaraq polisə şikayət etmiş, barəsində 8 gün müddətinə inzibati qaydada həbs təyin edilmişdir. Bütün bunlar baş həkimin ona qarşı qərəzli və planlaşdırılmış davranışlarından xəbər verir. O, sonradan Naftalan şəhərinə gedərək orada olan yaralılara köməklik göstərmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib. Ona görə də qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəla xəstəxananın baş həkiminin iddiaçı ilə heç bir qərəzli münasibəti yoxdur. İddiaçı 2020-ci ilin may ayında əməliyyat olunsa da, bundan bir az sonra işə çıxmış, hətta Zaqatala şəhərində yerləşən digər özəl xəstəxanada da çalışmışdır. Göründüyü kimi iddiaçının səhhətində o qədər də problem olmamışdır. Vətən Müharibəsinin başlandığı ilk günlərdən bütün xəstəxanalardan olduğu kimi, onların da xəstəxanasından bir neçə həkimin yaralılara kömək (yardım) etmək məqsədilə ezam olunması məsələsi gündəmə gəlmiş, baş həkim də bir neçə həkimin, o cümlədən də iddiaçının Naftalan şəhərinə ezam olunmasını bildirmişdir. Bununla əlaqədar iddiaçı məzuniyyətdən geri çağırılmışdır. Lakin iddiaçı ezam olunmaqdan imtina etmişdir. İddiaçının bu hərəkəti tibbi şuranın və həmkarların iclasında geniş müzakirə olunmuş, sonda hamılıqla iddiaçının bu hərəkəti pislənilərək, İddiaçı məslənin ciddiyyətini nəzərə almadığına görə barəsində tədbirlər görülməsinə etiraz edilməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçıdan fərqli olaraq xəstəxananın bir neçə həkimi, o cümlədən iddiaçının adlarını çəkdiyi Ədalət və Teymur həkim heç bir etiraz etmədən müharibə dövründə ezamiyyətdə olmuşlar. Apellyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1122/2020 nömrəlii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2020-ci il tarixli 1192-K saylı əmrdən görünür ki, iş üzrə iddiaçının ərizəsi nəzərə alınaraq həmin vaxtdan əmək məzuniyyətinə buraxılmış, məzuniyyətinin son günü xx.xx.2020-ci il tarixi hesab edilmişdir. xx.xx.2020-ci tarixli 1407-K saylı əmrdən göründüyü kimi iş üzrə cavabdehin sözügedən ərizə əsasında iddiaçı əmək məzuniyyətindən hərbi vəziyyətlə bağlı zərurət yarandığından geri çağırılmışdır. Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHS-in kiçik tibbi şurasının 11 nömrəli protokolundan göründüyü kimi həmin protokolla iş üzrə iddiaçının işdə qalıb-qalmaması məsələsinə rəhbərlik tərəfindən münasibətin bildirilməsi xahiş edilmişdir. xx.xx.2020-ci tarixli həmkarlar şurasının 59 nömrəli protokolundan görünür ki, kiçik tibbi şurasının 11 nömrəli protokolundan çıxarışda göstərilənlər müzakitə edilərərk İddiaçı barəsində müvafiq tədbirlərin görülməsinə PMX-nin Həmkarlar Şurası razılıq vermişdir. xx.xx.2020-ci il tarixli 1408-K saylı əmrdən göründüyü kimi İddiaçı həmin əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatından və işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına həkim-anestezioloq-reanimotoloq vəzifəsinə işə qəbul edilmiş, həmin vaxtdan tərəflər arasında əmək münasibətləri yaranmışdır. İşə götürənin xx.xx.2020-ci il tarixli 1192- K saylı əmri ilə iddiaçı həmin tarixdən növbəti əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası “Hərbi vəziyyət elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və həmin tarixli “Hərbi vəziyyət elan edilməsi” haqqında Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə ölkədə hərbi vəziyyətin elan edilməsi rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsində yaralananlara həkimlər tərəfindən yardım göstərilməsi məqsədi ilə iş üzrə cavabdeh xəstəxanadan bir neçə həkimin təcili olaraq Naftalan şəhərinə ezam edilməsi göstərişi verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə məzuniyyətdən geri çağırılmış və digər üç həkimlə birlikdə Naftalan şəhərinə ezam edilməli olduğu sonuncuya bildirilmişdir. Həkimlərdən üçü etiraz etməmiş, iş üzrə iddiaçı isə imtina etmişdir. İddiaçı imtina etməsini səhhəti ilə əlaqələndirmişdir. Bundan sonra cavabdeh orqan rəhbərliyi tərəfindən Zaqatala rayon Polis Şöbəsinə müraciət edilmiş, sonda iddiaçı polisin qanuni tələblərinə əməl etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibat Xəta Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 3(033)-338/2020 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2020-ci tarixli 1407-K saylı əmrdən göründüyü kimi iş üzrə cavabdehin sözügedən ərizə əsasında iddiaçı əmək məzuniyyətindən hərbi vəziyyətlə bağlı zərurət yarandığından geri çağırılmışdır. xx.xx.2020-ci tarixli həmkarlar şurasının 59 nömrəli protokoluna əsasən kiçik tibbi şurasının 11 nömrəli protokolundan çıxarışda göstərilənlər müzakirə edilərək İddiaçı barəsində müvafiq tədbirlərin görülməsinə PMX-nin Həmkarlar Şurası razılıq vermişdir. xx.xx.2020-ci il tarixli 1408-K saylı əmrdən göründüyü kimi İddiaçı həmin əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verən kollegiya bildirir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətini dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakəları qeyd edir. Bu baxımdan məhkəmə kollegiyası hazırki məhkəmə mərhələsində mübahisələndirilən xx.xx.2020-ci il tarixli 1408-K saylı əmrin və onun sənədləşdirilməsi ilə bağlı hüquqi prosedurlara xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. Birincisi, kollegiyası qeyd edir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHS-in kiçik tibbi şurasının 11 nömrəli protokolundan göründüyü kimi həmin protokolla iş üzrə iddiaçının işdə qalıb-qalmaması məsələsinə rəhbərlik tərəfindən münasibətin bildirilməsi xahiş edilmişdir. xx.xx.2020-ci tarixli həmkarlar şurasının 59 nömrəli protokolundan görünür ki, kiçik tibbi şurasının 11 nömrəli protokolundan çıxarışda göstərilənlər müzakirə edilərək İddiaçı barəsində müvafiq tədbirlərin görülməsinə PMX-nin Həmkarlar Şurası razılıq vermişdir. xx.xx.2020-ci il tarixli 1408-K saylı əmr ilə İddiaçı həmin əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və əmək müqaviləsinə xitam verilmişdir. İkinci, apellyasiya şikayətinin digər-yəni “İddiaçı adı ezam olunan şəxs kimi göstərilmişdirmi, məhz İddiaçımu ezam olunmalıdır?” dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala RMX PHS-n xx.xx.2020-ci il tarixli kiçik tibbi şurasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, tibb şuarsının sədri səfərbərliklə bağlı həkimlərin bölgələrdə yardım üçün ezam edilməsini müakirəyə çıxarmış, lakin anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkim anestezioloq reanimotoloqu İddiaçı Gülməmməd oğlu həmin tapşırığı qəbul etməyərək, etik davranış qaydalarını pozaraq iclası tərk etmişdir. Sonra tibbi şura məsələni müzakirəyə qoyaraq yekdil şəkildə İddiaçı işdə qalıbqalmaması məsələsinə münasibət bildirməyi direktordan xahiş etmişlər. Üçüncü, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “O, özü könüllü olaraq Nafatalan şəhər X3 Hüquqi Şəxsində yaralı əsgərlərə könüllü olaraq tibbi xidmət göstərmişdir. Bunu 857 saylı, xx xxxxxx 2020-ci il tarixli arayış sübut edir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən bu dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının sübut kimi göstərdiyi 857 saylı, xx xxxxxx 2020-ci il tarixli arayış xx.xx.2020-ci il tarixli 1408-K saylı əmrdən xeyli sonraya aiddir. Yəni, iddiaçı bu hərəkətləri müvafiq göstərişlərin ona verilməsi vaxtında deyil, daha sonra, yəni tərəflər arasında əmək hüquq münasibtələrinə xitam verildikdən sonra etmişdir. İddia ərizəsinə və apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, məlum hadisələrlə bağlı Vətən müharibəsi dövründə bir həkim kimi peşə vəzifəsindən irəli gələn vəzifəni müxtəlif bəhanələrlə yerinə yetirməkdən imtina etmək əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək funksiyalarının tərkib hissəsi kimi qəbul edilməli, iddiaçının həmin hərəkəti həm işə götürənin qanuni hərəkətlərinin, həm də həkim olaraq üzərinə düşən vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir Belə ki, “Hərbi Vəziyyət Haqqında” Azərbaycan Respublikası Qanunun 10.1.27-ci bəndinə əsasən müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olması, səfərbərli planına (tapşırıqlarına) uyğun olaraq oların istehsalat fəaliyyətinin növünün və iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi) bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi bir mənalı olaraq tələb kimi qoyulmuşdur Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir ki, bunlardan biri də həmin maddənin “ç” bəndində nəzərdə tutulmuş işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddənin 2-ci hissəsində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri(sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 186-cı maddənin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. AR Səhiyyə nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb müəssisələrdə çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının tərkib hissəsi olan həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 24-cü bəndinə əsasən həkim-anestezioloq-reanimatoloq ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, öz fəaliyyəti ilə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-1122/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar