Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-728/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və digərlərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı mənzilə köçürmə, istifadə hüququnun tanınması və mənzildən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilməsi, istifadə hüququnun tanınması, evə köçürülmə ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, 1998-ci ildə X6 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra Şəki şəhəri, X26 prospekti, dalan 11, mənzil 8 ünvanına gəlin köçərək həmin ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Həsənbala ilə faktiki ailə qurarkən o, ailəli olmuşdur. Onların faktiki nikahlarından xx.xx.2000-ci il tarixdə X9 anadan olmuşdur. 17 yanvar 2005-ci ildə X6 ilə nikahlarını rəsmiləşdirmişlər. Yaşadığı Şəki şəhəri, X26 prospekti, dalan 11, mənzil 8 vərəsəlik qaydasında digər vərəsələrin paylarından həyat yoldaşı Həsənbalanın xeyrinə imtinası əsasında 2008-ci ildə Həsənbalanın tam mülkiyyətinə keçmişdir. 17 fevral 2009-cu il tarixli müqaviləyə əsasən həmin evi X6 ona bağışlamış, xx.xx.2009-cu il tarixdə ona həmin evə dair dövlət reyetrindən çıxarış verilmişdir. X6 xəstəliyi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onlar ailə qurub birgə yaşadıqları dövrdə X3 birinci nikahdan olan övladları atalarına heç bir köməklik göstərməmişlər və onunla maraqlanmamışlar. Birgə yaşadıqları dövrdə yaşadıqları evdə öz hesablarına təmir işləri aparıb yaşayış səraitlərini yaxşılaşdırmışlar. Onların birgə naikhdan olan övladları X9 44 günlük Vətən müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuş və o Şəki şəhəri, X26 prospekti, dalan 11, mənzil 8 ünvanında tək yaşamağa məcbur olmuşdur. Şəki şəhəri, X26 prospekti, ev 11/8 həyət evidir və o, həmin evdə tək yaşaya bilmir. Ona görə də həmin evi satıb bina evi almaq istəyir. Lakin sonradan ona həmin evdə cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladı X12 qeydiyyatda olmaları məlum olmuşdur. O, cavabdehlər X10, Cavabdeh1 və Cavabdeh3 ümumiyyətlə tanımamışdır. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 həyat yoldaşının birinci nikahdan olan övladları, X18 isə Kəmalənin övladıdır. O, mübahisəli evdə gəlin köçəndə Kəmalə və Əliəlbər həmin evdə yaşamamışlar. 1999-cu ildə eşidəndə ki, ataları ailə qurub gəlib 1 ilə kimi həmin evdə yaşamışlar. O, Həsəbala ilə nikaha girəndə Həsənbala evli olmuş, birinci arvadı və uşaqları Rusiya Federasiyasında yaşamışlar. Yoldaşının birinci arvadı da təxminən 2 il onlarla birlikdə mübahisəli evdə yaşamışdır. 1999cu ildən sonra Kəmalə və Əliəkbər Bakıda və Sumqayıtda yaşamışlar. O vaxtdan sonra nə Kəmalə, nə də Əliəkbər qeyd edilən ünvanda yaşamamışlar. Onlar təxminən 1999-cu ildən etibarən onlar evi tərk edərək getmişlər. Belə ki, Ələkbər işi ilə əlaqədar Sumqayıta getmiş, orada işləmiş və hal-hazırda evi də olmaqla ailəlikcə Sumqayıtda yaşayırlar. Kəmalə isə hazırda Bakı şəhərində yaşayır. Kəmalə iki dəfə ailəli olub. Onlar həmin vaxtdan sonra ancaq ataları rəhmətə getdikdə yas mərasimində iştirak etmək üçün sözügedən evə gəlmişlər. Oğlu Toğrul şəhid olanda Cavabdeh4 onun yasında iştirak etmiş, Cavabdeh2 isə gəlməmişdir. Digər cavabdehlər X13, Cavabdeh1, Cavabdeh3 ilə heç bir əlaqələri olmamış, ümumiyyətlə onlar mübahisəli evdə yaşamamışlar. Cavabdehlərə mənzilindən qeydiyyatdan çıxmalarını bildirsə də, onlar qeydiyyatdan çıxmamışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq Cavabdeh2 tərəfindən ona qarşı qaldırılmış qarşılıqlı iddia tələbinin rədd olunması və tərəfindən verilmiş ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona və azyaşlı qızına münasibətdə iddianın rədd edilməsi, onun azyaşlı qızı ilə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözüegedən evə, ev hələ babasının, nənəsinin mülkiyyəti olan olaraq onun, doğulduğu gündən digər bacı qardaşları kimi istifadə hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan 158.3-cü maddəsinin tələbinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər hüquqların, o cümlədən də istifadə hüququnun xitamına səbəb olmur. İddia üzrə cavabdeh onunla kobud rəftar nümayiş etdirməklə onları kirayələrdə yaşamaq məcburiyyətində qoyub. Bu azmış kimi indi də onlara qarşı, özünün uydurma, həqiqətə tamamilə uyğun olmayan iddiaları məhkəmədən onları yeganə yaşayış yerlərindən tamamilə məhrum etmək istəyir. İlkin iddia tələbinin həqiqətə uyğun olmayan detallarına qarşılıq olaraq o, məhkəməyə kirayədə yaşadığına dair, başqa yaşayış yerinin olmadığına dair sənədlərini təqdim edərək, bildirmək istəyir ki, onun başqa yerdə yaşamağı, onun yeganə yaşayış yeri olan cavabdehin mülkiyyətinə keçmiş evdən imtinası kimi qəbul edilə bilməz və onun azyaşlı qızı ilə kirayədə qalmağı, maddi itkilərə məruz qoyulmağı məcburiyyətdən, cavabdehin kobud rəftarından irəli gəlir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 saylı qətnaməsi ilə (hakim C.İmanov) ilk iddianın təmin edilməsi, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 İddiaçı qarşı ilkin iddianın ona və azyaşlı qızına münasibətdə rədd edilməsi, onun azyaşlı qızı ilə birlikdə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərcinin onun özünə aid edilməsi, Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 17 fevral 2009-cu il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən X2 şəhəri, M.F.Axundov prospekti, dalan 11, ev 8 ünvanında 0,035 ha torpaq sahəsində yerləşən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət yaşayış evini həyat yoldaşı İddiaçı bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətinə əsasən Şəki şəhəri, X26 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2009-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 143200 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X8 ilə X16 17 yanvar 2005-ci ildə 03 nömrəli nikah qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarında olan İ-AZ seriyalı, 177840 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X9 19 iyul 2000-ci ildə Şəki şəhərində anadan olmuşdur. AZ-İİ seriyalı, 138353 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X9 13 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən düyüşlərdə hərbi əməliyyat nəticəsində digər növ partlayıcı və ya qəlpə törədən zədələr səbəbindən vəfat etmiş və bu barədə ölüm materiallarında olan AZ-İİ seriyalı, 010559 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 16 aprel 2019-cu ildə 12 barmaq bağırsağın CR İİ səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 247 nömrə ilə qeyd edilmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, 7741 nömrəli məktubuna əsasən, İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki ünvanı Şəki şəhəri, X26 prospekti, dalan 11, ev 8-dir. Şəki şəhər İHB-nın “Dəmirçibulağı” məhəllə nümayəndəliyinin 03 avqust 2021-ci il tarixli, 80 nömrəli arayışına əsasən Şəki şəhəri, X26 prospekti, dalan 11, ev 8-də yerləşən ev xüsusi mülkiyyət həqiqətən vətəndaş İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18, Cavabdeh4, X13 qeydiyyatdadırlar və uzun müddətdir ki, bu ünvanda yaşamırlar. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 019600 nömrəli vəsiqəsinə əsasən İddiaçı 21 yanvar 2021-ci il tarixdə müddətsiz şəhid ailəsi statusu verilmişdir. ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 360 inventar nömrəli, **********03-10301 reyestr nömrəli fərdi yaşayış evinin plan və sxeminə əsasən İddiaçı adına qeydiyyata alınmış Şəki şəhəri, X26 prospekti, dalan 11, ev 8-də 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ev 237.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarətdir. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, X26 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli 222 nömrəli arayışı və MH seriyalı, ******* nömrəli çıxarışına əsasən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət Şəki şəhəri, X26 prospekti, dalan 11, 8 nömrəli evin 2/3 hissəsi X1 əsasında verilmişdir. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, X26 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Məleykə Hacıabbas qızının 1/3 hissə, Əlinağı Həsən oğlunun 1/3 hissə X3 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli 2565 nömrəli arayışı və MH seriyalı, ******* nömrəli çıxarışına əsasən 0.035 ha torpaq sahəsində yerləşən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət Şəki şəhəri, X26 prospekti, dalan 11, 8 nömrəli evin 1/3 hissəsi X1 əsasında verilmişdir. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, X26 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Məleykə Hacıabbas qızının, Əlinağı Həsən oğlunun, X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Şəki şəhər İHB-nın 1 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli, 160 nömrəli arayışa əsasən Məcidov X19 şəhəri, M.F.Axundov küçəsi, 118 saylı evdə qeydiyyatda olmaqla yaşayır. 01 mart 2006-cı il tarixli, 155 nömrəli “doğum haqqında akt qeydi”nin lazımi qaydada təsdiq edilmiş surətinə əsasən X18 xx.xx.2004-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında 01 mart 2006-cı ildə 155 № ilə qeyd edilmişdir. Atası qrafasında X22, anası qrafasında Cavabdeh2 Nəsənbala qızı göstərilmişdir. 25 aprel 1993cü il tarixli 73 saylı nikah qeydinə əsasən Cavabdeh4 ilə Nağıyeva (Səfərova) Könül Fəxrəddin qızı arasında nikah bağlanmışdır. ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən 2 saylı Sumqayıt Əİ-də X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Şəki şəhəri Ə.Məmmədov küçəsində Cavabdeh4 adına 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçının, qarşılıqlı iddiaçının və cavabdehlərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olmuşdur ki, iddiaçının həyat yoldaşı X2 şəhəri, M.F.Axundov prospekti, dalan 11, ev 8 ünvanında yerləşən evini 17 fevral 2009-cu il tarixdə həyat yoldaşı İddiaçı bağışlamışdır. İddiaçı bağışlamanı qəbul etdikdən sonra MH seriyalı, ******* nömrəli çıxarışla Şəki şəhəri, X26 prospekti, dalan 11-də olan əmlakı xx.xx.2009-cu ildə ********** nömrə ilə öz adına qeydiyyata aldırtmışdır. İddiaçı məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərin mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Cavabdehlərdən X13, Cavabdeh1 və Cavabdeh3 iddianı qəbul edərək göstərmişlər ki, onlar ünvan 5 ünvanında heç vaxt yaşamamışlar. Buna görə də onların qeyd edilən ünvan üzrə istifadə hüquqlarının itirilməsi barəd qətnamə çıxarılmasına etiraz etməmişlər. Lakin digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 isə iddianı qəbul etməmişlər. Məhkəmə cavabdehlər X13, Cavabdeh1 və Cavabdeh3 münasibətdə qanunvericiliyin iddianın etiraf edilməsi barədə müddəalarının tətbiq edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olması, cavabdehlərin mübahisəli evdə pasport qeydiyyatına olmaları, cavabdehlər X13, Cavabdeh1 və Cavabdeh3 həmin evdə heç yaşamamaları, həmçinin cavabdehlərdən Cavabdeh4 həmin evi başqa ünvanda yaşamaq üçün 1995-ci ildən etibarən birdəfəlik tərk etdiyi və Cavabdeh2 da həmin evi 2002-ci ildən etibarən başqa ünvanda yaşamaq üçün tərk etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızının ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları qalmamışdır. Məhkəmə X14 münasibətdə hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən onun yaşayış yeri valideyni Cavabdeh2 yaşayış yeri hesab edilməlidir. Qeyd olunalara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qanunvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırki işin halları baxımından məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsə də, iddianın əsasından da görünür ki, o, əslində cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd etmişdir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh2 isə qarşılıqlı iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarı, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.5, 119.1, 191.3, 220.4, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan hüquq münasibətlərinin hansı dövrə aid olunduğunu düzgün müəyyən etməmişdir. Onun və övladının mübahisəli mənzilin yaşayış sahəsinə olan hüquqlarını düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi, ilk iddia tərəfinin, onun sözügedən evə olan istifadə hüquqlarını itirildiyinə dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etmədiyi halda iddiasını əsaslı sayıb. Onların başqa yerə köçdüklərinə dair, özlərinə yeni yaşayış yeri seçmələri barədə formal xarakterli, həqiqətlə əlaqəsi olmayan sözlərini araşdırmadan həqiqi hallar olaraq müəyyən etmişdir. Onların başqa yerə köçdüklərinə dair, özlərinə yeni yaşayış yeri seçdikləri barədə iddia tərəfinin dedikləri tamamilə həqiqi hallar uyğun deyil. Belə ki, o, işləmək üçün Bakı şəhərinə gəlmişdir. Yetkinlik yaşına çatmayan övladı ilə kirayədə qalır və bu barədə sübutlarını birinci instansiya məhkəməsinə təqdim də etmişdir. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)- 1813/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ona və övladına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1813/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ona və övladına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi və onun qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən, ilk iddianın ona və azyaşlı uşağına qarşı təmin edilməsi və qarçılıqlı iddianın təmin edilməməsini mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(075)-1813/2021 saylı qətnaməsinin ilk iddianın ona və azyaşlı uşağına qarşı təmin edilməsi və qarçılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv olunmasını və ilk iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni ilk iddianın apelyatora və azyaşlı uşağına qarşı təmin edilməsi və qarçılıqlı iddianın təmin edilməməsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı düzgün olaraq təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsi 24 dekabr 2021-ci il tаrixli, 2(075)-1813/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı mülkiyyətindədir, Cavabdeh2 mübahisəli evdə pasport qeydiyyatındadır. Həmçinin Cavabdeh2n həmin evi 2002-ci ildən etibarən başqa ünvanda yaşamaq üçün tərk etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından ilk olaraq qarşılıqlı iddiaya qiymət verilməlidir. Kollegiya ilk növbədə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözüegedən evə, ev hələ babasının, nənəsinin mülkiyyəti olan olaraq onun, doğulduğu gündən digər bacı qardaşları kimi istifadə hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan 158.3-cü maddəsinin tələbinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər hüquqların, o cümlədən də istifadə hüququnun xitamına səbəb olmur. Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən, Şəki şəhəri Ə.Məmmədov küçəsində Cavabdeh4 adına 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. İlk iddiaçının həyat yoldaşı X2 şəhəri, M.F.Axundov prospekti, dalan 11, ev 8 ünvanında yerləşən evini 17 fevral 2009-cu il tarixdə həyat yoldaşı İddiaçı bağışlamışdır. İddiaçı bağışlamanı qəbul etdikdən sonra MH seriyalı, ******* nömrəli çıxarışla Şəki şəhəri, X26 prospekti, dalan 11-də olan əmlakı xx.xx.2009-cu ildə ********** nömrə ilə öz adına qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli evi 2002-ci ildən etibarən tərk edərək başqa ünvanda yaşamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edir ki, iddiaçı Cavabdeh2 mübahisəli evi 2002-ci ildən etibarən tərək etdiyindən və istifadə hüququnu itirdiyindən, onun yenidən mübahisəli evə istifadə tanına bilməz. Kollegiyanın qənaətinə görə cavabdehin mübahisəli mənzilə arasıra gəlib getməsi onun mübahisəli mənzil üzərində istifadə hüququnun saxlanması üçün kifayət deyildir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyindən aydın olur ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarından və qarşılıqlı iddiaçının izahatından da görünür ki, o mübahisəli evi daimi olaraq tərk etmişdir. Artıq o mübahisəli evdə 19 ilə yaxın müddətdir ki, yaşamır. Eyni zamanda iddiaçı mübahisəli evə nəyə görə köçmək istəyini əsaslandıra bilməmişdir. Yəni özünün də izahatında qeyd etdiyi kimi hazırda Bakı şəhərində yaşamaqla orada işləyir. Bundan başqa iddiaçı iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi ilə əsaslandırır. Kollgeya bununla bağlı qeyd etməyi lazım bilir ki, qeyd edilən maddənin mənasına görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər hüquqların, o cümlədən də istifadə hüququnun xitamına səbəb olmur müddəası, qeyd edilən əmlakda mövcud olan istifadə hüququnun xitamına səbəb olmur kimi başa düşülməlidir. Halbuki hazırki halda qarşılıqlı iddiaçının mübahisəli evdə istifadə hüququ mövcud deyildir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mübahisəli mənzildə hazırki dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüquqlarının yaranmasına zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Məhkəmə kollegiyası azyaşlı uşaq X14 münasibətdə hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən onun yaşayış yeri valideyni Cavabdeh2 yaşayış yeri hesab edildiyindən iddia ona münasibətdə də təmin edilə bilməz. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia təmin edilmədiyindən, Cavabdeh2 mübahisəli evi 2002-ci ildən etibarən tərək edərək başqa ünvanda yaşadığından və mübahisəli evə dair istifadə hüququnu itirdiyindən birinci instansiya məhkəməsi iddia tələbini ona münasibətdə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ vardır. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülkiyyətində olan evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh2 göstərilən yaşayış sahəsindən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan yaşayış sahəsinə Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə Cavabdeh2 və qarşılıqlı iddia tələbinə münasibətdə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(075)- 1813/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tаrixli, 2(075)-1813/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-728/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-728/2022
07.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver