Məhkəmə qərarları › İş №2(107)-733/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-733/2020

14.05.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-733/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılmasına dair iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 (bundan sonra iddiaçı və ya İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək JN-360A KOD 40707005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, İsmayıllı Rayon X2 xx xxxx 1999-cu il tarixli 99 saylı qərarı əsasında JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 0.25 hektar torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. 1989-cu il tarixdən mübahisəli torpaq sahəsi qanuni istifadəsində olmuşdur və həmin torpaq sahəsində ağaclar əkmişdir. 2000-ci ildə mülkiyyətində olan torpaq sahəsinə tikinti materialları tökərək beş metrənin on metrəyə talvar tikmişdir. Sonradan özünün ağır xəstəliyə tutulması, 2004-cü ildə anası Firuzənin, 2011-ci ildə qardaşı Maqsudun vəfat etməsi, bacısı Rənanın ruhi xəstəliyə tutulması onu mülkiyyətində olan torpaq sahəsində apardığı tikilinin inşasını dayandırmaq məcburiyyətində qoymuşdur. Cavabdeh ailəsinin çətin vəziyyətindən istifadə edərək mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada özü üçün evlər tikmişdir. Cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını və apardığı tikilinin inşasını dayandırmağı tələb etsə də, heç bir nəticəsi olmamışdır. 2013-cü ildə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin nəticəsi olaraq onunla cavabdeh arasında qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsinin əvəzinə həmin torpaq sahəsinə uyğun olaraq yaxın ərazidə yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsini alaraq onun mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Cavabdehin üzərinə götürdüyü öhdəliyin əvəzində isə o mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsindən imtina etməyi öhdəsinə götürmüşdür. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bundan əlavə cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gedən yolu bağlamaqla ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə maneçilik yaratmışdır. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gedən yolu açmaqdan imtina etdiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən açılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar onun qonşusudur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2-2(84)-442/2013 saylı qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən 2400 kv.m. torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2013cü ildə iddiaçılar ona qarşı ərizə ilə məhkəməyə müraciət etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(037)-33/2013 saylı qərardadı ilə onunla iddiaçılar arasında bağlanan barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə uyğun olaraq İsmayıllı rayon Diyallı kəndi ərazisində yerləşən JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə iddiaçının mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin sərhəddində yerləşən şərqdən 34 metr, qərbdən 26 metr, uzunluğu 84 metr ölçüdə olan həyətyanı torpaq sahəsini qanunla müəyyən olunmuş bütün rüsumları və digər xərcləri ödəməklə mülkiyyət hüququ əsasında sənədləşdirilməsini təmin edib notariat qaydasında aparılan alqı-satqı və ya dəyişmə müqavilələri bağlamaqla İddiaçı3 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əvəzində isə iddiaçı və digər birgə mülkiyyətçilər JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə ümumi birgə mülkiyyətlərində olan 0.25 hektar həyətyanı torpaq sahəsini notariat qaydada aparılan alqı-satqı və ya dəyişmə müqavilələri bağlamaqla onun mülkiyyətinə verilməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı barışıq sazişinin şərtlərinə əməl etməyərək yenidən ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ümumi istifadədə olan yoldan istifadə etməyə razılaşmayaraq mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evlərinin arasındakı ərazidən yol açılmasını tələb edir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yol onun mülkiyyətində olan torpaq sahəsindən deyil, ümumi istifadədə olan qonşular tərəfindən istifadə edilmiş ərazidəndir. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada ev tikməmiş, onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolu bağlamamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2, İddiaçı4 İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs İsmayıllı Rayon Diyallı bələdiyyəsinin nümayəndəsi X1 izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçılara məxsus torpaq sahəsi hər tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin torpaq sahələrinin hər biri şəxsi mülkliyyətdədir. Həmin mülkiyyətçilərdən biridə Cavabdehdur. Cavabdehə məxsus torpaq sahəsi qanuna uyğun sənədləşərək şəxsi mülkiyyətindədir. İddiaçıların hal-hazırda istifadə etdikləri yol bələdiyyə mülkiyyətidir, hansısa fiziki şəxsin mülkiyyəti deyildir. İddiaçıların hazırda istifadə etdikləri yol başqa vətəndaşın qeyri-rəsmi qaydada istifadə etdiyi torpaq sahəsindən keçir. Həmin torpaq sahəsi vətəndaşa təbii fəlakətə görə ziyan dəydiyindən qeyri-rəsmi olaraq müvəqqəti istifadə üçün verilmişdir. Həmin şəxs həmin torpaq sahəsinə qeyri-rəsmi qaydada, yəni bələdiyyənin qərarı olmadan sahiblik etmək istəyir. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən nümayəndə kollegiyanın sorğusuna cavab olaraq tərtib edilmiş Diyallı bələdiyyəsinin məktubunu təqdim etdi və bildirdi ki, iddiaçıların faktiki yol kimi istifadfə etdikləri və Diyallı bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən onların gələcəkdə də gediş-gəliş yolu kimi istifadə etmələrinə Diyallı bələdiyyəsi etiraz etmir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı4, İddiaçı1 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası İddiaçı4, İddiaçı1 və İddiaçı3 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx xxxxx 2005-ci il tarixli JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 1999-cu il tarixli 99 saylı qərarına əsasən X5, İddiaçı4 Novruz qızı, X3, İddiaçı2 Novruz oğlu, İddiaçı1 Rəfail qızı və İddiaçı3 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Diyallı kəndi ərazisindən 0.25 hektar torpaq sahəsi verilmişdir. xx xxxxxx 2014-cü il tarixli AN483490 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, qeyd edilən torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli 2-2(84)-442/2013 saylı qərarına əsasən Cavabdeh istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********49 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı2 və digərlərinin birgə mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinə gediş-gəliş yolu mövcud deyildir. Keçmiş S.Vurğun adına təsərrüfatın islahat xəritəsinə əsasən JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı2 və digərlərinin birgə mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsi hər tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatələnmişdir. JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı2 və digərlərinin birgə mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin kənarları yol yeri saxlanılmadan **********0124 nömrəli plan ölçü sənədinə əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0.24 hektar torpaq sahəsi ilə tam əhatələnmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisə predmetinə aid olan əraziyə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə əhatə olunmuşdur. Cavabdehə məxsus torpaq sahəsinin plan və ölçü sənədi hazırlanarkən iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən əsas kəndarası yola girişçıxış üçün yol nəzərdə tutulmamışdır. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən qonşu torpaq sahəsindən keçməklə istifadə edirlər. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış İsmayıllı rayon Diyallı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, iddiaçıların gediş-gəliş üçün istifadə olunan yol kimi göstərilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin kənarları yol yeri saxlanılmadan **********0124 nömrəli plan ölçü sənədinə əsasən cavabdehin mülkiyyətinə verilmiş 0.24 hektar torpaq sahəsi ilə tam əhatələnmişdir. İddiaçıların mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinə gediş-gəliş yolu nəzərədə tutulmamışdır. Bundan əlavə iddiaçılar ərizələrində mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehin istifadəsində olan torpaq sahəsinin hansı hissəsindən və hansı ölçülərdə açılmasını göstərməmişlər. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Qeyd olunmalıdır ki, JN-360A KOD 40707005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsinə iddiaçıların faktiki olaraq gediş-gəliş yolu mövcuddur. Həmin yol Diyallı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir və oradan iddiaçıların gələcəkdə də gediş-gəliş yolu kimi istifadə etmələrinə Diyallı bələdiyyəsi etiraz etmir. Bununla da iddiaçıların gediş-gəliş yoluna olan tələbatları təmin edilmiş olur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X7 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar