Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-744/2025 23.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk, Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, rüsum) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinə dair ilk,Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızına qarşı mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dollarının indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 və iddiaçılar İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova)Türkan İntiqam qızı cavabdehlər Cavabdeh2,Cavabdeh4 Nəsrəddin qızına,Cavabdeh3 və Cavabdeh1 qarşı Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4 , İddiaçı2,İddiaçı1 və Məmmədova (Müseyibova) Türkan İntiqam qızının mülkiyyətinə verilmiş, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X9, Cavabdeh3, Cavabdeh1 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər. Cavabdeh3 iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1, Məmmədova (Müseyibova) Türkan İntiqam qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı torpaq sahəsinin boşaldılması, orada tikilmiş tikililərin sökülməsi tələbinin rədd edilməsi, ilk iddia təmin edilərsə iddiaçılardan mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 32 000 manat və torpaq sahəsinin alqı-satqısı üçün ödədiyi 1000 ABŞ dolların indiki məzənnə ilə dəyəri 1700 (bir min yeddi yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin edilmiş, cavabdehlər X11,X12,Cavabdeh4 və X10 tərəfindən Balakən Rayon Aqrar islahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və X5 mülkiyyətinə verilmiş, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi boşaldılsın, cavabdehlər X11, X12, Cavabdeh4 və X10 tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililər-su anbarı və talvar onların öz hesabına sökülməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, torpaq sahəsinə görə verilmiş 1000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə ilə dəyəri-1700 (bir min yeddi yüz) manat iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X1 alınıb Cavabdeh3 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı4 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehlər X2, X6, Cavabdeh4 və X7 alınaraq İddiaçı4 verilməsi, Cavabdeh3 tərəfindən ödənmiş 192 manat dövlət rüsumunun 0,96 manatı iddiaçılar İddiaçı4, İddiaçı2,İddiaçı1 və X1 alınıb Vaqif İsgəndərova verilməsi, qalan hissəsi Vaqif İsgəndərovun özünə aid edilməsi, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər X6, X7, Cavabdeh4 və X2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 və iddiaçılar İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova)Türkan İntiqam qızının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikаyəti vermişlər. Müəyyən edilmişdir ki, ilkin iddia ərizəsi məhkəməyə verilərkən 100 manat, eyni zamanda qarşılıqlı iddia verilərkən 192 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətlərində tərəflər hər biri ayrılıqda 146 manat ödəməli olduqları halda ilk iddia üzrə iddiaçılar 50 manat, qarşılıqlı iddia üzrə iddiaçılar isə 96 manat məbləğində dövlət rüsumu ödəmişlər. Belə ki, MPM-nin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Nəzərə alınsa ki, hər iki iddia üçün ümumilikdə dövlət rüsumu 292 manat təşkil edir. Belə olan təqdirdə də, tərəflər “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.2 və 8.6-cı maddələrinin tələbi baxımından hər biri ayrılıqda 146 manat dövlət rusumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilib-ödənilməməsini yoxlamadan, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 və iddiaçılar İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova)Türkan İntiqam qızının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrааldı: Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(019)-102/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 və iddiaçılar İddiaçı2, İddiaçı1 və Məmmədova (Müseyibova)Türkan İntiqam qızının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-744/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-744/2025
23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver