Məhkəmə qərarları › İş №2(107)-730/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-730/2020

14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-730/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsi iləiddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dairiddiаsı təmin edilərək Cavabdeh 22000 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 manatın alınaraq həmin məbləğlərin 20000 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 27 manat dövlət rüsumu İddiaçı1, 2000 ABŞ dolları isə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 3 manat dövlət rüsumu İddiaçı2 verilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 22000 ABŞ dollarının və dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun alınaraq 20000 ABŞ dollarının və 27 manatının İddiaçı1, 2000 ABŞ dollarının və 3 manatının İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, nümayəndəsi olduğu İddiaçı1 onun bacısıdır. Bacısı İddiaçı1 əri X10 tərəfindən Rusiya Federasiyasında yaşadıqları müddətdə pomidor məhsulunun alınıb Rusiyaya göndərilməsi ilə bağlı Cavabdeh müxtəlif vaxtlarda olmaqla, ümumilikdə 85000 ABŞ dolları pul göndərilmişdir. Lakin Cavabdeh onların etibarından sui-istifadə etmiş və X10 tərəfindən ona göndərilən pulun müqabilində nəzərdə tutulmuş çəkidə pomidor məhsulunu alsa da, onun alınması üçün X3 verdiyi pulu X5 geri qaytarmamışdır. Bacısının əri X10 vaxtsız vəfat etmişdir. Buna görə bacısı İddiaçı1 bir vərəsə kimi Cavabdeh qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Bacısının mərhum əri X3 uşaqları X9 və X11 öz adlarından bütün hərəkətləri etmək hüququnu beş il müddətinə ona etibar etməklə mərhum ataları X3 borclular qarşısındakı tələb hüququnun ondan qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş vərəsəsi olan anaları İddiaçı1 tərəfindən tələb etməsinə razılıq vermişlər. Bundan əvvəl məhkəmədə qaldırdıqları və onun ərizəsi əsasında baxılmamış saxlanılmış mülki iş üzrə keçirilmiş məhkəmə iclasında Cavabdeh nümayəndəsi, eyni zamanda arvadı Nümayəndə öz izahatında əri Cavabdehnun bacısı İddiaçı1 əri X2 20000 ABŞ dolları məbləğində, ondan isə 2000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Buna görə də hazırda həmin hissədə iddia qaldırmaq qənaətinə gəlmişlər və Cavabdeh onlardan aldıqları və qaytarmadığı digər məbləğlərlə bağlı müvafiq sübutlar topladıqdan sonra məhkəmədə ayrıca iddia qaldıracaqlar. Onlar dəfələrlə cavabdehlə və onun ailə üzvləri ilə əlaqə saxlayaraq pullarının geri qaytarılmasını tələb etsələr də, onlar yaxın vaxtlarda pullarını qaytaracaqlarını bildirmişlər. Lakin müxtəlif bəhanələrlə bu günədək pulları qaytarılmamışdır. Beləliklə, hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən borc məbləğlərini könüllü olaraq onlara qaytarmaq istəmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddiaları əsaslıdır və iddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh nümayəndəsi, eyni zamanda arvadı Nümayəndə izahatında göstərmişdir ki, o, İddiaçı1 əvvəllərdən tanıyır. İddiaçı1 2019-cu ilin yaz aylarında onların evinə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. Aralarındakı söhbət zamanı İddiaçı1 ona əri Cavabdeh onların borcunu vermədiyini, artıq versə də, lazım olmadığını bildirmişdir. Həmin borc məsələsi ilə bağlı onunla İddiaçı1 arasında uzun-uzadı söhbət getmişdir. Onun əri Cavabdeh İddiaçı1 mərhum ərinə nə qədərsə, borcu ola bilər, lakin, borcun əsas bir hissəsi qaytarılmış, qalan hissənin isə nə qədər olduğunu dəqiq bilmir. Bundan başqa digər İddiaçı2 maşın üçün ehtiyac olduğundan onun əri Cavabdeh 2000 ABŞ dolları pul versə də, Cavabdeh həmin pulu İddiaçı2 qaytarmağa boyun olmadığına görə, pulun 2000 ABŞ dollarını İddiaçı2 tələb etməsi əsaslı deyildir. Yəni, əri Cavabdeh iş birliyi mərhum X10 ilə olduğuna görə 2000 ABŞ dolları da mərhumla haqq-hesablaşılmalı idi. Göstərdiklərinə əsasən iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc hüquqi münasibətlərin olmasını qeyd edib, AR MM-nin 739.1-ci maddəsinin tələbini hazırkı mülki mübahisəyə tətbiq edərək səhvə yol vermişdir. Belə ki, tərəflər arasında qeyd olunan maddədə nəzərdə tutulan borc hüquqi münasibətlərinin əmələ gəlməsi mülki iş materialları ilə açıq-aşkar istisna olunur. İddiaçılar özləri də etiraf edərək göstərmişlər ki, X10müxtəlif vaxtlarda bank vasitəsi ilə pul göndərərək pomidor məhsulunu tədarük etməyi ondan xahiş etmişdir. O da həmin pomidor məhsullarını tədarük edərək Rusiya Federasiyasına aparmış və yenə də mərhum X10 ilə görüşmüşdür. İddiaçı2 ilə onun arasında heç bir pul haqq-hesabı olmamış və ondan hər hansı məbləğdə borc pul almamışdır. Onlar özləri yeznə-qayın öz aralarında haqq-hesab aparırdılar. Onun iddiaçıya borcu olması barədə də iddiaçı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, X10 xx xxxxxxxx 2018-ci ildə vəfat edib. Qətnamədən də göründüyü kimi X10 axırıncı dəfə xx xxx 2017-ci il tarixdə "Zolotaya Korona" təcili pul köçürmələri sistemi vasitəsi ilə Cavabdeh 180000 rubl məbləğində pul göndərmişdir. xx xxx 2017-ci il tarixdən X10 ölən tarixədək 16 ay fərq olmuşdur. Əgər onun X8 borcu olsaydı, o ondan həmin borcu bu müddət ərzində tələb edərdi. Eyni zamanda 2017-ci ildə bank vasitəsi ilə hissə-hissə göndərilən pul vəsaitlərinin təyinatının, qaytarılma müddətinin və sair göstərilməməsi, ötən müddət ərzində X3 pul vəsaitinin geri tələb etməməsi onun onlara borcunun olmasını istisna edir.Göründüyü kimi məhkəmə tərəflər arasında borc hüquqi münasibətinin olmasını, ondan iddiaçıların xeyrinə 22000 ABŞ dolları məbləğində vəsaitin tutulmasını qət etməklə səhv, ziddiyyətli nəticəyə gəlmişdir. Hazırkı işdə onun X5 və iddiaçılara borcunun olması öz təsdiqini tapmamış, X2 bank vasitəsi ilə hissə-hissə göndərilmiş vəsaitlərin geri qaytarılmasına dair üzərinə hər hansı öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Nə İddiaçı2 ilə, nə də ki, X10 ilə aralarında heç bir öhdəçilik, borc münasibətləri olmamışdır. Bundan başqa İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-398/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizə sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin vaxt iddiaçı ərizə verərək sübutlar toplamaq üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan başqa həmin ərizə etiraf kimi qəbul edilə bilməz. Əgər nümayəndəsi Nümayəndə ərizəsi sübut kimi qəbul edilsəydi, iddia ərizəsi baxılmamış saxlanımazdı. Eyni zamanda baxılmamış saxlanma barədə qərardadla iş mahiyyəti üzrə həll edilməmiş və həmin qərardad preyudisial xarakter daşımır. Bundan başqa nümayəndəsi məhkəməyə etiraf ərizəsi təqdim etməmiş, sadəcə olaraq qeyri-müəyyən izahat vermişdir. Məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyin tələbinə görə bir şəxs adından bir dəfəyə 5000 ABŞ dollarından yuxarı pul köçürülməsi etmək mümkün deyil. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxx 2017-ci il tarixli ********* nömrəli pul köçürülməsi sənədindən görünür ki, X10 xx xxxxx 2017-ci il tarixdə “Zolotoya Korona” təcili pul köçürmələri sistemi vasitəsi ilə Cavabdeh 3000 ABŞ dolları məbləğində pul göndərmişdir. xx xxxxx 2017-ci il tarixli ********* nömrəli pul köçürülməsi sənədindən görünür ki, X10 xx xxxxx 2017-ci il tarixdə “Zolotoya Korona” təcili pul köçürmələri sistemi vasitəsi ilə Cavabdeh 5000 ABŞ dolları məbləğində pul göndərmişdir. xx xxxxx 2017-ci il tarixli ********* nömrəli pul köçürülməsi sənədindən görünür ki, X10 xx xxxxx 2017-ci il tarixdə “Zolotoya Korona” təcili pul köçürmələri sistemi vasitəsi ilə Cavabdeh 5000 ABŞ dolları məbləğində pul göndərmişdir. xx xxx 2017-ci il tarixli ********* nömrəli pul köçürülməsi sənədindən görünür ki, X10 xx xxx 2017-ci il tarixdə “Zolotoya Korona” təcili pul köçürmələri sistemi vasitəsi ilə Cavabdeh 180000 rubl məbləğində pul göndərmişdir. Şəki şəhər İHB-nin Oxud kənd İcra Nümayəndəliyi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında xx xxxx 1993-cü il tarixdə Şəki şəhər İHB-nin Oxud kənd İcra Nümayəndəliyində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. X13 VVAQ İdarəsinin Çertanovsk VVAQ Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı1 arasında xx xxxxxxx 1999-cu il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 2690 nömrə ilə qeyd edilmişdir. X13 şəhəri Naqatin VVAQ Şöbəsi tərəfindən verilmiş xx xxxx 2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 2000-ci il təvəllüdlü X6 atası X10, anası isə İddiaçı1dır. X13 VVAQ İdarəsi Çertanovsk VVAQ Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2003-cü il təvəlllüdlü X4 atası X10, anası isə İddiaçı1dır. İşdə olan X13 şəhəri, Moskva VVAQ orqanı MoskvoreçyeSaburovo rayonu dövlət xidmətlərinin göstərilməsi üzrə 64 saylı çoxfunksiyalı mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. X13 şəhər notariat dairəsinin notariusu tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. X13 şəhər notariat dairəsinin notariusu tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. X13 şəhər notariusu tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş 77 AQ seriyalı ******* nömrəli etibarnamədən görünür ki, X11 öz adından bütün hərəkətləri etmək hüququnu beş il müddətinə İddiaçı2 etibar etmişdir. X13 şəhər notariusu tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş 77 AQ seriyalı ******* nömrəli etibarnamədən görünür ki, X9 öz adından bütün hərəkətləri etmək hüququnu beş il müddətinə İddiaçı2 etibar etmişdir. İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)398/2019 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, həmin ərizəsində İddiaçı1 əri Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə əlaqədar əri Cavabdeh deməsinə görə mərhum X10 ona “Ekspress” Bankının Hacıqabul filialı vasitəsi ilə hər dəfəyə 10000 ABŞ dolları olmaqla, cəmi 20000 ABŞ dolları pul göndərdiyini, mal üçün pul çatmadığından İddiaçı1 nümayəndəsi İddiaçı2də həmin ərəfələrdə əri Cavabdeh 2000 ABŞ dolları pul verildiyini və həmin pulların 2017-ci ildə həyata keçirildiyini bildirmişdir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı Xatın X1 ilə xx xxxxxxx 1999-cu il tarixdə nikah bağlamaqla ailə qurmuşlar. Onların birgə nikahdan xx xxx 2000-ci il tarixdə Elvin və xx xxxxx 2003-cü il tarixdə Novruz adlı iki uşaqları anadan olmuşdur. Həmin uşaqlardan xx xxx 2000-ci il təvəlllüdlü X11 yetkinlik yaşına çatmışdır. İddiaçı1 əri X10 xx xxxxxxxx 2018ci il tarixdə vəfat etmişdir. X13 şəhər notariat dairəsinin notariusu tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir və ondan qalmış mirası qəbul etmişdir. Bütün bunlar isə xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş mərhum X3 borclular qarşısındakı tələb hüququnun ondan qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş vərəsəsi olan arvadı İddiaçı1 keçməsini deməyə əsas verir. Habelə, mərhum X3 uşaqları X9 və X11 öz adlarından bütün hərəkətləri etmək hüququnu beş il müddətinə İddiaçı2 etibar etməklə, İddiaçı2 vasitəsi ilə mərhum atalarının borclular qarşısındakı tələb hüququnun ondan qalmış mirası faktiki və rəsmi olaraq qəbul etmiş vərəsəsi olan anaları İddiaçı1 tərəfindən tələb etməsinə razılıq vermişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)398/2019 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclası zamanı Cavabdehnun nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsini sübut növü kimi qəbul edir. Beləliklə, İddiaçı1 mərhum əri X10 tərəfindən aralarındakı şifahi razılıq əsasında pomidor məhsulunun alınması üçün Cavabdeh hər dəfəyə 10000 ABŞ dolları olmaqla, cəmi 20000 ABŞ dolları pulun verildiyi, həmçinin, İddiaçı2 tərəfindən Cavabdeh 2000 ABŞ dollarının verildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh İddiaçı2 və mərhum X2 aldığı borclarını ödədiyini, iddiaçıya və mərhuma borcunun qalmadığını bildirsə də, cavabdeh tərəfindən iddiaçılara hər hansı bir pul məbləğinin qaytarıldığını sübut edə bilməmişdir. Yəni, Cavabdeh İddiaçı2 və mərhum X5 aralarında olan razılaşma üzrə üzərinə öhdəlik götürməsinə baxmayaraq öhdəliyin icra edilərək İddiaçı2 və mərhum X5 olan borcdan hər hansı bir ödənişin edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 22000 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq həmin məbləğlərin 20000 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı1 və 2000 ABŞ dolları isə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı2 verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddia tələbinin haqlı olması Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)398/2019 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi və arvadı Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində ifadə olunan etirafı və müxtəlif tarixli pul köçürülməsi sənədləri ilə təsdiq olunur. Həmin pul köçürülməsi sənədləri ilə iddia tərəfinin Cavabdeh göndərdiyi pul məbləğlərinin 20000 ABŞ dollarından artıq olması müəyyən edilir. Cavabdeh tərəf iddia tələbinin əsassız olması, o cümlədən Cavabdeh göndərilmiş pul məbləğlərinin qaytarılması haqqında hər hansı sübut təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X17 Məhkəməsi “X7” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X17 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(075)-1206/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar