Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-748/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 və Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2019-cu il tarixli 2(024)- 250/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 JN-00xx xxx 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 ümumi birgə mülkiyyətində olan 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 (iyirmi min dörd yüz səksən) manat məbləğin ilkin iddia üzrə Cavabdeh1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 Cavabdeh1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 birgə qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qətnamənin eyni anda icra edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, İddiaçı5 (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova), İddiaçı5) iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) onlara məxsus olan Qax rayonunda yerləşən 1.91 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə ilk, Cavabdeh1 isə İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və İddiaçı5 onun xeyrinə xx xxxxxxx 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1.000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçılar məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin ondan alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax Rayon Aqrar İslahat Komissiyasmın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 1.91 ha (19140,55 kv.m.) təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 tərəfindən həmin torpaq sahəsinin 10665,18 kv.m. hissəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh 2017-ci ildə məhkəmədə iddia qaldıraraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi ona İddiaçı1 tərəfindən satılmışdır. Qax Rayon Məhkəməsi tərəfindən həmin iddia tələbi təmin olunsa da, Şəki Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilmiş və yeni qəbul olunmuş qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən qarşı tərəfin verdiyi kassasiya şikayəti təmin olunmamış və qətnamə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində hüquqlara qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə münasibət bildirilmişdir. Lakin, buna baxmayaraq cavabdeh həmin torpaq sahəsindən könüllü olaraq çıxmaq istəmir və bunun da nəticəsində iddiaçıların qanunla qorunan hüquqları kobud şəkildə pozulur. Belə ki, mülkiyyətlərində olan torpaq sahəsindən nəinki təyinatı üzrə istifadə edə bilmir, hətta yanından keçə də bilmirlər. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə edərək kənd təsərrüfatını inkişaf etdirməklə bərabər xeyli gəlir də əldə edə bilmək imkanları hüququnun mümkün olduğu halda, cavabdehin özbaşınalığı ucbatından bunu faktiki həyata keçirə bilmirlər. Hansı ki, cavabdeh qanunsuz olaraq həmin torpaqdan illərdir ki, saysız-hesabsız gəlir əldə edir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıların konstitusiya ilə qorunan hüquqları pozulmuş və onlar ciddi sıxıntılara məruz qalmışlar. Göstərilənlərə əsasən hesab edirlər ki, onların mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətlərində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Buna görə də cavabdeh onlara məxsus olan mübahisəli torpaqdan çıxarılmalı və torpaq sahəsi boşaldılaraq onlara təhvil verilməlidir. Göstərdiklərinin nəzərə alınaraq məhkəmədən Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradəsi ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı Nəriman Hətəmov izahatında göstərmidir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 satmamış, 2002-ci ildə 15 il müddətə icarəyə vermişdir. Həmin vaxtı torpaq sahəsi boş olmuşdur. Cavabdeh1 oraya 180 ədəd fındıq və 10 ədəd qoz ağacları əkmişdir. Lakin Cavabdeh1 2017-ci ildə icarə müddəti bitən kimi torpaq sahəsini tərk etməli olduğu halda bunu etməmiş, iki il də istifadə etmiş və onları ağaclardan əldə etməli olduqları iki illik gəlirdən məhrum etmişdir. Həmin torpaq sahəsinin orta bazar qiyməti 7000 (yeddi min) manatdan artıq deyildir. Qanunvericiliyn tələblərinə görə isə Cavabdeh1 çəkdiyi xərclər torpağın qiymətindən artıq olmamalıdır. Məhkəmədən ilkin iddianın təmin edilərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı2, İddiaçı3 (Hətəmova) və İddiaçı5 İddiaçı1 izahatı və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin edilərək Cavabdeh1 onlara məxsus olan Qax rayonunda yerləşən 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etiyi 34200 (otuz dörd min iki yüz) manat məbləğin Cavabdeh1 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdilər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya İddiaçı1 onunla xx.xx.2002-ci il tarixli torpağın icarə müqaviləsini bağlamışdır. Halbuki, bu tamamilə yalandır. Belə ki, xx xxxxxxx 2002-ci il tarixində Qax rayonu Aşağı Malax kənd sakini İddiaçı1 Qax RAİK-ın xx xxxx 1988-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1665.18 kv.m. torpaq sahəsini ailə üzvlərinin razılığı ilə xx xxxxxxx 2002-ci il tarixdə həmin vaxt qüvvədə olan pul vahidi ilə 1.000.000 (bir milyon) manat müqabilində ona satmışdır. Alqı-satqıya dair xx xxxxxxx 2002-ci il tarixdə Qax rayonu X5 akt tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Akta iddiaçılar İddiaçı1 və onun arvadı İddiaçı2 ilə yanaşı digər şəxslər də imza etmişlər. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq pul İddiaçı1 verilmiş və o torpaq sahəsini və həmin torpaq sahəsinə dair dövlət aktını ona vermişdir. Eyni zamanda aralarında razılaşmışlar ki, torpağın alqı-satqısına dair hüquqi sənədləri hazırlayıb notariat kontorunda təsdiq etdirsinlər. Lakin sonradan iddiaçı notariat kontoruna gəlmədiyindən torpaq sahəsinə dair aralarında bağlanmış alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. İlk öncə onu qeyd edir ki, iddiaçının qeyd etdiyi müqavilə icarə deyil, torpağın alqı-satqı müqaviləsidir. Sual yaranır, əgər bu müqavilə icarə müqaviləsidirsə nə üçün məndən aylıq icarə haqqını tələb etmirdi? Nə üçün 17 (on yeddi) il müddətində bircə dəfə olsun torpağı geri tələb etməklə bağlı məhkəməyə müraciət etməyib? Əgər sözügedən torpaq sahəsi ona icarəyə verilmişdirsə iddiaçı ona aylıq ödədiyi ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilərdi. Göründüyü kimi yazılanlar tamamilə yalandır. Sözügedən torpaq sahəsini İddiaçı1 xx xxxxxxx 2002-ci ildə aldığı müddətdən indiyə kimi 180 (bir yüz səksən) ədəd fındıq ağacı, 10 (on) ədəd qoz ağacı bazardan alaraq həmin torpaq sahəsində əkib böyütmüşdür. Həmin torpaq sahəsini o xx xxxxxxx 2002-ci il tarixdə alanda torpaq sahəsi boş olmuş, torpaqda bir ədəd olsun belə ağac olmamışdır. O, ağaclara qulluq etmək üçün su xəttlərinin çəkilməsi və eyni zamanda ağaclara müxtəlif qurd və ya digər bitki məhv edən həşəratlar əleyhinə olan dərmanlar alaraq həmin ağaclara gündəlik qulluq göstərmişdir. Eyni zamanda ağacların diblərinin yumşaldılması, budanması və s. kimi işləri gördürmək üçün o və ailə üzvləri zəhmət sərf etmiş və indi də edirlər. Onu da qeyd etmək istəyir ki, ondan torpaq tələb edən iddiaçılardan onun xeyrinə xx xxxxxxx 2002-ci il tarixində 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat torpaq sahəsinə görə verdiyi pulun, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1000 (bir min) manat pul alınaraq ona ödənilməlidir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(102)-7064/2018 saylı qərarında da qeyd etmişdir ki, o mübahisəli torpaq sahəsində əkdiyi ağacların və oranı yararlı hala salmaq üçün çəkdiyi məsrəflərin əvəzini geri tələb edə bilər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, ilkin iddia üzə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərdən onun xeyrinə xx xxxxxxx 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq onu da göstərmişdir ki,ilkin iddia üzrə iddia müddəti tətbiq edilməlidir. Çünki ilkin iddia üzrə iddiaçılar qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşlər. Həmin torpaq sahəsini İddiaçı1la həyat yoldaşı ona satmışlar. Torpaq sahəsini aldıqdan sonra isə orada 180 (bir yüz səksən) ədəd fındıq ağacı, 10 (on) ədəd qoz ağacı əkmiş, onlara qulluq göstərmiş, xərc çəkmiş və yetişdirərək bu günkü vəziyyətə gətirmişdir. Mübahisəli torpaq sahəsindən o şərtlə çıxmağa razı olari ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər alqı-satqı zamanı onlara ödədiyi köhnə pulla bir milyon manatın əvəzi olan 10000 (on min) manatı və onun əkdiyi ağacların cəmi dəyəri olan 37000 (otuz yeddi min) manat pulu ona versinlər. Məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, ilkin iddia üzə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 onun xeyrinə xx xxxxxxx 2002-ci il tarixində torpaq sahəsinə görə verdiyi 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun geri qaytarılması, hər biri 200 (iki yüz) manat olmaqla 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 36.000 (otuz altı min) manat, hər biri 100 (bir yüz) manat olmaqla 10 (on) ədəd qoz ağacına görə 1000 (bir min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 tərəfindən verilmiş apelyasiya şikаyəti belə əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddianın təmin olunmasını Mülki Məcəllənin 157.7-ci maddəsinə əsaslanaraq gəlmişdir. Hesab edirlər ki, məhkəmənin bu qənaəti maddi hüquq normasının pozulmasıdır. Belə ki, MM-nin 157.7-ci maddəsinin tələbində göstərilir ki, “vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.” Qeyd etdiyi kimi, torpağın üzərində yerləşən və qarşı tərəfin özünün əkdiyini iddia etdiyi ağaclar onlar tərəfindən əkilmiş, sadəcə iddiaçı icarəyə götürdüyü üçün onlara qulluq etmiş, eyni zamanda bəhərlərini götürərərək kifayət miqdarda gəlir əldə etmişdir. İddiaçı son iki ili onların iradəsi ziddinə olaraq, onları qəsdən məhkəmələrdə yayındırıraraq həmin torpaqda gəlir əldə etmişdir. Eyni zamanda qeyd edirlər ki, Cavabdeh1 mübahisəli əmlaka vicdanlı sahib edən olmamışdır və ona görə də bu maddənin tələbində vicdanlı sahibin sahib olduğu hüquqlardan istifadə etməsi qeyrimümkündür. Cünki, həmin maddədən əvvəldə yerləşən 157.5-ci maddənin tələbinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.”. Maddənin tələbində ifadə olunduğu kimi, onlar (mülkiyyətçilər) hazırkı iş üzrə Cavabdeh1 qanunsuz sahibliyindən (qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən) əmlaklarını geri tələb edir və belə olan halda o qanunun bu tələbinə əsasən “vicdansız sahibdir”. Ümumiyyətlə Cavabdeh1 vicdanlı sahib olmuş olsaydı belə, özü də istinad etdiyi kimi 157.7-ci maddənin tələbinə əsasən onun yaxşılaşdırma kimi qiymətləndirdiyi 180 fındıq ağaçına qulluq edib böyütməsi üçün tələb etdiyi dəyər əmlakın dəyərindən on dəfələrlə artıq olduğundan əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Cünki, həmin ərazidə torpaq sahələrinin bir hektarı Cavabdeh2 özünün də məhkəmədə qeyd etdiyi kimi 5000-6000 manatdır. Belə olan halda məhkəmənin onlardan tutduğu məbləğ torpağın dəyərindən dəfələrlə artıq olmuşdur ki, bu da qanunun tələbinə ziddir. Göründüyü kimi, qarşılıqlı iddiann təmin olunması həm faktiki, həm də hüquqi hallara əsasən tam şəkildə əsassız olmuşdur. Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandirilmiş və qeyd edilmişdir ki, Qax Rayon Məhkəməsində mülki işə ədalətli şəkildə baxılmamış və nəticədə əsassız bir nəticəyə gəlinmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat qiymət qoyulmuşdur. Lakin Qax Rayon Məhkəməsinin hakimi iddia tələbindən kənara çıxaraq, ilkin iddianı təmin edərkən ondan iddiaçıların xeyrinə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulmasını da qət etmişdir. Bu tamamilə gülünc və səhv yanaşmadır. Əvvəla qeyd edir ki, iş materiallarında torpaq sahəsinin onun son iki il ərzində qanunsuz istifadə etdiyini sübut edəcək heç bir sübut yoxdur. Bundan başqa, ilkin iddiaçıların ondan son iki il ərzində qanunsuz və iradələri ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir əldə etdiyi 34200 manat pul tələb etməsindən qətnamə ilə tanış olanda xəbəri olmuşdur. Qax Rayon Məhkəməsini hakimi Malik Qarayev iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni zamanda xx.xx.2019-cu il tarixli (qətnamə də həmin gün çıxarıldı) “xxxx” MMC-in arayışı ilə onu rəsmi olaraq tanış etməmiş, hətta məhkəmə iclasında da işə əlavə edilmiş sözügedən sənədləri elan etməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ədalətli araşdırmanı düzgün həyata keçirməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(1020- 7064/2018 saylı qərarında qeyd etmişdir ki, o, mübahisəli torpaq sahəsində əkdiyi ağacların və oranı yararlı hala saldığı üçün çəkdiyi məsrəflərin əvəzini mülkiyyətçilərdən geri tələb edə bilər. Hesab edir ki, qarşılıqlı iddia təmin edilməyən hissədə də tam təmin edilməlidir. İşdə olan sübutlarla da təsdiq olunur ki, həqiqətən Qax rayonu Aşağı Malax kənd sakini X2 Qax RAİK-nin xx xxxx 1988-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1665.18 kv.m. torpaq sahəsini ailə üzvlərinin razılığı ilə xx xxxxxxx 2002-ci il tarixdə həmin vaxt qüvvədə olan pul vahidi ilə 1.000.000 (bir milyon) manat müqabilində almışdır. Lakin Qax Rayon Məhkəməsi qeyd etdiyi bu xüsusatlara heç bir hüquqi qiymət verməmiş, onun vermiş olduğu 1.000.000 (bir milyon) manat, yəni 10.000 (on min) manat pulun nə üçün alınıb ona verilmədiyini əsalandırmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 (Hətəmova) və İddiaçı4 apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəliqətnaməsinin ilkin iddianın təmin olunan hissəsində ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı5 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN-00xx xxx 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin akta əsasən kənd təsərrüfatı məhsullarının istehsali üçün nəzərdə tutulan 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Hümmət qızı, X4, X3 və İddiaçı5 ümumibirgə mülkiyyətindədir. Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 iddiası təmin edilərək İddiaçı1 ilə Cavabdeh1 arasında Qax rayonu Qanlıqobu adlanan ərazidə yerləşən JN 00xx xxx 40311018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 10665.18 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə X5 bağlanmış müqavilə bağlanmış hesab edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(107)2102/2017 saylı qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)1977/2018 saylı qətnaməsinin surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(107)2102/2017 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(107)1522/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(024)-709 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(102)7064/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 oğlu və vəkili Hüseynov Vasif Vaqif oğlunun kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(107)1522/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 18899 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinın Qax rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan istifadə edilməklə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 1500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 9 saylı arayışından görünür ki, hazırda bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.5 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd) manatdır. Seriya AZE № 0*******, ********, ********, ********, ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 Qax rayonu Aşağı Malax kəndində qeydiyyatdadırlar. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Nizami rayonu R.Ağayev küçəsi ev 21-də qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2019-cu il tarixli № ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişlər. İşin həqiqi hallarından, tərəflərin izahatından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-00xx xxx 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndi ərazisində yerləşən və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 1.91 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 ümumibirgə mülkiyyətinə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(107)-1522/2018 saylı qətnaməsinə əsasən Qax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(024)-709 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarili qərarına əsasən Cavabdeh1 və vəkili Hüseynov Vasif Vaqif oğlunun kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “ilkin iddianın Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmasına dair hissəsi təmin edilməlidir. İddia tələbinin “Cavabdeh1 son iki il ərzində qanunsuz və iradəsi ziddinə istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 34200 manat məbləğin ondan alınaraq onlara verilməsi”nə dair hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında “xxxx” MMC-in verdiyi məktubla bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4.5 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd manat) manat olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 18899 saylı rəyində AR KTN-nın Qax rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan istifadə edilməklə 180 ədəd fındıq ağaclarının məhsuldarlığının 10-15 kq olduğu göstərilmişdir. Odur ki, məhkəmə mübahisənin ədalətli həll edilməsi üçün 180 ədəd fındıq kolunun hər birindən əldə olunan məhsulun orta hesabla 12 kq hesablanaraq 180 ədəd fındıq ağacı x 12 kq fındıq=2160 kq fındıq və fındığı orta bazar dəyəri 4.50 manat x 2160 kq fındıq məhsulu=9720 (doqquz min yeddi yüz iyirmi) manat x 2 mövsüm=19440 (on doqquz min dörd yüz qırx) manat, 10 ədəd məhsuldarlığı 10 ədəd qoz ağacı x 13 kq qoz məhsulu =130 kq qoz məhsulu x 4 (dörd) manat = 520 (beş yüz iyirmi) manat x 2 mövsüm=1040 (bir min qırx) manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir.”. Kollegiya tərəfindən iddia tələbinin cavabdehdən pul tələbinə dair hissəsi üzrə ixtisaslı mütəxəssis rəyi alınmışdır. xx xxxx 2020-ci il tarixli həmin rəydə göstərilir ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən verilmiş şifahi sorğuya əsasən bildirirəm ki, “xxxx” MMC-in verdiyi məktubla bazarda 1 kq qabıqlı fındığın orta bazar qiyməti 4,50 (dörd manat əlli qəpik) manat və 1 kq qabıqlı qozun orta bazar qiyməti 4 (dörd) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 18899 saylı rəyində AR KTN-nın Qax rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Aktdan istifadə edilməklə 180 ədəd fındıq ağaclarının məhsuldarlığının 10-15 kq olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 180 ədəd fındıq kolunun hər birindən əldə olunan məhsulun orta hesabla 12 kq hesablanaraq 180 ədəd fındıq ağacından (180 x 12 kq fındıq) 2160 kq fındıq məhsulu götürmək olar. Fındığın orta bazar dəyəri 4,50 manat olduğundan 2160 kq fındıq məhsulu üçün bir mövsüm ( 2160 x 4,50) 9720 (doqquz min yeddi yüz iyirmi) manat gəlir əldə edilməsi mümkündür. Yuxarıda hesablananlardan belə qənaətə gəlmək olar ki, 2 mövsüm üçün (9720 * 2) fındıq satışından 19440 (on doqquz min dörd yüz qırx) manat gəlir əldə etmək olar. Eyni qayda ilə hesablamalardan məlum olur ki, 1 mövsüm 10 ədəd qoz ağacından (10 x 13 kq ) =130 kq qoz məhsulu götürmək olar. Qozun orta bazar qiymətinin 4 (dörd) manat oduğunu nəzərə alsaq 1 mövsüm üçün (130 kq x 4 manat) 520 (beş yüz iyirmi) manat, 2 mövsüm üçün isə (520 x 2 il) 1040 (bir min qırx) manat məbləğində gəlir götürülməsini müəyyən etmək olar. Yuxarıda hesablamalardan belə qənaətə gəlmək olar ki, 2 illik mövsüm üçün əldə olunan ümumi gəlir qabıqlı fındıq üçün 19440 manat, qabıqlı qoz üçün 1040 manat olmaqla, cəmi 20480 (iyirmi min dörd yüz səksən) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ümumən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X9 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. X9 Məhkəməsinin formalaşmış mövqeyinə görə, X9 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? JN-00xx xxx 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Həmin torpaq sahəsindən Cavabdeh1 hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçıların 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. JN-00xx xxx 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən sözügedən torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması (mövcudluğu) və həmin torpaq sahəsinin 10665.18 kv.m. hissəsindən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.2-ci maddələrindən, X9 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə X9 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiaları qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçılarla cavabdehin arasında sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçıların torpaq sahəsini 2002-ci ildə 15 il müddətinə cavabdehə icarəyə vermələri haqqında bildirdikləri əsaslı hesab edilməlidir. Çünki, cavabdeh bunun əksini sübut edə bilmir. İddiaçıların bildirdiyinə görə 2017-ci ildə icarənin müddəti bitmiş, həmin vaxtdan cavabdehlə aralarında məhkəmə mübahisələri başlamışdır. İşin gerçək hallarından görünür ki, Cavabdeh1 “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” haqqında iddiası Qax Rayon Məhkəməsində 2017-ci ildə qaldırılmışdır. Deməli, həmin vaxtdan Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsindən istifadəsinin qanunsuz olduğunu bilmişdir. Ona görə də iddiaçıların həmin torpaq sahəsindən cavabdehin son iki ildə götürdüyü gəlirləri tələb etmələri barədə iddiaları Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun olaraq qanuni, eyni zamanda əsaslıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin alqı-satqı zamanı ödənilmiş pul tələbi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyi üçün tələbin həmin hissəsi əsassızdır. Qarşılıqlı iddia tələbinin mübahisəli torpaq sahəsində Cavabdeh1 ağaclarla bağlı hissəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsində göstərilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ona görə də, mübahisənin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün İddiaçı1, İddiaçı2, İddiaçı3 (Hətəmova), İddiaçı4 (Hətəmova) və İddiaçı5 birgə mülkiyyətində olan torpaq sahəsində əkilmiş fındıq və qoz ağaclarının dəyərini müəyyən etmək üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi ekspert qarşısında qoyulmuş sualları cavablandıraraq xx xxxxxxx 2019-cu il tarixli 18899 saylı rəy vermişdir. Ekspertin rəyi ilə 180 ədəd məhsuldarlığı 10-15 kq olan fındıq topasının (kolu) orta bazar dəyəri 18000 (on səkkiz min) manat, 10 ədəd məhsuldarlığı 13 kq olan qoz ağacının orta bazar dəyəri 1500 (bir min beş yüz) manat təşkil etməsi göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hüquqi mövqeyi ilə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yalnız nəticə hissəsində “qətnamə eyni anda icra edilməlidir” qərarına gəlməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi qətnamənin eyni anda icra edilməsini qət etməklə gələcəkdə qətnamənin vaxtında icrasını şübhə altına almışdır. Belə ki, torpaq sahəsindən çıxarılma və pul tələbinin eyni anda icra edilməsi qətnamənin icrasında çətinlik yarada bilər. Ümumiyyətlə, həmin cümlə mücərrəd olmaqla qanuni əsası yoxdur. Ona görə də həmin cümlə qətnamədən xaric edilməlidir. Mülki iş üzrə apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv edilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas olan hallar müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Qax Rayon Məhkəməsi “qətnamə eyni anda icra edilməlidir” qərarına gələrkən həmin hissədə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsinin həmin hissədə gəldiyi nəticə qanunauyğun olmamaqla işin faktiki hallarına uyğun gəlmədiyindən iddiaçılar tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsi qismən, yəni “qətnamə eyni anda icra edilsin” cümləsinə aid hissədə ləğv edilməli və həmin cümlə qətnamədən xaric edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və İddiaçı5 tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsinə aid hissədə ləğv edilsin və “qətnamə eyni anda icra edilsin” cümləsi qətnamədən xaric edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-748/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-748/2020
04.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver