Məhkəmə qərarları › İş №2(107)-746/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-746/2025

21.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-746/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı əmlak tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, qüvvə) X10 (sədrlik edən və məruzəçi), X15 və X16 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən torpaq sahələrindən X6 payına düşən hissədən ibarət miras əmlakı qəbul etməyi hüquqi faktının təsdiq edilməsi və həmin miras əmlaka onun tam payının tanınmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 oktyabr 2014-ci il tarixdə vəfat etmiş X4ndan qalmış və faktiki olaraq qəbul etdiyi miras əmlak olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,4357 hektar torpaq sahəsindən, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,2463 hektar torpaq sahəsindən, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0258 hektar torpaq sahəsindən, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0057 hektar torpaq sahəsindən, **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,0008 hektar torpaq sahəsindən, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,3853 hektar torpaq sahəsindən, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və birgə mülkiyyətdə olan 0,2414 hektar torpaq sahəsindən, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən və və birgə mülkiyyətdə olan 0,5085 hektar torpaq sahəsindən, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsindən X6 payına düşən hissədən ibarət miras əmlakı qəbul etməyi hüquqi faktının təsdiq edilməsi və həmin miras əmlaka onun tam payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,4357 hektar torpaq sahəsi, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2463 hektar torpaq sahəsi, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0258 hektar torpaq sahəsi, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0057 hektar torpaq sahəsi, **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0008 hektar torpaq sahəsi, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,3853 hektar torpaq sahəsi, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2414 hektar torpaq sahəsi, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,5085 hektar torpaq sahəsi, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsi onun, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinin, torpaq sahələrinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni koordinantları və xəritəsi işlənilmişdir. Həmin birgə mülkiyyətçilərdən X8 onun bibisi oğlu, X12 onun həyat yoldaşı, X21 və X22 isə onun uşaqlarıdır. Birgə mülkiyyətçi olan bibisi oğlu X8 22 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum X2 ailə qurmamışdır. Həmçinin, X6 bacı və qardaşı olmamış, onun valideynləri daha əvvəldən vəfat etmişlər. X7 o və onun atası baxmış, onun yas mərasimini özü yola salmışdır. Buna görə də torpaq islahatları zamanı X8 da onun ailə üzvü kimi qəbul edilərək ona düşən pay torpaq sahəsini də onun ailə üzvlərinə verilməli olan pay torpaq sahəsi ilə birlikdə ayırmışlar. O sağlığında X6 qulluğunda durmuş, ona baxmış və onun vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, ümumiyyətlə X6 yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də, o, bibisi oğlu X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onu da qeyd edir ki, mərhum bibisi oğlu X5 miras qalmış və birgə mülkiyyətində olan torpaq sahəsindən X1 və ölümündən bu günədək özü istifadə edir. Həmin torpaq sahələrinə digər şəxslərin hər hansı bir iddiası yoxdur. X3 birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, X6 dördüncü növbəli vərəsəsidir. X6 ondan başqa da dördüncü növbəli vərəsələri qalsalar da, həmin vərəsələr X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməmişlər, həmin miras əmlakdan istifadə etməmişlər, həmin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. O, X5 qalmış miras torpaq sahəsindən payının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notarius tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1147.1, 1151.1, 1159, 1160 və 1243.2-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,4357 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2463 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0258 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0057 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,0008 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,3853 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,2414 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,5085 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən 0,139 hektar torpaq sahəsi İddiaçı, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - 03 noyabr 2014-cü il tarixli, AZ-İ 713759 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 561 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələrindən heç kim hal-hazırda yaşamır. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 810 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələriİddiaçı, X26, X23, X29, X17, X27, X18 və X24r. - Şəki şəhər İHB-nin Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 155 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini olmuş X3 vərəsələri-İddiaçıdur (dayısı oğlu) - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional Cavabdeh Notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakdan özünə düşəsi miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin İddiaçı miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, miras qoyanla qohumluq əlaqəsini müəyyən etmək mümkün deyildir. Hazırda qohumluq əlaqələrini müəyyən etmək mümkün olmadığı üçün qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayonu Baş Göynük kəndi ərazisində yerləşən torpaq sahəsi onun, X6, X9, X13 və X14 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin torpaq sahələrinin, torpaq sahələrinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni koordinantları və xəritəsi işlənilmişdir. Həmin birgə mülkiyyətçilərdən X8 mənim bibimoğlu, X12 mənim həyat yoldaşım, X21 və X22 isə onun uşaqlarıdır. Birgə mülkiyyətçi olan bibisioğlu X8 22 oktyabr 2014- cü iltarixdə vəfat etmişdir. Mərhum X2 ailə qurmamışdır. Həmçinin, X6 bacı və qardaşı olmamış, onun valideynləri daha əvvəldən vəfat etmişlər. X7 o və onun atası baxmış, onun yas mərasimini o yola salmışdır. Buna görə də torpaq islahatları zamanı X8 da onun ailə üzvü kimi qəbul edilərək ona düşən pay torpaq sahəsini də onun ailə üzvlərinə verilməli olan pay torpaq sahəsi ilə birlikdə ayırmışlar. O, sağlığında atası X6 qulluğunda durmuş, ona baxmış və onun vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmiş, ümumiyyətlə X6 yas mərasimini yola verilməsində yaxından iştirak etmişdir. Beləliklə də, o bibisioğl u X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməyini nümayiş etdirmişdir. Onu da qeyd edir ki, mərhum bibisioğlu X5 miras qalmış və birgə mülkiyyətlərində olan torpaq sahəsindən X1 və ölümündən bu günədək o istifadə edir. Həmin torpaq sahələrinə digər şəxslərin hər hansı bir iddiası yoxdur. X3 birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, X6 dördüncü növbəli vərəsəsidir. X6 ondan başqa da dördüncü növbəli vərəsələri qalsalar da, həmin vərəsələr X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməmişlər, həmin miras əmlakdan istifadə etməmişlər, həmin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. O, Əfəndiyev Həbillah brahimxəlil oğlundan qalmış miras torpaq sahəsindən payımın müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notarisu tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, İddiaçı miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədlər i təqdim etməmişdir. Həmçinin digər vərəsələrin kimlərdən ibarət olmasını, onların mirası qəbuledib-etməməsi faktını və X8 ilə İddiaçı arasında hansı qohumluq əlaqəsinin olmasını məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında verilmiş sualara cavab olaraq İddiaçı X6 onun bibisi oğlu olduğunu bildirsə də bibisinin kim olmasını, atasının qardaş və bacıları barədə məlumatları məhkəməyə verə bilməmişdir. Halbuki, məhkəmə qətnaməsində qeyd edilən həmin fikirlərlə razı deyil və məhkəmənin gəldiyi həmin nəticəni əsaslı hesab etmir.

9. Ona görə də, Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki Regional Cavabdeh Notariat Ofisi məhkəməyə nümayəndəsini göndərməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçının tələbinin əsasını Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 20 may 2024-cü il tarixdə verilmiş və yuxarıda sadalanan çıxarışlara əsasən X6 payına düşən hissədən ibarət miras əmlakı qəbul etməyi hüquqi faktının təsdiq edilməsi və həmin miras əmlaka onun tam payının tanınması təşkil edir. X8 22 oktyabr 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı bildirir ki, X4 onun bibisi oğludur və sağlığında ailə qurmamışdır. Həmçinin, X6 bacı və qardaşı olmamış, onun valideynləri daha əvvəldən vəfat etmişlər. X3 birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. O, X6 dördüncü növbəli vərəsəsidir. X6 ondan başqa da dördüncü növbəli vərəsələri qalsalar da, həmin vərəsələr X5 qalmış miras əmlakı faktiki olaraq qəbul etməmişlər, həmin miras əmlakdan istifadə etməmişlər, həmin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. X33 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin qərarın 10.2-ci bəndində göstərilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 102-ci bəndinin 3-cü hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi İddiaçı miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim etməmişdir. Həmçinin digər vərəsələrin kimlərdən ibarət olmasını, onların mirası qəbul edib-etməməsi faktını və X8 ilə İddiaçı arasında hansı qohumluq əlaqəsinin olmasını məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında verilmiş sualara cavab olaraq İddiaçı X6 onun bibisi oğlu olduğunu bildirsə də bibisinin kim olmasını, atasının qardaş və bacıları barədə məlumatları məhkəməyə verə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Şəki Regional Cavabdeh Notariat Ofisinə qarşı “miras əmlakın qəbul faktının təsdiq edilməsi və həmin miras əmlaka payın tanınması” tələbinə dair iddiası təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar və formal olaraq verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilmsinə əsas ola bilməz.

26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)- 162/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2(075)-162/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar