Məhkəmə qərarları › İş №2(107)-74/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-74/2022

04.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-74/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2(019)-12/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin zəbt olunmuş 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsində əkdiyi fındıq ağaclarının cavabdehin hesabına sökdürülərək, torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-il tarixli, 09 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətlərinə Balakən rayonu, Xalatala kəndinə 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN 748 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmişdir. JN 748 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. İlk iddia üzrə Cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu, Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,40 ha hissəsini zəbt etmişdir. Onlar cavabdehdən dəfələrlə xahiş etmişlər ki, zəbt etdiyi torpaq sahəsindən könüllü olaraq çıxsın və orada əkdiyi fındıq kollarını çıxararaq, torpaq sahəsini əvvəlki vəziyyətinə gətirsin. Lakin cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edirlər. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 6500 (altı min beş yüz) manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsini 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi istifadə etmişdir. O, hər il bələdiyyənin büdcəsinə həmin torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ödəmiş, həmin sahədə fındıq bağı salmış, ətrafını məftillərlə bağlamışdır. Həmin torpaq sahəsinə bitişik sahədə ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsi yerləşir. İddiaçı1 və İddiaçı2 qanunsuz olaraq onun həmin torpaq sahəsindən istifadə etməsinə mane olur, fındıq ağaclarını və ot sahəsini özünün mal-qarasına yedizdirirlər. Həmin torpaq sahəsində 2000-ci ildə 40 ədəd fındıq ağacı əkmiş və hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə görə bu müddət ərzində hər ağaca görə 100 manat xərc çəkmişdir. İstifadəsindədə olan həmin torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1500 manat xərc çəkmişdir. Eyni zamanda 0.40 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 yaşadığı ərazi ilə sərhədlərinin ayrılması üçün 100 metrdən artıq məsafəyə ağac materiallarından dirəklər hazırlayaraq, sim məftillər çəkmişdir. Bunun üçün isə 1000 manat xərc çəkmişdir. Beləliklə 0.40 ha torpaq sahəsinə çəkdiyi xərclər-40 ədəd fındıq ağacına görə 4000 manat, torpağın yaxşılaşdırılması görə 1500 manat, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat, cəmi 6500 (altı min beş yüz) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda iddiaçılar çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tаrixli, 2(019)-12/2021 saylı qətnaməsi (hakim Z.Tahirov) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk iddiasının qismən təmin edilməsi; ilk iddia üzrə Cavabdeh Balakən rayonu Xalatala kəndində yerləşən JN- 748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsindən çıxarılması; ilk iddia üzrə Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsində əkdiyi fındıq ağaclarının çıxarılması və ilk iddia üzrə Cavabdeh hesabına həmin 0.3021 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 6500 manat ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi; iş üzrə 100 manat ekspertiza xərcinin ilk iddia üzrə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VGEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən, həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyildir. Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Həmçinin işdəki sübutlarla müəyyən olunur ki, Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsində iddiaçıların razılığı olmadan 40 ədəd fındıq ağacları əkmişdir. Bununla da Cavabdeh İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsinə qanunsuz sahiblik etmək və qanunsuz istifadə etməklə, iddiaçıların həmin torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə etmişdir. Ona görə mülkiyyətçilərin həmin torpaq sahəsinə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin faktoloji hallarına və hüquqi əsaslarına istinad edərək, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh Xanayev X2 rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsindən çıxarılmalı, ilk iddia üzrə Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsində əkdiyi fındıq ağacları çıxarılmalı və ilk iddia üzrə Cavabdeh hesabına həmin 0.3021 ha torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməlidir. Məhkəmə 6500 (altı min beş yüz) manat ziyan tələbi barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 onların xüsusi mülkiyyətində olan sözügedən torpaq sahəsini Cavabdeh bağışlamamış, satmamış və başqa qaydada özgəninkiləşdirməmişlər. Əksinə Xanayev X1 Asif Məhəmməd oğlu və İddiaçı2 onların xüsusi mülkiyyətində olan 0.80 ha torpaq sahəsinin 0.3021 ha hissəsindən qanunsuz olaraq istifadə etməklə qanunsuz sahiblik etmiş, orada qanunsuz olaraq fındıq ağacları əkmişdir. Göründüyü kimi, Cavabdeh fındıq ağacları əkdiyi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinə heç bir mülkiyyət, sahiblik və istifadə hüququ yaranmamışdır. Belə olan halda o, həmin torpaq sahəsinə sahiblik etməklə ondan istifadə edə bilməzdi. Cavabdeh İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi, ona sahiblik etməsi, orada fındıq ağacları əkməsi tamamilə qanunsuzdur. Belə ki, o, həmin torpaq sahəsinin ona heç bir hüquqla məxsus olmamasını və qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olmasını bilmişdir və bununla torpaq sahəsinə vicdanlı olmayan sahiblik etmiş və vicdanlı olmayan istifadəni həyata keçirmiş və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmuşdur. Yəni qarşılıqlı iddia üzrə iddiaçı sözügedən torpaq sahəsinin vicdanlı sahibi olmamış və bunu bilmişdir. Qanunun tələbinə görə qarşılıqlı iddia üzrə iddiaçının ona məxsus olmayan və vicdanlı olmadan torpaq sahəsindən istifadə nəticəsində ona dəyməsi iddia olunan ziyanı tələb edə bilməz, yəni onun buna hüququ yoxdur. Qarşılıqlı iddia üzrə cavabdehlərin isə mülkiyyətlərində olan torpaq sahəsinə qanuni sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərdən torpaq sahəsindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə görə ziyan tələb edilə bilməz. Həm də qanuna görə istər vicdanlı, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilərlər. İş materiallarına əsasən əmlakdan gəlir hələ mülkiyyətçilər İddiaçı1 və İddiaçı2 düşməmişdir və onlar ümumiyyətlə torpaq sahələrinin əvvəlki vəziyyətə gətirilməsini tələb edirlər. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehlərin ona tələb etdiyi zərər vurulduğu müəyyən edilməlidir. Yəni Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin onların hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və qarşılıqlı iddia üzrə cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı, 40 manat fındıq ağacına görə 4000 manat xərc çəkməsi, torpağın yaxşılaşdırılmasına görə 1500 manat xərc çəkməsi, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat xərc çəkməsini qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar kimi göstərsə də, bu xərclərin çəkilməsini, qarşılıqlı iddia üzrə cavabdehlərin ona cəmi 6500 manat məbləğində zərər vurmasını, bu zərərlə həmin cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halları və qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə onu da bildirmişdir ki, ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər onların torpağında qanunsuz əkilmiş fındıq ağaclarının çıxarılmasını və torpağın əvvəlki vəziyyətə gətirilməsini tələb edirlər. Buradan belə nəticə çıxır ki, həmin şəxslərin fındıq ağaclarından istifadə etmək və bununla da gəlir əldə etmək məqsədləri yoxdur. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərin həmin fındıq ağacları hesabına, həmçinin torpağa çəkilməsi iddia edilən digər xərclər hesabına əsassız varlanması heç bir faktoloji və hüquqi əsasa söykənməyən bir mülahizədir. Həmçinin ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin həmin 6500 manat zərərin vurulmasında təqsiri müəyyən edilməmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk iddiası qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh Xanayev X2 rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsindən çıxarılmalı, ilk iddia üzrə Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsində əkdiyi fındıq ağacları çıxarılmalı və ilk iddia üzrə Cavabdeh hesabına həmin 0.3021 ha torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməli, ilk iddia qalan hissədə təmin olunmamalı, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı 6500 manat ziyan tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, həmçinin iş üzrə cəmi 100 manat ekspertiza xərci ilk iddia üzrə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VGEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9, 66.1, 66.2, 67, 67.4, 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.5, 157.6, 157.7, 213.1, 213.2, 213.6, 214.1, 215.1, 215.2, 215.5, 220.1, 220.2, 220.3, 238.1, 238.2, 238.3, 239.2, 567, 646.1, 646.2, 647, 648.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Xalatala kəndində yaşayır. Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi onun istifadəsində olmuşdur. Həmin ərazilər atasına məxsus olduğuna görə Xalatala kəndində torpaq islahatı aparılarkən başqa şəxslərin oradan torpaq payı almaması üçün bacısı oğlu olan İddiaçı1 həmin ərazidən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə çalışmışdır. Həmin torpaq sahəsinin ətraf qonşuları qardaşlarınındır. Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsi isə 1995-ci ildən hazıradək onun istifadəsindədir. O, hər il bələdiyyənin büdcəsinə həmin torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ödəmiş, həmin sahədə 2000-ci ildə fındıq bağı salmış, ətrafını məftillərlə bağlamış, torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün xərclər çəkmişdir. Həmin torpaq sahəsinə bitişik sahədə İddiaçı1 məxsus torpaq sahəsi yerləşir. İddiaçı1 iddia etdiyi ərazidə 40 ədəd fındıq ağacı əkmişdir. Bunu iddiaçılar iddia ərizəsində qeyd etmişlər. İş materiallarına əlavə edilmiş Balakən rayonu Xalatala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 38 №-li arayışında göstərilmişdir ki, 0,80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi Cavabdeh istifadəsində olmuşdur. Həmin sahədə fındıq bağı salınmışdır və həmin sahə İddiaçı1 məxsus torpaqla sərhəddə yerləşir. 1997-ci ildən torpaq islahatı olmuş və həmin sahə bələdiyyə mülkiyyətində qalmışdır. Bələdiyyə yarandıqdan sonra 0,80 ha torpaq sahəsindən istifadə edir və vergisini ödəyir. Eyni zamanda iş materiallarına əlavə edilmiş JN 748 KOD 40115018 olan torpağa mülkiyyət hüququna X4nın surətindən də görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilərkən həmir torpaq sahəsində çoxillik əkmələr olmamışdır. İddiaçıların iddia etdiyi torpaq sahəsində 2000-ci ildə 40 ədəd fındıq ağacı əkmiş və 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində hər ağaca görə 100 manat xərc çəkmişdir. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, 1500 manat xərc çəkmişdir. Eyni zamanda 0.40 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 yaşadığı ərazi ilə sərhədlərinin ayrılması üçün 100 metrdən artıq məsafəyə ağac materiallarından dirəklər hazırlayaraq sim məftillər çəkmişdir. Bunun hazırlanmasına 1000 manat xərc çəkmişdir. Beləliklə 0.40 ha torpaq sahəsinə çəkdiyi xərclər 40 ədəd fındıq ağacına görə 4000 manat, torpağın yaxşılaşdırılmasına görə 1500 manat, torpaq sahəsinin sərhədlərinin ayrılmasına görə 1000 manat, cəmi 6500 (altı min beş yüz) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda, iddiaçılar çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Buna görə də İddiaçı1 və İddiaçı2 6500 (altı min beş yüz) manat əsassız varlanmaya görə çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiası ilə bağlı mülki işin obyektiv, tam və hərtərəfli həll edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq və aqrotexniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilməsi barədə 16 mart 2021-ci il tarixdə yazılı vəsatət təqdim etsə də, hakim həmin vəsaəti 02 aprel 2021-ci il tarixli iclada müzakirə etmiş və vəsatəti təmin etməmişdir. Vəsatətin təmin edilməməsi barədə qərardad ona təqdim edilməmişdir. Bundan əlavə ilk iddianın aydınlaşdırılması məqsədi ilə Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli 2(019)-970/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə 25 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, qərardadın biıinci sualı üzrə- Balakən rayonu Xalatala kəndində yerləşən JN:748 KOD 40115018 sayb Torpağa Mülkiyyət Hüququna X4 və RX seriyalı ******* N°-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 ha-dır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyil. Qərardadın ikinci sualı üzrə- Balakən rayonu Xalatala kəndində yerləşən JN:748 KOD 40115018 saylı Torpağa Mülkiyyət Hüququna X4 və RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə ekspertin rəyi kifayət qədər tam və aydın olmadığına görə iş üzrə əlavə mühəndis texniki ekspertizası təyin etmişdir. İş üzrə 25 iyun 2020-ci il tarixdə verilmiş ekspertiza rəyinə əlavə edimiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsinin bir hissəsi Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Eyni zamanda iddiaçıların mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi 1995-ci ildən Balakən rayonu Xalatala Bələdiyyəsi tərəfindən Cavabdeh istifadəsinə verilmiş və Cavabdeh Məhən məd oğlu həmir torpaq sahəsində fındıq bağı salmışdır. Məhkəmə tərəfindən ilkin ekspertiza təyin edilərkən ekspertin qarşısına sual qoyularkən iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırda istifadəsində olan torpaq sahəsinin ölçüləri barədə sual qoyulmamış, yalnız hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmuşdur. Həmin iş üzrə verilmiş ekspertiza rəyinə əlavə edimiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquqmüəyyənedici sənədlərin mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. Belə olan halda iddiaçılar həm cavabdehdən 0.3021 ha torpaq sahəsi əldə edir, həm də qanunsuz olaraq istifadəsində əlavə Bələdiyyəyə məxsus torpaq sahəsi saxlayırlar. Eyni zamanda qeyd edilməlidir ki, faktiki istifadə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlər arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Buna görə də məhkəmə tərəfindən əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən İddiaçı1 və İddiaçı2mı faktiki istifadəsində 0.7042 ha torpaq sahəsi vardır. İddiaçıların istifadəsində olan torpaq sahəsinin 0.1842 ha hissəsi Balakən rayon Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, yəni bələdiyyə mülkiyyətinə aiddir. İddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı. ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinə uyğun deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 naturada istifafə etdikləri torpaq sahəsinin cizgiləri Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra sualın cavablandırılması mümkün olacaqdır. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxem işin həqiqi hallarına uyğundur. Yəni, iddiaçıların istifadəsində 0.70 ha torpaq sahəsi var, bunun 0,1842 ha hissəsi Balakən rayon Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsində iddiaçılar qanunsuz olaraq fərdi yaşayış evi inşa etmişlər. İddiaçıların çatmayan torpaq sahəsi isə cəmi 0.11 ha-dır. Əslində bu məsələnin aradan qaldırılması isə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsi yekunlaşıb baza məlumatlarına daxil olunduqdan sonra mümxündür. Maraqlı məqam burasıdır ki, iş üzrə ekspert rəyləri arasında ziddiyyət olmadığı halda, məhkəmə iş üzrə verilmiş 25 noyabr 2020-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi lərəfindən tərtib edilmiş mütəxəssi rəyi və məhkəmə mühəndistexniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyi ilə Azərbaycan Repsublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 may 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyi və məhkəmə mühəndisi-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyi mötəbər sübutlar kimi qəbul edilməlidir. Belə ki, həmin rəylər müasir tədqiqat metodlarına əsaslanmaqla real vəziyyəti əks etdirir və işdəki digər sübutlarla ziddijyət təşkil etmir. 08 may 2020-ci il tarixli mütəxəssis rəyi və 25 iyun 2020-ci il tarixli, 308653 nömrəli ekspertiza rəyi verildikdən sonra eyni xidmət və eyni ekspertiza mərkəzi tərəfindən bu rəylərə tamamilə zidd olan 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyinin verilməsi, bunun nə ilə bağlı olması məhkəmə üçün başadüşülən deyildir. Belə ki, torpaq sahələrinin sərhədləri və sair barədə məlumatlar eyni kadastr məlumatlar bazasından götürülür. Mütəxəssis rəyləri və ekspertiza rəylərindən görünür ki, bu baza məlumatları dəyişməmişdir. Belə olan halda eyni baza məlumatlarına istinad edilməklə mütəxəsis rəyi və ekspertiza rəylərinin dəyişməsi və bir-birinə tamamilə zidd olması məhkəmədə 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyinin obyektivliyinə və əsaslılığına böyük şübhə doğurur. Digər tərəfdən ilk iddia üzrə iddiaçıların sözügedən torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır və bu barədə reyestrin tamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir. Həmin torpaq sahəsinə digər hüquqi və ya fiziki şəxsin isə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də məhkəmə 30 oktyabr 2020-ci il tarixli, **********48 nömrəli mütəxəssi rəyi və məhkəmə mühəndis-texniki ekspertizasının 25 noyabr 2020-ci il tarixli, 10/2341 nömrəli rəyini mötəbər sübutlar kimi qəbul etməmişdir. Əgər məhkəmə birinci ekspertiza zamanı aydın olmayan məsələləri ikinci ekspertiza təyin etməklə aradan qaldırsa və ikinci ekspertizanın rəyini mötəbər hesab etmirsə, məhkəmə ya əlavə ekspertiza təyin etməklə, ya da mütəxəssis rəyi almaqla bu ziddiyətləri aradan qaldırmalı idi. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaya münasibətdə ümumiyyətlə araşdırma aparmamış, təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi torpaq islahatından əvvəldən onun qanuni istifadəsində olmuş, həmin vaxtdan hal-hazıradək oranın vergisini o ödəyib, orada 40 ədəd fındq ağacı əkmiş, bağa və ağaclara aqrotexniki qulluq göstərmiş, oranın ətrafını kənar yerlərdən təcrid edərək sim məftil çəkmişdir. Bu işin mübahisələndirməyən tərəfidir. Həmin halların təsdiq edilməsi üçün məhkəməyə Xalatala Bələdiyyəsinin arayışlarını da əlavə etmişdir. Eyni zamanda iddiaçılar da iddia ərizəsinə əlavədə bunu təsdiq etmişlər. O da qarşılıqlı iddia tələbi ilə əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini tələb elmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-12/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, 0.11 ha hissədə təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 2(019)-12/2021 saylı 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən, 0.11 ha hissədə təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.s Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, ilkin iddiaya münasibətdə 0,1921 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, ilkin iddianın 0,11 ha hissədə təmin edilməsini, qarşılıqlı iddiaya münasibətdə isə qarşılıqlı iddianın tamamilə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissələri, yəni ilkin iddiaya münasibətdə təmin edilmiş 0,1921 ha torpaq sahəsinə münasibətdə və təmin edilməmiş qarşılıqlı iddiaya münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsi üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-12/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən, həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyildir. Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Həmçinin işdəki sübutlarla müəyyən olunur ki, Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəsində iddiaçıların razılığı olmadan 40 ədəd fındıq ağacları əkmişdir. Bununla da Cavabdeh İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsinə qanunsuz sahiblik etmək və qanunsuz istifadə etməklə, iddiaçıların həmin torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2020-ci il tarixli, **********97 nömrəli müşayət məktubu ilə göndərilmiş Xidmətin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssi rəyindən və rəyə əlavə edilmiş sxemlərdən, həmçinin məhkəmə mühəndis-texniki ekspertizasının 25 iyun 2020-ci il tarixli, 30863 nömrəli rəyindən və rəyə əlavə edilmiş sxemlərdən görünür ki, Balakən rayon Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.4995 hektardır. Həmin 0.80 ha torpaq sahəsi Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür, yəni bələdiyyə torpağına aid deyildir. Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət hüququna X4 və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3021 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Apellyator şikayətində qeyd etmişdir ki, Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi onun istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Balakən rayonu Xalatala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 38 №-li arayışında göstərilmişdir ki, 0,80 ha torpaq sahəsi 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi Cavabdeh istifadəsində olmuşdur. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə razılaşmır. Kollegiya qeyd edir ki, Balakən rayonu Xalatala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 38 №-li arayışı Balakən rayonu Xalatala kəndində yerləşən Balakən rayonu Xalatala Bələdiyyəsinə məxsus olan 0.80 ha torpaq sahəsinin 1995-ci ildən etibarən fermer təsərrüfatı kimi onun istifadəsində olmasını sübut etməsi üçün kifayət hesab edilə bilməz. Apellyator həmin torpaq sahəsinin onun istifadəsində olması üçün digər rəsmi sənədlər təqdim edə bilməmişdir. Belə ki, apellyator bələdiyələr yaradılana qədər torpaq kimin balansında olmuşsa (kolxoz, sovxoz) və.s, bələdiyyələr yaradıldıqdan sonra isə bələdiyyə ilə hər hansı icarə müqaviləsinə dair rəsmi sənəd təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4ndan görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Xalatala kəndində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa apellyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspert rəyləri ilə razılaşmadığını qeyd etmiş və bildirmişdir ki, ekspertiza rəyləri arasında ziddiyyət mövcud olmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin ziddiyətin aradan qaldırılması üçün yenidən ekspertiza təyin edilməsi üçün vəsatət vermiş, vəsatət təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın təyin edilib edilməməsi məhkəmənin hüququdur vəzifəsi deyildir. Əgər məhkəmə işin araşdırılması və yekunlaşdırılması üçün sübutları kifayət edirsə yenidən ekspertiza təyin etməyə bilər. Bununla belə məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilimişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli, rəyindən görünür ki, Balakən rayonu Xalatala kəndində yerləşən JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.80 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin 0.3020 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya qeyd edir ki, şikayət ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddiaya aid hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də təmin edilə bilməz. Şikayətdə qeyd edilir ki, məhkəmə qarşılıqlı iddiaya münasibətdə ümumiyyətlə araşdırma aparmamış, təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv hüquqi nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Qarşılıqlı iddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, fındıq ağacları əkilən zaman torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və ya istifadəsində olmamışdır. Tərəflər arasında podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. Qarşılıqlı iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İş materiallarına əlavə edilmiş JN-748 KOD 40115018 saylı Torpağın Mülkiyyət Hüququna X4ndan görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Xalatala kəndində yerləşən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları 04 fevral 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlər. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(019)-12/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Dövlət büdcəsinə- AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(019)-12/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar