Məhkəmə qərarları › İş №2(107)-744/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-744/2022

27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-744/2022 27.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakdakı payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X39 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, həmçninin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN-501F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X13 mülkiyyətinə Qəbələ şəhəri M.F.Axundov küçəsində 0.07 ha torpaq sahəsi verilmişdir. X13 25 aprel 2007-ci ildə ölməsi ilə vərəsəlik açılmış, miras qalmış 0.07 ha torpaq sahəsinin 1/3 (0.0233 ha) hissəsi məhkəmə qətnamələri ilə naturada ayrılaraq mirasqoyanın qızı Cavabdeh1 mülkiyyətinə keçmişdir. Miras qalmış 0.07 ha torpaq sahəsinin 2/3 hissəsi isə miras qoyanın digər vərəsələri X29 və Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. 13 fevral 2021-ci ildə X21 ölməsi ilə vərəsəlik açılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X8 miras qalmış 0,07 ha həyətyanı torpaq sahəsinin bölünməmiş qalmış 2/3 hissəsinin tərkibindəki hər bir miras şəriki payının müəyyən edilməsi və miras şəriklərinin öz payından imtinası nəzərə alınmaqla ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X22 25 aprel 2007-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra ondan miras olaraq mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi nənəsinə Qəbələ rayon AİK-nın 03 saylı qərarına əsasən JN-501F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə rəsmiləşdirilərək verilmişdir. X30 4 vərəsəsi qalmışdır. Bunlar qızı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu X23r. Axırıncı onun atasıdır. Atası S.Vaqif anası S.Məxluqə vəfat edən günədək onunla birgə yaşamış, Məxluqə öldükdən sonra həmin ünvanda özünün öldüyü günədək fasiləsiz olaraq yaşamağa davam etmişdir. O, 13 fevral 2021-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. Atası özünün sağlığında nənəsindən miras qalmış miras əmlakı faktiki qəbul etmiş, lakin rəsmiləşdirməmiş ölmüşdür. Atasının miras payına hüququ olan daha bir qardaşı Cavabdeh3 və bacısı Nurməmmədova (Surxayeva) Pərvanə Vaqif qızı var. Bacısı N.Pərvanə Bakı şəhər 43 saylı notariat ofisində imzasını təsdiq edərək özünün miras payından onun xeyrinə imtina etməsi barədə ərizə vermişdir. Bundan başqa, əmisi Cavabdeh2 özünün miras payından onun xeyrinə imtina etməsi barədə X41 Xidmətinin notariat ofisinə müraciət etmişdir. Lakin, onun imzasını notariat ofisi təsdiq etməmiş və payından imtina barədə məhkəmədə ifadə verməklə məsələ həll edilməli olduğu bildirilmişdir. Miras şəriki Cavabdeh1 hazırkı miras əmlak barəsində Qəbələ rayon məhkəməsində iddia qaldırmış, məhkəmə işə baxaraq 30 iyun 2016-cı il tarixli 2(025)- 802/2016 saylı qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən nənəsindən miras qalmış 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin Cavabdeh1 payına düşməsi müəyyən edilmişdir. 0,07 ha miras torpaq sahəsinin yerdə qalan 2/3 hissəsi mərhum X30 adında qalmışdır. Cavabdeh1 HDQHDƏDR-dən ********** nömrəli xx.xx.2017-ci il tarixli Çıxarış əldə etmişdir. Həmin çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə torpaq sahəsinin 1/3 hissəsi (0,0233 ha) verilmiş, Surxayeva Məhluqənin mülkiyyətində isə 2/3 hissəsi qalmışdır. Bundan sonra digər miras şəriklərinin payları müəyyən edilməmişdir. Yəni, halhazırda payları müəyyən edilməmiş əmisi Cavabdeh2, mərhum X42 və atasının 3 övladı qalmışlar. Əmisi Cavabdeh2 ona düşən miras payından onun xeyrinə məhkəmədə ifadə verərək imtina etmək niyyətindədir. Bibisi Cavabdeh1 yenidən məhkəməyə müraciət edərək ona verilmiş 1/3 hissə payın naturada ayrılmasını və sərhədlərinin müəyyən edilməsini istəmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-801/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, ona düşən pay naturada ayrılmış və sərhədləri müəyyən edilmişdir. O, halhazırda həmin miras torpaq sahəsi yerləşən Qəbələ şəhəri, M.F.Axundov küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. Miras əmlaka faktiki sahiblik edir və həmin miras əmlakı idarə edir. Cavabdeh1 tərəfindən əldə edilmiş 30 iyun 2017-ci il tarixli ********* qeydiyyat nömrəli, seriya RX-1104336 nömrəli HDQHDƏDR-dən çıxarışın nüsxəsini müstəqil əldə edə bilməmişdir. Ona görə də hazırkı iddia ərizəsinə əlavə edə bilmir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə poçt vasitəsilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh ona və Cavabdeh2 qarşı “Miras şəriklərinin hər birinin miras əmlakda payının müəyyən edilməsi və ona düşəsi hissənin müəyyən edilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nənəsi X8 miras qalmış 0.07 hektar həyətyanı torpaq sahəsinin bölünməmiş 2/3 hissəsinin tərkibindəki hər bir miras şəriki payının müəyyən edilməsi və miras şəriklərinin öz payından imtinası nəzərə alınmaqla ona düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə bildirişini və iddia ərizəsinin surətini almışdır. İddia tələbini qəbul etmir və aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, anası X22 25 aprel 2007-ci ildə Qəbələ şəhərində vəfat etmişdir. Onun ölümündən sonra ondan ünvan 1 ünvanda 0,07 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Onun Cavabdeh2 və X24 qarşı “Miras əmlakda payların müəyyən edilməsinə dair” iddia ərizəsi Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, mərhum anasından miras qalmış 0.07 hektar torpaq sahəsində payı 1/3 hissədə, yəni 0.02333 hissədə müəyyən edilmiş, qalan 2/3 hissə isə mərhum anasının mülkiyyətində saxlanılmışdır. Həmin mülki işə baxılan zaman məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və X29 iddia tələbini qəbul etməmişlər, anasının ölümündən sonra özlərinə çatası paylarını qəbul edib-etmədiklərini və pay istəmələrini mübahisələndirməmişlər. Qətnamədən iş üzrə həmin cavabdehlər apellyasiya şikayəti verməmişlər və qətnamə qanunla müəyyən edilmiş müddətdə qüvvəyə minmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciəti əsasında həmin 0.07 hektarhəyətyanı torpaq sahəsi xüsusi müəlkiyyət hüququ əsasında 2/3 hissədə mərhum anası X14 və 1/3 hissədə onun adına qeydə alınmış və bu barədə adlarına 30 iyun 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Payına düşən 1/3 hissə torpaq sahəsini məhkəmədən kənar ayırmaq mümkün olmadığına görə o, Cavabdeh2 və X24 qarşı “Ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-801/2020 saylı 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 0.07 hektar torpaq sahəsindən onun payına düşən 1/3 hissə, yəni 0.02333 hektar hissəsi naturada ayrılmış və sərhədləri müəyyən edilmişdir. Həmin iddia tələbinə məhkəmədə baxılan zaman Cavabdeh2 və X29 mərhum anasından miras qalmış 0.07 hektar torpaq sahəsinin 2/3 hissəsini qəbul etdiklərini və paylarını istəmələrini nümayiş etdirməmişlər. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi miras torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evində yaşadığını göstərir. Bu yalandır. Belə ki, iddiaçının atası olan mərhum qardaşı X29 13 fevral 2021-ci il tarixdə Qəbələ şəhərində mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yox, şəhərin başqa ərazisində inşa etdirdiyi və ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evində vəfat etmişdir. İddiaçı miras qoyanın ölən günədək hansı ünvanda və kiminlə yaşaması, ən əsası isə şəxsən özünün miras qoyan günədək onunla yaşamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı və ya onun atası və ya digər qardaşı Cavabdeh2 mərhum anasının sağlığında və onun ölümündən sonra həmin evdə yaşamamışar. Mübahisələndirilən həmin torpaq sahəsi və üzərində yerləşən mərhum valideynlərinə məxsus yaşayış evində ümumiyyətlə uzun müddətdir ki, heç kim yaşamır və həmin evlə heç kim maraqlanmır. Mərhum anası X22 25 aprel 2007-ci ildə, iddiaçının atası isə 13 fevral 2021-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. İddiaçının atası olan qardaşı Vaqif Surxayev keçən 14 il ərzində sözügedən miras əmlakdan ona çatası payını qəbul etməsini nümayiş etdirməmişdir, yəni o həmin miras əmlakı qəbul etməmişdir. Göründüyü kimi 25 aprel 2007-ci ildə vəfat etmiş anasının ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtdan qanun üzrə 1-ci növbə vərəsələr olan qardaşları Cavabdeh2 və X21 heç biri keçən müddətdə, eləcə də yuxarıda göstərdiyi məhkəmə işlərində də miras əmlakın faktiki olaraq qəbul etdiklərini hər hansı formada nümayiş etdirməmişlər, ümumiyyətlə anasının ölümündən sonra mirasla bağlı mövqelərini və miras əmlaka münasibətlərini bildirməmişlər. Bundan başqa iddiaçı atasının ölümündən sonra atasından miras qalmış əmlakı tam və ya müəyyən hissədə qanun üzrə və ya faktiki qəbul etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının atası qanun üzrə birinci növbədə vərəsə kimi miras açıldıqdan, lakin miras qəbul edilənədək yox, vərəsəliyin açılması üçün müəyyən edilmiş müddət keçdikdən sonra vəfat etmişdir. İddiaçı isə mərhum atasından miras qalmış əmlaka vərəsəlik işin açılması, mirası qəbul etməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinin tələbinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Lakin bütün bunlara baxmayaraq iddiaçı iddia ərizəsində qeyd edir ki, mərhum anasının ölümündən sonra ondan qalan 0.07 hektar torpaq sahəsinin 2/3 hissəsini faktiki olaraq mərhum atası Vaqif Surxayev qəbul etmişdir, digər qardaşı olan Cavabdeh2 isə ümumiyyətlə miras əmlakla maraqlanmamış, qəbul etməmiş və özünə çatası payından imtina etmişdir. Atasının ölümündən sonra həmin torpaq sahəsini o qəbul etmişdir. İddiaçının həmin evdə qeydiyyatda olması mirası qəbul etməsi hesab edilə bilməz. Şəxsin ölümündən sonra, yəni vərəsəliyin açılması və mirasın qəbuledilməsi Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir və həmin Məcəllənin miras qoyan öləndən sonra ondan miras qalmış əmlakın həmin təsərrüfatda qeydiyyatda olan şəxs tərəfindən qəbul edilməsini tənzimləyən konkret müddəası yoxdur. İddiaçı mərhum qardaşı olan atasının ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtan keçən müddətdə müvafiq icra orqanında mirasın qəbulu ilə əlaqədar vərəsəlik işi açdırmamış, mərhum qardaşı Vaqif Surxayev anamın ölümündən sonra, yəni vərəsəlik açıldığı vaxta sağ olduğu və həmin mirası faktiki olaraq qəbul etdiyini nümayiş etdirmədiyi halda, həmin mirası mərhumun qanun üzrə 1- ci növbə vərəsəsi olan oğlu qəbul edir? Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin tələbinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi miras açıldığı vaxt miras qoyanın oğlu, iddiaçının atası sağ olmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində göstərir ki, həmin miras əmlakdan pay tələb edə biləcək yeganə vərəsə Cavabdeh2 miras payına iddia etmir. Lakin həmin imtinanı məhkəmədə etmək niyyətindədir. Qanunvericiliyin tələbinə görə qanun üzrə vərəsə ilk növbədə miras qalmış əmlakı qəbul etməli, bundan sonra ona çatası həmin payından kiminsə xeyrinə və ya ümumiyyətlə imtina edə bilər. İddiaçı iddia ərizəsinə cavabdeh şəxs Cavabdeh2 tərəfindən mirasın ona çatası hissəsini qəbul etməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etmədiyinə, ümumiyyətlə belə bir sübut olmadığına görə Cavabdeh2 miras əmlakdan ona çatası payından iddiaçının xeyrinə etdiyi imtina məhkəmə tərəfindən qəbul edilə bilməz. İşin həqiqi hallarından görünür ki, 25 aprel 2007-ci ildə Qəbələ şəhərində vəfat etmiş mərhum anasının ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtdan o, mərhumədən miras qalmış əmlaka vərəsəlik işi açdırsa da və ona çatası payını qəbul etsə də, digər qanun üzrə birinci növbə vərəsələr olan Cavabdeh2 və X29 miras qalmış 0.07 hektar torpaq sahəsinin 2/3 hissəsi ilə keçən müddətdə qanunla müəyyən edilmiş müddətdə və qaydada faktiki olaraq maraqlanmamışlar, onu qəbul etməmişlər. Vərəsəlik açıldığı vaxt iddiaçının X12 sağ olmuşdur və keçən 14 il ərzində miras əmlakı qəbul etdiyini nümayiş etdirməmişdir. Torpaq sahəsinin 2/3 hissəsinin onun tərəfindən qəbulu ilə əlaqədar aralarında mübahisənin nədən ibarət olmasını iddia ərizəsində göstərməmiş, mirasın qəbulu ilə əlaqədar bunu heç bir orqanda mübahisələndirməmişdir. İddiaçı iddia ərizəsində işdə cavabdehlərin, ən əsası ona münasibətdə cavabdehliklərinin konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. İddiaçı mərhum anasından miras qalmış 0.07 hektar torpaq sahəsinin 2/3 hissəsinin mərhum atası tərəfindən, onun ölümündən sonra isə özü tərəfindən qəbul etməsini tələb etmək üçün, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edir ki, iddiaçının ona və digər cavabdehə qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsasları olmadığı halda, onun iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 iddianı etiraf edib, iddianın təmin olunmasına etiraz etmədi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X15 və X14 ər-arvad münasibətlərindən üç uşaqları olmuşdur: Cavabdeh1 Bərdəddin qızı, Cavabdeh2 Bərdəddin oğlu və X29. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X14 mülkiyyətinə Qəbələ şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. X22 25 aprel 2007-ci ildə vəfat etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)-802/2016 nömrəli qətnaməsinə əsasən 2007-ci il aprelin 25-də Qəbələ şəhərində vəfat etmiş X8 qalmış ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul olunması üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək uzadılması və həmin mirasın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilib, onun həmin torpağa vərəsəlik payı 1/3 hissə üzrə müəyyən olunması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(025)-801/2020 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı Cavabdeh1 və X14 mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh1 1/3(0,0233 ha) hissədə payı "xxxx" MMC tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsində X29 izahatında göstərmişdir ki, “bacısı Cavabdeh1 1965-ci ildə ərə gedib daimi yaşamaq üçün Göyçay şəhərinə köçmüşdür və hazırda da həmin ünvanda yaşayır. Ona görə də valideynlərindən miras qalmış ünvanda qardaşı Tofiq və o, yaşamışlar. Ötən əsrin 70-ci illərində işlədiyi kolxozdan ona ev tikmək üçün evlərinin qonşuluğunda 0,07 ha torpaq sahəsi verilmişdir. Əldə olunmuş razılığa görə, Tofiq həyətdəki evin birini, yəni 1901-ci ildə inşa olunmuş 1 otaqlı evi sökərək, materiallarına həmin torpaqda özünə ev tikib köçməli, valideynlərinə məxsus olan və 1962-ci ildə tikilmiş 2 otaqlı digər ev isə ona qalmalı idi. Həmin danışıqlarda bacıları Validə də iştirak etmiş və ata mülkünə iddialı olmadığını bildirmişdir. Tofiq ona məxsus torpaq sahəsində özünə ev tikib, 1982-ci ildə həmin evə köçmüşdür. O isə 1984-cü ildə Qəbələ rayonu Zarağan kəndində «Zambaq» kooperativi yaradaraq, ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün həmin kooperativin nəznindəki vaqon tipli evə köçmüşdür. Buna baxmayaraq, anası ilə əlaqəni kəsməmiş, tez-tez gedib, sonuncuya baş çəkmişdir. Anası evin bir otağında özü yaşamış, digər otağı isə kirayə vermiş, ona görə də anasının sağlığında onun ailəsinə həmin evdə yer qalmamışdır. Ata mülkünün ona qalmasına razılıq vermiş Cavabdeh1 2007-ci il aprelin 25-də, yəni anası vəfat etdiyi gün evdən pay tələb etmiş və buna görə aralarında mübahisə yaranmışdır. Tofiq də anasının ölümündən sonra evdə kirayəçilər saxlayaraq onu evə buraxmamış, hətta bununla bağlı aralarında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, 2010-cu ildə o, Tofiqin kirayə saxladığı Nəsimi Allahverdiyevə qarşı məhkəmədə iddia qaldırmış və Qəbələ Rayon Məhkəməsinin 11 may 2010-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Nəsimi Allahverdiyevin atasından miras qalmış evdən çıxarılması qət edilmişdir. Qətnaməyə əsasən sonuncu evdən çıxmasına baxmayaraq, Tofiq sonradan evi başqa şəxslərə kiayə verdiyi üçün o, ailəsi ilə birlikdə həmin evə köçüb yaşaya bilməmişdir. Anasının ölümündən 9 il keçməsinə baxmayaraq, hazırki vaxtadək valideynlərindən qalmış miras ev və torpaq sahəsi ilə bağlı o, Tofiq və Validə hər hansı razılığa gələ bilməmişlər. Hazırda da həmin evdə Tofiqin qoyduğu kirayəçi yaşadığı üçün o, həmin evə köçə bilmir. Ancaq, hesab edir ki, hələ anasının sağlığında Tofiq və Validə ilə əldə olunmuş razılığa uyğun olaraq, həmin ev və evin 0,07 ha həyətyanı torpaq sahəsi ona qalmalıdır. Belə ki, Tofiq atasından qalmış evlərdən birini sökərək, onun materialları ilə ona məxsus torpaq sahəsində özünə ev tikməklə, faktik olaraq mirasdan payını almış, Validə isə özü valideynlərindən qalmış evin ona çatması barədə qabaqcadan razılığını bildirmişdir.” Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)- 802/2016 nömrəli qətnaməsində göstərilmişdir ki, “Tərəflərin izahatı və işin faktiki halları ilə məhkəmədə müəyyən olundu ki, iddiaçı Cavabdeh1 1965-ci ildə ərə gedərək, daimi yaşamaq üçün Göyçay rayonuna köçmüşdür. X1 vəfatından sonra ümumi razılığa əsasən Vaqifi Surxayev işlədiyi kolxoz tərəfindən fərdi yaşayış evi tikmək üçün qonşuluqda ona verilmiş 0,07 ha torpaq sahəsini qardaşı Cavabdeh2 vermiş və sonuncu ata mülkündəki 1901-ci ildə inşa olunmuş 1 otaqlı yaşayış evini sökərək, həmin evin materiallarından da istifadə etməklə Vaqif Surxayevin torpağında özünə yaşayış evi tikib, 1982-ci ildə həmin evə köçmüşdür. Vaqif Surxayev özü də 1984-cü ildə yaratdığı kooperativin nəznindəki vaqon tipli evə köçərək, həmin evdə yaşamış, mübahisəli evdə isə Məhluqə Surxayeva tək qalmışdır. Sonuncu evin bir otağında özü yaşamış, digər otağını isə kirayə vermişdir. Məhluqə Surxayevanın 2007-ci il aprelin 25-də vəfatından sonra ondan miras qalmış yaşayış evi və həmin evin 0,07 ha həyətyanı torpaq sahəsi ilə bağlı vərəsələri, yəni iş üzrə tərəflər arasında hər hansı bölgü aparılmamış, onlardan heç biri notariat orqanına müraciət etməmiş, nə də miras əmlakı faktiki idarəçiliyə qəbul edərək, ona yiyələnməmişdir. Cavabdeh2 müəyyən fasilələrlə həmin evdə kirayəçilər saxlaması isə Vaqif Surxayevlə aralarında mübahisələrə səbəb olmuş və bu mübahisə hətta məhkəmə müstəfisinə qədər gəlib çıxmışdır. Həmçinin, Cavabdeh1 da anasının öldüyü gündən etibarən miras əmlaka iddialı olduğunu bəyan etmiş, lakin o da bununla bağlı real addımlar atmayaraq, qanunla müəyyən olunmuş müddət ərzində notariusa, nəhayət, lazım gəldiyi təqdirdə məhkəməyə müraciət etməmişdir.” İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddiaçı mərhum atasının, daha sonra isə özünün mübahisəsi gedən təsərrüfatla nə kimi bağlığının olması məhkəmədə aydın olmadı. İddiaçı bunu sağlığında atasının həmin təsərrüfatda yaşamasını, özünün isə həmin ünvanda qeydiyyatda olması, bununla da mirasın faktik olaraq qəbul edilməsi ilə əlaqələndirməyə çalışdı. Göründüyü kimi, qanun mirasın qəbulu üçün iki qayda müəyyən etmişdir: «notariat kontoruna mirasın qəbulu barədə ərizə vermək» və ya «əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul edildiyini şəksiz nümayiş etdirmək». Eyni zamanda, mirasın qəbulu üçün müddət də müəyyən olunmuşdur. Belə ki, vərəsə mirası üç ay ərzində qəbul edə bilər, altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Hazırki işdə tərəflərdən nə İddiaçı, nə də onun mərhum atası X3 Məhluqə Süleyman qızı vəfat etdikdən sonra mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmişdir. Ona görə də söhbət mirasın faktiki qəbulundan gedir. Məhkəmə qeyd edir ki, X22 vəfat edərkən mübahisəsi gedən təsərrüfatda yalnız sonuncunun yaşaması işin mübahisəsiz halı olduğu kimi, mərhum X21 və İddiaçı ailəsinin də özlərinə məxsus başqa təsərrüfatda yaşaması mübahisə doğurmur. (Belə ki, qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarları). İşin faktiki hallarından görünür ki, mərhum X29 anası X14 ölümündən sonra mirasın faktiki qəbulu ilə bağlı hər hansı aktiv hərəkətlər etməmiş və uzun müddət özünün vərəsəlik hüquqlarını mübahisələndirməmişdir. Vaqif Surxayevin özünün ayrı təsərrüfatı olmuşdur, mübahisəsi gedən təsərrüfatla bağlılığı isə müəyyən olunmamamış, əksinə Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)-802/2016 nömrəli qətnaməsində özü də izahatı ilə həmin mübahisəli evin qardaşı Cavabdeh2 tərəfindən kirayəyə verildiyi, hər iki qardaş arasında soyuq münasibətlərin olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hətta İddiaçı mübahisəsi gedən təsərrüfatda qeydiyyatda olsa belə, bu hal öz-özlüyündə ona mirasın (onun bir hissəsinin) yuxarıda əks olunan hüquqi yanaşmaya görə qəbul edilməsi üçün əsas vermir. İddiaçı mirasın faktiki qəbulu ilə bağlı mərhum atası, daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. Belə ki, qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarları ilə X21, eyni zamanda İddiaçı 2007-ci il aprelin 25-də Qəbələ şəhərində vəfat etmiş X8 qalmış ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsində və orada yerləşən fərdi yaşayış evində yaşaması müəyyən olunmamış, əksinə iddiaçının və onun mərhum atasının ayrı təsərrüfatda yaşaması müəyyən olunmuşdur. Bu halı iddiaçının mərhum atası İddiaçı Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)-802/2016 nömrəli qətnaməsində öz izahatında da təsdiq etmişdir. Qeyd olunalara əsasən, məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi mərhum X29, daha sonra isə sonuncunun oğlu – İddiaçı tərəfindən faktiki qəbul edilməmişdir, ona görə də həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir Məhkəmə hazırki iş materiallarını, tərəflərin izahatlarını və yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudusiallığını nəzərə alaraq iddianı əsaslı saymayıb, onun rədd olunması qənaətinə gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159, 1243, 1246 və 1291-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan JN-501 F, kod 40601004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ şəhərində X13 mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)- 802/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, 2007-ci il aprelin 25-də Qəbələ şəhərində vəfat etmiş X8 qalmış ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul olunması üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək uzadılması və həmin mirasın iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilib, onun həmin torpağa vərəsəlik payı 1/3 hissə üzrə müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(025)- 801/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********79; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı Cavabdeh1 və X14 mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh1 1/3 (0,0233 ha) hissədə payı "xxxx" MMC tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X41 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 03 iyun 2021-ci il tarixli, 879 nömrəli məktubda göstərilmişdir ki, mərhum X12nun anasından qalmış mirası qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariat orqanına ərizə verməklə qəbul etməmiş, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilməmişdir. Qeyd edilən hallar, Qəbələ rayon Məhkəməsinin 2(025)-802/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsindən öz əksini tapmışdır. İş materiallarında olan Ağsu, Xatman kəndində qeydiyyatda olan Cavabdeh4 tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X34 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh4 ölmüş nənəsi X9 miras qalmış ona düşən əmlakdan İddiaçı xeyrinə imtina etmiş, heç bir pay istəmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, 721 nömrəli arayışda göstərilmişdir ki, X22 xx.xx.2007-ci il tarixdə vəfat edənə kimi ünvan 4 ünvanda yaşamışdır. X18 məxsus olan Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə JN-501F, KOD 40601004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonunda olan 0,07 ha həyətyanı torpaqsahəsini onun ölümündən sonra idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmək aşağıdakı vərəsələri vardır: 1. Qızı- Cavabdeh1 (2(025)-801/2020, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 1/3 hissəsini ona verib). 2. Oğlu – X29 (xx.xx.2021-ci ildə vəfat edib. 3. Oğlu – Cavabdeh2. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, 722 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 138087 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx.xx.2021-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 103 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 101209 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2007-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 103 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli, AZ-T seriyalı, 150251 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1979-cu ildə Qəbələ rayonunda doğulmuşdur. X12, anası Nümayəndə2dır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 170 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 xx.xx.1945-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. X2, anası X19r. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, nənəsi X8 qalmış ünvan 2 ünvanda yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən ibarət mirasa istər mərhum X12 tərəfindən baxmaqla və idarə etməklə faktiki sahiblik etmiş, hal-hazırda da oğlu kimi o, miras əmlaka baxmaqla idarə edir. Mərhum nənəsi X22 vəfat edərkən ölümündən əvvəl hər hansı vəsiyətnamə tərtib olunmamışdır. Ona görə də, nənəsindən qalmış miras əmlak vəfat etdikdən sonra qanun üzrə vərəsələrinə bərabər formada keçmişdir. Göründüyü kimi, onun mərhum atası da nənəsi vəfat etdikdən sonra onun digər iki övladı kimi birinci növbəli vərəsəsi olmuşdur. Onun atası sağlığında mərhum nənəsindən miras qalmış həyətyanı torpaq sahəsinin və yaşayış üçün yararsız fərdi yaşayış evinin qəbulundan imtina etməmiş, əksinə torpaq sahəsinin və evin yararsız vəziyyətə düşməməsinin qarşısını alaraq baxmışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Nənəsindən qalmış mirasın qəbulu ilə əlaqədar övladları altı ay ərzində notariat konrotuna müraciət etməmişlər. Lakin onun nənəsindən qalmış mirası atası özünə düşən hissəsini idarə etməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsi mülki işə baxarkən iş üçün əhəmiyyətli ola biləcək əhəmiyyətli Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2021 -ci il tarixli, 721 nömrəli arayışını nəzərə almamışdır. Belə ki, arayışda qeyd olunmuşdur ki, X18 məxsus Qəbələ rayonunda olan 0,07 ha həyətyanı torpaq sahəsini onun ölümündən sonra idarə etmiş, sahiblik etmiş, miras əmlakını qəbul etmək aşağıdakı vərəsələri vardır: 1 .qızı- Cavabdeh1 (2(025)-801 /2020, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 1/3 hissəsini ona verib). 2.oğlu - X29 (xx.xx.2021-ci ildə vəfat edib. 3.oğlu - Cavabdeh2 olduğu göstərilmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 apellyasiya şikayətinə etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, həmçninin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddianı və apellyasiya şikayətinin qəbul etdiklərini bildirərək, apellyasiya şikayətinin və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü mаddəsinə əsаsən, əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş mirаs оnun аçıldığı gündən vərəsənin mülkiyyəti sаyılır. Həmin Məcəllənin 1257-ci mаddəsinə əsasən hər hаnsı şərtlə və yа hər hаnsı müddətə mirаsı qismən qəbul etməyə və yа оndаn qismən imtinа etməyə yоl verilmir. 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun... Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Başqa sözlə, təkcə miras qoyanın ölümündən sonra nəinki miras mülkə gedibgəlmək və orada qeydiyyatda olmaq özü-özlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Hazırki iş üzrə İddiaçı nümayəndəsi, eyni zamanda onun anası olan, həmçninin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Nümayəndə2 və iddiaçının bacısı olan Cavabdeh4 hər biri apellyasiya baxışının yekun məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddiaçının ata nənəsi olmuş X8 miras qalmış əmlakın özünə düşən hissəsini iddiaçının X12nun faktiki qəbul etdiyini, sonuncunun ölümündən sonra isə həmin mirası hazırki iş üzrə İddiaçı faktiki qəbul etdiyini, onların özlərinin isə buna etiraz etmədiklərini göstərmişlər. Digər Cavabdeh2 apellyasiya baxışının yekun məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək 25 aprel 2007-ci ildə ölmüş anası X8 miras qalmış əmlakın özünə düşən hissəsini özünün, digər hissələrini qardaşı X21 və bacısı Cavabdeh1 qəbul etdiyini, qardaşı Vaqif vəfat etdikdən sonra isə sonuncunun miras kimi qəbul etdiyi anasından miras qalmış torpaq sahəsini və yararsız vəziyyətdə olan evi hazırki iş üzrə İddiaçı faktiki idarə etdiyini, eyni zamanda onun da qəbul etdiyi anasından qalan mirası İddiaçı faktiki idarə etdiyini bildirdi. Mülki işin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)-802/2016 nömrəli qətnaməsində qeyd edilmiş X21 verdiyi izahatında göstərilmişdir ki, onun anası evin bir otağında özü yaşamış, digər otağı isə kirayə vermiş, ona görə də anasının sağlığında onun ailəsinə həmin evdə yer qalmamışdır. Ata mülkünün ona qalmasına razılıq vermiş Cavabdeh1 2007-ci il aprelin 25-də, yəni anası vəfat etdiyi gün evdən pay tələb etmiş və buna görə aralarında mübahisə yaranmışdır. Tofiq də anasının ölümündən sonra evdə kirayəçilər saxlayaraq onu evə buraxmamış, hətta bununla bağlı aralarında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, 2010-cu ildə o, Tofiqin kirayə saxladığı Nəsimi Allahverdiyevə qarşı məhkəmədə iddia qaldırmış və Qəbələ Rayon Məhkəməsinin 11 may 2010-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Nəsimi Allahverdiyevin atasından miras qalmış evdən çıxarılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin qüvvədə olan 11 may 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X29 cavabdeh X7 və maraqlı şəxs Cavabdeh2 qarşı cavabdeh X6 iddiaçının atası X4 miras qalmış ünvan 6 ünvanında yerləşən və faktiki olaraq onun idarəçiliyində olan evdən məcburi qaydada çıxarılması tələbi ilə bağlı Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Həmin qətnamədən görünür ki, X10 24 sentyabr 1968-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 6 ünvanında yerləşən, hal-hazırda yararsız vəziyyətdə olan ev və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X13 mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi qalmışdır. X13 25 aprel 2007-ci ildə ölməsi ilə vərəsəlik açılmış, ondan miras qalmış torpaq sahəsini və dövlət reyestrində qeydiyyatdan keçməmiş evi onun oğlanları Tofiq və Vaqif qəbul etmişlər. Tofiq torpağa sahiblik edərək onun üzərində olan evi kirayəyə verməklə kirayə pulunu almış, Vaqif isə mirası onun da qəbul etməsi ilə yaranmış subyektiv hüququna istinad edərək məhkəməyə müraciət etməklə kirayəçinin həmin torpaq üzərində yerləşən evdən çıxarılmasına nail olmuşdur. X21 anasından miras qalmış əmlakı ömrünün sonuna qədər idarə etməsi iş üzrə tərəflərin izahatları ilə, Qəbələ şəhər İƏD üzrə nümayəndəliyinin 14 aprel 2021-ci il tarixli Arayışı və yuxarıda göstərilən qətnamələrlə təsdiq edilmişdir. Hazırki iş üzrə iddiaçının isə 13 fevral 2021-ci ildə Qəbələ şəhərində vəfat etmiş X12ndan miras qalmış Qəbələ şəhəri M.F.Axundov küçəsi 14 ünvanında yerləşən sonuncuya da anası X11 miras qalmış 0.07 ha torpaq sahəsinin 1/3 hissəsini miras kimi faktiki qəbul etməsi iş üzrə vərəsələr olan iddiaçının anası və bacısının izahatları, həmçinin ata nənəsinin vərəsəsi olmuş əmisi Tofiqin izahatları ilə təsdiq edilmişdir. X11 miras qalmış torpaq sahəsini qəbul etmiş digər vərəsə Cavabdeh2 anasından miras qalmış və faktiki qəbul etdiyi Qəbələ şəhəri M.F.Axundov küçəsi 14 ünvanında yerləşən torpaq sahəsinin ona düşən 1/3 hisəssini də hal-hazırda hazırki iş üzrə iddiaçının idarə etdiyini bildirməsinə gəlincə isə, bu hal onun qəbul etdiyi mirası hazırki iş üzrə iddiaçının xeyrinə özgəninkiləşdirməsinə hər hansı formada maneəçilik yaratmır. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, Qəbələ şəhəri M.F.Axundov küçəsində yerləşən X11 miras qalmış 0.07 ha torpaq sahəsinin olduğu ünvan ayrı-ayrı sənədlərdə 14; 10 və 6 ünvanları kimi göstərilsə də, həmin torpaq sahəsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməli, Qəbələ rayon AİK-nın 03 saylı qərarına əsasən JN-501F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X13 mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin miras qalmış 1/3 (0.0233 ha) hissəsi İddiaçı payı olaraq müəyyən edilməlidir. Bu zaman, miras qalmış 0.07 ha torpaq sahəsinin 1/3 (0.0233 ha) hissəsinin Cavabdeh1 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə olan Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)-802/2016 nömrəli qətnaməsi, həmin məhkəmənin Qəbələ Rayon Məhkəməsinin 30 iyun 2016-ci il tarixli 2(025)- 802/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş miras əmlakın naturada ayrılması barədə olan 23 sentyabr 2020-ci il tarixli 2(025)-801/2020 nömrəli qətnaməsi və həmin torpaq sahəsinin 1/3 hissəsinin digər vərəsə Cavabdeh2 tərəfindən miras kimi faktiki qəbul edilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2(025)-182/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras şəriklərinin miras əmlakdakı payının müəyyən edilməsi və ona düşən hissənin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. 25 aprel 2007-ci ildə ölmüş X11 miras qalmış, Qəbələ rayon AİK-nın 26 fevral 2001ci il tarixli 03 saylı qərarına əsasən JN-501F KOD 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin X29 tərəfindən miras kimi qəbul edilmiş 1/3 (0.0233 ha) hissəsində 13 fevral 2021-ci ildə ölmüş X21 vərəsəsi İddiaçı payı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzirxan Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar