Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-73/2025 07.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutulmuş yolun açılması və genişləndirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutulmuş yolun açılması və genişləndirilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara və ailə üzvlərinə Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində tikdikləri evə gəlibqayıdan yol cavabdehlər tərəfindən zəbt edilib bağlandığından həmin yolun cavabdehlərin hesabına açılaraq avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsini xahiş etmişlər.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərinə Ağsu rayonunun Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə dair JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahəsi üzərində yaşayış evi tikmişlər və digər hissəsində isə kənd təsərrüfatı məhsulları əkib-becərirlər. Evləri kəndin günbatan, yəni şərq hissəsində yerləşir. Həmin ərazidə başqa kənd sakinləri də ev tikib, orada yaşayırlar. Onların ev və həyətlə qonşuluğunda Cavabdeh1 evi yerləşir. Cavabdeh1 və onun qardaşı Cavabdeh2 onların evinə gələn yolu zəbt edərək o dərəcədə daraltmışlar ki, ancaq piyada cığır yolu qaldığından, avtomobil, traktorların həyətlərinə gəlib-qayıtması mümkünsüz olmuşdur. Halbuki, həyətə avtomobil yolu hər yerdə olduğu kimi açıq olmalıdır. Cavabdehlər yolu o dərəcədə zəbt etmişlər ki, hətta yolun qırağından keçən su arxı, qaz və telefon xətti sahəsini də zəbt etmişlər. Yolun daraldılıb zəbt edilməsindən onlar uzun müddətdir ki, əziyyət çəkirlər. Cavabdehlərdən yolun açılmasını dəfələrlə tələb etsələr də, bu nəticəsiz qalmışdır. Cavabdehlər nəinki onlara gələn yolu zəbt etmişlər, hətta başdan və ayaqdan da bağlayıblar. Odur ki, hətta son vaxtlar məcbur qalıb qonşu həyətin içərisindən gedib-gəlməli olmuşlar.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etmişlər.
4. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddianı qəbul etmir, əvvəllər həmin yerdə avtomobil yolu olmayıb, onlar uzun müddətdir ki, orda yaşayırlar. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, hazırda mübahisə predmeti olan yol əvvəllər də məhkəmədə mübahisələndirilmişdir.
5. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 dediklərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) xx.xx.2024-cü il tarixli, 2(016)- 14/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndində yerləşən 1.23 ha torpaq sahəsinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübаhisəsi gedən yol sahəsi əvvəllər Cavabdeh1 və X8 tərəfindən zəbt edildiyi üçün iddiaçı X9 cavabdehlər Cavabdeh1 və X4 qarşı “özbaşına tutduqları gediş gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ağsu rayonu, Hacıuşağı kəndinin şimal hissəsindəki ümumi su arxının sol tərəfində su arxı ilə pay torpağı arasındakı ərazidə yerləşən və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş 6 metr enində 60 metr uzunluğunda ictimai yol və həmin istiqamətdə su arxı ilə pay torpağı arasındakı ərazidə 6 metr enində 80 metr uzunluğunda, şərq tərəfdən pay torpağı ilə Hacıuşağı kənd sakini Asim Cavadovun çəpəri arasındakı ərazidə 6 metr enində və 180 metr uzunluğunda cavabdeh X8 tərəfindən qanunsuz olaraq zəbt edilmiş ictimai yolun məcburi qaydada açılması, iddiaçı X1 və onun ailə üzvlərinin həmin yoldan gediş-gəliş üçün hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 məhkəmə iclasında hazırda mübahisə predmeti olan yolun iddiaçı X1 iddia tələbi üzrə məhkəmə mübahisəsinin predmeti olduğunu bildirmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında mübаhisəli yolun ictimai yol olması və əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyindən görünür ki, iddiaçıların naturada iddia etdikləri mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aid olmaqla qaz xətti ilə su arxı arasında qalan torpaq sahəsidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı torpaq sahələrinə birləşdirilmişdir.
9. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndində yerləşən 1.23 ha torpaq sahəsinə gedən yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılmalı, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul iddiaçılara aid edilməli, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 170.1, 170.2, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı bir sıra əhəmiyyətli hallara diqqət yetirilməyib. İlk növbədə mübahisəli məkanda iddiaçının öz torpaq sahəsinə başqa giriş-çıxış yeri də mövcuddur. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedişgəliş yolu verilib. Lakin iddiaçılar bununla qane olmayaraq həmin yolun genişləndirilməsini istəyirlər. Həmin yol iddiaçılar üçün gediş-gəliş üçün tam kifayət edir. Onlar hazırda hüquqdan sui-istifadə edirlər və onların mübahisəsi heçdə yol mübahisəsi deyil. Onlar yalnız onlarla mübahisə etmək üçün onları məhkəməyə veriblər. Yol Ağsu rayonu, Cəlayır kəndi ərazisində Cəlayırli bələdiyyəsinə məxsusdur və Hacıuşağı kəndi ərazisində yerləşir. İddiaçıların fərdi yaşayış evinə gedən yolda onlar tərəfindən hər hansı maneə inşa edilməmişdir. Bu aparılan yerə baxış və ekspertiza rəyindəndə bilinir. Torpaq sahələri Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən aparılan araşdırmalardan iddiaçıların mübahisələndirdiyi yolun bələdiyyə mülkiyyətinə aid olmaqla qaz xətti ilə su arxı arasında qalan torpaq sahəsi olduğu qeyd edilir. Lakin mübahisəli torpaq sahəsində gediş gəliş yolu genişləndirildiyi halda orada mövcüd olan arx dolub və yanaşı olan yola daşa bilər. İddiaçıysa traktor və sair ağır texnikanın keçə bilməsi üçün yolun genişləndirilməsini istəyir. Adı çəkilən yol, nə avtomobil yolu, nə magistral yolu, nədə ki, ağır texnika üçün nəzərdə tutulan yol deyil. Bu səbəbdən avtomobilin növündən asılı olmayaraq həmin yol yalnıız və yalnız insanların gedib -gəlməsi üçün nəzərdə tutulub. Avtomobil yolu olmuş olsaydı, ilk növbədə göstərilən yol Azərbaycan Avtmobil Yollarının Dövlət Agentliyində qeydə alınmaqla yanaşı təyinatı müəyyənləşdirilmiş olmalıydı. Bundan başqa iddiaçıların israrla keçid məqsədiylə istifadə etmək istədikləri torpaq sahəsinin təyinatı da kənd təsərrüfatı təyinatlıdır. Buda onu bildirir ki, həmin torpaqdan gəlib-getmək üçün yox, əkinbiçin və digər təsərrüfat təyinatlıdır. Bu səbəbdən məhkəmə bu məsələləri araşdırmadan iddiaçının xeyrinə qətnaməni qət edibdir.
13. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Bələdiyyə mülkiyyətindədir. Əgər torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədirsə məhkəmə ilk növbədə Bələdiyyəni işə cəlb etməklə iddiaçıya keçid üçün verilən torpaq sahəsinin genişləndirilməsinə dair münasibətini və qərarını nəzərə almalı və ona əsasən də qətnaməni formalaşdırmalı idi. Lakin məhkəmə keçid üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisindən (Bələdiyyədən) heç bir razılıq almadan və hesablaşmadan qərar çıxarıbdır. İddiaçılar onlardan gediş-gəliş yolunun genişləndirilməsini tələb etsələr də onların əvvəldən də öz torpaq sahələrinə başqa istiqamətdə həm piyada, həm də avtomobil üçün 6 metr enliyində olan yolu vardır. Həmin yoldan onlar istifadə etmək istəməyərək onlarla mübahisə etməyi üstün tuturlar.
14. İddiaçı mübahisəli torpaq sahəsindən piyada üçün gediş-gəliş yolu mövcüd olmağından qane olmayaraq həmin yolun genişləndirilməsi və orada traktor, avtomobil və digər nəqliyyat vasitələrinin gedişi və gəlişi üçün istifadə etməyini istəyir. Məhkəmə isə həmin torpaq sahəsinin avtomobil yolu üçün nəzərdə tutulmadığını bilə-bilə iddiaçının avtomobili üçün gediş gəliş yolunun genişləndirilməsi haqda qətnaməni qət edibdir. Avtomobil yolu-yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur. Bu qanun mübahisəli torpaq sahəsinin traktor və digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmadığını təsdiq edir.
15. Məhkəmə mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildiyi halda bələdiyyəni işə 3 cü şəxs kimi cəlb etməmiş və ümumiyyətlə Bələdiyyə orqanını həmin torpaq sahəsinin mülkiyyətçisi kimi işə cəlb etməmiş və dindirməmiş. Halbuki torpağın mülkiyyətçisi Bələdiyyədir. Norma məhkəmənin işə ədalətli, faktlar əsasında və qanuna müvafiq baxmalı olduğunu bildirsə də işə Bələdiyyənin torpaq sahəsinə dair münasibəti, araşdırılmayıb, bu fakt nəzərə alınmayıb.
16. Sözü gedən mübahisəli torpaq sahəsi Bələdiyyəyə məxsus olduğu halda qanunun tələblərinə məhəl qoyulmayıb. Çünki həmin torpaq sahəsi özbaşına zəbt olunduğu halda Bələdiyyəyə geri qaytarılmalıydı. Qaytarılması mümükün olmadığı halda həmin torpaq sahələrini əldə edən şəxsə satılmalı idi. Məhkəmə isə bu qaydalara məhəl qoymayıb və Bələdiyyənin torpaq sahəsinin mülkiyyətçisi kimi heç bir dindirmələr olmayıb, razılıqlar alınmayıb. Məhkəmə mübahisəli torpaq sahəsiylə bağlı Bələdiyyənin mülkiyyətində olduğu halda araşdırma aparmayıb. Nəticədə isə birbaşa Bələdiyyənin Mülkiyyətində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu pozubdur.
17. Məhkəmə baxışı dövründə tərəflərə barışıq sazışıylə işi tamamlamağını təklif etməyə borclu olduğunu bildirsə də məhkəmə bunun üçün heç bir zəruri addımalar atmamışdır.
18. Məhkəmə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan Bələdiyyəni işə cəlb edilməklə məsələylə bağlı rəyini almalıydı və məhkəmə iclasında elan etməli idi. Hazırki məsələ birbaşa Bələdiyyənin hüquqlarına toxunduğuna görə onun məsələyə münasibəti bildirmədən işə yekun məhkəmə qərarı çıxarılmamalıydı.
19. Mübahisəli torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olduğu halda Bələdiyyinin mülkiyyətiylə bağlı münasibəti araşdırılmayıb. Bələdiyyənin mülkiyyətində olan torpaqla bağlı qərarı məhkəmə Bələdiyyənin xəbəri olmadan haqqında qərar verib. Məsələylə bağlı Bələdiyyənin münasibəti iş üçün mühüm əhəmiyyət kəsb etsədə araşdırılmayıb.
20. Mübahisəli torpaq sahəsi birbaşa Bələdiyyə orqanının maraqlarını toxunduğuna görə Bələdiyyənin nümayəndəsi məhkəmədə iştirak etməli olduğu halda iştirak etməmiş və məhkəmə onun iştirak etməyi üçün təşəbbüs göstərməmişdir. Onlar isə Bələdiyyəyə arayışı təqdim edilməsini Bələdiyyədən xahiş etsələrdə, artıq məhkəmə işi yekünlaşmışdır və qətnamə qət olunmuşdur. Bu səbəbdən Ağsu rayon məhkəməsinə arayışı təqdim etməkdə gecişmişlər. Həmin arayışı onlar apellyasiya məhkəməsinin mülki kollegiyasına təqdim edir.
21. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(016)-14/2024 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə yazılı etirazlarında Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağsu rayonu Cəlayir Bələdiyyəsinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakİ torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
29. “X14rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Kollegiya qeyd edir ki, iddianın təmin edildiyi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilməsinə baxmayaraq, iş materiallarından müəyyən edildiyi kimi iddia tələbi eyni yol sahəsi ilə bağlıdır. Yəni mübahisənin predmeti bölünməzdir.
36. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)- 14/2024 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun olmamışdır
38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-079A Kodu 40910038 olan şəhadətnaməyə əsasən Ağsu rayonu Hacıuşağı kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətlərində, Torpağın mülkiyyətə verilməsinə dair JN-030A nömrəli Kodu 40910038 olan şəhadətnaməyə əsasən Ağsu rayonu Hacıuşağı kəndinin ərazisində yerləşən 0,36 ha torpaq sahəsi isə Cavabdeh1 ümumibirgə mülkiyyətindədir. İddiaçılar tərəfindən ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsində bundan 10 ildən də əvvəlki tarixlərdə ayrı-ayrılıqda fərdi yaşayış evləri inşa edilmiş, iddiaçılar tərəfindən ötən 10 ildən də artıq müddət ərzində həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə, evlərin yerləşdiyi torpaq sahələrinə avtomaşın və traktorların hərəkəti üçün JN-079F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə analarının ümumibirgə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən keçən yoldan istifadə olunmaqdadır. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-030A nömrəli Kodu 40910038 olan şəhadətnaməyə əsasən Ağsu rayonu Hacıuşağı kəndinin ərazisində yerləşən Cavabdeh1 ümumibirgə mülkiyyətində olan 0,36 ha torpaq sahəsinə bitişik şəkildə isə cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdudları daxilində su arxı ilə qaz xətti arasında bələdiyyə mülkiyyətinə aid 6 metr enində və 72 metr uzunluğunda torpaq sahəsi mövcuddur. DVG məlumatlarında (torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) həmin torpaq sahəsinin yerləşdiyi ərazidə yol sahəsi nəzərdə tutulmasa da, cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdudları daxilində X13 X19 (TEKUİS) əsasən 1.10 metr-2.80 metr enində gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər tərəfindən yol sahəsinin zəbt edilməsi əsas gətirilərək, həmin yolun açılmasını, həmçinin avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsini xahiş etmişlər.
40. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli məkanda iddiaçının öz torpaq sahəsinə başqa giriş-çıxış yerinin, onların əvvəldən də öz torpaq sahələrinə başqa istiqamətdə həm piyada, həm də avtomobil üçün yolun mövcud olması, adı çəkilən yolun avtomobil yolu, nə magistral yolu, nədə ki, ağır texnika üçün nəzərdə tutulan yol olmaması, həmin yolun insanların gedib-gəlməsi üçün nəzərdə tutulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(016)-662/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
42. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8068 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********35 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu Hacıuşağı kəndi ərazisində-Ağsu rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1.23 ha torpaq sahəsində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evinə gedən yol naturada mövcuddur və cavabdehlər tərəfindən heç bir müdaxilə edilməmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş ortofotogörüntüsündə iddiaçılara məxsus fərdi yaşayış evinə gedən yol öz əksini tapmışdır.
43. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sualda yolun Ağsu rayonu Gəgəli kəndi ərazisində Gəgəli Bələdiyyəsinə məxsus olması qeyd edilsə də, mübahisə predmeti olan Ağsu rayonu X3 kəndi ərazisində yerləşir. Ağsu rayonu Hacıuşağı kəndi ərazisində Cəlayir Bələdiyyəsinə məxsus, iddiaçıların fərdi yaşayış evinə gedən yolda cavabdehlər tərəfindən hər hansı maneə inşa edilməmişdir.
44. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçılar və cavabdehlərin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahəsinin və mübahisə predmeti olan yolun koordinatları müəyyən edildi. İddiaçıların naturada istifadə etdikləri torpaq sahəsi 1.94 ha, (İddiaçı1-0.78 ha, İddiaçı2-0.56 ha, X27-0.60 ha istifadə edirlər) təşkil edir. Cavabdehlərin mülkiyyətinə JN-030A Kod 40910038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.36 ha torpaq sahəsi verilsə də faktiki istifadələrində 0.75 ha torpaq sahəsi mövcuddur.
45. Naturada koordinatları müəyyən edilmiş torpaq sahələri Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən araşdırılmışdır. İddiaçıların naturada istifadə etdikləri mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aid olmaqla qaz xətti ilə su arxı arasında qalan torpaq sahəsidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı torpaq sahələrinə birləşdirilmişdir. Naturada mübahisə predmeti olan yolun coğrafi yerləşmə mövqeyi mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır (Ortofoto görüntüsü rəyə əlavə olunur).
46. Həmçinin mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılmanın aparılmasının təmin edilməsi məqsədi ilə, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 1004/2024 nömrəli qərardadı ilə də iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
47. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2025-ci il tarixli, 10/964 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
48. Ağsu rayonu Hacıuşağı kəndində vətəndaşlara verilmiş şəhadətnamələrlə naturada faktiki istifadəçilik arasında uyğunsuzluqlar mövcud olduğundan və şəhadətnamələrdə koordinatlar olmadığından Ağsu rayon Aqrar İslahat komissiyasının 26 oktaybr 1998-ci il tarixli 12 saylı Qərarı əsasında verilmiş ‘Torpağın mülkiyyətə verilməsinə dair” JN-030Anömmrəli Şəhadətnamə ilə X5 X10 ümumbirgə mülkiyyətində olan 0.36 ha torpaq sahəsinin naturada dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinə bitişik olan cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş topraq sahəsinə dair heç bir sənəd təqdim edilmədiyindən sözügedən torpaq sahəsinin naturada sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadı. DWG məlumatlarında (torpaq islahatının nəticələrini özündəəks etdirən xəritə) hazırda mübahisə predmeti oolan torpaq sahəsinin yerləşdiyi ərazidə yol nəzərdə tutlmamışdır. X16 X15 (TEKUİS) Ağsu rayon Aqrar İslahat Komissiyasının 26 oktaybr 1998-ci il tarixli 12 saylı Qərarı əsasında verilmiş “Torpağın mülkiyyət verilməsinə dair”JN- 030A nömrəli Şəhadətnamə ilə X5 ümumbirgə mülkiyyətində olan torpaq sahəsi öz əksini tapmışdır və həmin torpaq sahəsinə bitişik olan cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətində olan 1.10 metr-2.80 metr gediş-gəliş yolu kimi göstərilmişdir.
49. Torpağın Mülkiyyətə verilməsinə dair JN-030A nömrəli Kodu 40910038 olan şəhadətnamə ilə Cavabdeh1 və X10 ümumibirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndinin ərazisində yerləşən 0.36 ha torpaq sahəsnin və həmin torpaq sahəsinə bitişik olan, cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdudları daxilində X16 X19 əsasən (TEKUİS) 1.10 metr- 2.80 metr enində gediş-gəliş yolu mövcuddur.
50. Naturada mübahisə predmeti olan yolun coğrafi yerləşmə mövqeyi mütəxəssis rəyinə əlavə olunmuş ortofoto gorüntüsündə öz əksini tapmışdır.
51. Bundan başqa mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılmanın aparılmasının təmin edilməsi məqsədi ilə, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2(107)-73/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
52. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2025-ci il tarixli, 10/4063 nömrəli ekspert rəyində göstərilmişdir ki, məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli müvafiq məlumatına əsasən aşağıdakılar müəyyən olunur:
53. JN-030A nömrəli Kodu 40910038 Torpağın mülkiyyətə verilməsinə dair olan Şəhadətnamə ilə X11 və X12 Ümumbirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndinin ərazisində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinə bitişik olan cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdudları daxilində X16 X22 əsasən (TEKUİS) 1.10 metr - 2.80 metr enində gediş-gəliş yolı mövcuddur. Lakin naturada faktiki olaraq JN-030A nömrəli Kodu 40910038 Torpağın mülkiyyətə verilməsinə dair olan Şəhadətnamə ilə Cavabdeh1 və X12 ümumbirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağ kəndinin ərazisində yerləşən 0.36 ha həyətyanı torpaq sahəsinə bitişik olan cavabdehlər tərəfindən dəmir toria hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdudları daxilində su arxı ilə qaz xətti arasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahəsinin eni 6 metr uzunluğu isə 72 metrdir. Mübahisə predmeti olan torpaq sahəsinin coğrafi yerləşmə mövqeyi mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır.
54. DWG məlumatlarında (torpaq islahatının nəticələrini özündə əks etdirən xərite) hazırda mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə yol nəzərdə tutulmamışdır X20 X15 (TEKUİS) Ağsu rayon Aqrar İslahat Komissiyasısının 26 oktyabr 1998-ci il tarixli 12 saylı Qərarı əsasında verilmiş JN-030A nömrə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Cavabdeh1 X10 umumbirgə mülkiyyətində olan torpaq sahəsi öz əksir tapmışdır və həmin torpaq sahəsinə bitişik olan cavabdehler tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsi bələdiyyə mülkiyyatına olan 110 metr 2.80 metr enində gediş-gəliş yolu kımı göstərilmişdir. Dəmir tııia hasara alınaraq həyətyanı sahəsinə birləşdirilmiş bələdiyyə mülkiyyətində olan 1.10 metr- 2.80 enində gediş-gəliş yolunun sahəsi 0.0146 ha təşkil edir. Lakin naturada faktiki olaraq JN-030A nömrəli Kodu 40910038 Torpağın mülkiyyətə verilməsinə dair olan şəhadətnamə ilə Cavabdeh1 və X12 ümumbirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağ kəndinin ərazisində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsinə bitişik olan cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı sahələrinə birləşdirilmiş torpaq sahəsinin hüdüdları daxilində su arxı ilə qaz xətti arasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahəsinin eni 6 metr uzunluğu isə 72 metrdir. Mübahisə predmeti olan torpaq sahəsinin coğrafi yerləşmə mövqeyi mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır.
55. Ağsu rayonu Hacıuşağı kəndi ərazisində mübahisəli əraziyə baxış keçirildi və JN- 079A saylı kodu ******* olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumbirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsinə cavabdehlə Cavabdeh1 və X12 ümumbirgə mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndinin ərazisində yerləşən 0.36 ha torpaq sahəsinə bitişik olan ərazidən başqa bir yol sahəsinin, o cümlədən avtomobillərin və traktorların hərəkəti üçün kifayət həddə gediş-gəliş yolunun olmadığı müəyyən edildi. JN- 179A saylı kodu 40910038 olan "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə ddiaçılar İddiaçı1 və İddiaçı2 umumbirgə nülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndi ərazisində yerləşən 1,23 ha torpaq sahəsinə hal-hazırda gediş-gəliş yolu kimi JN-079F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə X2 (iddiaçılar İddiaçı1 və İddiaçı2 anası) umumbirgə mülkiyyətində olan və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin ərazisindən istifadə olunur.
56. Naturada ölçümüş torpaq sahələrinin ortofoto görüntüsü mütəxəssis rəyinə əlavə olunmuşdur.
57. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, mütəxəssis və ekspertiza tədqiqatları ilə yanaşı məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən həmin ərazidə piyadaların hərəkəti üçün yol sahəsinin mövcud olması, lakin bir tərəfdən 1.10 metr digər tərəfində isə 2.80 metr enində nəzərdə tutulmuş yol sahəsində nəqliyyat vasitələrinin hərəkət imkanlarının mövcud olmaması, həmçinin mübahisəli əraziyə yerində baxışın keçirilməsində iştirak edən bələdiyyə əməkdaşının göstərdiklərindən iddiaçıların fərdi yaşayış evlərini inşa etdirdikləri tarixdən analarının mülkiyyətində olan torpaq sahəsindən salınmış yol vasitəsi ilə kəndin əsas yoluna nəqliyyat vasitələri ilə çıxışlarının təmin edildiyi müəyyən edilmişdir. İddiaçıların özləri də 10 ildən artıq bir müddət ərzində yaşadıqları ünvandan kəndin əsas yoluna nəqliyyat vasitələri ilə analarının mülkiyyətində olan torpaq sahəsindən salınmış yoldan istifadə etməklə çıxdıqlarını göstərmişlər. Yəni mübahisəli əraziyə yerində baxış keçirilməsi zamanı iddiaçıların kəndin əsas yoluna avtomobil və traktorla çıxışlarını təmin edən, analarının mülkiyyətində olan torpaq sahəsindən salınmış yol sahəsindən istifadə etmələri müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2024-cü il tarixli 3-16-16/2-10/8068 nömrəli, 16 aprel 2025-ci il tarixli 10/964 nömrəli və 29 avqust 2025-ci il tarixli 10/4063 nömrəli ekspert rəyləri nəzərdən keçirilərkən həmin rəylərdən mübahisəli yol sahəsinə münasibətdə birinin digərini təkzib etməsi, qeyd edilən məsələ üzrə həmin rəylər arasında uyğunsuzluq halları müəyyən edilməmişdir.
59. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2024-cü il tarixli 3-16-16/2-10/8068 nömrəli, 16 aprel 2025-ci il tarixli 10/964 nömrəli və 29 avqust 2025-ci il tarixli 10/4063 nömrəli ekspert rəylərinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, məhkəmə qərardadları əsasında keçirilmiş ekspertizanın həmin rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
60. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri üzrə əlavə olaraq qeyd edir ki, X16 X19 (TEKUİS) əsasən mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə yol sahəsi mövcud olsa belə, eni bir tərəfdən 1.10 metr, digər tərəfdən isə 2.80 metr olmaqla, həmin yol sahəsi avtomobil və traktorların hərəkəti üçün nəzərdə tutulmamışdır.
61. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması ilə iddiaçıların avtomobil və traktorlarla hərəkətləri məqsədi ilə istifadə etdikləri digər bir yol sahəsinin mövcud olması və iddiaçılar tərəfindən qeyd edilən məqsədlərlə həmin yol sahəsindən ən azı ötən 10 il ərzində istifadə etmələri müəyyən edilmişdir.
62. Beləliklə birinci instansiya məhkəməsinin mübahisəli yolun avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair gəldiyi nəticə işin hallarına uyğun olmamış, həmin hissədə də iddianın təmin edilməli olması nəticəsinə gələrkən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildiyi halda məhkəmənin bələdiyyəni işə 3-cü şəxs kimi cəlb etməməsi, hazırki məsələnin birbaşa Bələdiyyənin hüquqlarına toxunması, məhkəmənin bələdiyyənin iştirak etməyi üçün təşəbbüs göstərməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının 27 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Ağsu rayonu Cəlayir Bələdiyyəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin Cavabdeh1 məhkəmə kollegiyasına həqdim etdiyi Ağsu rayonu Cəlayir Bələdiyyəsinin 19 nömrəli 22 avqust 2024-cü il tarixli arayışında Hacıuşağı kənd sakinləri İddiaçı1 və İddiaçı2 açılmasını tələb etdikləri yolun Bələdiyyə mülkiyyətində olmaqla xəritəyə əsasən yol kimi nəzərdə tutulmadığı, su arxının mühafizə zolağı olduğu, Cavabdeh1 həmin zolaqdan müvəqqəti istifadə edilməsinə bələdiyyə tərəfindən etiraz edilmədiyi, çünkü həmin zolağın onun torpaq sahəsinə bitişik olduğu, iddiaçılar İddiaçı1, İddiaçı2 əsas yola nəqliyyat vasitəsi ilə çıxış üçün alternativ yolun tərəflərindən verildiyi göstərilmişdir.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin məhkəmə baxışı dövründə tərəflərə barışıq sazışı ilə işin tamamlanması üçün heç bir zəruri addımalar atmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən də tərəflərə mübahisənin barışıqla həll edilməsi imkanları izah edilmiş, lakin tərəflər arasında mübahisə üzrə barışıq əldə edilməmişdir.
65. Beləliklə məhkəmə kollegiyası mübahisəli yolun avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, birinci instansiya məhkəməsinin isə heç bir dəyərləndirmə aparmadan həmin hissədə də təmin etdiyi iddia tələbini əsaslı hesab etməyərək qeyd edir ki, iddianın mübahisəli yolun avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.
66. Lakin mübahisəli ərazidə X16 X26 üzrə (TEKUİS) eni bir tərəfdən 1.10 metr, digər tərəfdən isə 2.80 metr olmaqla yol sahəsinin olması nəzərə alınaraq, məhkəmə kollegiyası yolun açılması, həmçinin məhkəmə xərclərinə aid hissələrdə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasına dair cavabdehin apellyasiya şikayətində irəli sürülmüş tələbini əsaslı hesab etmir.
67. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Ağsu rayonu, Hacıuşağı kəndi ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 tikdikləri evə gəlib-qayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 tikdikləri evə gəlib-qayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində iddia tələbi rədd edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Həmçinin məhkəmə xərclərinə dair məsələ də həll edilməklə məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, 100 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş Ağsu rayonu, Hacıuşağı kəndi ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 tikdikləri evə gəlib-qayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X18 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 tikdikləri evə gəlib-qayıdan yolun cavabdehlərin hesabına avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsinə dair hissəsində iddia tələbi rədd edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-14/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyərini təşkil edən 200 manatın 100 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, 100 manatı isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.