Məhkəmə qərarları › İş №2(107)-741/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-741/2020

27.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-741/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddaçı İddiaçı Cavabdehnə qarşı Balakən Rayon X7 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarının X3, X10 və X4 aid hissədə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon X7 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarının X5, X10 və X4 aid hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadı ilə iddianın yolverilməzliyinə görə İddiaçı Cavabdehnə qarşı Balakən Rayon X7 xx xxxx 1998-ci ıl tarixli 08 saylı qərarının X5, X10 və X6 aid hissədə ləğv edilməsinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi, İddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Balakən rayonunda aqrar islahat aparılmamışdan əvvəl adına olmuş 0,08 ha həyətyanı torpaq sahəsi onun razılığı ilə 1988-ci ildə bacısı İbrahimova Nəcibə Başir qızına verilmişdir. 1992-ci ildə bacısı və onun əri həmin torpaq sahəsində özləri üçün yaşayış evi tikmiş və uşaqları ilə hazırda həmin evdə yaşayırlar. 1998-ci ildə torpaq islahatı keçirilən zaman Balakən Rayon X9 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsinə ondan başqa keçmiş arvadı, qızı və oğlu da torpaq mülkiyyətçisi kimi tanınanaraq onların adları səhvən JN 527 (kod 40108038) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə salınmışdır. Halbu ki, torpaq islahatı keçirilən zaman həminn şəxslər rayonun Qazbinə kəndində yaşamamış və qeydiyyatda olmamışlar, çünki orada yaşamaq üçün onun evi olmamışdır. Torpaq sahəsi 1982-ci ildə “Musabəyov” adına kolxoz tərəfindən ona verildiyi zaman o, Gültəkin Qarayeva ilə evli olmamışdır. Buna görə də həmin torpaq sahəsi onunla Gültəkin Qarayevanın ümumi birgə mülkiyyətində ola bilməz. AR Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filyalının 277 saylı xx xxxxxx 2019-cu ilk tarixli arxiv arayışı ilə müəyyən edilir ki, Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1106-cı sirada İddiaçı torpağının cəmi 0, 08 ha olması qeyd olunub. Belə müəyyən edilib ki, Balakən rayon X9 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə onun, yəni İddiaçı, X3, X10, X2 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN 527 nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə hazırlanıb. Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyester Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş Balakən rayonu Qazbinə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən müəyyən edilib ki, siyahıda 527 nömrə ilə onun, X3, X10, X2 adına (4 nəfərdən ibarət) və qanuni istifadədə 0,08 ha torpaq sahəsi qeyd olunmuşdur. Qeyd olunan subyektlərin siyahısı Balakən rayon X9 sədri tərəfindən təsdiq edilmiş və aidiyyatı orqanlarla razılaşdırılmışdır. O, belə hesab edir ki, həmin torpaq sahəsi onun adına ayrılarkən qeyd edilən digər şəxslərə aid heç bir hüquq mövcud olmamışdır. Həmin torpaq 1982-ci ildə “Musabəyov” adına kolxoz tərəfindən onun adına verildiyi zaman Gültəkin Qarayeva ilə ailəli deyildi. Buna görə də həmin torpaq onun mülkiyyəti ola bilməz. Göründüyü kimi, X7 qərarı hazırda qüvvədədir. Belə olan halda həmin komissiyanın qərarı ləğv olunmadığı üçün torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də ləğv oluna bilməz. Balakən rayon X14 müvafiq icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərib. Belə olduğu halda ilkin olaraq rayon icra hakimiyyətinə müraciət etmək lazımdır. Bununla da həmin komisyanın qərarı digər şəxslərə aid hissədə ləğv və ya etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzrə alaraq Cavabdehndən Balakən rayon X9 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarının X3, X10 və X4 aid hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 031701 saylı xx.xx.2019-cu il tarixli cavab məkyubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə edilib. AİK-nın sözügedən qərarı inzibati akt olmadığından onun həmin qərarın ləğvi ilə ümumi məhkəməyə müraciət edilməlidir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-1201/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (bacısı) X8 şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı olduğundan, inzibati orqana qarşı irəli sürüldüyündən və inzibati mübahisəyə dair iş olduğundan, ona ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı Balakən rayon X7 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarının X5, X10 və X6 aid hissədə ləğv edilməsinə dair iddia ərizəsinin ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxılmalı olmaduğundan iddianın yolverilməzliyinə görə qəbul olunmasından imtina edilməli və İddiaçı hazırki iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İşdən görünür ki, İddiaçı Bəşir oğlu Cavabdehnə qarşı iddia qaldıraraq, Balakən Rayon X7 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarının hissəvi ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda rayon icra hakimiyyətləri və rayon aqrar islahat komissiyaları inzibati orqanlara aid edilmişdir. Göründüyü kimi Cavabdeh inzibati orqan, Balakən Rayon X7 xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı isə inzibati aktdır. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbаycаn Respublikаsı İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinin tələbinə görə də, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddiaya ümumi məhkəmədə yəni Balakən Rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya hazırki iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququnu izah etməkdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətlərinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Qeyd olunan beynəlxalq normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü maddəsində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə. MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1201/2019 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar