Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-725/2025 31.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X27 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)- 54/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları:
İddiaçı 22 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh və X15 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X12 və Cavabdeh Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, Balakən Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı 26 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirlməsi” barədə ərizə ilə məhkəməyə müraciət edib, “cavabdeh X15 qarşı tələb hissəsində” iddianın həcmini azaldaraq, onu cavabdehlikdən çıxarmış və məhkəmədən cavabdehlər hissəsində iddia ərizəsinə düzəliş edərək, Cavabdeh Balakən rayonu Qazma kəndində yerləşən JN 570 kod 40103018 nömrəli torpağa mülkiyyət hüququna X35na əsasən ümumi istifadədə olan 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirlməsi” barədə ərizədə həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, arvadı X8 ilə birlikdə Balakən rayonu Sarıbulaq kəndində yaşayır. 2008-ci ildə oğlu - X20 Cavabdeh ilə rəsmi nikah bağlayaraq evlənmişdir. Onlar evli olduqları 6-7 il ərzində onların yanında qalmışlar. İlk vaxtlar mehriban ailə həyatları olmuş və qarşılıqlı hörmətə əsasən bir yerdə yaşamışlar. 2010-cu ildə X20 ümumbirgə mülkiyyətlərində olan və Balakən rayon Qazma kəndində yerləşən JN:570 kod 40103018 nömrəli 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə düşən hissəsindən 0,40 ha ərazini sataraq Balakən rayonu Qazma kəndi ərazisində ev tikmək üçün 0,20 ha torpaq sahəsi almışdır. 2013-cü ildə Balakən rayon Qazma kəndində yerləşən JN:570 kod 40103018 nömrəli 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan həyat yoldaşı ilə yaşamaları üçün o, fərdi yaşayış evi inşa etmək qərarına gəlmiş və o, həmin fərdi yaşayış evini 2015-ci ildə tikib qurtarmışdır. 2014-cü ildə cavabdeh X12 fəqərələrinin cərrahi əməliyyatından sonra, sinir köklərinin sıxılması və çanaq üzvlərinin funksional pozulmasına yol açmışdır. Daha sonralar bədənində yaranmış bu problem Şahinin tənəffüs çatışmazlığına, ən sonda kəskin bronxial astmanın qarışıq formasına, yəni nəzarət olunmayacaq dərəcədə ağır hal almasına səbəb oldu. Bu hadisədən sonra o, X16 və Cavabdeh müvəqqəti yaşamaları üçün həmin evə köçürmüşdür. X33 və Cavabdeh 2019-cu ildən başlayaraq ailə münaqişəsi şəraitində yaşayırlar. 2024-cü il tarixdə X20 Cavabdeh nikahın pozulması və uşaqların yaşayış yerinin öz yanında təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Onların birgə nikahlarının pozulmasına etiraz etməyəcəklərini və bu səbəbdən ailə münasibətlərinin dağılacağını nəzərə alaraq Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfartı təyinatlı torpaq sahəsini və orda inşa etdiyi fərdi yaşayış evini boşaltmalarını tələb etməsinə baxmayaraq onlar nə torpaq sahəsini, nə də fərdi yaşayış evini boşaltmırlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan hüququ kobud şəkildə pozulmuşdur. Bu səbəbdən hazırki tələblə aidiyyəti üzrə Balakən rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Birinci instansiya məhkəməsində icraat:
Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 16 aprel 2025-ci il tarixli e- 2(019)-54/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: -“İddia qismən təmin edilsin. - Cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X4, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılsın; iddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verillsin, qalan 72 manatı İddiaçı özünə aid edilsin. - 100 manat ekspertiza xərcinin 28 manatı Cavabdeh oğlundan, 72 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.” Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X5, X12 və X18 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə onlara JN 570 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna X35 hazırlanmışdır. İddiaçının keçmiş gəlini olan Cavabdeh sözügedən 1,30 ha torpaq sahəsinin Dövlət aktının 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən qanunsuz olaraq istifadə etməklə iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, JN 570 KOD 40103018 olan torpağa Mülkiyyət hüququna X35na əsasən mübahisələndirilən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahəsinin Dövlət aktının 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən heç bir hüququ olmadan qanunsuz olaraq istifadə etməsini, nəticədə torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarının pozulmasını, eyni zamanda Cavabdeh 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bütünlüklə deyil, torpaq sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən istifadə etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh məhkəmə mübahisəsi başlayandan sonra iddiaçı və onun ailə üzvülərinin mülkiyyətində olan 1,30 hektar torpaq sahəsinin 0,2681 ha hissəsindən istifadə etməməsi barədə cavabdehin nümayəndəsinin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-16(019)-23/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən JN 570 kod 40103018 torpağa mülkiyyət hüququna X35na əsasən ümumi istifadələrində olan 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud fındıq topalarının budanması və qulluq edilməsi, məhsul yığımı zamanı fındıq məhsulunun yığılması Cavabdeh qadağan edilmişdir. Bu səbəbdən də Cavabdeh hazırda mübahisəli torpaq sahəsinin 0,2681 ha hissəsindən istifadə etmir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumunun qalan 72 manatı İddiaçı özünə aid edilməlidir. Beləliklə, məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X6, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, qalan 72 manatı İddiaçı özünə aid edilməlidir. Eləcə də, 100 manat ekspertiza xərcinin 28 manatı Cavabdeh, 72 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 213.6, 238 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrinə istinad etmişdir. Eləcə də, birinci instansiya məhkəməsi - qətnamədə iş üzrə aparılan araşdırma zamanı aşağıda qeyd olunan sənədlərin tədqiq olunduğunu göstərmişdir: - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN:570 Kod 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X30 görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,30 ha torpaq sahəsi İddiaçı, X4, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,9011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və qeyrilərinin ümumi paylı mülkiyyətinə verilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AN-İ № ******* nömrəli, 13 oktyabr 2010-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 və digərləri ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,9011 hektar torpaq sahəsinin 0,7011 hektar hissəsini X2,0,20 hektar hissəsini X1. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 19 dekabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-5290/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1). JN 570 Kod 40103018 saylı Torpağa mülkiyyət hüququna X35 ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə X17, X4, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha ərazidir və həmin ölçülər qismən hüquqmüəyyənedici sənədlərə uyğundur. Torpaq sahəsənin yerləşmə vəziyyəti tərtib edilmiş yerqruluşu planında göstərilmişdir; 2). JN 570 Kod 40103018 saylı “Torpağa mülkiyyət hüququna X35" ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X4, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsindən 0,0912 ha hissəsini və 0,2681 ha hissəsini Cavabdeh istifadə edir. Cavabdeh tərəfindən istifadə olunan ərazilərin yerləşmə vəziyyəti tərtib edilmiş yerqüruluşu planında göstərilmişdir. - İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli №10/632 nömrəli ekspert rəyində göstərilir ki: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, JN:570 Kod 40103018 saylı Torpağa Mülkiyyət hüququna X35 ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və X18 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha ərazidir və həmin ölçülər qismən hüquqmüəyyənedici sənədlərə uyğundur. Torpaq sahəinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planında göstərilmişdir; JN50 Kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X35 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X6, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı təyinatlı 1,30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsindən 0,0912 ha hissəsini və 0,2681 ha hissəsini cavabdeh X9 istifadə edir. Cavabdeh tərəfindən istifadə olunan ərazilərin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Nümayəndə2 imzalamışdır), Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X5, NuriyevŞahin Fərman oğlunun və X18 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə onlara JN 570 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna X35 hazırlanmışdır. İş üzrə cavabdeh iddiaçının gəlini olmuşdur. İddiaçının oğlu- X20 2008-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq evlənmişdir. Onların birgə nikahından iki uşaqları vardır. 2015-ci ildə onlar mübahisəli torpaq sahəsinin 0,75 ha hissəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamağa başlamışlar və o vaxtdan da evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edirlər. 2024-cü ilin mart ayında X28 Nuriyeva arasında narazılıqlar başlamış və həmin vaxtdan da Şahin evdən çıxmış və o, həmin evdə yaşamır. O, evdə Cavabdeh iki uşağı ilə yaşayır və evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edir. Cavabdeh digər 0,2681 ha torpaq sahəsindən məhkəmə mübahisəsi başlayandan istifadə etmir. Həmin torpaq sahəsi də evin yerləşdiyi yerdən uzaqda yerləşir. Bundan əlavə 2015-ci ildə iddiaçının oğlu Şahin Nuriyevlə birgə nikahda olduğu müddətdə cavabdehlə birlikdə tikdiyi evin yerləşdiyi torpaq sahəsi iddiaçılar və onun oğlu Şahin Nuriyevin mülkiyyətində olsa da, həmin tikili Şahin Nuriyev və cavabdeh tərəfindən inşa edilmiş, iddiaçının torpağın üzərində tikilinin inşasından məlumatı olmuş, tikiliyə razılıq vermiş və uzun illər buna etiraz etməmişdir. Hazırkı vəziyyətdə isə tikilinin altının yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması cavabdehə mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçı tərəfindən hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin cavabdehin torpaq sahəsindən çıxarılmasından, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının bərpasından imtina olunmasına dair mövqeyi ilə cavabdeh tərəf razılaşmır. Belə ki, iddiaçının bu hissədə tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması. Qeyd olunan şərtlərin birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmur. Üçüncü şərt isə əlavə araşdırmanı tələb edir. Belə ki, Mülki Məcəllənin 157.8, 241.3 və 243.1-ci maddələrini bu mübahisəyə əlaqəli şəkildə tətbiq etməklə, cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yalnız istifadəsində olan evin yerləşdiyi, habelə həmin evin normal istifadəsi üçün zəruri olan hissəsi üzrə sahibliyi qanuni hesab oluna bilər. 0,75 ha torpaq sahəsində cavabdehin istifadəsində 2015-ci ildə torpaq mülkiyyətçilərindən olan Şahin Nuriyevlə birgə nikahda olduqları müddətdə tikdikləri evin olması, həmin evin ətrafında yerləşən torpaq sahəsinə ona hər hansı hüquq vermir. Həmçinin, cavabdeh əvvəllər həmin torpaq sahəsindən iddiaçının icazəsi (və ya susması) ilə istifadə etsə də, hazırda iddiaçının torpaq sahəsini geri tələb etməsi ilə hüquqdan sui-istifadə etməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halları üzrə araşdırma aparılmalı, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsinin onun fərdi yaşayış evindən istifadəsi üçün zəruri olması müəyyən edilməli və Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarının hazırkı mübahisəyə tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsi təqdim olunmuş sübutları tam və hər tərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Buna görə də birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 və apellyasiya şikayətini vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Daanov X21 Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)- 54/2025 nömrəli qətnaməsinin ləğv olunması və Cavabdeh torpaq sahəsindən çıxarılmasına dair iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirlməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)- 54/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)- 54/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, “Cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X4, X12 və X18 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0,75 ha sahəsinin 0,0912 ha hissəsindən və 0,2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılması” qət edilmişdir və hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində birinci instansiya məhkəməsinin məlum iddia tələbini qismən təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi iddiaçı tərəfin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək - mülkiyyətçi olaraq iddiaçı tərəfin Azərbaycan Respublikasının Konstitusiyası, mülki qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq aktlarla tanınan və qorunan mülkiyyət hüququnun, o cümlədən də mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarının tərkib hissəsidir. Hazırkı mübahisənin bütün halları nəzərə alınmaqla, qeyd etmək lazımdır ki, kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan tikilmiş və müvafiq qaydada Dövlət Reyestrində qeydə alınmamış hər hansı bir özbaşına tikili (Mülki Məcəllənin 180-ci maddəsi) və belə bir tikili ilə əlaqədar mübahisələr - mülkiyyət sahibinin öz torpağından təyinatı üzrə istədiyi kimi istifadə, sahiblik və sərəncam hüquqlarını, yəni mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, qeyd etmək lazımdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri - hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarət olduğundan və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan (MPM-nin 2-ci maddəsi), kənd təsərrüfatı təyinatlı məlum torpaq sahəsi üzərində qanunvericiliyin tələbləri nəzərə alınmadan tikilmiş və müvafiq qaydada Dövlət Reyestrində qeydə alınmamış hər hansı bir özbaşına tikili nəzərə alınmaqla hazırkı iddia tələbi ilə əlaqədar mübahisənin həll edilməsi - mülki işlər üzrə məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli olan ədalət mühakiməsinin mahiyyətinə zidd olardı. Çünki, müəyyən xarakterli iddialar, o cümlədən də hazırkı iş üzrə baxılan iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar iddia tələbi - qanunvericiliyin tələblərinə uyğun qeydə alınmaqla mülki dövriyyənin obyekti (predmeti) olan daşınmaz əmlakın hüquqi vəziyyəti nəzərə alınmaqla həll edilməlidir. İnsan Hüquqlarının və X14 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli e-2(019)-54/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.